Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   17   18   19   20   21   22   23   24   25

25 

 

biri kimi Tiflisə gəldiyi zaman vaxtının məhdud olmasına baxmayaraq, Qızılhacılıya baş çəkməyi unutmadı. 1925-



ci  ilin  martın  6-da  Nəriman  Hacılıya  qonaq  oldu.  Böyüklü-kiçikli  hamı  onu  qarşılamağa  tələsirdi.  Qonşu 

kəndlərdən tökülüb gələnlər də vardı. 

Nərimanov  faytondan  düşəndə  onu  dövrəyə  aldıq.  Bizimlə  bir-bir  görüşdü.  O,  əvvəlcə  özünün  üçsinifli 

məktəbinə  baş  çəkdi.  Şagird  və  müəllimlərlə  görüşdü.  Məsləhətlər  verdi.  Keçmiş  şagirdləri  Məmməd  İsa  oğlu, 

Mehdi  Nayib  oğlu,  Rəhim  Atakişiyev...  öz  müəllimləri  haqqında  danışdılar.  Nəriman  xəstə  idi.  Aram-aram 

danışırdı.  Birdən  uzaqdan  bir  səs  eşitdik:  -  Bu  bizim  Nərimanın  səsidir?  Dönüb  arxaya  baxdıq.  Gələn  çiynində 

yapıncı, əlində çomaq qoca Rzaqulu kişi idi. Onun gözləri görmürdü. Nərimanov vaxtilə onun evində yaşamışdı. 

Doktor üzünü bizə tutub dedi. 

- Ay camaat, bu kişi olmasaydı, sizin bəylər məni öldürəcəkdilər. O məni xilas edib, gecə ikən köç yoluynan 

Tiflisə  yola  saldı.  Adəti  üzrə  yenə  də  Nəriman  Rzaquluya  qonaq  oldu.  Martın  7-də  isə  Nərimanov  Tiflisdə 

yaradıcılığına həsr olunmuş yığıncağın sonunda söyləyirdi: “Mən sizə ancaq məsləhət vermək istəyirəm. Mənim 

ömrümə az qalıb”. 

Belə  qadağaların,  təzyiqlərin,  psixoloji  sarsıntıların  hökm  sürdüyü  vaxtda  Nərimanov  ömrünün  sonlarını 

yaşadığını  duymuşdu.  Gözəl  anlayırdı  ki,  artıq  partiya  daxilində  günü-gündən  diktatura  formalaşdırıb, 

fraksiyaçılığa  son  qoyan  Stalin  onu  da  aradan  götürəcək.  Elə  bu  duyğuların,  hisslərin  təsirindən  çıxa  bilmir, 

həyatının məşəqqətli sonluğunu duyurdu. 

Yaradıcılığının 30 illiyi Moskvada, Gürcüstanda, Həştərxanda qeyd olsunsa da, Nərimanovun əleyhdarları, 

Azərbaycanda hakimiyyət başına gələnlər belə tədbirlərin Bakıda keçirilməsinə imkan vermədilər. 

Stalinə  ünvanladığı  məktubda  “Sınanılmış  adam”  kimi  qiymətləndirdiyi  Mövsüm  İsrafilbəyov  Qədirli 

Nərimanova teleqram vuraraq, vəziyyəti anladırdı: 

“Bakı  şəhərində  yubileyinizin  qeyd  olunması  qeyri-mümkündür.  İclaslarda  adınızın  çəkilməsinə  yol 

verilmir”. 

1925-ci  ilin  Novruzu.  Moskvanın  qan,  şaxtası  yerini  yaza  vermək  istəmirdi.  Yazla  qışın  mübarizəsi  sanki 

Nərimanovun  bolşevizmlə  döyüşünə  bənzəyirdi.  Stalin  qış  cildində  Nərimanın  qanına,  canına  hoparaq,  onu 

üşüdürdü.  Qətlinə  fərman  verilmişdi.  Bu  işi  Orconikidze  həyata  keçirməliydi.  Doktoru  məclisə  dəvət  edərək 

Azərbaycandan  göndərilmiş  yarpaq  dolmasına  qonaq  edərək,  zəhərləməli,  ömrünə  son  qoymalıydı.  Kobanın 

hazırladığı plan yerinə yetirlidi. Gözünü xəstəxanada açıb oğlu Nəcəflə, xanımı Gülsümü axtara-axtara söyləyirdi:  

- Məni Serqo zəhərlədi. 

Kreml  ambulatoriyasının  xidmətçisi,  Stalin  “KQB

-inin  “plaş,  xəncər”  qiyafəli  agenti  Yuliya  İvanovna 



Litvin  MK-ya  necə  hesabat  göndərəcəyinin  detallarını  ölçüb-biçərək,  sakit  bir  tərzdə  heç  nə  olmamış  kimi 

davranırdı.  Yuliya  Kremlə  bu  məznunda  məlumat  göndərdi:  “Mən,  Kreml  ambulatoriyasının  xidmətçisi  Yuliya 

İvanovna  Litvin  1925-ci  il  martın  19-da,  iş  qurtarandan  sonra,  axşam  saat  9-a  15  dəqiqə  işləmiş,  ya  da  9-un 

yarısında Aleksandr bağının hasarı yanındakı səki ilə Trotskiyə darvazasından İnqilab meydanı tərəfə gedərkən, bir 

nəfərin hasara söykəndiyini və bərk öskürdüyünü gördüm, deyəsən halı pis idi. Kömək etmək üçün yaxınlaşanda 

əvvəllər  ambulatoriyamızda  bir  neçə  dəfə  gördüyüm  MİK  sədri  Nərimanov  yoldaşı  tanıdım.  O  da  məni  tanıyıb 

dedi:  “Məni  tez  xəstəxanaya  aparın,  ölürəm”.  Təzədən  soruşdum:  “Evə  getmək  istəyirmi?”  O  qəti  tapşırdı  ki, 

Kremlin xəstəxanasına aparaq. Yolda hey inildəyir, deyirdi ki, halı pisdir, biz xəstəxanaya çatanda keçindi”. 

Martın  20-də  “Pravda”  qəzeti  Azərbaycan  zəhmətkeşlərinin  rəhbərinin  “qəflətən  vəfat  etməsi”ni  ön 

səhifəsinə çıxardı. Bu acı xəbərin “gecədən çox keçmiş” aldıqlarını dərc etdilər. Nərimanovun dəfnini təşkil etmək 

üçün komissiyaya nə Stalin, nə də Orconikidze daxil idi. Dəfn komissiyasının sədri Kalinin, müavinləri Yenukidze 

və  Ter-Qabriliyan  idi.  Nərimanovun  dəfni  günü  matəm  elan  olunaraq,  “tamaşalar,  konsertlər,  kino”  dayandırıldı, 

Sovet bayraqları SSRİ ərazisində endirildi. 

Kremlin  ağsaqqalı  Kalinin  bəlkə  özü  də  bilmədən  Sovet  Rusiyasının  işğalına  məruz  qalan  millətlərin  və 

onların liderlərinin taleyinə Qızıl Meydanın təsvirini Nərimanovun cənazəsi önündə verməli oldu: “Bir vaxt edam 

yeri və bir vaxt rus xalqının yeri olan Qızıl Meydan indi SSRİ-də yaşayan bütün millətlərin rəhbər və başçılarının 

dəfn  yerinə  çevrildi...  “Nərimanovun  timsalında  biz  doğma  partiya  yoldaşımızı  və  dostumuzu  dəfn  edirik.  Onun 

şəxsində Qızıl Meydan şərq xalqlarının birinci qurbanını qoynuna alır”. Bəli, Qızıl Ordunun və Qırmızı Rusiyanın 

ilk  qurbanı  Nərimanov  oldu.  Sonra  Riskulov,  Mirsultan  Qaliyev,  Xocayev  kimi  milli  təmayülçü  kommunistlər 

məhv  edildi.  Kommunizmin  “rus  yolu”nu  “şərq  yolu”  ilə  əvəzləmək  istəyənlərin  çoxminli  sıraları  seyrəldi. 

Əksəriyyət  Stalin  yolu  ilə  güllələndi,  bəziləri  mühacirət  ömrü  yaşadılar.  Türkiyəyə  pənah  aparanlar  Sovet 

mətbuatında “panislamist”, “türk şpionu” kimi epitetlərlə tənqid hədəflərinə çevrildilər. 

Nərimanovun qətlinə tibbi rəy verib, ört-basdır etməyə çalışanlar partiyanın mətbu orqanlarına ötürdükləri 

nekroloqda  Şərqin  Lenininin  ölümünü  ürək  xəstəliyi  ilə  bağladılar.  “Pravda”  qəzeti  martın  21-də  yazırdı: 

“Nəriman  Nərimanov  martın  19-da  axşam  saat  20:30-da  Moskvada  ürək  partlamasından  vəfat  etdi.  Nərimanın 

ürəyi saraydaxili çəkişmələrə, bolşevizmin ağır və acı siyasətinə dözə bilmədi. Ürək belə durumda partlamayıb, 

neyləməliydi  ki?”  Ömrünü  Nərimanovun  fəaliyyətinin  tədqiqinə  həsr  edən,  Moskvada,  Sankt-Peterburqda, 

Həştərxanda,  Ufada  toz  basmış  arxivlərin  rəflərində  Nərimanovun  izini  axtaran,  qocaman  professor  Teymur 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə