Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   17   18   19   20   21   22   23   24   25

27 

 

Moskvada  külü  Kremlin  divarlarına  hörülən  Nərimanın  ömür-gün  yoldaşı  Gülsüm  xanım,  atasının  ona 



ünvanladığı məktubu oxuya bilməyən 6 yaşlı Nəcəf tənhalığa qapılaraq yaşadılar. Mala Xrintonyevski küçəsində 

Nərimanın  başsız  qalmış  ailəsi  heç  kəsin  yadına  düşmədi,  Stalin  və  onun  tərəfdarları  ölüm  ayağına  çəkib 

apardıqları  millət  liderinin  adını  yasaqlamağa  başladılar,  adını  daşıyan  küçələr  yeni  ünvanlara  çevrildi, 

mədəniyyət, elm-təhsil ocaqları kommunizmin təzə qəhrəmanlarının adlarıyla əvəzləndi. 

Bütün  bu  zorakı  təfəkkürdən  doğan  işlər  Nərimanın millətçi  baxışlarına  yönəlmişdi.  Onun  Stalinə  yazmış 

olduğu məktubu yandıra bilmədilər. Çünki həmin məktub əlyazma şəklində SSRİ-nin əksər bölgələrində Stalinin 

əleyhinə  olan  kommunistlərə  paylanılmışdı.  Buna  görə  Nərimanın  sağlığında  Kremlin  yeməkxanasında  pulsuz 

qidalanan ailəsini qapı arxasında saxladılar, Gülsüm xanımı və 6 yaşlı Nəcəfi çörək imtahanına çəkdilər. Erkən ailə 

həyatı  qurduğu  üçün  ali  təhsil  almayan  Gülsüm  xanım  bütün  çətinlikləri  ram  edərək  Petrovski  adına  fəhlə 

fakültəsinin  ictimai-iqtisad  şöbəsində  axşam  təhsili  alır,  gündüzlər  isə  işləyirdi.  Oğlu  Nəcəfin  timsalında  “Əsl 

Sovet adamı” tərbiyə edir, onu dözümlü, atası kimi sözübütöv görmək istəyirdi. Bu gərgin fəaliyyət onun səhhətinə 

təsir  etməyə  bilməzdi.  “Sizin  əsəbləriniz  korlanmışdır.  Müalicə  olunmalısınız,  amma  hər  şeydən  əvvəl,  özünüzü 

ələ  almağı  bacarmalısınız”.  Bu  sözləri  ona  psixoterapevt  demişdi.  “Nəriman  da  yoxdur,  Nəcəfi  bu  amansız 

dünyada tək qoyub gedə bilmərəm” - deyib, bəzən öz-özünü qınayır, var gücünü toplayırdı. Anlayırdı ki, ailənin 

belə  çətin  durumunda  özünü  ələ  almağı  bacarmalı,  övladını  tərbiyə  edib  böyütməlidir.  Uzun  sürmədi  ki,  Nəcəf 

1928-ci ilin sentyabrında Moskvanın 110 saylı məktəbinin birinci sinfinə getdi. O, fransızca çox gözəl danışırdı. 

Bu  dili  Nəcəfə  dayəsi  Aqnessa  Vitsovna  öyrətmişdi.  Musiqiçi,  təyyarəçi,  gah  da  atası  kimi  natiq  olacağını 

söyləyən  Nəcəf  qismət  elə  gətirdi  ki,  hərbçi  oldu.  Ana-bala  gələcəklərini  təhsildə  görür,  ona  görə  elmə  xüsusi 

həvəs  göstərirdilər.  Gülsüm  xanım  1930-cu  ilin  baharında  Petrovski  adına  fəhlə  fakültəsini  qurtarandan  sonra 

Timiryazyev adına Kənd Təsərrüfatı İnstitutunun qoyunçuluq və qaragülçülük fakültəsinə daxil oldu. Moskvada 

institutda oxumaq asan iş deyildi, siyasi-iqtisad və anatomiya fənlərindən imtahan vermək çətin idi. Gülsüm xanım 

bu çətinliklərə dözdü. Bir də ki, Nərimanın özü də ali təhsilini gec, 30 yaşında almışdı. Gec ali təhsil almaq da bu 

ömür-gün  yoldaşının  qismətinə,  taleyinə  yazılmışdı.  Gülsüm  xanım,  ömründə  ilk  dəfə  12  yaşına  çatmış  oğlu 

Nəcəfdən  ayrıldı,  Qərbi  Sibirin  Baraben  rayonundakı  “Qoyunçuluq”  sovxozunda  otçalma  kompaniyasına  yola 

düşdü.  “Sovxozda  ən  vacib  sahə  hansıdırsa,  məni  ora  aparın”  -  söyləyən  Gülsüm  xanım  silosbasdıran  fəhlələrə 

köməklik  etdi.  O,  məharətlə  at  sürürdü.  Heç  kəs  onun  ittifaq  rəhbərlərindən,  ideoloqlarından  olan  Nəriman 

Nərimanovun xanımı olduğunu bilmirdi. Gülsüm xanımın özü də bu barədə heç kəsə söyləmirdi. İş bitəndən sonra 

tənhalığa  qapılır,  Nərimanla  keçirdiyi  xoş  günləri,  çətinlikləri  xatırlayır,  xatirələrlə  yaşayırdı.  Onunçün  ən  çətini 

Nəcəfi  qonşularının  ümidinə  buraxmasıydı.  Bu  nigarançılıq  üzürdü  onu.  Elə  Sibirdən  qayıtdıqdan  sonra  da 

keçirmiş  olduğu  gərginliyin  nəticəsində  yenidən  xəstəxanaya  göndərildi.  Diaqnoz  bəlliydi.  Kəskin  nevroz 

əlamətləri.  Düz  bir  ay  xəstəxanada  qaldı.  Bir  kimsə  qapını  döymədi,  halını  sormadı,  yoxlamadı.  Qonşuların 

ümidinə  buraxdığı  Nəcəfin  taleyi  də  bir  tərəfdən  ona  ağır  təsir  edirdi.  Taleyin  gərdişindən  şikayətçi  olan  qadın 

bilmirdi ki, onu növbəti ağır zərbə, faciə gözləyir. Orta məktəbi bitirdikdən sonra Nəcəf, 1938-ci ildə Leninqrad 

tank  məktəbinə  daxil  oldu,  bir  il  keçmiş  onu  Kiyevə  eyniadlı  məktəbə  köçürdülər.  “Ana,  maşınların  sirrini 

bilməliyəm  ki,  rotam  qabaqcıl  olsun”.  Lvovdan  anasına  yazdığı  məktubda  “öndə  olmağı”  düşünürdü  Nəcəf.  O, 

həm də atası kimi cəmiyyətə, millətə xeyir vermək istəyirdi. Gülsüm xanım oğlunun məktublarından, hərbi libasda 

çəkdirdiyi  şəkillərdən  təskinlik  tapır,  vəziyyətinə  şükür  oxuyurdu.  “Subay  qalmaq  zəhləmi  töküb,  istəyirəm 

evlənəm”. Məktubların birində Nəcəf anasına belə yazmışdı. O, alman dilini bilən, pianoda çalmağı bacaran bir rus 

qızıyla  evlənmək  istəyirdi.  Gülsüm  xanım  oğlunun  bu  istəyinə  sevinsə  də,  könlündən  bir  azərbaycanlı  qızın 

qayınanası olmaq keçdiyindən cavab məktubunu nəsihət üzərində qurdu: “Məncə hələ tezdir, tələsirsən. Evlənməyi 

asan iş  sayma.  Bu,  həyat  məsələsidir.  Ürəyin  istəyi  başqa, ağılla  götür-qoy  ctmək  başqa  şeydir.  Hər  şey  barədə 

fikirləş.  Amma  xahiş  edirəm,  ağlına  gətirmə  ki,  səni  evlənməkdən  çəkindirirəm.  Mən  sənin  ailəni  görməyi  çox 

istəyirəm.  Nəcəf,  hər  şeyi  götür-qoy  et,  sonra  addım  at.  Sən  yaşda  olan  adamların  ürəyindəkilər  ağlındakılara 

adətən  qalib  gəlir.  Amma  elə  etmək  lazımdır  ki,  sonra  peşman  olmayasan.  Görünür,  hər  cürə  təsadüflərə  tam 

hazırlıqlı olmaq lazımdır. Necə bir dövrdə yaşadığımızı çox gözəl bilirsən. Qardaş, çox ağır dövrdür. Həmişə, hər 

şeydə mənimlə məsləhətləş. Axı mən sənin doğma ananam”. 

Oğluna  tam  təsadüflərə  hazır  olmağı  tövsiyyə  edən  Gülsüm  xanım  nə  biləydi  ki,  tale  ona  ən  ağır  zərbə 

vurmağa hazırlaşır. Hərbçi qiyafəsində Böyük Vətən müharibəsində iştirak edən Nəcəf Nərimanov 1943-cü ildə 

qəhrəmancasına həlak oldu. 

Qara kağız” Gülsüm xanımın qapısını döydü və tək-tənha qalan ananın ürəyi də bu 



sarsıntılara dözmədi. Və ruhən həyat yoldaşı Nərimana, oğlu Nəcəfə qovuşdu. 

Budur Nəriman Nərimanovun ailə faciəsi. 

 

Tarixi məktub 

 

“Bəzi yoldaşlara cavab” 

 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə