Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   17   18   19   20   21   22   23   24   25

26 

 

Əhmədov Nərimanovun xəstəlik tarixçəsinin arxivlərdə saxlanıldığını söyləyir. Həkim-ekspertlərin verdiyi rəylərə 



tanış olduğunu, Nərimanovun ürəyindən dünyasını dəyişdiyi də həmin sənədlərin içərisindədir. Teymur müəllim 

Nərimanovun  dünyasını  dəyişdiyi  həmin  günün  Stalinin  də  iştirak  etdiyi  toplantıdan  sonra  baş  verdiyini,  həmin 

iclası  Nərimanovun  əsəbi  tərzdə  tərk  etdiyini  söyləyir.  Sadəcə,  həmin  toplantının  stenoqramı  məxfi  qrif  altında 

saxlanıldığından,  təbii  ki,  hər  bir  tədqiqatçının  ixtiyarına  verilə  bilməzdi.  Necə  ki,  vaxtilə  Teymur  müəllim  bu 

istəkdə olub, ancaq sovetlərin baş arxivçisi ona bu imkanı verməyib, ola bilsin indi cəhd etmək, həmin sənədi əldə 

etmək mümkündür. 

Nərimanovun qətliylə bağlı türkiyəli araşdırmaçı, Hüseyn bəy Adıgözəl “Hümmət” qəzetində çap olunan bir 

xəbərə  diqqət  çəkir:  “Nərimanov  anidən  ölmədi.  Əslində  o,  uzun  zaman  içində  az-az  yeməklərinə  qatılan,  fəqət 

fərq  edilməyən  bir  zəhərlə  öldürürldü.  Bu  işin  ermənilər  tərəfindən  həyata  keçirildiyi  söylənilməkdədir.  Gərək 

hökumət bu məsələni araşdırsın”. Müəllifin yazdığına görə, 1925-ci il may ayının 21-də nəşr olunan “Hümmət”in 

bu  sayı  yığılaraq  yandırılıb.  Yeganə  nüsxəsi  Hüseyn  bəyin  adını  çəkmədiyi  dostunun  arxivində  saxlayıb. 

“Hümmət”in yazdığı kimi Nərimanov anidən ölmədi. Onu zaman-zaman intriqalara çəkərək öldürdülər. 

M.S.Ordubadi  “Nərimançılıq”  xatirə  yazısında  Nərimanovun  Tbilisidən  Bakıya  gəlişini,  ömrünün  son 

günlərini də qısaca xatırlayır. Bildirir ki, Tbilisidə keçirilən konfransda ona çıxış etmək imkanı verilməmişdi, xeyli 

sayda  qrupların  hücumu  qarşısında  tək-tənha  dayanıb,  Bakıya  dönmüşdü.  Artıq  giley  etməyən  Nərimanovun 

səhhətinə baş verənlər təsir göstərməyə bilməzdi. “Bakıdan Moskvaya dönən Nərimanovun ölüm xəbərini” tezliklə 

aldığını  yazan  M.S.Ordubadi  ermənilərin  Nərimanova  qarşı  mübarizəsinə  də  toxunur  və  Nərimanova  ağır 

zərbələrin həm də özü formalaşdırdığı yaxın ətrafı tərəfindən vurulduğunu yazır. 

Kreml xəstəxanasında 3 saat ölümlə mübarizə aparan Nərimanov gözü ilə ailəsini, xanımı Gülsümü, 6 yaşlı 

oğlu Nəcəfi arasa da, görmədi. Çünki onun xəstəxanada ölüm yatağında olması xəbərini ailəsinə bildirməmişdilər. 

Ölümü Kreml xəstəxanasının “KQB” buyruqçusu, tibb bacısının yazdığı kimi olmamışdı. Nərimanov xəstəxanaya 

çatdırılan  kimi  dünyasını  dəyişmişdi.  O,  3  saat  ölümlə  üz-üzə  dayanıb.  Axşam  saat  18:00-da  xəstəxanaya 

gətiriləndən  düz  3  saat  sonra,  21:00  radələrində  gözlərini  yumdu.  Sonra  isə  partiyanın  mərkəzi  qərargahına, 

mətbuat orqanlarına və ailəsinə xəbər veriblər. 

Nərimanovun ölüm xəbərini alan Türkiyə, Almaniya, Fransa, İtaliya, Finlandiya, Avstriya rəsmiləri Stalinin 

ünvanına  başsağlığı  göndərdilər.  Türkiyədən  cümhurbaşqanı  Mustafa  Kamal  Paşanın  adından  Tefviq  Paşa 

teleqram  göndərmiş,  Nərimanovun  ölümündən  Atatürkün  böyük  üzüntü  duyduğunu  bildirmişdi.  Türkiyə 

Cümhuriyyəti başbakan İsmət İnönün də teleqram göndərərək bu itkidən türk millətinin üzüntü yaşağını bildirmiş, 

başsağlığı vermişdir. Nərimanovun cənazəsini Bakıya göndərməyə icazə vermədilər. Təcili komissiya təşkil edərək 

dəfn  tədarükü  gördülər.  Vaxtilə  Nərimanovun  mübarizə  apardığı  qrupun  Azərbaycanda  hakimiyyət  başında 

olmasına  baxmayaraq  Nərimanovun  yoxluğu  milləti  silkələdi.  “Kommunist”,  “Yeni  Fikir”,  “Yeni  məktəb”, 

“Mədəniyyət işçisi” kimi mətbu orqanlarında onun həyat və fəaliyyəti, keçib gəldiyi ömür yolu, yaradıcılığı barədə 

məqalələrlə yanaşı, dəfn törəni təfsilatı ilə dərc olundu. 

“Biz  də  öləcəyik,  lakin  ona  görə  öləcəyik  ki,  yenidən  həyata  qayıdaq”  söyləyən  Nərimanovun  bu 

məmləkətdə  nə  məzarı,  nə  də  başdaşı  var.  Bu  millət  hamisindən  bizlərə  Kremlin  divarlarında  yandırılaraq 

basdırılmış bir ovuc külü qalıb. Bir də əsərləri, publisistik yazılan, siyasi-ictimai dünyagörüşü, sərhədləri kiçilə-

kiçilə balacalaşan Azərbaycan. Bir də heykəlləri... 

Yarım  əsrdən  çox  yasaqlıq  dövründən  sonra  həsrətində  olduğu,  həsrətindən  qovrulduğu  Azərbaycanda  və 

keçmiş Sovet rcspublikalarının bir çoxunda heykəlləri ucaldıldı. 

Ancaq  o  heykəllərə  1990-cı  ilin  əvvəllərində  barmaqlar  tuşlandı,  “sökülməlidir”  söylənildi.  Lakin 

sokülmədi, sökülməyin qarşısı alındı. 

1914-cü ildə Nərimanov İsmayıl bəy Qaspıralının vəfatı ilə bağlı “Bəsirət” qəzetində belə yazmışdı: 

“İsmayıl bəy öldü deməyə dilim gəlmir. Öldü sözündə yoxluq var. “İsmayıl bəy yoxdur” xəbəri məni dərin-

dərin  fıkirlərə  salır,  ürəyimi  sıxır,  gözlərimi  torlandırır.  İndi  millətin  qeyrətli  hamisi  kimdir?  İndi  İsmayıl  bəyə 

millətdən  nə  lazımdır?  Bircə  məzar  daşı.  Bu daş nəyə  xidmət etməlidir?  Ey  millət,  sənin  yolunda bütün  ömrünü 

sərf etdi, sənin hüququnu mühafizə etdi, son nəfəsinədək səni nicat yoluna dəvət edən insanın qəbri səndən bir daş 

gözləyir. Fəqət bu daş bütün millətin daşı olmalıdır”. 

Nərimanov  da  İsmayıl  bəy  Qaspralı  kimi  ömrü  boyu  millət  üçün  çalışdı,  fəaliyyət  göstərdi.  Sosializmlə 

türkçülük, islamçılıq arasında var-gəl edə-edə böyük siyasətdə bədxahları ilə yanaşı, 1937-ci ilin cəngindən çıxa 

bilməyən millətçi arxadaşları ilə mübarizə apardı. Ona bu mübarizədə dəstək olmayanlar isə “KQB” zindanlarında 

“Nərimanova niyə əks çıxdıq” deyib üzüntülər yaşadı. Hətta “Doktor sağ olsaydı, ondan üzr istəyərdik” deyənlər 

də tapıldı. Nərimanov öz idealı uğrunda, kimlərin səhv, kimlərin doğru hesab etdikləri yolla getdi, çalışdı. 

Bu  mübarizənin  sonu  bir  ovuc  külə  dönüb,  Kremlin  hücrələrinə  hörüldü.  Nərimanovun  bir  ovuc  külünə 

millətin ehtiyacı varmı? Bu tərs sualın cavabını millətin dilində yaşayan tarix cavab verəcək.                             



 

Ailə faciəsi 

 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə