Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   17   18   19   20   21   22   23   24   25

28 

 

“Son vaxtlar Azərbaycanda bəzi məsul şəxslər mətbuatda məktəblərdə türk dilində tədris saatlarının və türk 



teatrında tamaşaların sayının azaldılması barədə çıxışlar edirlər. 

Əgər  bütün  bu  təkliflərin  əsasında  marksist  mövqeyi  əsas  götürülürsə,  onda  bu  mövqe  bunu  deyir: 

proletariat nə qədər şüursuz, avam, cahildirsə, onu əsarət altında saxlayanlara qarşı qalxmağa məcbur etmək bir o 

qədər çətindir. Lakin deyə bilərlər: indi fəhlələr sahibkar - kapitalistlər üçün deyil, özləri üçün işləyir, buna görə də 

söhbət  istismarçılardan  getmir.  Buna  biz  yenə  də  Marksın  mövqeyi  ilə  cavab  verməliyik:  “Fəhlə  sinfi  nə  qədər 

şüurludursa,  onun  fəaliyəti  də  bir  qədər  səmərəlidir,  öz  əlində  cəmləşdirdiyi  hakimiyyət  də  bir  o  qədər 

möhkəmdir”.  Əgər  bu  belədirsə,  onda  Azərbaycan  həqiqətləri  bizə  nə  deyir,  Azərbaycanda  hakimiyyət  kimlərin 

əlindədir? Fəhlə və kasıb kəndlilərin. Fəhlə və kasıb türk kəndlilərin üçdə biri savadsız, əzilmiş, şüursuzdur. Üçdə 

biri  cahildir.  Azərbaycanda  yaşayan  digər  millətlər-ruslar,  yəhudilər,  ermənilər  savad  məsələsində,  ümumiyyətlə 

götürdükdə  isə  mədəniyyət  məsələsində  daha  üstündürlər.  Bizim  dövlət  quruculuğunda  dövlətin  dayağını  təşkil 

edən  canlı  qüvvələrin  bu cür  nisbətində  hər  bir  ağıllı,  etiqadlı  marksist  məhz  bu  cür fikirləşməlidir:  nə  qədər  ki, 

dövlət  fəaliyyətinə  hazırlıq  işində  türk  zəhmətkeşlər  və  digər  millətlərin  zəhmətkeşləri  arasında  bu  cür  fərqlər 

mövcud olacaq,  biz bu zəhmətkeşlərin hakimiyyətinin möhkəmliyinə cavab verə bilmərik”. 

“Bütün  dünya  proletarları,  birləşin!”  -  bu,  heç  də  boş  sözlər  deyildir.  Bu  heç  də  şəxsi  maddi  fayda  üçün 

birliyə çağırış deyildir. Bu sözlərin dərin mənası var, bu sözlər mənəvi birliyə səsləyir. Bu, digər kontekstlərdə həll 

olunması mümkün olmayan lənətə gəlmiş milli məsələni özündə əks etdirir və onu həll edir. 

Və  bunu  olduğu  kimi  başa  düşməyənlər  heç  Marksı  da  başa  düşmürlər.  Bunu  olduğu  kimi  başa  düşmək 

istəməyənlər isə Marks kimi hərəkət etmək istəməyənlərdir. 

O, sadəcə deyir: sən bədbəxt, əzilmiş, qara türk kəndlisi və fəhləsi, elə bu vəziyyətində də qal, çünki sənin 

bu vəziyyətinə görə mən yaxşı yaşayıram. Məhz Nikolay da məmurlar ilə birlikdə belə düşünürdü. 

Bəziləri deyir ki, teatr həftədə 3 dəfə rus dramının ixtiyarına, 3 dəfə isə türk dramının ixtiyarına verilməlidir. 

Lakin  hazırda  bu  teatra  kimin  daha  çox  ehtiyacı  var?  Türk  dram  teatrının  30  illik  fəaliyyəti  dövründə, 

Azərbaycanın  son  2  illik  sovet  hakimiyyəti  dövründə  bizim  cəmi  3  müsəlman  qadın-artistimiz  var.  Son  30  il 

ərzində ilk dəfə olaraq teatrda ərləri ilə yanaşı oturmuş müsəlman qadını görmək mümkündü. 

Və yalnız bundan sonra gözəl sözlər naminə, əsarətdə olan qadının azadlığı barədə yazmağa cürət edirsiniz? 

Digərləri  məktəblərdə  türk  dilində  dərslərin  sayının  azaldılmasını  təklif  edir.  Siz  türk  fəhlə  və  kəndlilərin 

uşaqlarını hansı dildə digər milləllərin uşaqları ilə yaxınlaşdırmaq istəyirsiniz? 

Əgər Marks psixoloq olmasaydı, Marks olmazdı. Bəs sizin psixologiyanız hardadır? 

Və burada nöqtə qoyur və deyirsiniz: “Mənim xoşuma rus dili gəlir, mənə rus dilində hər şey aydındır və 

asandır, Puşkinin gözəl şeirləri rus dilində yazılıb. Mən demək istəyirəm ki, türk uşaqları bunu bilsinlər” 

Yaxşı arzudur. 

Türk  cocuqları  təkcə  Puşkinin  deyil,  Şekspir,  Şillerin  şeirlərini  də  bilməlidir, lakin  onlar bunu,  yalnız  hər 

şeydən  əvvəl,  əsl  proletar  xalq  şairi  Sabirin  sarsıdıcı  mübariz  şeirlərini,  xalq  şairləri  Vaqifi,  Vidadini,  Zakiri 

öyrənəndən sonra etməlidir. Və bu, Marksa görə düzgün olacaq. 

Əgər  bütün  bunlar,  ümumiyyətlə,  ümumi  işin  xeyrinə  olaraq  deyilirsə,  onda  mən  yenə  də  türk  dilində 

dərslərin sayının azaldılmasını təklif edənlərə təkrar edərdim ki, o özü türk dilini öyrənsin, öyrənsin ki, türk şairi 

Sabirin  peyğəmbəranə  şeirlərini  öyrənmək  imkanı  əldə  etsin.  Mən  yenə  də  təkrar  edirəm:  o,  rus  proletar 

ədəbiyyatında  mülkədar  və  sahibkar  əsarətində  olan  fəhlə  sinfinin  və  kəndlinin  bütün  yaşantılarını  Sabir  qədər 

canlı və obrazlı əks etdirən bir şair tapa bilməyəcək. Və bu şeirləri Sabir dəhşətli irtica illərində yazıb. 

Və  bütün  bunlardan  sonra  hansısa  bir  məsul  şəxsin  belə  bir  bəyanatından  təəccüblənirsən:  Bu  cür  ağır 

vaxtda hansısa bir Sabirə abidə ucaltmağa nə gərək? 

Bunun  cavabı:  Ya  bu  yoldaşlar  Azərbaycan  şəraitini  bilmir  və  səhvlərə  yol  verirlər  və  yaxud  Marksı  pis 

mənimsəyiblər, Marksın çoxdan yazdığı məsələlərdən baş çıxara bilmirlər. Qoy onda onlar Leninin xalqların milli 

müqəddaratının  təyin  olunması  məsələsinə  kifayət  qədər  dərindən  toxunduğu  “Milli  məsələ”sini  diqqətlə 

oxusunlar.  Və  Azərbaycan  şəraitini  bilməməkdən  və  bu  məsələləri  araşdırmaq  bacarığının  olmamasından  ilk 

növbədə bizim ümumi inqilab işimiz zərər çəkir. Məsələyə bu cür yanaşma partiyanı parçalayır, fəhlələri pozur, 

fəhlələr  və  kəndlilər  arasında  düşmənçilik  toxumu  səpir,  onlar  arasında,  eləcə  də  hakimiyyətə  qarşı  etimadsızlıq 

yaradır. 

Əslində isə məgər rus fəhlə sinfi Rusiyanın altını üstünə ondan ötrümü çevirib ki, siyasəti davam etdirsin? 

Yox və yox! 

Rus fəhləsi tamamilə şüurlu və səmimi olaraq əyalətləri onlara sərbəst surətdə nəfəs almaq və Öz həyatarını 

yaşamaq imkanı vermək üçün azad edib, lakin çox təəssüflər olsun ki, aramızda fəhlə sinfi adına layiq olmayan, 

şovinist əhval-ruhiyyəli elementlər var. Kommunistlər bəyan etməlidirlər ki, onlar heç də rus ərazilərini yığmırlar, 

bütün  millətlərdən  olan  fəhlələri  vahid,  mütəşəkkil,  şüurlu  qüvvəyə  çevirməklə  öz  hakimiyətlərinin 

möhkəmlənməsinə çalışırlar. 

Lakin mütəşəkkil şüurlu qüvvə yaratmaq üçün bu qüvvələrin ən geridə qalmış hissəsinin bilik səviyyəsinin 

təbii yolla inkişafına nail olmaq lazımdır. Bu məqsədlə xərclərin 2\3-u savada və ümumiyətlə, türklərin təhsilinə, 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə