Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

19 

 

göndərmək  haqqında  qərarından  sonra  Leninə  teleqram  göndərmiş  Oconikidze  çıxış  yolnu  Qarabağ  və 



Naxçıvandan Azərbaycan hissələrini çıxardıb, yerinə XI Ordu qüvvələrini daxil etməkdə görürdü. Rusiyanın ərazi 

konfliktlərinə  bu  cür  yanaşması  Azərbaycan  Sovet  hökumətinə,  onun  rəhbəri  Nərimanovun  nüfuzuna  sarsıdıcı 

zərbə  vururdu.  Necə  ki,  Mikoyan  Nərimanov  Azərbaycana  İnqilab  Komitəsi  sədri  seçiləndə  söyləmişdi.  “Biz 

Nərimanovu  elə  əhatə  edəcəyik  ki,  o  öz  nüfuzundan  faydalana  bilməsin”.  Nərimanov  bu  qeyri-mütənasib 

vəziyyətdə  Azərbaycanın  ərazi  bütövlüyünün  bərpası  uğrunda  geniş  fəaliyyətə  başlayır  və  bütün  səylərini 

Naxçıvan  və  Zəngəzur  məsələsinə  yenidən  baxılmağa  yönəldir.  Bu  məsələdə  o,  Sovet  Rusiyasının  xarici  işlər 

komissarı G.Çiçerinlə toqquşur. Çünki Çiçerin ərazi mübahisələri məsələsində ermənilərin tərəfində idi. 1920-ci il 

iyulun  29-da  Çiçerin  Leninə  məktub  göndərir:  “Azərbaycan  hökuməti  Naxçıvan,  Ordubad  və  Culfa  ilə  yanaşı 

Qarabağ, Zəngəzur və Şərur-Dərələyəz nahiyələrinə də iddialarından əl çəkmirlər. Bu yerlərin əksəriyyəti əslində 

Ermənistan  Respublikasının  əlindədir”.  Buna  cavab  olaraq  Nərimanov  da  Leninə  məktub  göndərərək  Çiçerinin 

mövqeyini  mühakimə  edərək  bildirir  ki,  “Yoldaş  Çiçerin  mərkəzin  siyasətinə  tabe  olmaqdan  danışır,  lakin  eyni 

zamanda  mərkəz  bizim  fikirləri  nəzərə  almır.  Elə  həmin  mərkəz  bizi  şirma  olmağa  vadar  edir”.  Orconikidze  və 

Çiçerin mövqeyi, problemin qoyuluşu ermənilərin şərtlərindən doğurdu: “Azərbaycan Şərur-Dərələyəz qəzasından 

və  Naxçıvan  rayonundan  imtina  edərsə,  erməni  nümayəndə  heyəti  Qarabağ  və  Zəngəzuru  dərhal  Azərbaycana 

birləşdirməyə  razı  olacaqlar”.  Qalırdı  Nərimanovun  razılığı.  Orconikidze  bu  məsələnin  müsbət  həll  olunacağına 

inanır və Çiçerinə vəd edirdi: “Mənim fikrim belədir, Qarabağ və Zəngəzur təcili Azərbaycana birləşdirilməlidir. 

Mən  Azərbaycanı  məcbur  edərəm,  bu  vilayətlərə  muxtariyyət  versin,  lakin  bu,  Azərbaycan  tərəfindən  olmalıdır, 

amma  heç  bir  halda  müqavilədə  göstərilməməlidir”.  Bu  plan  ətrafında  Orconikidze  Nərimanovla  danışıqlar 

aparmışdı. Nərimanov məsələnin bu cür qoyuluşuyla razılaşsa da “Naxçıvan, Şərur-Dərələyəz, Ordubad, Qarabağ 

və Zəngəzur Azərbaycanın mübahisəsiz hissələridir” cavabını vermişdi. Mərkəzin bu cür mövqeyindən narahatlıq 

keçirən Nərimanov ümidini Leninə bağlayır, ona davamlı etiraz dolu məktublar göndərirdi: “Mən demək istərdim 

ki,  mərkəz  bu  müsəlmanlara  necə  baxır  və  belə  mühüm  məsələləri  bizsiz  necə  həll  edə  bilər.  Mən  açığını 

deyəcəyəm,  mərkəz  Qarabağ  və  s.  haqqında  qərarları  ilə  bizim  silahımızı  əlimizdən  aldı,  hər  zaman  müsəlman 

kommunistlərin  Azərbaycanı  Rusiyaya  satdığını  söyləyən  Müsavat,  provakasiyasını  gücləndirdi,  əsaslandırdı”. 

1920-ci il avqustun 20-də RSFSR ilə daşnak Ermənistanı arasında müqavilə bağlanır və ona əsasən Sovet Rusiyası 

Ermənistanın  müstəqilliyini  tanıyır.  Bu  müqavilədə  Naxçıvan  Ermənistanın  ərazisi,  Zəngəzur  və  Qarabağ  isə 

mübahisəli ərazilər elan edilərək, oraya rus qoşunları yeridilir. Bununla bağlı Nərimanov Lenin və Çiçerinin adına 

teleqram göndərərək Naxçıvanın Ermənistana verilməsinə etiraz edir: “Naxçıvan vilayətinin əhalisi öz vətənlərində 

Sovet quruluşunu tətbiq etmiş, kommunistlərin simasinda öz xilaskarlarını görürdü, ağıllarına belə gətirmirdilər ki 

Sovet Rusiyası özbaşına, bütün əhalinin iradəsi əleyhinə bu diyarı daşnaklara verir”. Əvvəlki məktubları, etirazları 

kimi Nərimanovun bu sorusuna, tələbinə də cavab verilmədi. Belə olduğu tədqirdə Nərimanov Azərbaycanın geri 

çağırılmasını,  yəni  mərkəzdən  ayrılacağı  kimi  kəskin  tələblər  səsləndirməyə  başladı:  “Mən  qətiyyətlə  deyirəm, 

əgər  siz  bizim  gətirdiyimiz  dəlillərə  diqqət  yetirməsəniz,  mərkəz  qarşısında  geri  çağırılmamız  haqda  məsələ  

qoymalı  olacağıq.  Qoy  o  vaxt  bizim  yerimizə  tarixən    dolaşıq  milli  məsələləri  bu  cür  asanlıqla  həll  edənlər 

gəlsinlər”.  1920-ci  il  noyabrın  29-da  Ermənistanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  vəziyyət  geldikcə 

pisləşməyə,  Azərbaycan  torpaqlarının  danışıqlar  predmetinə  çevrilməsinə  başlanıldı.  Beləliklə,  Nərimanovun 

siyasi  tərcümeyi-halına  kölgə  salan,  aylarla  etdiyi  ardıcıl  mübarizəsini  heçə  endirən  noyabr  iclaslarının  ərazi 

təyinatlı  qərarları  torpaq  itkiləriylə  nəticələndi:  “Zəngəzur  və  Naxçıvan  Ermənistana  keçir,  Qarabağın  dağlıq 

hissəsinə  öz  müqəddaratını  təyin  etmək  hüququ  verilir”.  Hökumət  başçısı  simasında  üzərinə  qoyulmuş  rolu 

Nərimanov səhəri gün, yəni dekabnn 1-də ifa etdi və bu bədnam bəyanat tarixə “Nərimanov bəyanatı” kimi düşdü. 

Həcmcə böyük olmayan bu bəyanatın nə şövqülü inqilabi məzmunu, nə də Ermənistanla Sovet qardaşlığı torpaq 

itkisi  qarşılığında  əhəmiyyət  daşımadı.  Naxçıvan  və  Zəngəzur  qəzalarının  Sovet  Ermənistanına  verilməsinə, 

Qarabağın öz müqəddaratmı təyin etmək vəzifələrinin əməkçi xalqın üzərinə qoyulması “Nərimanov bəyanatının 

mürəkkəbi  qurumamış  vəziyyəti  gərginləşdirdi.  Bəyanatın  ərazi  ilə  bağlı  hissəsinin  erməni  mətbuatında  təhrifi, 

Azərbaycan  tərəfindən  isə  unudulması  məsələni  arxa  plana  keçirmək  gücündə  deyildi.  Bəyanatın  Azərbaycanda 

çap  olunan  variantında  Naxçıvan  sözü  yoxdur,  ermənilər  isə  paylarına  Dağlıq  Qarabağı  da  əlavə  ediblər. 

“Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli ərazilərdən könüllü əl çəkirdi”, “Azərbaycan dünən artıq Naxçıvan-

Zəngəzur  və  Dağlıq  Qarabağın  Sovet  Ermənistanına  verilməsini  bəyan  etdi”  kimi  teleqramlar  Orconikidze 

tərəfindən Kremlə ünvanlanırdı. Şövqlə Orconikidze bəyan edirdi: “Yoldaş Nərimanovun çıxışı çox səciyyəvidir. 

O, bizə öz bəyanatını oxudu. Zəngəzur, Naxçıvan və Qarabağ bu sözlərin məzmunundan agah olmayan rus qulağı 

üçün heç nə kəsb etmir. Hansısa Zəngəzur məhsulsuz dağlar, taxılı yox, suyu yox. Orada heç nə yoxdur. Hansısa 

Naxçıvan-bataqlıq,  malyariya  və  başqa  heç  nə.  Hansısa  Dağlıq  Qarabağ.  Nə  var  bu  Dağlıq  Qarabağda.  Heç  nə 

yoxdur.  Və  budur  yoldaş  Nərimanov  deyir:  “Onları  özünüzə  götürün.  Bu  məhsulsuz  torpaqları  Ermənistan  üçün 

götürün”. Azərbaycanın kiçilən əraziləri təbii ki, “rus qulağı üçün heç bir məna kəsb etmirdi. 1905-ci ildən bəri 

ermənilərin  Azərbaycan  türklərinə  qarşı  iddiaları  bu  torpaqlar  üzərində  minlərlə  şəhid  qanına  bulaşmışdı.  Bu 

torpaqlarda qan tökülməsinə son qoymaq şüarı altında, tökülən qanlara etinasız münasibət ev yiyəsinin əleyhinə 

olsa  belə  Stalinin  göstərişiylə  bu  addımlar  atılır,  məsuliyyəti  isə  Nərimanovun  çiyinlərinə  qoyulurdu.  Ancaq 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə