Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

14 

 

populyarlıq gözləyən məsuliyyətsiz şəxslərlə, bu və ya başqa yolla mərkəz qarşısında ad qazanmaq arzusunda olan 



fırıldaqçılarla qarşılaşdıq”. 

      Sovetlərə  inam  məsələsində  vaxtilə  Nərimanovla  eyni  mövqedə,  davranışlarda  dayanan  Zəki  Vəlidi 

Toğanın “Lenin beynəlmiləlçi fikrində sona qədər səmimimi” sualına, inqilab dahisini yaxından tanıyan, onun 25 

illik  dostu,  mübarizə  yoldaşı  Petrovski  belə  cavab  vermişdi:  “Lenin  kommunizmi  cahan  miqyasında  həyata 

keçirmək  istəyində  səmimidir.  Ancaq  o,  milliyyət  xaricində  beynəlmiləlçidir.  Fəqət  tarixi,  coğrafı  və  iqtisadi 

baxımından, böyük Rusiyada yaşayan qövümlərə qarşı beynəlmiləlçilikdən bəhs etməsi, sadəcə saxtakarlıqdır. O, 

kommunizmi  kiçik  millətlərə  dayanaraq  həyata  keçirməyi  daha  asan  yol  qəbul  edir”.  Zəki  Vəlidi  Toğan 

Petrovskiyə  belə  bir  tərs  sual  da  ünvanlayır:  “Georgi  Andreyeviç,  siz  25  ildir  ki,  partiyadasınız,  Leninlə  dostluq 

etmisiniz.  Lenin  “böyük  rus”  milli  mənfəətlərini  müdafiə  edirmi?  Yoxsa  Şərq  məsələsində  bəzi  şovinist  rusları 

tutması, üstünlük verməsinin səbəbləri nədədir?” 

Petrovskinin cavabı xeyli maraqlı görünür: “Lenin “böyük rus” mənfəətlərini I Pyotrdan daha yaxşı müdafiə 

edir”. Nərimanov Leninin bu siyasətini, proqramını və taktikasını onun ölümündən sonra daha düzgün dərk etməyə 

başladı və Stalinə yazdı: “Gedəcək yolumuz yoxdur”. Artıq bu yolun sonu var idi. Elə ona görə də oğlu Nəcəfə 

“bəlkə də sən bunları oxuyanda bolşevizm olmayacaq”dır deyir. Nərimanov bolşevizmin süqutunu görür və dərk 

edirdi.  Sadəcə  o,  bu  siyasi  yola  millətinə  xeyir  vermək  üçün  gəlmiş,  ideya  yolçuluğu  etmiş,  aldanmış  və 

aldadılmışdır. 

 

Nəriman Nərimanovun Türkiyə siyasəti 

 

 “Paşam, qardaş qardaşa borc verməz, əl tutar” 



(Atatürkə məktubundan) 

 

Nəriman  Nərimanovun  Türkiyə  siyasəti  indiyə  qədər  incələnməmiş,  toxunulmamış  mövzulardandır. 



Rusiyanın  əyalət  qismində  münasibət  göstərdiyi  Sovet  Azərbaycanın  müstəqil  xarici  siyasət  kursunun  həyata 

keçirilməsi  mümkünsüz  görünsə  də,  son  dövrlər  əldə  olunan  fakt  və  sənədlər  belə  siyasətin  varlığına  işarədir. 

Şamil Qurbanov türkiyəli dostlarının təqdim etdikləri bəzi faktlara söykənərək bu mövzunun başlanğıcını qoyub. 

Davamını tarixçilərimiz, nərimanovşünaslarımız arşdırsaydılar, tariximizin bu səhifəsi də boş qalmaz, fakt qıtlığı 

ilə  üzləşməzdik.  Nərimanovun  Atatürklə  yazışmaları  Rusiya-Türkiyə  münasibətlərinin  çox  təzadlı,  qaranlıq 

mərhələsində  və  ziddiyyətli  proseslərin  içərisində  Azərbaycanın  çəkisini  müəyyənləşdirmək  bizə  ancaq  xeyir 

gətirə bilər.  

İstiqlaliyyət  uğrunda  müharibənin  ilk  günlərində  türk  milliyyətçiləri  Sovet  Rusiyası  ilə  yaxşı  qonşuluq 

münasibətləri qurmaq, onların həm hərbi, həm də maddi yardımlarına nail olmaq, Qərb imperializminə qarşı birgə 

mübarizə aparmaq istəyirdilər. 1919-cu ilin iyunun 18-də Mustafa Kamal Amasiyada gizli bir toplantı çağıraraq 

düşmənə müqavimət tədbirlərini planlaşdırdı və qərara aldı ki, Anadoluda de-fakto rəhbərlik yaratmaq gərəkdir. 

Bu  müzakirələrlə  yanaşı,  rus  bolşeviklərim  ilə  əlaqə  yaratmaq  da  müzakirəyə  çıxarıldı.  Bolşeviklər  də  türk 

milliyyətçilərinin bəzi şərtləri qəbul edəcəkləri təqdirdə hərbi və maliyyə yardımı edəcəklərini bildirdilər. Leninin 

timsalında rusların tələblərindən biri Cənubi Qafqazın sovetləşməsinə türklərin mane olmaması və hətta bölgədə 

olan  hərbi  birləşmələrin  bu  prosesə  yardım  etmələri  idi.  Məhz  buna  görə  Azərbaycan    Xalq    Cümhuriyyətinin 

süqutunun  səbəblərini araşdıranlar Amasiya toplantısında qəbul olunan qərarlara da daimi diqqət yönəldirlər. Belə 

ki,  XI  Qızıl  Ordunun  Azərbaycanı  istilası  Anadoluya  kömək  məqsədi  adı  altında  həyata  keçirilmişdir.  Həmin 

dönəmdə fəaliyyətdə olan türk hərbi birləşmələri, Bakıda Xəlil Paşa olmaqla bolşeviklərə yardım gostərirdilər.  

 Azərbaycanın sovetləşməsi prosesindən sonra türk milliyyətçilərinin Sovet Rusiyası ilə əlaqələri danışıqlar 

müstəvisinə  keçdi.  İlk  belə  heyət  Semyon  Mixayloviç  Budyonnunun  vasitəçiliyi  ilə  reallaşdı,  Mustafa  Kamalla 

Havuzda danışıqlara başlanıldı. Həmin görüşdə Azərbaycanın sovetləşməsi məsələsi də müzakirə olunaraq ümumi 

razılıq alındı. Budyonnı Mustafa Kamala imperialistlərə qarşı başladığı müharibədə Sovet Rusiyası adından pul və 

silah  yardımı  təklif  etdi.  Fürsətdən  yararlanan  rus  generalı  Mustafa  Kamalın  Anadoluda  hansı  rejimi  qurmaq 

istəyini öyrənməyə çalışır, türk milliyyətçi rəhbərinə bolşevik sistemini qəbul etdirmək istəyirdi. Mustafa Kamal 

bolşevik  yardımından  imtina  etmir,  ancaq  bolşevizmi  yaxına  buraxmayaraq,  diplomatik  tərzdə  ona  cavablar 

verirdi. Sovet Rusiyasının Xarici işlər naziri, Nərimanovun təbirincə desək, “Şərq məsələsində dolaşıqlıq yaradan” 

Çiçerin 1920-ci ilin iyunun 3-də Mustafa Kamala məktub göndərərək, Türkiyə ilə Rusiya arasında təcili diplomatik 

münasibətlər  qurulmasını  təklif  etdi.  Sovet  Rusiyası  ilə  ilk  rəsmi  əlaqə  Upmal  Anqarskinin  sədrliyi  ilə  rus 

diplomatlarının 1920-ci il oktyabrın 4-də Ankaraya gəlişi ilə başladı. 200 nəfərdən çox olan bu heyət özü ilə çoxlu 

radiomaterialı,  teleqrafçı  və  500  kq-a  qədər  qızıl  gətirmişdi.  U.Anqarski  Ərzurumda  Kazım  Qarabəkirlə  görüşü 

zamanı Türkiyədə Kommunist Partiyasına qoyulan qadağaları aradan götürməyi tələb etdi. Çünki Mustafa Kamal 

bolşeviklərin yardımına ehtiyac duysa da, Türkiyənin istiqlalını kommunizmə yuvarlatmaq fikrində deyildi. Lenin 

də M.Kamalın sosialist olmadığını deyirdi. Ancaq sovet Rusiyasının Türkiyəyə yaxınlaşmasının bir çox səbəbləri 

vardı.  Bu  elə  bir  dönəm  idi  ki,  türklər  bir  millət  olaraq  toparlanır,  erməni  və  yunanlar  üzərində  qələbələr 

borc 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə