Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

31 

 

başlarlar Bakı şəhərində olan bir neçə bolşevik nümayəndələrindən həbs edib Bakıdan 



Krasnovodskaya sürgün etməyə. Bir neçə günə bolşevik nüfuzun Bakı şəhərindən qət 

etdilər”. 

31  martdan  aprelin  2-dək  müsəlmanların  kütləvi  qətlini  tam  həyata  keçirə 

bilmədiklərini  düşünən  daşnaklar  bu  istəklərini  ingilislərin  hərbi  yardımı  ilə  başa 

çatdıracaqlarını  planlaşdırdılar.  Bu  barədə  müəllif  yazır:  “...  İngilislər  şəhərə  varid 

olmadan  bir  neçə  gün  əqdəm  “igid  daşnaklar”  müsəlmanları  qətliam  edilmələri 

xüsusunda çox danışıqlar açarlar. Hərçənd rus və başqa millətlər razı olmazlarsa, ama 

kirvələr gizli surətdə həmin fikri icra etməyə hazırlıq yaparlar”. 

S.Axundzadə  ingilislərin  “politikan”  olduğundan  Bakının  əsil  sahibləri 

müsəlmanların incidilməməsi üçün fəaliyyət göstərdiyini də qeyd edir: “Daha kirvələr 

bir iş bacara bilməyib məzkur məsləyi ləğv edirlər”. 1918-ci ilin avqust ayının 5-dən 

sonra  bir  ay  yarım  Bakının  Bibiheybət  səmtindən  başlamış  Abşeron  burnunadək 

Qafqaz İslam Ordusu tərəfindən mühasirəyə alındığını yazan müəllif bu mühasirənin 

dəqiq təfsilatını verir. 

İyul  ayının  30-da  “vaqe  olan  hücumda  türk-Azərbaycan”  ordusunun  öz 

qərargahını Qobu və Güzdəyə köçürdüyü faktı da digər mənbələrdə də təsdiqini tapır. 

Şəhər ətrafında döyüşlər zamanı “igid daşnakların” müsəlmanlara qarşı qətliamlarının 

davam  etdiyini  qeyd  edən  S.Axundzadə  yazır:  “Bu  gündən  etibarən  yerli  əhalinin 

kəndlər və bağlar ilə əlaqələri qət edilir. Səbəbi isə yollarda  “igid daşnakların” dinc 

əhalini qətl etmələri olmuşdur”. 

Avqustun ilk günlərində  Saray kəndindən keçərək Maştağaya Qafqaz İslam 

Ordusunun  yüz  nəfər  süvari  və  iki  plemyotdan  ibarət  alayın  gəldiyi  və  Maştağada 

hərbi  inqilab  komitəsinin  təsis  olunması  barəsində  kitabda  əksini  tapan  məlumatın 

faktoloji  əhəmiyyəti  var.  Belə  ki,  bu  hərbi  komitədə  12  nəfərdən  ibarət  kənd 

mötəbərinin bir araya gəlməsi və ingilis-daşnak birləşmələrinə qarşı əhalini səfərbər 

etmələri  və  Bakının  azadlığı  uğrunda  Bakı  kəndlərinin  oynadıqları  rol  tarixi 

həqiqətlərin bərpası üçün əhəmiyyətlidir. 

İngilis-daşnak  birləşmələrinin  hücumlarına  qarşı  yerli  əhalinin  5  gün 

müqavimət göstərdiyi də önəmli faktlardan biridir: 

“...  Beş  gün  müharibə  davam  edər  və  nəhayət,  yerli  əhalinin  fişənglərinin 

qurtardığını düşünən daşnaklar meydan müharibəyi vüsətləndirib (Balaxanı-Ramana) 

üzərinə  qoşun  çıxararlar.  Qoşun  hücuma  başladıqda  dalınca  üç  dügməli  toplar  ilə 

aramsız atəş açarlar. Qabaqca süvari, ardınca piyada dəstələri hücuma başlarlar”. 

İngilis-daşnak  birləşmələrinə  qarşı  meydan  savaşını  davam  etdirən  yerli 

əhalidən  təşkil  olunan  könüllülərin  qeyri-bərabər  müharibədə  göstərdikləri  şücaəti 

təsvir  edən  S.Axundzadə  yazır:  “Ömürlərində  müharibə  görməyən  əhali  ciddi  və 

dilbaranə  bir  surətdə  bağların  kənarında  səngərlər  tərtib  verib  axır nəfəslərinə  qədər 

səngərdən  çıxmadıqlarını  qət  edərlər.  Bu  vaxt  avqust  ayının  5-i  olub  sübh  saat  11 

radələri idi”. 



32 

 

Bakı  kəndləri  gənclərinin  əliyalın  səngərlərə  hücum  etdiklərini  diqqətdən 



qaçırmayan  müəllif  yaşlı  insanların  da  bu  savaşda  övladları  ilə  birgə  mübarizə 

apardıqlarını təsvir edir: “... Cavanlar yek digərini boş əllər ilə belə səngərlərə yürüşür 

idilər. İxtiyarlar isə onlara yemək və ləvazimat daşıyırdılar”. 

Bakının  1918-ci  il  sentyabrın  15-də  işğaldan  azad  olunması  Qafqaz  İslam 

Ordusunun döyüş əməliyyatları ilə yanaşı əhalinin də fəallıq göstərdiyinin nəticəsində 

əldə olunduğu Ş.Axundzadənin qələmə aldğı faktlarla təsdiqini tapır. Bakı kəndlərinin 

minlərlə  əli  silah  tutanları,  könüllü  hərbi  birlikləri  xüsusən  gənclərinin  döyüşlərdə 

mətanətlə Azərbaycanın bütövlüyü, istiqlaliyyəti uğrunda mübarizə aparmaları xüsusi 

tədqiqat mövzusudur. 

Kitabdakı faktlardan bəlli olur ki, 1918-ci ilin avqustun 5-dək yalnız yüz nəfər 

süvari alayının və iki topun hesabına deyil, yerli əhalinin silaha sarılması ilə ingilis-

daşnak  birləşmələrinin  hücumları  dəf  edilib.  Bir  neçə  gündən  sonra  isə  səngərləri 

buraxmayan  əhali  müjdəli  xəbər  alır:  “Nuru  Paşanın  komandanlığı  ilə  Azərbaycan-

türk  ordusu  bir  saatdan  sonra  Maştağaya  yetişəcək”.  Ermənilər  tərəfindən  kütləvi 

qətliam olunacaqlarını göz önünə gətirən əhalinin bu xəbəri necə qarşıladığını müəllif 

bu  cür  təsvir  edir:  “Övrət,  uşaq əllərində  qablarda  su  ilə  dolu  bu  vaxta  qədər  İslam 

Ordusunun  nə  rəngdə  olduğunu  belə  görməyən  əhali  fövqəladə  bir  aramsızlıq  ilə 

gözləyirdilər”. 

Müəllifin verdiyi məlumatlardan bəlli olur ki, avqustun 5-dən sonra Qafqaz 

İslam Ordusunun “pişdarlarından ibarət olan bir neçə nümayəndə Maştağaya gəlir və 

bu,  əhali  arasında  ruh  yüksəkliyi  yaradır”.  Qafqaz  İslam  Ordusu  hərəkatı  ilə  bağlı 

tarixi araşdırmalarda Maştağa qarnizonunun yaradılması və onların Bakının işğaldan 

azad  olunması  üçün  göstərdikləri  fədakarlıq  barəsində  kifayət  qədər  bilgilər  var. 

S.Axundzadə  qarnizonun  formalaşması  ilə  bağlı  tarixşünaslığımıza  öz  dəyərli 

faktlarını  da  əlavə  edir.  Maştağa  qayməqamı  Məhəmməd  Tofiq  bəy  şəhərin  şərq-

şimal-cənub  tərəflərdən  düşmənə  ağır  zərbə  endirmək  üçün  yerli  əhali  arasında 

iyirmibeş-qırx yaşlıları səfərbərliyə alır və könüllü hərbi birliklər təşkil edir. Müəllif 

yerli  əhalinin  fədakarlığını  yüksək  qiymətləndirərək  yazır:  “Yerli  əhali  ordu 

qərargahından  alınan  ləvazimat  hərbiyələrin  öhdələrinə  alıb  qəhrəman  minbaşı 

Məhəmməd Tofiq bəyin komandasında üç mindən ibarət bir könüllü ordu düzəlir”. 

Azərbaycan  xanımlarının  döyüşlərdə  öz  həyat  yoldaşı  və  oğulları  ilə  birgə 

mübarizə  aparmalarını  da  qələmə  alan  S.Axundzadə  yazır:  “...  İslam  qadınları  kibi 

kəndi övladları üçün yemək azuqəsi gətirmək üçün hazırlaşır idilər”. 

1918-ci  ilin  sentyabrın  15-də  İslam  dünyasının  müqəddəs  Qurban 

bayramında Bakının azad olunmasını hərbi əməliyyatların təsviri baxımından müəllif 

tarixçilərimizə dəqiq bilgilər verir. Bakının qurtuluşuna Qurban bayramından beş gün 

əvvəl  başlandığını,  döyüş  əmrinin  iki  istiqamətdə  -  Suraxanı,  Ramanı,  həmçinin 

Zabrat  və  Məhəmmədi  cinahlarında  aparıldığı  bəlli  olur.  Bakı  kəndlərinin  mədən 

dairələrində, yəni neft buruqları olan ərazilərdə ələ keçirilən və təslim olan əsirlərin 

Maştağaya  gətirildiyi  və  hücumlara  tab  gətirməyən  ingilis-daşnaklara  məxsus  “iki 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə