Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

26 

 

 



 


27 

 

Seyidağa Axundzadə 



31 mart soyqırımına və Qafqaz İslam Ordusu hərəkatına işıq salan kitab 

 

XX  əsrin  əvvəllərindən  başlayaraq  ermənilərin  Azərbaycan  xalqına  qarşı 



törətdikləri soyqırım faktları son iyirmi ildə sistemli şəkildə araşdırılır, yeni sənədlər, 

arxiv  materialları  tədqiqata  cəlb  edilir,  kitablar  çap  olunur. 

Müsəlman-türk  dünyasına  qarşı  planlı  şəkildə  törədilən 

soyqırımların  tarixşünaslığı  vaxtilə  üzərinə  məxfi  qrifi 

vurulmuş  sənədlərin,  mənbələrin  ortaya  çıxarılması 

hesabına zənginləşir. Tarixçi alimlərimiz tərəfdən xalqımıza 

qarşı  törədilən  soyqırım,  terror,  məcburi  deportasiyaları 

barəsində xeyli sayda elmi monoqrafiyalar, araşdırıcılar çap 

edilsə  də  hələ  tədqiqatlardan  kənarda  qalan,  diqqəti  cəlb 

etməyən  sənədlər  mövcuddur.  İşlərin  əhatəli  aparılması 

üçün  ölkə  alimlərinin  qonşu  Gürcüstan,  Rusiya  və  İran 

arxivlərində çalışmalarına böyük zərurət var. 

Azərbaycan  arxivlərində  erməni  vandalizmini  öz 

saralmış  səhifələrində qoruyan sənədlərin böyük hissəsinin 

tədqiqata  cəlb  olunmasına  baxmayaraq  axtarışlar 

nəticəsində  yeni  sənədlər,  mənbələr  də  aşkarlanır. 

Soyqırım  tarixşünaslığı  üçün  gərəkli  olan  belə 

mənbələrdən  biri  də  bu  vaxta  qədər  tədqiqatçıların  nəzərindən  kənarda  qalan,  bu 

günədək  mənbəşünaslığa  daxil  edilməyən  Seyidağa  Axundzadənin  1919-cu  ildə 

Bakıda,  “Turan”  mətbəəsində  çap  olunmuş  “Mart  hadisəsi.  1918  və  yaxud  Nuru 

Paşanın Bakını işğal etməsi” kitabıdır. Mətbuat tariximizin və istiqlal ədəbiyyatımızın 

tədqiqatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Asif Rüstəmli kitabdan 

bir hissəni ərəb əlifbasından latın qrafikasına transliterasiya edib  bu  barədə məlumat 

versə də, nədənsə, əsər barəsində tədqiqat aparılmır. Görünür, adındakı “işğal” sözü 

xatalı hesab edildiyindən kitabın tədqiqatına ehtiyatla yanaşılır.  

Mahiyyətinə varıldıqda “işğal” sözünün sadəcə, həmin tarixi dönəmə uyğun 

bir termin olaraq  işləndiyini, Türkiyə və Azərbaycan hərbi birliklərindən və çoxsaylı 

Azərbaycan  könüllülərindən  formalaşan  Qafqaz  İslam  Ordusunun  istiqlalımız  üçün 

mübarizəsinin obyektiv mənzərəsini görmək olar. Bu kitabın tədqiqata cəlb olunması 

həm də ona görə vacibdir ki, xalqımıza qarşı erməni-bolşevik birləşmələrinin, Erməni 

Milli  Şurasının  törətdiyi  31  mart  soyqırımını  üç  gün  ərzində  təfsilatı  ilə  göz  önünə 

gətirir.  Mirzə  Fətəli  Axundov  adına  Milli  Kitabxananın  fondunda  saxlanılan  “Mart 

hadisəsi 1918 və yaxud Nuru Paşanın Bakını işğalı” kitabının IV cilddə olduğu güman 

edilir. Çünki kitabın I və III hissələri fondda olduğu halda, II hissəsi  yoxdur. Qafqaz 

İslam Ordusu və könüllü Azərbaycan dəstələrinin Bakını işğaldan azad etməsi prosesi 

yarımçıq təsvir edildiyindən kitabın IV cildinin olması ehtimal olunur. 

Bolşevik-daşnak 

hərbi 


birləşmələrinin, 

Erməni 


Milli 

Şurasının, 

“Daşnakstyun” Partiyasının 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda yerli 



28 

 

əhaliyə  qarşı  törətdiyi  soyqırımı  təhkiyə  üsulunda,  faktları  ardıcıllıqla,  saatbasaat 



qələmə  alan,  mümkün  qədər  siyasi  münasibətlərdən  kənarda  dayanaraq  faciəni 

təfsilatı ilə oxucuya çatdırmağa çalışan Seyidağa  Axundzadənin şəxsiyyəti də maraq 

doğurur. 

Seyidağa  Mir  Hüseyn  oğlu  Axundzadə  1887-ci  ildə  Maştağada  ruhani 

ailəsində  dünyaya  göz  açıb.  Atası  Axund  Mir  Hüseyn  1852-ci  ildə  doğulub.  İraqın 

Nəcəf  şəhərində  ali  dini  təhsil  aldıqdan  sonra  Vətənə  dönüb.  O,  dövrün  görkəmli 

şəxsiyyətləri ilə dostluq münasibətləri qurmuş açıqfikirli, mütərəqqi ziyalılarından biri 

olub. Tibbi, coğrafiyanı və tarix elmini də gözəl  bilirmiş. Maştağada  “Gövhər-Bikə” 

məscidini  tikdirmiş  və  orada  axundluq  etmişdir.  Yüksək  elmi  savadına  görə, 

Maştağanın  ətraf  kəndlərinə,  xüsusən  Nardaran  və  Buzovnadakı  məclislərə  dəvət 

alarmış.  Onun  Azərbaycan  tarixində  böyük  işlər  görən  mesanat  Hacı  Zeynalabdin 

Tağıyev  ilə  dostluq  etməsi  barəsində  də  məlumatlar  var.  Axund  Mir  Hüseynin  6 

övladı olmuşdur. Böyük övladı Seyidağa idi. 

Çox  təəssüf  ki,  Seyidağa  Axundzadə  barəsində  əlimizdə  kifayət  qədər 

məlumatlar  yoxdur.  “Kaspi”  mətbəəsində  mürəttib  kimi  çalışan  Seyidağa  dövrün 

mətbuat  orqanlarında  məqalələrlə  də  çıxış  etməsi  barədə  də  məlumatlar  var. 

S.Axundzadə “Kaspi” mətbəəsindən başqa “Orucov qardaşları” mətbəəsində, “Səda”, 

“Hümmət”,  “Yeni  fikir”  qəzetlərində  də  çalışıb,  Azərbaycanın  sovetləşməsindən 

sonra bir müddət “Azərnəşr”də linotinçi kimi fəaliyyətini davam etdirib. 

Sovetləşmənin  ilk aylarında  siyasi  repressiyalara  başlayan  bolşeviklər  Bakı 

kəndlərində ruhanilərə qarşı da kütləvi həbslərə, qətllərə başladı və bu cəza tədbirləri 

Maştağaya  da  gəlib  çatdı.  Kəndin  bir  neçə  din  xadimini  məscidlərin  qabağında 

əhalinin gözü qarşısında güllələyib, 80-ə yaxın insanı həbsxanaya saldılar. Maştağada 

aparılan  kütləvi  qətlləri,  din  xadimlərinin  güləllənməsini  Nəriman  Nərimanova 

çatdıran  Seyidağa  Axundzadə qismən də  olsa  Maştağada represiyaların  qarşısını ala 

bildi. Bəzi mülahizələrə görə, Seyidağa Axundzadə Nəriman Nərimanovla yaxın dost 

olmuş,  bir  müddət  “Hümmət”  partiyasında  siyasi  fəaliyyət  göstərmişdir.  Siyasi 

fəaliyyətlə məşğul olması, mətbəəçilik işinə yaxından bələdçiliyi görünür ona  “Mart 

hadisələri  1918...”  kitabını  yazmağa  sövq  edib.  Maarifçilik  işi  ilə  məşğul  olan  S. 

Axundzadə həvəskar aktyor kimi tamaşalarda da müxtəlif rollar oynayıb. O dövürdə 

çap  olunmuş  “Zəhmət  səhnəsi”  jurnalında  S.Axundzadənin  aktyorluq  fəaliyyəti  ilə 

bağlı məlumatlar var. 

S.Axundzadə çox erkən, 43 yaşında 1929-cu ildə dünyasını dəyişib. 

Vaxtilə çalışdığı mətbəələrin 1918-ci ilin martın 31-də ermənilər tərəfindən 

yandırılaraq  xarabazara  çevrildiyini  gözləri  ilə  görən  S.Axundzadə  yazır:  “Bu  gün 

seşənbə  günü,  mart  ayının  iyirmisi  saət  on  birdən  etibarən  müharibə  bir  milli  rəng 

almış  idi.  Ona  binaən  də  saət  bir  radələri  idi,  ermənilər  tərəfindən  müsəlman 

məhəllələrinə  hücum  edilib  Nikolayevski  caddə  də  onlar  tərəfindən  işğal  edildi  və 

Cəmiyyəti Xeyriyyə binası da onların əlinə keçdi. Hətta şəhər idarəsi binasına qədər 

yürüş edib, idarəni də əllərinə aldılar və oraya mitralyoz və toplar yeridib İçərişəhəri 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə