Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   2   3   4   5   6   7   8   9   10   ...   123

26
yaranırdı. Buna görə də şəhərlərdə xüsusi ayrıca şöbələr yara-
dıldı əvvəlcə. Bunlar ilk başda olduqca kiçik və sadəcə bir neçə 
otaqdan ibarət şöbələr idilər. Ya həkim tərəfindən namizədlərə 
müvafiq dərmanlar verilir və onlar özləri istifadə edərək həyat-
larını sonlandırırdılar ya da həkimlər bir başa tətbiq edirdilər 
dərmanları. Sonradan bir sıra təşkilatların təkidi ilə bu şöbələr-
də nisbətən dəyişikliklər edilməsi təklif olundu. 
Hector Qonzalez yenə olduqca ciddi və inadkar formada 
çıxış edirdi: “Biz bu insanlara heç olmasa zülüm çəkərək ya-
şadıqları bu həyatı sonlandırarkən heç olmazsa xoş bir gün ya-
şatmalıyıq. Vətəndaşları işsizlik və evsizlikdən əziyyət çəkən 
bu dövlətdən gözləntimiz odur ki heç olmasa onlara düzgün 
bir yaşam verə bilmirlərsə, düzgün bir ölüm versinlər. İki otaq-
lı dörd divarın arasında sanki bir qurban kimi gedib həyatla vi-
dalaşmaq olduqca acılancaqlı səslənir elə deyilmi? Yəqin ki bu 
məsələdə mənimlə razılaşarsınız ki, siz, sabah o xəstələrin ye-
rində olsanız, bu istəyəcəyiniz ən sonuncu vida forması olardı. 
Biz bir ictimai təşkilat olaraq öz borcumuzu yerinə yetirmişik 
və dövlətə bu barədə hazırlamış olduğumuz xüsusi layihəmizi 
artıq təqdim etmişik. Bu layihənin üstündə uzun müddətdir ki 
hazırlıqlarımız gedirdi, son çərşənbə günü bütün hazırlıqları 
tamamlayıb  təqdimetməni  bitirməyə  nail  olduq.  Qısaca  izah 
edəsi olsaq əgər, xəstələrimiz və zərərçəkənlərimiz üçün (o bu 
sözü həyatdan zərərçəkmişləri nəzərdə tutaraq xüsusi vurğuy-
la işlədirdi) spesifik kamplar, düşərgələr yaradılmasıyla bağlı 
geniş və ən kiçik təfərrüatına qədər düşünülmüş böyük bir la-
yihədir. Evtanaziya kamplarının layihəsi.”
Hector Qonzalez, uşaq ikən, bir gün məktəbdən evə qayı-
danda, öz xəstə anasını otağında asılı vəziyyətdə ölü tapmış-
dı. Bir uşaq üçün bu olduqca ağır travma idi. Qorxudan ağ-
layaraq küçəyə qaçmış və səsə gəlmiş qonşular anasını yerə 
endirmişdilər. Atası yox idi. Anasını heç vaxt bağışlamaya-
cağını düşünmüşdü ilk başda. Onu həm anasız, həm kimsəsiz 
qoyurdu öz gedişilə. Və üstəlik, balaca bir uşağın onu görə 
biləcəyi bir yerdə özünü asaraq. Bu şübhəsiz ki bağışlanmaz 


27
bir hərəkət idi. Ancaq o, tez-tez anasının onu mütəmadi yox-
lamaya gələn həkiminə yalvarışlarını eşitmişdi qapı arxasın-
dan “həkim, al canımı yalvarıram! Belə yaşaya bilmirəm! Bu 
ağrılara dözə bilmirəm! Dözə bilmirəm”. Kimin ağrıları daha 
ağır idi? Gecələri belə qışqıraraq və zarıyaraq yatmağa çalı-
şan və yata bilməyən anasının, yoxsa anasız qalmış Hecto-
run? O zamanla anasını anlamağa və bağışlamağa başlamışdı. 
Ölümdən sonra onu kimsəsizlər evinə, bir yetimxanaya yer-
ləşdirmişdilər. Ona uzun müddət istədiyi vaxtı anasının mə-
zarını ziyarət emə şansı vermişdilərsə də o getməmişdi, incik 
idi. Ancaq hər gecə anasının çığlıqlarını eşidirdi yuxularında 
və yetimxananın koridorlarında, “bu ağrılara dözə bilmirəm 
həkim”, əks-səda edirdi anasının səsi qulaqlarında. Bir müd-
dət sonra o anlayırdı artıq, böyüyürdü. Anası, hər ikisi üçün 
düzgün  olanı  etmişdi.  Yavaş-yavaş  əriyib  getməsinə  səbəb 
olan  xəstəliyi  onsuz  da  onun  canını  alacaqdı  qısa  müddətə 
və Hector onsuz da kimsəsiz qalacaqdı. Anası sadəcə ağrıla-
rından tez qurtulmağa və Hectorun heç olmasa yetimxanaya 
gedərək daha yaxşı bir şəraitdə olmasına çalışırdı. Onsuz da, 
evdə dövlətin onlara xəstə anası və atasızlığı səbəbilə verdiyi 
yardım ilə olduqca çətin şəraitdə yaşayırdılar. Üstəlik balaca 
Hector xəstə anasının qayğısına qalmaq zorunda idi. Anası 
onu xilas edirdi əslində gedişiylə. Sadəcə, başqa seçimi ol-
madığı üçün özünü asaraq vidalaşırdı. Amma bu olduqca ağır 
olmuş olmalı idi. Tez-tez anasının son anlarını xəyal edirdi, 
ağlayaraq ipi boynuna keçirməsini təsəvvür edirdi, Hectorun 
birazdan  evə  gələcəyini  bilərək  edirdi  bunu. Və  buna  görə 
daha da artıq ağlayırdı onu belə bir mənzərəylə üz-üzə qal-
mağa vadar etdiyi üçün. Bir gün qaçdı yetimxanadan Hector 
və  anasının  basdırıldığı  məzarlığa  getdi  ağlayaraq.  “Bağış-
la məni” deyə gözyaşı tökdü anasının məzarı üstündə. “Ba-
ğışla  daha  əvvəl  gəlmədiyim  üçün  ziyarətinə.  Bağışla  səni 
qınadığım üçün. Bağışla uşaqlıq etdiyim üçün. Səndən ötrü 
çox darıxıram ana” deyə fəryad etmişdi onun yeniyetmə ürə-
yi sinəsində. “Söz verirəm sənə, vəkil olacam bir gün, sənin 


28
istədiyin kimi” deyə söz verirdi  əli ilə gözlərin silib anasının 
yanından ayrılarkən, uşaqcasına.
O böyüdü və sözünü tutdu. Mübairzəsinə sadiq qaldı. Ye-
timxanadan ayrıldı və hüquq fakultəsinə daxil oldu. Universi-
tet illərində yolları  evtanaziya təşkilatlarından biri ilə kəsişdi. 
Bir müddət üzvlükdən sonra  öz dostu ilə birlikdə artıq vəkillik 
etdiyi illərdə “Ölmə haqqı” adlı təşkilatı qurdu. Anasının fər-
yadları hələ də qulaqlarında idi. Sadəcə insanların daha rahat 
və ağrısız ölə bilmələrini istəyirdi. Onun üzündə yaşamış oldu-
ğu həyatın hüznünü hiss etmək olurdu. Olduqca hüznlü, qəm-
gin və özünə məxsus üz quruluşu var idi. Əsil “ölmə haqqı” 
deyə bir adı olan təşkilatın qurucusu olacaq bir üz ifadəsinə 
sahib idi.
* * *
Bir  müddət  sonra  onun  “Evtanaziya  kampları”  layihəsi 
müvafiq qurumlar tərəfindən təsdiqləndi və ölmə haqqı təşki-
latı dövlətlə iş birliyinə başladı. Həmçinin adlarını keçmişdəki 
intihar və edamlarda istifadə edilən bitkidən, həm də Sokratı 
öldürən conium maculatum bitkisindən alan başqa bir təşki-
lat,  Hemlock  Cəmiyyəti  də  onlara  qoşuldu.  Layihə  həm  də 
ona görə təsdiqlənmişdi ki onlar evtanaziya kamplarını şəhər 
xarici ərazilərə, təbiət qoynuna, dağlıq ərazi kimi yerlərə da-
şımağı təklif etmişdilər. Bu həm o şöbələri şəhərlərdən uzaq-
laşdıraraq bu tip neqativ məkanların insanların gözü önündə 
olmamasına kömək edəcək, həm də zərərçəkmişləri son mən-
zilə yola salarkən onlara axırıncı dəfə təbiət qoynunda dinclik 
bəxş edəcəkdi. Üstəlik insanlar ani intihar qərarlarında uzun 
bir yol getməli olacaqdılar deyə onları ani qərarlardan yayın-
dıracaqdılar.  Layihə  üçün  ayrıca  maliyə  fondu  yaradılmışdı. 
Fonda həm dövlət tərəfindən dəstək olunacaqdı, həm xüsusi 
şirkət və varlı şəxslərin bağışları, həm də zərərçəkənlərin öz-
ləri son mənzilə gedərkən istədikləri halda öz var-dövlətlərini 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə