Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə76/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   72   73   74   75   76   77   78   79   ...   84

 
151
- Narkolepsiyalı  xəstələrdə çox vaxt hallüsinasiyalar olur. Sizin yuxu dediyiniz o görüntülər, hallüsinasiya ilə röyaların 
qarışığıdır. Hər şey çox real görünür deyə, ayırd eləmək olmur – yuxudur, ya yox.  
- Bəs nə etmək olar doktor? – alçaq səslə soruşdum. 
- Təəssüf ki, hipersomniyaya aid olan sinir sistemi xəstəliyi olduğundan, müalicəsində ciddi çətinliklər var. Daha doğrusu 
müalicəsi hələ tapılmayıb. Baxın, nəticələr də göstərir ki, əzələ tonuslarının tam ya da qismən itirilməsi baş verir. 
Onun sözünü kəsdim: 
- Axı bu xəstəliyin səbəbi nədir doktor? Niyə məhz mən?! – səsim özümə yad gəldi, elə bil sualı inildəyərək vermişdim. 
Əlixan isə rəhmsizcəsinə hökmümü oxumağa davam edirdi:  
- Dəqiq bir söz demək çətindir. Bəziləri deyir ki, narkolepsiya beyində oreksin çatışmazlığından yaranır. Bu xəstəliyin irsi 
olduğunu deyənlər də var. 
Dərindən köks ötürüb başımı  aşağı endirdim, düyünlənmiş yumruqlarıma baxdım. Susurdum, çünki doğrudan da 
deməyə sözüm qalmamışdı. Birdən Əlixanın mülayim səsi eşidildi: 
- Murad bəy, bax buna yol vermək olmaz! Əsla ümidsizliyə qapılmayın.  
Gözlərimi qaldırıb üzünə baxdım. 
- Qapılmayım? Bəs neynəyim? Bu xəstəliklə necə yaşayacam? Dəli olmaqdan qorxuram! Gah keçmişimə qayıdıram, 
gah təzədən burada oyanıram. Əzab çəkirəm doktor! Reallıq hissini itirmişəm – bilmirəm yuxularım harda başlayır, harda 
qurtarır. 
- Sizi başa düşürəm. Ancaq reallıq hissini itirməyinizə  qətiyyən ehtiyac yoxdur. Bəli, hallüsinasiyalarınız sizi çaşdırır, 
çünki çox real görünürlər. Amma çalışın ayılandan sonra, ətrafınızdakı insanlara indiki həyatınızın irreal olduğunu, hələ 
də keçmişinizdə yaşadığınızı deyib, onlarla mübahisə etməyin, onları ürkütməyin. Bircə onu bilin ki, sizin indiki həyatınız 
kifayət qədər realdır. Axı siz də həkimsiniz, özünüzü ələ ala bilməlisiniz. Vəziyyətinizi daha da ağırlaşdırmaq lazım deyil, 
beyninizə pis-pis fikirlər gətirməyin. Sizə yazacağım dərmanlardan sonra gecələr rahat yatacaqsınız. Əsas məsələ yuxu 
rejiminə riayət etməkdir. Bir də görəcəksiniz ki, xəstəlik öz-özlüyündən çıxıb gedib. Narkolepsiyanın ağır formaları da 
olur. Elə adamlar var ki, yuxudan ayılandan sonra iflic kimi olurlar, hərəkət edə bilmirlər. Somnambulik effekt yaşayırlar. 
Ən azından sizin xəstəliyiniz belə ağır deyil.  
- Doktor, bəs şizofreniya?  
- Nə şizofreniya? 
- Yəni, şizofreniyaya tutula bilərəm? 
- Sizə kim dedi ki, narkolepsiya şizofreniyanın simptomudur? Əlbəttə, reallıq hissini itirib, öz dünyanıza qapanmağa 
davam eləsəniz,  şizofrenik kimi görünə bilərsiniz. Sizinlə açıq danışım – sağalmağınız  əlli faiz sizdən asılıdır. Mənə 
kömək edin. Daha doğrusu özünüzə kömək edin. İçinizə qapanmayın. Əks halda insanlar sizi başa düşməyəcək. 
Başımı tərpədərək əsəb və kinayə ilə qımışdım: 
- Aha, əlbəttə başa düşməyəcəklər. Heç kəs başa düşmür onsuzda. Yuxularımda keçmişimə aid adamları görürəm – 
onlar da məni başa düşmürlər. Onlar da mənə  dəli gözü ilə baxırlar. Torğulu tez-tez görürəm. O da deyir ki, həkimə 
getməlisən. Görürsünüz nə maraqlı  həyatım var?! Hər iki həyatımda da elə bilirlər dəliyəm, məni psixiatra göndərmək 
istəyirlər. Yaxşı, burada sizin yanınıza gəldim, mənə diaqnoz da qoydunuz. Bəs yuxu dediyiniz paralel həyatımda? Üzr 
istəyirəm, paralel həyat sözündən xoşunuz gəlmir. Olsun yuxularımda. Yuxularımın birində  də  həkim yanına getsəm 
necə? Məsələn Toğrulun məsləhət gördüyü həkimə? O da mənə eyni diaqnozu qoyub, eyni sözləri desə? Desə ki, sizin 
real həyatınız burdadır, inqilab təxəyyülünüzün məhsuludur, dostlarınız sağdır, heç kəs ölməyib. Doktor, mən yuxunun 
nə olduğunu bilirəm. Hər halda özüm də həkiməm. Amma mənim gördüklərim yuxuya heç oxşamır. 
- Birincisi, siz dəli deyilsiniz, heç kəs də sizə dəli demir. İkincisi də ki, bir daha təkrarlayıram - yuxularınızın təsiri altında 
qalmamalısınız. Yaddan çıxarmayın ki, gördükləriniz yuxudur, hallüsinasiyadır. Yatanda irreal həyata addım atırsınız. 
Orada gördüklərinizi, elə oradaca qoyub qayıdın. Deyirsiniz orada həkimə getsəniz necə olar? Gedin! Nədən 
narahatsınız? Ola bilsin Toğrulun sizi aparacağı həkim də mənim qoyduğum diaqnozu qoysun, hətta mənim yazacağım 
dərmanları yazsın. Yuxularınızda, hallüsinasiyalarınızda gördükləriniz çox vaxt şüuraltınızdan qaynaqlanır. Amma siz 
çalışın oyanandan sonra depressiyaya düşmək yerinə, yuxuda gördüklərinizə güləsiniz. Məsələn yuxularınızı  həyat 
yoldaşınıza həyəcanla,  əsəblə danışmaq  əvəzinə, gülə-gülə danışın. Deyin ki, “təsəvvür edirsən, yuxuda filan yerə 
getdim, filan adamı gördüm, mənə filan şeyi dedi”. Yeri gəlmişkən, Sevil xanımla da danışacam. Daim sizinlə bir yerdə 
olduğu üçün, ona bir neçə  məsləhət verməliyəm. Yuxularınızı, oyandıqdan sonra keçirdiyiniz şok vəziyyətini başa 
düşməlidir. 
- Mən Sevildən narahat deyiləm, narazı da deyiləm – dedim. - Onun yerində başqası olsaydı, məni çoxdan atıb getmişdi. 
Komaya düşdüyüm dəqiqədən mənim yanımdadır. Məni qorxudan, narahat edən elə mən özüməm. Başa düşmədiyim 
odur ki, burada sönüb, keçmiş  həyatımda oyananda, yuxuya getməmişdən  əvvəlki hadisələri saniyəsinə  qədər necə 
xatırlayıram? Necə olur ki, ORADA da şoka düşürəm? Axı yuxu belə olmur! Bağışlayın, mən deyəsən təkrarçılıq 
eləyirəm. 
- Problem deyil. Həm də, mən sizinlə razıyam. Doğrudan da yuxu belə olmur. Pis yuxu görüb ayılan sağlam adamlar 
uzaqbaşı bir-iki dəqiqə  şok keçirirlər, sonra da gördüklərini tamam unudurlar gedir. Narkoleptiklər isə yuxu ilə reallığı 


 
152
ayırd edə bilmirlər. Bəs psixiatriya elmi nə üçündür? – doktor gülümsündü. – İndiyə qədər sizin kimi onlarla pasientim 
olub. Hamısı da məni əmin eləməyə çalışıb ki, onlar yuxu görmürlər. Sizcə onlara inanmalıydım?..  
- ... 
- Murad bəy, nə badə fikirləşəsiniz ki, sizin xəstəliyiniz müstəsnadır, siz başqalarından fərqli olaraq paralel həyatlarda 
yaşayırsınız, hamı bir yana, siz bir yana. Xeyr, elə şey yoxdur. Sizin kimi keçmişi ilə bu günü arasında var-gəl edən yüz 
minlərlə adam var dünyada. Sizin keçmişiniz şüuraltınzıda həbs olunub qalıb, arada-bir də üzə çıxır.  
Əlixan qolundakı saata baxıb, masanın küncündən resept bloknotunu götürdü. 
- Dediklərimə riayət etsəniz, bu problemin öhdəsindən asanlıqla gələrik.  İndi sizə güclü psixostimulyator yazacam. 
Metilfenidat preparatı barədə nəsə eşitmisniz? – üzümə baxmadan, yaza-yaza soruşdu.  
- Xeyr, eşitməmişəm. 
- Çox təsirli dərmandır. Bir də Klomipramin adlı antiderpressant yazıram. – Başını qaldırıb üzümə baxdı, - bu dərmanları 
reseptsiz satmırlar, hər aptekdən də tapmaq olmur. Böyük, məşhur apteklərdən soruşun. Düz bir həftə sonra, sizinlə bir 
daha görüşəcəyik. Amma siz istənilən vaxt mənə zəng edə bilərsiniz. 
 

  
Onun mənfur səsi, sanki dərin bir quyunun dibindən gəlmişdi: 
- Спящая красавица! Ha-ha-ha. 
Başımı qollarımın üstündən qaldırıb, dik atıldım. Qollarım keyimişdi, özümsə iki maşın daş boşaltmış adam kimi hiss 
edirdim özümü. Elədir, yanılmamışam – klinikada, öz kabinetimdəyəm. Nə qorxu hissi keçirirəm, nə heyrət.  Əlixanın 
yanından çıxıb evə getməyim yaxşı yadımdadır. Hətta yolüstü aptekə  dəyib, onun yazdığı  dərmanları da almışdım. 
Onları axşam, yeməkdən sonra qəbul edəcəkdim. Soyuducuda, tavanın içində iki kotlet varıydı. Kotletləri qızdırıb 
yeyəndən sonra, divana uzanıb xəbərlərə baxmışdım. Belə çıxır ki, divanda yuxuya getmişəm.  
İndi də Asiadentdə, öz kabinetimdəyəm. Qarşımda da Şeyla dayanıb. Onu gördüyüm anda dizlərim titrəmirsə, deməli 
Əlixanın məsləhətləri təsirli olub. “Keçmişimə  səyahətlərim real deyil. Qorxmamalıyam. Gördüklərim sadəcə yuxudur, 
hallüsinasiyadır. Həyəcanlanmaq qəti qadağandır!” öz-özümə dedim.  
- Toğrul hardadır? – bunu nə üçün Şeyladan soruşuram?  
- İndicə koridorda gördüm, salamlaşdıq. Deyəsən kefi yoxdu. Mənə baxmağından heç xoşum gəlmədi. Nə isə. Saatdan 
xəbərin var? 
Saata baxdım. Altıya işləyirdi.  
- Bəs mən səhərdən sənin zəngini gözləyirəm, ay vicdansız! 
- Yadımdan çıxmışdı – mızıldandım.  
- Yaxşı, bəs zənglərimə niyə cavab vermirsən?  
Telefonu əlimə götürdüm. Şeyladan beş zəng, Sevildən isə bir mesaj gəlmişdi. “Bu da sənin oğluna münasibətin. İclasa 
getmək belə  çətin işdir? Utanım sənin yerinə. Səndən ata olmaz”. Bu sözlər ürəyimə dağ  çəksə  də, yaşadıqlarımın 
reallıq olmadığını yada salıb, cavab yazmadım. 
Başımı qaldıranda, kresloda yerini rahatlayan Şeyla ilə göz-gözə  gəldim. Telefonu barmaqlarımın arasında oynada-
oynada, özümdən arxayın tərzdə soruşdum: 
- Sənin Gənclikdə villan var? Millionerlər prospektində? 
Çiynini dartıb bir az təəccüb, bir az da istehza ilə: 
- Vaaar – dedi. – Nə olub ki? 
- Biz nə vaxtsa orda olmuşuq? 
- Yox. Dəvət eləmişdim, amma sən gəlmədin. Yadında deyil? 
Sualını eşitməzlikdən gəlib, soruşdum: 
- Bəs səni öldürməyə cəhd etmişəm? 
Əvvəl qımışdı: 
- Xi-xi – sonra birdən ciddiləşdi, - Nə gic-gic danışırsan? 
- Aydındır. Bizim hələ neçə proseduramız qalıb? – telefonu masanın üstünə qoyub soruşdum. 
Çantasından siqaret çıxardıb: 
- O nə sualdır? – dedi. - Bilmirsən ki, hələ iki iynəm var? – siqareti yandırdı. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə