Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə78/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   74   75   76   77   78   79   80   81   ...   84

 
155
- Malı mala qatma. Özünü bu xalqa niyə tay tutursan? 
- Niyə də tutmayım? – tərs-tərs baxıb soruşdum. – Bu xalqdan nəyim artıqdır? 
- Çünki, bunlar üçün müqəddəs heç nə yoxdur, başa düş! Deyəcəksən ki, bu xalqı Milli hakimiyyəti bu günə qoyub? Elə 
şey yoxdur. Bu xalq tapdalandıqca, əzildikcə şükür eləyir, “Allah ömrümüzdən kəssin, Qənirənin ömrünə calasın” deyir. 
Öz qorxaqlığını  pərdələməkdən ötrü, qorxaqlığına fəlsəfi  əsaslar fikirləşib tapır. Sən bu xalqdan hələ  nəsə umursan? 
Sənin kimi savadlı gəncin, peşəkar həkimin bunların arasında nə işi var? Hədər olub gedirsən axı! 
- Bəs nə üçün bu sözləri, xalq haqqındakı fikirlərinizi efirdən açıq-açıq demirsiniz? Özünüz bu dəyərlərə bir osturaq 
qədər qiymət vermədiyiniz halda muğamdan, milli-mənəvi irsdən, mentalitetdən ağız dolusu danışırsınız. Götünüz 
çatırsa, səmimi olun da.  
- Daha nə qədər səmimi olaq? 
Bu qız öz həyasızlığı ilə hər dəfə məni heyrətləndirməyi bacarır. 
- Yəni siz çox səmimisiniz?  
- Qənirə özü dəfələrlə deməyib ki, Azərbaycan xalqının mentaliteti, dövləti idarə etmədə bizə çox kömək eləyir? Bunlar 
debildirsə, başa düşmürlərsə biz neynəyək? 
- Neynəyək? Yaxşı sualdır. Amma nəsə eləmək üçün artıq çox gecdir. Rədd olub getməkdən başqa yolunuz qalmayıb – 
özümdən arxayın halda, sözlərin üstünə basa-basa dedim. 
- Bunu yaddan çıxar, heç kəs öz xoşuyla hakimiyyəti qoyub gedən deyil. Siz gərək bu rejimlə yaşamağa öyrəşəsiniz. 
- Bəs öyrəşmək istməyənlər neynəsin? – istehza ilə soruşdum. 
Çiyinlərini dartıb: 
- Nə bilim – dedi. - Ölkədən çıxıb getsinlər.  
- Anlamadım! Siz bizi öz vətənimizdən qovursunuz? Həyasızlığın da bir həddi olmalıdır ya yox? 
- İstəmirsinizsə qalın. Boş, mənasız mübarizənizi aparın. Dostların onsuzda səhərdən-axşamacan qəzetlərdə yazmırmı? 
Nə xeyri var? Kim oxuyur onların yazdıqlarını? 
- Heç kim oxumasa da, Qənirə özü yaxşı oxuyur. Elə olmasaydı bu ölkədə jurnalistlər qətlə yetirilməz, həbsə atılmazdı. 
O yazıları heç kim oxumursa, azad mətbuata niyə təzyiq edirsiniz? 
- Heç kəs təzyiq eləmir. Tənqid eləmək istəyirlər buyursunlar tənqid eləsinlər, onlara kim bir söz deyir? Amma Sənan 
kimi dostların hər gün prezidenti, hökuməti təhqir edəndə, əlbəttə bir gün onlara da payını verən tapılacaq.  
- Hə, bildim, sizə “konstruktiv” tənqid lazımdır. Düzdür? Konstruktiv tənqid! - əlimi yuxarı qaldırıb, artistik əda ilə dedim. – 
Tənqidin nə vaxt mənası olur? Nəyinsə düzələcəyinə ümidin olanda. Bu iqtidarı islah etmək mümkün deyilsə, hansı 
tənqiddən söhbət gedə bilər?  
- Deməli təhqir etmək lazımdır? 
- Xeyr. Sizi nə tənqid, nə də təhqir etmək lazım deyil. Heç kəs də etmir. Biz sizi inkar edirik! Başa düşürsən? İNKAR! 
Sizdən nəsə gözləmirik, sizdən heç nə ummuruq, islahatlara gedəcəyinizə, düzələcəyinizə inanmırıq. Ona görə  də 
tənqidin mənası yoxdur. 
-  İnkar – kinayə ilə gülümsəyib təkrarladı. – Guya inkarla nəsə düzəlir?  İt hürər, karvan keçər.  İnkar etsəniz də, 
etməsəniz də Qənirə Milli prezidentdir. 
- Düz deyirsən. Dostəliyeva Qənirə yox, məhz Qənirə MİLLİ prezidentir. Ona görə də milli, mənəvi və dini olan hər şey 
inkar edilmədən, bu yalançı dəyərlərlə söykənən Qənirəni, onun iyrənc iqtidarını rədd eləmək mümkün olmayacaq. Ona 
görə də biz inkara bu xalqın dəyər bildiyi şeyləri inkar etməklə başlamışıq. O dəyərlər ki, sizə güc verir, sizi oğraşlıqlara 
ruhlandırır.  
Güldü: 
- Bu dəyərləri inkar edib əvəzində nə təklif edirsiniz? Avropa dəyərlərini? 
- Niyə də yox? Sərf eləmir? 
- Bu qaragüruha, qaraçılara Avropa dəyərlərini təklif edəcəksiniz? Sən bir küçəyə  çıx bax gör azərbaycanlılar nəyə 
oxşayır! Onların sifətindəki debil ifadəyə bax! Sən bir bunların qızıl dişlərinə, qarınlarına, bığlarına, qoyundan da 
mənasız, ifadəsiz gözlərinə bax. Bunlar hər baxımdan - antropolojik, genetik olaraq - idbar millətdir. Qapqara, eybəcər, 
murdar! Bu neandertallara Avropa dəyərlərini başa salacaqsınız? Necə?! Bu xalqın neçə faizi sifətdən normal, mədəni 
insana oxşayır? Neçə faizi adam arasına çıxarılasıdır? Fransada mən bunlardan qaçırdım ki, fransızlar yanımda görüb 
eyni millətdən olduğumuzu bilməsinlə. Nə ağızlarının danışığını bilirlər, nə geyinməyi bacarırlar, nə sevişməyi bacarırlar, 
nə tualetdən istifadə etməyi bacarırlar. Bunların toylarına, yaslarına, bayramlarına bax! Bu ibtidai qəbilə Avropa 
dəyərlərini başa düşəndir? Mağara adamına sivilizasiya öyrədəcəksiniz? 
Hiss edirəm ki, gözlərim hədəqəsindən çıxmağa hazırdır, özüm də hiddətdən qızarmışam. Bircə bunu deyə bildim: 
- Sənin içində nə boyda nifrət varmış!  


 
156
- Nədir? Yalan deyirəm? Problem Qənirədə deyil, bu xalq özü Avropanı istəmir! Bu xalqa belə yaşamaq xoşdur! Siz isə 
zorla bu şarikovlara, it olmadıqları, insan olduqları fikrini yeritmək istəyirsiniz. Alınmayacaq. Vallah alınmayacaq. 
Dostlarının milli-mənəvi dəyərlərə hücumlarına kim cavab verir, kim sizi lənətləyir? Elə bu vəhşilər deyilmi orda-burda 
sizə cavab yazan, hücum edən, vətən xaini adlandıran? Bu xalq sizi inkar edir, siz isə bizi inkar etmək istəyirsiniz. Niyə?  
Bu sözləri hansı niyyətlə dediyini çox yaxşı bilsəm də, dediklərində həqiqət payının olduğunu etiraf etməliyəm. Ona necə 
deyim ki, bu milləti mən də yaxşı tanıyıram? Elə tanıdığım üçün də şüarım “xalq üçün xalqsız”dır. Şeyla bir çox şeyi düz 
deyir, sadəcə olaraq haqqında danışdığı iyrənclikləri doğuran səbəblər barədə düşünmək istəmir. Ya da düşünmək ona 
sərf etmir. Vəziyyətin dəyişməsində, mentallığın təftişində maraqlı olmayan rejim, Şeylanın dili ilə hər kəsə məlum olan 
faktları - səbəb-nəticə  əlaqəsinə toxunmadan - konstatasiya edir. Məni də  həmişə bu sual düşündürüb – görəsən 
Azərbaycan xalqından daha ikiüzlü, riyakar, qorxaq, yaltaq xalq varmı dünyada? 
Şeyla üzümə baxır, məndən cavab gözləyir. Xeyr! Onu sevindirəcək, ürəyinə yağ kimi yayılacaq sözləri eşitməyəcək 
məndən. Dediklərində razılaşdığım məqamların olduğunu əsla bilməyəcək.  
- Olsun – inadla dedim. – Milli cütlüyü öz avtoritar rejimlərini xalqa zorla qəbul etdirə biliblər ya yox? Deməli bizə  nə 
lazımdır? Avropa dəyərlərini də bax beləcə zorla qəbul etdirməyə siyasi iradəsi olan hakimiyyət. Razıyam xalq bilmir, 
görmür, başa düşmür. Kölədir, yaltaqdır, mütidir. Bu da sizin hakimiyyətinizin zibilləridir. Ona görə də bunların həqiqətə 
qarşı bağlanmış gözlərini açacaq bir lider lazımdır. 
- Sən qəbul etmək istəmirsən ki, bu qaraçı, eybəcər, mədəniyyətsiz azərbaycanlılara Avropa lazım deyil. Bu dəyərləri 
zorla qəbul elətdirmək mümkün olmayacaq. Müqavimət göstərəcəklər. Mümkün olsaydı bizim hakimiyyət bunu edərdi. 
Nədir? Niyə gülürsən? İnanmırsan ki, edərdi? 
- İnanmalıyam? 
- Sənə yüz faiz deyirəm ki, Qənirə Milli özü avropapərəstdir. Geyimindən, özünü aparmağından, maneralarından hiss 
olunmur bəyəm? O da utanır. Azərbaycanlılar kimi ibtidai xalqa başçılıq etdiyi üçün utanır. Düz deyirsən, iyrənir bu 
xalqdan. 
- Səmimi sözlərinə görə çox sağ ol – dedim və keçib kresloma oturdum. 
Şeylaya daha sözüm yoxdur. Mən elə bilirdim bu həyatda hər şeyə hazıram, məni təəccübləndirmək mümkün deyil. Sən 
demə rejim bu xalqa mən düşündüyümdən də artıq nifrət edirmiş. 
- Dəyməz – dedi. - Yaxşı olardı ki, sən də bu boş xəyallardan əl çəkib, bizim yanımızda olasan. Sənin yerin bura deyil, 
yüksək cəmiyyətdir. 
- Yəni elita? 
- Niyə də yox? İroniyanı başa düşə bilmirəm. Elita sözündə pis nə var ki? Bəli, biz elitayıq. Bəli, biz bunlardan fərqliyik - 
geyimimizlə, etiketimizlə, həyat tərzimizlə. Biz bunlara oxşamırıq, biz bunlardan çox ucada dayanmışıq. Sənin də yerin 
bizim yanımızdır, bu qaragüruhun yox. Avropa dəyərlərini isə yaddan çıxar. Sən bu dəyərləri öz həyatında, yaxınlarının 
arasında yaşa. Onları xalqa sırımağa çalışma, xeyri yoxdur. Azərbaycanlılar o dəyərlərə heç layiq də deyillər. 
Şeylanın səsi, yenə quyunun dibindən eşidilməyə başlamışdı. 
 

 
Sevil nə üçün əlimi belə möhkəm sıxıb? Lap sümüyüm ağrıyır. Deyəsən gözlərimi açdığımı, ona baxdığımı da görmür. 
Fikri haralardasa uzaqlarda dolaşır, gözləri yol çəkir. Üz-gözümü büzüşdürüb: 
- Nə olub? – soruşdum. 
Səksənib yaşlı gözlərini üzümə çevirdi. Elə bil yüz ildir onu görməmişəm deyə, çox darıxmışam. Ona yenidən qovuşmaq, 
onunla bir yerdə olmaq necə də gözəldir. Sevil, mən və Özgür. Özgür demişkən, o hardadır görəsən? Yatıb? Bura da... 
bura da evimizə oxşamır. Sevil də ağlayır. Hardayam mən? Bir daha soruşdum: 
- Nə olub Sevil? Haradır bura? 
Həvəssiz, yorğun tərzdə nəsə mızıldandı. Heç nə başa düşmədim. Elə bu məqamda qapı açıldı. Özündən əmin, rahat 
addımlarla otağa daxil olan bəstəboy, çənəsi saqallı kişinin əynindəki ağ xələtdən, həkim olduğunu anladım. 
- Vəziyyət necədir Sevil xanım? 
- Özünə gəlib doktor. Bu dəqiqə ayıldı.  
Yenə xəstəxana? Görəsən bu dəfə nə olub? 
Ağ xələtli kişi yanıma yaxınlaşıb, çarpayının kənarına oturdu. 
- Salam Murad. Adım Salmandır. Sizin həkiminizəm. 
- Sa... salam. Yenə nəsə olub? 
Doktor əlindən gəldiyi qədər nəzakətlə: 
- Elə də qorxulu bir şey yoxdur, narahat olmayın – dedi.  


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə