Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə81/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   76   77   78   79   80   81   82   83   84

 
160
*** 
Beş dəqiqə əvvəl cavan, qəşəng qız gəldi, iynəmi vurdu. Gülümsədim ona. O isə ciddiliyini saxladı, mənə üz vermədi. 
Mən də ona “balaca qancıq” dedim. Təəssüflə üzümə baxdı və getdi. 
Utanmadımmı? Utanmaqdan keçib artıq. Ürəyimin qaranlıq tərəflərini tanımaq;  ən alçaq, ən iyrənc instinktlərimi 
doydurmaq üçün çırpınıram indi. İçimdə insanlığa aid nə varsa darmadağın edən, məni cəhənnəm uçurumlarının 
kənarlarında gəzişdirən, qanlı-paslı dişləri ilə  işıqlı “MƏN”imi gəmirən, ağlımı kütləşdirən, məni hissiyyatsız heyvana 
döndərən, adam kimi yaşamağıma, sevinməyimə, gülməyimə mane olan tənəzzül cinlərini azadlığa buraxmışam. İnsanı 
insan edən sevgi, inam, kədər, sevinc, qüssə, ümid kimi hisslərin hamısından yoxsunam. 
Hərdən Sevil gəlir yanıma. Tək gəlir, oğlumu gətirmir. Çox güman ki, Rasim icazə vermir. Ya da icazə verir, amma Sevil 
istəmir ki, Özgür dəli atasını görsün. Xətrimə  dəyirmi? Heç özüm də bilmirəm.  Əlbəttə, yanıma gəlib getməyini çox 
qiymətləndirirəm. Özüm də kobud davranıram onunla - acılayıram, söyürəm. O da hər dəfə ağlayıb gedir dəlixanadan. 
Sevildə də az yoxdur. Mənə qarşı təşkil olunan oyunda baş rol ifaçılarından biri də özüdür. Elə bilirdilər “koma”, “inqilab”, 
“dostlarımın ölümü” kimi nağıllarla başımı aldada biləcəklər. Siz öləsiniz! Bunu onlara, xüsusən də Sevilə heç vaxt 
bağışlamayacağam. Qatiləmsə, həbsxanaya düşməyə razıyam. Daha dəlixanaya niyə?  
Hə, Sevili heç vaxt bağışlamayacağam. Amma onsuz da qala bilmirəm. Bunun adı  məhəbbətdir? Yoxsa vərdiş? Biz 
kişilər beləyik də. Qadınlar da bax belə. Atom nüvəsinin bölünməsi, planetlərin, yeni həyat formalarının yaranması – bu 
mürəkkəb proseslərin hamısı adi məntiqlə izah oluna bilər. Kişi-qadın münasibətləri isə əsla!  
Qadın və kişi – iki antoqonistik qütb. Həm bir-birinin əleyhinə olan, həm də bir-birini tamamlayan başlanğıclar. Kişi və 
qadın – ağ və qara, boş və dolu, torpaq və səma – onların münasibətləri elə fərqli, elə ziddiyyətlidir ki, bir-birilərinə olan 
möhtaclıqları  qədər ağlasığmaz hadisə  təsəvvür etmək mümkün deyil. Onların ittifaqı bineyi-qədimdən, yer üzündə ilk 
insanın yaranmasından bəri, təbiət tərəfindən dəqiq tənzimlənsə də, heç bir məntiqi izaha yatmır, qanunauyğunluğu da 
yoxdur. Necə deyərlər qadınlar Veneradan, kişilər isə Marsdan gəlib. Bir-birlərini başa düşmürlər. Daha doğrusu hər 
ikisinin məntiqi, tamam fərqli beyin impulsları ilə formalaşır. Qadının beyni var demək nə qədər düzgündür? Axı qadın 
Adəmin qabırğasından yaranıb. Qabırğada isə heç nə, hətta ilik də olmur.  
İki gün əvvəl yanıma gələndə onu qucaqlayıb öpdüm. Altıma salmaq, həftələrin acığını  çıxmaq, vücudumda yığılıb 
qalmış, varlığımı sarsıdan enerjidən qurtulmaq istədim. O isə “yox” dedi. Mən də söydüm onu. Rasimi də söydüm. Yenə 
yalanlarını satmağa başladı  mənə - Rasim adlı adamın artıq həyatında olmadığını, komaya düşdüyümü, inqilabı, 
dostlarımın ölümünü... “Hardadılar bəs? Ölməyiblərsə, sağdırlarsa niyə yanına gəlmirlər?” soruşdu. “Rejim çoxdan 
dəyişib, Qənirə Milli artıq yoxdur” dedi. 
Neçə vaxtdır eşitdiyim köhnə nağıllar. 
O danışır, danışdıqca da məni təhrik edirdi. Artıq onu uşağımın anası, keçmiş arvadım olaraq yox, vagina və döşlərdən 
ibarət soyuq, qranit heykəl kimi təsəvvür edirdim. Hər  şeyi yerindədir, lakin əldə etmək, yaxın durmaq mümkün deyil. 
Yəqin qadın üçün dəli ilə yatağa girmək çətindir (elə kişi üçün də). Mən özümü dəli hesab etməsəm də, onlar belə 
düşünürlər, ona görə  də  məni bura salıblar. Doğrudan e! Dəlililərin qadınla yatmaq haqqı yoxdur bəyəm? Niyə ruhi 
xəstəxanalarda dəlilər üçün bu şəraiti yaratmırlar? Qadınsız qalmaq çətindir axı. 
Eh, lap yeniyetməliyim yadıma düşdü. İlk seks təcrübəm. Yox, daha doğrusu seks haqqında əldə etdiyim ilk informasiya.  
Altı yaşım olardı. Atam televizorda hansısa filmə baxırdı. Ekranda erotik bir səhnə gördüm və bu səhnə körpə beynimə 
həkk olundu. Gecə yerimə girəndə gördüklərimi təkrarlamağa çalışdım. Uzandım üzüaşağı döşəyin üstünə, başladım 
döşəyə  kərkinməyə. Özümü xəyali bir qızın üstündə  təsəvvür edirdim. Qəribə  həzz hissi keçirirdim. Gördüyüm işin 
qadağan olunmuş meyvə olduğunu altıncı hissimlə duyurdum.  
 
On iki yaşımda isə, varlığından o ana qədər xəbərsiz olduğum masturbasiyanı kəşf etdim. “Kəfləmə atmaq”, “onanizm” 
kimi sözlərdən anlayışım da yox idi. Bir gün hamamda yuyunanda, yeniyetmə beynimdə  qəribə bir qığılcım çaxdı, 
şəhvətim oyandı. Sinfimizdəki bəzi qızların üzləri, bədənləri canlandı gözümün qabağında. Bütün oğlanlar kimi, mən də 
onlara əl atır, heç özüm də nə etdiyimi bilmədən döşlərini, götlərini çimdikləyirdim. Adətən çimdiklənən qızlar cır səslə 
qışqırsalar da, oğlanların diqqətini cəlb etdikləri üçün həm də xoşbəxt olurdular. Mən də o il ilk dəfə qızın götünə əl atıb 
sıxmışdım. Bu hərəkətim çox xoşuma gəlmişdi. Qız paralel sinifdən idi, indi adı da yadımda deyil. Hər səhər qarderoba 
yığışanda, onu küncə  qısnayıb  əlləyirdim. Bütün oğlanlar belə edirdi - tərli ovuclarımız qızların dalları, qabaqları, 
döşlərində gəzişirdi. Bizə qoşulmayan oğlanlara isə “çurban” deyirdik.  
 
Hamamda  şüurumda canlanan obraz da elə  həmin qızın obrazı olmuşdu. Alətim qranit kimi sərtləşmişdi. Sonra 
şəkillərdə, televizorda, videoda gördüyüm lüt bədənlər gəldi gözümün qabağına. Şeyimi sıxıb irəli-geri hərəkət etdirməyə 
başladım. Təxminən on beş-iyirmi saniyə sonra qanla dolmuş, hətta gərginlikdən göyərmiş penisimdən ağ, qatı maye 
fışqırmışdı. Bu cür emosional partlayışı mən bir daha ömrümdə heç vaxt yaşamadım. Sərt orqazmdan bədənim titrədirdi. 
Süstləşib boş vannaya sərilmişdim. Dərindən nəfəs alıb verirdim. O vaxt sperma sözündən də  xəbərsiz idim. Əlimə 
yapışıb qalmış mayeni burnuma yaxınlaşdırıb iylədim. Ondan dəniz qoxusu gəlirdi.  
 
Qarşı cinslə ilk “ciddi” təmasım on dörd yaşımda baş verdi. Müsəlman,  şərq ölkəsinin dəliqanlısı kimi, qısa zamanda 
anladım ki, aborigen qızlardan ümidimi büsbütün üzməliyəm – bizim qızlar sadəcə olaraq vermirlər. Odur ki, bütün 
oğlanların etdiyi kimi “şikarımı” rus, gürcü, yəhudi qızları arasında seçməyə başladım. Yeri gəlmişkən, artıq 
böyümüşdüm deyə  dəhlizdə, qarderobda qız  əlləmək  ənənəsinə  də son qoymuşdum.  İndi daha ürkək, cəsarətsiz və 
utancaq görünürdüm. Qızlar  əvvəl dəyişdiyimə inanmır, mənə  şübhə ilə yanaşırdılar. Sonra doğrudan da dəyişdiyimə 
əmin olub, mənimlə... məzələnməyə başladılar. Sən demə yaraşıqlı, boylu-buxunlu, tərbiyəli oğlan olmaq, özünü qızlara 
bəyəndirmək üçün kifayət eləmir - qızlar daha çox lotuluq edən, özlərini məhəllə “ceyili” kimi aparan oğlanlara üstünlük 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə