Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə83/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   76   77   78   79   80   81   82   83   84

 
162
dörd yaşlı alətimin ölçüsündə prezervativ olur ya yox? Qorxularımı Sveta ilə də bölüşmüşdüm. Gülüb demişdi ki, narahat 
olma, hamilə qalan deyiləm, amma sən hər ehtimala qarşı içimə qurtarma.  
 
Təxminən bir il olardı ki, görüşürdük. Mənimlə yaşıd, tanış oğlanlardan heç birinin, məndəki kimi uzunmüddətli seksual 
partnyorunun olmadığını yaxşı bilirdim. Ona görə də, hamı mənə paxıllıq edirdi. Svetadan atamın da xəbəri varıydı artıq. 
15 yaşlı oğlunun normal, müntəzəm cinsi həyatının olması atamı çox sevindirirdi. 
 
Hər  şeyin bir sonu var deyirlər. Tale, belə “son”lardan birini mənim üçün də hazırlayıbmış. Bir gün, Sveta anası ilə 
Rostova, qohumlarıgilə getməli oldu. Bu xəbəri eşidəndə elə bildim müvəqqəti ayrılırıq, Sveta mütləq qayıdacaq. Hətta 
oradan mənə yazdığı məktublar, tez-tez etdiyi zənglər, sevgi etirafları qayıdacağına dair inamımı daha da artırırdı. Mən 
ona çox inanırdım. Dörd gözlə yolunu gözləyir, məktub dalınca məktub yazırdım.  
 
Qayıtdığı gün ömrümün ən xoşbəxt günüydü. Montində, saatlı binanın altında görüşməyi qərarlaşdırdıq. Onu uzaqdan 
gördüyümdə, sevincimdən ürəyim tez-tez döyünməyə başlamışdı. Yaxınlaşanda isə, sifətindəki sınıxmış ifadədən başa 
düşdüm ki, nəsə ciddi hadisə baş verib. Çox məyus görünürdü, hər an ağlamağa hazır idi. 
 
- Nə olub?  
 
Soruşmaz olaydım. Rostovda bir rus oğlanla mənə xəyanət etdiyini birnəfəsə etiraf etdi.  
 
- Belə rus oğlanları Bakıda olmur, - demişdi. - Burdakılar da elə Azərbaycanlı kimidirlər. Rostovda isə... mən əsl rusla 
tanış oldum. Birinci dəfə rus oğlanla sevişirdim. Tamam başqa hissdir. Deyəsən onu sevirəm. 
 
- Onun məndən üstünlüyü nədir ki? 
 
- Söhbət üstünlükdən getmir. Nə bilim, məndən asılı deyil. Vurulmuşam ona. Həm də ki... sünnətsiz kişilər daha 
hissiyyatlı, daha temperamentli olurlar. Sevişəndə, məndən necə  həzz aldığını görürdüm. Mənə elə  gəlir ki, sən onun 
qədər seksdən ləzzət almırsan.  
 
Əla!  İndi məni sünnət etdirdiyinə görə gedim atamı  bıçaqlayım? Yoxsa o ət parçasını  təzədən yerinə tikdirim? 
Hiddətimdən pörtmüşdüm, onu boğmaq istəyirdim. 
 
Bircə bunu deyə bildim: “Rədd ol!”  
 
Dedim və üzümü çevirib getdim. Arxamdan bir neçə dəfə məni səslədi. Dönüb baxmadım. Ona nifrət edirdim. Sünnətsiz 
rus oğlana da nifrət edirdim. Özüm də sünnətli və rus deyildim deyə, taleyimi söyürdüm. Atamı da söyürdüm. Svetanı o 
qədər sevirdim ki, ölməyə hazır idim. İndi fikirləşirəm ki, o həssas yeniyetməlik dövrümü intiharla da başa vura bilərdim. 
Üç aya yaxa davam edən depressiyadan özümə, başqalarına ziyan vurmadan çıxa bilmişəmsə, böyük şeydir.  
 
Onu sonralar bir-iki dəfə görsəm də danışdırmadım. Sonra birdən yoxa çıxdı – eşitdim ki, həmişəlik Rostova köçüb. 
Yalnız dörd il sonra, artıq hər şey çoxdan unudulduğu bir vaxtda, ondan məktub gəldi. Əri, körpə qızı və özünün olduğu 
bir foto əlavə edilmişdi məktuba. Nə üçünsə çox sevinmişdim. Hətta cavab məktubu yazıb, gənc ailəni təbrik etmişdim.  
 
Sonralar çox qız gəlib keçsə  də ömrümdən, Sevilə  qədər heç birini ürəyimə yaxın buraxmadım. Sevgi, məhəbbət 
söhbətləri artıq mənasını itirmişdi mənim üçün. Çox erkən yaşlarda sarsıntı keçirmişdim deyə, qadın cinsi ilə 
münasibətlərimi daha rasional zəmində qurmağa çalışırdım. Svetadan sonra və Sevilə  qədər  ən uzunmüddətli 
yaxınlığım, Nailə adlı  qızla olmuş, altı ay davam edən yaxınlığımız dava-qırğın, qarğış, göz yaşı  və abortla 
nəticələnmişdi. Abortun pulunu da atamdan almışdım. 
 
Atam artıq mənimlə fəxr etmirdi.  


 
163
Dəlixana qeydləri - 4 
(Peşman deyiləm) 
 
 
 
 
Mən o villaya niyə getdim? “Yox” demək, dəvəti ilə razılaşmamaq olmazdımı? Halbuki getməsəydim, indi həyatım tamam 
başqa məcrada axacaqdı, sevdiklərimin yanında olacaqdım. Elədir, həyatımı alt-üst edən fəlakətlər silsiləsi bu qancıqla 
başladı. Onun ölüsünə də nifrət edirəm. 
O gecə Toğrulla iki nəfərə yeddi yüz qram viski içmişdik. Evə necə  gəlib çıxdığımı, divanda necə yatıb qaldığımı 
xatırlamıram. Səhər doqquzda Şeyla zəng vuranda başım qazan kimiydi, gözlərim yanırdı. Onun nə dediyini, məndən nə 
istədiyini əvvəl başa düşməmişdim.  
“Nə istəyirsən e?” 
“Dünən səninlə danışmışdıq axı, yadından çıxıb?”.  
Yox, oğraş qızı, çıxmayıb. Yadımdadır. 
“Həə, yadımdadı”  
“Onda gəlirəm”  
Mən də qancığı başımdan eləmək üçün “hə, yaxşı” deyib, təzədən kəlləmi yastığa atmışdım.  
Yarım saat sonra ifritə yenə zəng elədi. Bayılda, parkın qabağında məni gözləyirmiş.  
“Sənin var yoxunu sikim qəhbə” - deyinə-deyinə birtəhər əynimi geyinib, üzümə su vurdum, saçlarımı daradım. 
Parkın əsas girişində qara Volkswagen Tiguan dayanmışdı. Pəncərəyə yaxınlaşıb sükan arxasında Şeylanı gördüm. Üzü 
gülür, olduqca xoşbəxt görünürdü. Maşına minib, heç salam da vermədim. Mrtım yernən sürünürdü. O isə kefini 
pozmadı, elə hey gülürdü, nəsə danışırdı. Gəlib Gəncliyə çıxdıq. Ordan da maşını millionerlər məhəlləsinə sürdü. Ara 
küçələrin birində  nəhəng villanın qabağında dayandığımızda, hər  şeyi başa düşdüm. Bəs necə?  Əlbəttə villada 
yaşamalıdır. Pultla darvazanı açıb, maşını həyətə saldı. Darvaza, biz həyətə girən kimi, öz-özünə bağlandı. 
Evə keçdik. Nəhəng qonaq otağında, beş metr hündürlüyü olan tavandan sallanmış çil-çıraq, hər-halda mənim evimdən 
bahalıydı. Bura nə üçün gəldiyimi hələ  də bilmirdim - maraq xətrinəmi, qorxudanmı? Özümlə dürüst olmalıydım - 
Şeyladan qorxurdummu? Ola bilər. Çünki məni hədələmişdi. Mən isə  Şeyla kimi geniş imkanları,  əlaqələri olan 
qadınların çılğına dönəndə nələrə qadir olduğunu yaxşı bilirəm. 
Barı açıb nə içmək istədiyimi soruşdu. Heç nə istəmədiyimi dedim. Yenə də hər ikimizə viski süzüb, stəkanlara buz atdı. 
Mətbəxdən yaqut saplı, iri bıçaq gətirib ananas soymağa başladı. Əziyyət çəkir, gözucu mənə baxırdı. Başa düşdüm ki, 
ona kömək etməliyəm. Həvəssiz, ölə-ölə masaya yaxınlaşıb bıçağı əlindən aldım, ananası doğradım, sonra dilimlədim. 
Stəkanlarımızı toqquşdurduq. “Görüşümüzün  şərəfinə” deyib, nazlana-nazlana bir qurtum içdi, stəkanı  kənara qoydu, 
məni dodağımdan öpdü. O ehtirasla öpüşür, mənsə ona nifrət edirdim. 
Hər  şey ani başladı. Adi vaxt bəlkə  də  məni qıcıqlandırmayacaq, hiddətimə  səbəb olmayacaq sözlərinə  sərt reaksiya 
göstərdim. Hansı sözünün, ya da hərəkətinin məni hövsələdən çıxartdığı indi heç yadımda da deyil. Söyüşlərimi, 
təhqirlərimi  əvvəl sindirməyə çalışan, təmkinini qoruyan Şeyla, atasını söyməyə başladığımda dözə bilmədi, partladı. 
Yadımdadır ki, divanda oturmuşdum, o da ayaq üstə dayanmış, qışqırırdı. Artıq üçüncü viskini içmişdi, sərxoş olmuşdu. 
Həddini aşıb Sevili söyməyə başlayanda, ayağa sıçrayıb bir şillə vurmuşdum ona. Gözləmədiyi zərbədən  əvvəl  şok 
keçirmiş, sonra isə daha da qızışmışdı. Sevillə öz arasında heç bir fərqin olmadığını deyəndə onu ikinci dəfə 
vurmuşdum. Sonda məni də qəhbə adlandırıb, kişi olmadığımı demişdi. 
O anda, beynimin qurdu tərpəndi. Yaqut saplı  bıçağı stolun üstündən götürüb boynunun sağ  tərəfinə, arteriyasına 
sancdım. Al qan, boz rəngli metlax döşəməyə fışqırmağa başladı. Boynunu tutub yerə yıxıldı. Gözləri iri açılmışdı, havanı 
balıq kimi udurdu. Dəhşətlə, nifrətlə, həm də  mərhəmət diləyərək baxırdı  mənə. Üstünə  əyilib, iti bıçağı bir daha 
boğazına batırdım, qırtlağını kəsdim. Dərin, çəhrayı yaradan qan daha şiddətli axdı. Xırıldayır, nəfəs almağa çalışırdı. Bu 
dəfə bıçağı sapına qədər ürək nahiyəsinə soxdum. Çıxardıb bir də soxdum. Artıq çırpınmırdı, zəif xırıltısı eşidilirdi. Sonra 
xırıltı da kəsildi. Açıq qalmış gözləri tavana baxırdı. 
Dünyadan nakam getmiş bütün ölülərdə olduğu kimi, onun da gözlərində sual donub qalmışdı: Nəyə görə? 
 
*** 
 
Bir gün də belə ötüb keçdi qaranlıq palatamdan. Küçədə üz-üzə  gəldiyim yüzlərlə, minlərlə tanımadığım adamın boz 
simaları dərhal unudulduğu kimi, bu gün də belə unudulacaq. Bihudə yaşanmış ömrümün minlərlə günü ömür adlanan 
dibsiz bataqlığa gömüldüyü kimi, bu gün də belə gömüləcək. Heç kəsə güzəştə getməyən, imtiyaz tanımayan zamanın 
amansız vücuduna palçıq kimi bulaşan bir mənasız gün daha gəldi keçdi üstümdən.  İndi mən nə etməliyəm? Özüm-
özümü qısdırdığım həyatın rütubətli, küflənmiş, hörümçək basmış küncündən dünyaya qorxa-qorxa baxmaqdansa; 
taleyin mənə hazırladığı növbəti sürprizi həyəcanla gözləməkdənsə; zəifliyimlə, apatiyamla qidalanan qorxularımın günü-


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə