Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə82/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   76   77   78   79   80   81   82   83   84

 
161
verirlər. Atamdan gördüyüm tərbiyə mənə “lotu olmaq” şansı tanımadığına görə, mənim tipimdə oğlanlardan xoşlanan bir 
qızla tanış olmaqdan başqa əlacım qalmırdı. Nəhayət bir gün Nərgizlə tanış oldum. 
 
Nərgizin anası  yəhudi, atası azərbaycanlı idi. Köhnə  Əhmədli qəsəbəsindən  şəhərin mərkəzinə köçən ailə, qızlarını 
bizim məktəbə yazdırmışdı. Yağışlı bir gündə müəllimə ilə birlikdə sinfə girən bu utancaq qızı görən kimi, gözüm onu 
tutmuşdu. Deyəsən mən də onun xoşuna gəlmişdim, çünki müəllimə “boş yerlərdən birinə otura bilərsən” deyəndə, 
Nərgiz gəlib məhz mənim yanımdakı yerə əyləşmişdi.  
 
Artıq iki-üç gün sonra görüşməyə başlamışdıq. Onu evinə  qədər yola salır, həyəcandan dilim topuq vura-vura ürkək 
sevgi etiraflarımla qızı güldürürdüm. Bir gün cəsarətlənib onu öpdüm. Sonra xəlvətdə döşlərini əllədim. Bir gün də boş 
siniflərin birinə girib, bir-birimizə cinsi orqanlarımızı göstərmişdik. Bu hadisədən sonra, Nərgiz bir daha mənə yaxın 
durmadı. Bilmirəm ona nə olmuşdu. Ömründə birinci dəfə oğlan aləti görmüşdü deyə şok keçirmişdi, yoxsa mənə məlum 
olmayan başqa bir səbəb varıydı? Uzun sözün qısası, o gündən sonra Nərgiz məndən qaçmağa, üzümə baxmamağa 
başladı. Yerimdə başqası olsaydı  yəqin sarsılar, özünə daha çox qapanardı. Məndə isə  əksinə oldu – daha da 
cəsarətləndim, özümə inamım artdı. Nərgiz bir neçə gün məndən aralı  gəzdikdən sonra, özüm onu beynimdən və 
ürəyimdən silib həmişəlik unutdum.  
 
Əsl “kişi” kimi formalaşmağım isə pioner düşərgəsində baş verdi. Diskotekada çalınan sovet estradası  və Modern 
Talking-in dəbdə olan mahnılarının fonunda Sveta ilə  mənim məhəbbət hekayəmiz cücərməyə başlayırdı. Onunla tərli 
rəqslərimizi edib, limonadlarımızı içib ağac və kol diblərində öpüşdüyümüz günlərdə Perestroyka tüğyan edir, Sovet 
imperiyası isə can verirdi. Sumqayıt şəhərindən olan Svetanı görən kimi gözaltı eləmişdim. Azərbaycanlı qızlar dəstələrlə 
kənarda gəzir, azərbaycanlı  oğlanların digər millətlərdən olan qızlarla oynaşmasına paxıllıqla, yana-yana tamaşa 
edirdilər. Bu qızların arasında gözəlləri də varıydı, istəsəydilər özlərinə oğlan da tapardılar. Amma bəkarətlərini qoruyub 
saxlamaqdan savayı bu həyatda heç bir ciddi vəzifəsi, məsuliyyəti olmayan qızlarımıza da elə yanmaq, gecələr  ədyal 
altında barmaqları ilə klitorlarını oynatmaq qalırdı. Yəqin  şüarları da beləydi: “Nəsillərə qalan sərvət – gülləkeçirməz 
bəkarət”. 
 
Sveta ilə münasibətlərimiz hələlik öpüşməkdən o yana keçmirdi. Yəni mən də  bəkarətimi hələ itirməmişdim. Düzünü 
desəm, yatağa girmək mənim üçün son hədəf də deyildi. Seksi nə qədər çox arzulasam da, cinsi əlaqənin xarakterindən, 
onun emosional yükündən xəbərsiz olduğuma görə, hövsələsizlik etmirdim. Mənim üçün prosesin özü maraqlıydı - Sveta 
ilə bir yerdə olmaqdan, onunla söhbət etməkdən, əllərini tutmaqdan, onu öpməkdən həzz alırdım.  
 
Düşərgə mövsümü bitəndən sonra, şəhərdə görüşməyə başladıq. Bir dəfə Rus dram teatrına tamaşaya, bir dəfə  də 
Nizami kinoteatrına, Xon Gil Don filminə baxmağa getmişdik. Arada bir Svetanın Cek adlı, nəhəng senbernar itini 
dağüstü parkda gəzdirməyə  də  çıxardırdıq. Fürsət tapdıqca öpüşür, bir-birimizin qulağına kinolardan eşitdiyimiz sevgi 
sözlərini pıçıldayırdıq. Sonda gözlədiyim oldu – Sveta məni evlərinə qonaq çağırdı. Sevincimdən nəfəsim kəsilsə  də, 
“bəs valideynlərin?” sualını verdiyimi, əvəzində isə qeyri-müəyyən, anlaşılmayan mırıldanmayla “evdə təkəm” mənasında 
bir cavab eşitdiyimi xatırlayıram. 
 
Montindəki evlərinə gün ortadan sonra gəlmişdik. Senbernar gözlərini üstümüzdən çəkmir, hər addımda bizi güdürdü. 
Əvvəl çox narahat olmuş, it bizi görür deyə özümü ifrat korrekt aparmışdım. Sonra isə itin lal şahidliyindən heç bir ziyan 
gəlməyəcəyini başa düşüb sakitləşmişdim. Sveta əynini dəyişib, yemək hazırlamaq üçün mətbəxə getmişdi. 
Soyuducudan çıxardıb tələm-tələsik qızdırdığı, boşqablara çəkdiyi xörək, o gün ömrümdə ilk dəfə yediyim lobya şorbası 
idi. Yeməkdən sonra musiqiyə qulaq asmaq üçün qonaq otağına keçmişdik. Sveta rus estradasından seçmələr kasetini 
maqnitofona taxdıqdan sonra, xatirə dəftəri ilə aramın necə olduğunu soruşmuşdu. Qızların tutduğu xatirə dəftərlərindən 
zəhləm getsə  də, bunu Svetaya deyə bilməzdim. Xətrinə dəyməkdən, planımı axıra çatdırmamaqdan qorxurdum. Ona 
görə  də  dəftəri  əvvəldən sona qədər (zülmlə) oxumuş, hətta oradakı gic-gici yazılara,  şəkillərə ciddi şərhlər də 
vermişdim. Xatirə  dəftərinə göstərdiyim “dərin” marağa və verdiyim yüksək qiymətə, Sveta ayaqlarını aralayaraq 
təşəkkür etmişdi. Senbernarı otaqdan qovub, o günə qədər qoruduğumuz bəkarətlərimizi bir-birimizə hədiyyə etmişdik.  
 
O gün mən Sveta üçün həm də eksperiment dovşanı idim. Porno filmlərdə gördüyü oral seksi mənim penisimdə 
sınaqdan keçirmişdi.  Əlbəttə, birinci dəfədən yaxşı alınmamışdı, hətta ögüyüb qanımı da qaraltmışdı. Amma pərt 
olmasın deyə bir söz deməmişdim. Hətta utandığını görüb ona təsəlli vermişdim: “Yavaş-yavaş öyrənəcəksən, narahat 
olma” (həqiqətən də qısa müddət ərzində gözləntilərimi doğruldub, minyetin ustasına çevrilmişdi). 
 
Münasibətlərimiz günü-gündən möhkəmlənirdi. Görüşmədiyimiz,  ən azı  zəngləşmədiyimiz gün olmurdu. Bəxtimdən, 
Svetagildə heç vaxt adam olmurdu. Bir gün mənə dedi ki, valideynləri boşanıb, atası da indi Voronejdə yaşayır. Bu 
qədər. Onlar haqqında çox danışmağı sevmirdi, mən də heç nə soruşmurdum. Amma bir axşam nəhayət ki, anasını görə 
bildim. Svetagildə musiqiyə qulaq asdığımız vaxt qapı açıldı, anası içəri girdi. Məni görsə  də bir söz demədi. Yataq 
otağına keçib ordan nəsə götürdü, qızına bir-iki tapşırıq verib elə gəldiyi kimi tez-tələsik çıxıb getdi. O gedən kimi biz də 
senbernarı dəhlizə qovub, divana sərilmişdik. 
 
Sevişəndə vəhşiləşirdi Sveta. Həzzdən kürəyimi cırmaqlayır, qulaqlarımı dişləyirdi. Kürəyimdəki nazik, qırmızı xətləri bir 
gün atam da gördü. Heç nə demədi, sadəcə gülümsündü. Əlbəttə, axı mən qız deyildim, özümü hazır hiss edən kimi
istədiyim qadınla cinsi əlaqəyə girə bilərdim. Odur ki, oğlunun erkən cinsi əlaqə  təcrübəsi atam üçün təqdir olunası 
hadisə idi. Bəlkə də kişi mənimlə fəxr edirdi. 
 
Bir gün, sinfimizdəki Mirzə adlı oğlan mənə hamiləlik haqqında danışdı. Dedi ki, sekslə  məşğul olan qızlar uşaq doğa 
bilərlər. Artıq o dövrdə apteklərdə prezervativ satılırdı. Amma mən gedib almağa utanırdım. Həm də bilmirdim, mənim on 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə