Allah`ın isimləri



Yüklə 1,04 Mb.
səhifə10/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. (Kəhf surəsi, 57)

İnkarçılar bəzən özlərinə təbliğ edilən dini anlamadıqlarını etiraf edirlər. Özlərini hidayətə dəvət edən hz. Şüeybə qarşı Quranda xəbər verilən və: “… Ey Şüeyb! Dediklərinin çoxunu anlamırıq...” (Hud surəsi, 91) - deyən inkarçılar bunlara bir nümunədir.

Əgər insanın ürəyi üzərində pərdə varsa və Allah bu adamın anlayışını bağlayırsa, artıq onu doğru yola çevirmək Allah’ın diləməsi xaricində mümkün deyil. Allah bu mövzuya Quranda belə diqqət çəkir:

(Yusif) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı. Padşah dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”. (Yunis surəsi, 42-43)

Allah ancaq ürəkdən iman etməyi və Özünə yaxın olmağı istəyənin ürəyini yumşaldar, beləsini səmimi müsəlmanların arasına qatar. Səmimiyyətsiz olanların da ürəyini çevirərək onları küfrə geri qaytarar. O, dilədiyinin ürəyini dilədiyi anda çevirməyə qadirdir. Onun çevirdiyi ürəyi təkrar geri çevirə biləcək heç kim yoxdur.



MÜKMİL

Kamilləşdirən

... Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyil etməyərək aclıq üzündən məcbur olarsa, (bilsin ki,) Allah bağışlayandır, rəhmlidir. (Maidə surəsi, 3)

İnsanı yaradan Allah’dır və “Yaradan Lətif və xəbərdar olduğu halda, ola bilərmi ki, O, bilməsin?“ (Mülk surəsi, 14) ayəsi ilə də vurğulandığı kimi, yaratdığı qulunu ən yaxşı tanıyan, onun istək və ehtiyaclarını ən yaxşı biləndir.

Allah qulları üçün təyin etdiyi dini fitrətlərinə ən uyğun şəkildə təşkil etmişdir. Məqsəd insanların çətinlik çəkmədən, fitrətlərinə ən uyğun olan sistem içində Allah’ı tanımaları, Ona qulluq etmələri və beləliklə də gerçək qurtuluş və xoşbəxtliyə çatmalarıdır. İslam dini sonsuz ağıl sahibi olan Rəbbimizin seçib bəyəndiyi dindir. Şübhəsiz, bu din vasitəsi ilə qullarını kamala çatdıran da yalnız Allah’dır.

Batildən haqqa tapınaraq üzünü Allah’ın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allah’ın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. Tövbə edərək Ona tərəf dönün. Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın! (Rum surəsi, 30-31)


MÜQTƏDİR

Qüvvət və qüdrət sahiblərinin üzərində olan

Onlara dünya həyatını misal çək. Bu, göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir. (Kəhf surəsi, 45)

Allah tarixdə bəzi insanları qüdrətli etmiş, onlara həm bənzərsiz mülk vermiş, həm də mövqe sahibi etmişdir. Yaşadıqları qövmün başına keçirmiş, bütün insanların və torpaqların rəhbərliyini onlara vermişdir. Firon da bu insanlardan biridir. Ancaq firon Allah’a qarşı böyüklənmiş, gerçək qüvvətin və gücün özündə olduğunu zənn etmişdir. Belə ki, bu, özünü ilah elan etməsinə qədər çatmışdır. Bu vəziyyət bir ayədə belə xəbər verilir:



Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram... (Qəsəs surəsi, 38)

Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi?.. (Zuxruf surəsi, 51)

Buna görə, bütün gücün tək sahibi olan Allah firon və ordusunu suda boğaraq onlardan intiqam almışdır:



Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar. Biz də onu və onun əsgərlərini tutub dənizə atdıq. Bax gör, zalımların aqibəti necə oldu. (Qəsəs surəsi, 39-40)

Günahlarına görə Haman və Qarunun da fironla eyni sonu olmuşdur. Bu azğın insanlar sahib olduqları malları və ordularına görə yer üzündə təkəbbürlənmiş, güclü və qüdrətli olduqlarını zənn etmişlər. Beləliklə də Allah gerçək gücün kimə aid olduğunu bütün qövmə göstərmişdir.



Qarunu, fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və qaça bilmədilər. Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də (suya) qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər. (Ənkəbut surəsi, 39-40)

Halbuki, kainatdakı bütün iqtidar və qüdrətin yeganə sahibi Allah’dır. Yer üzündə güc və səlahiyyət sahibi olanlara əllərində olan malları, olduqları mövqeləri və orduları verən də Özüdür. Hər gün Günəşi doğuran, gecəni və gündüzü ard-arda gətirən, kosmosda sürətlə hərəkət edən planetləri orbitlərində saxlayan və kainatdakı saysız nizamı qüsursuz idarə edən Allah’ın gücü aşkardır. İnsan isə əlindən malı alındığı, mövqeyindən endirildiyi zaman bütün gücünü itirir. Bədəninin müqavimətini itirdikdə isə çox acizləşir. Beləliklə, Allah qullarına gerçək gücün kimdə olduğunu göstərir. Allah’ın hər şeyin üstündə güc sahibi olduğu Quranda belə bildirilir:



Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq. (Qəmər surəsi, 42)

Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar. (Zuxruf surəsi, 42)

MÜNTƏQİM

İntiqam alan, günahkarları layiq olduqları cəza ilə cəzalandıran

Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq. (Zuxruf surəsi, 55)

Allah bütün cəmiyyətləri şirk və degenerasiyadan xilas etmək üçün seçdiyi elçiləri ilə xəbərdar edir. Həmin cəmiyyətlər bu xəbərdarlıqları dinləmədikdə və hətta azğınlıqlarını daha da artırdıqda Allah intiqam alır. Allah’ın intiqamı isə, əlbəttə, insanlarınkına bənzəmir:



Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allah’ın sizə olan nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyük idi”. (Mömin surəsi, 10)

Allah xəbərdar edilən və gerçəyi öyrənən insanlardan çox vaxt dərhal intiqam almır. Onlara iman etmələri və günahlarından təmizlənmələri üçün müəyyən bir müddət verir. Halbuki, insanların çoxu özlərinə verilən bu müddəti əleyhlərində istifadə etməklə daha azır və üsyan edirlər. Beləliklə də əzab onlara haqq olur. Allah ayədə belə buyurur:



Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay! Bəlkə, insan özbaşına qoyulacağını güman edir? (Qiyamət surəsi, 34-36)

Şübhəsiz, insanın Rəbbimizi inkar etməsi, üsyan etməsi, nankorluq etməsi və bu davranışlarını davam etdirməsi ən böyük günahlardandır. Məhz burada Allah inkarçılardan intiqam alaraq daha əvvəl heç qarşılaşmadıqları əzablarla onları tanış edir. Çünki buna layiqdirlər. Allah bir ayəsində intiqam alan olduğunu belə bildirir:



(Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün Biz intiqam alacağıq. (Duxan surəsi, 16)

Bununla yanaşı, Allah Quranın bir çox ayəsində Rəhman və Rəhim sifətlərini və insanlara qarşı sonsuz əsirgəyici olduğunu göstərir. İnkarçıların axirətdə qarşılaşacaqları bu əzab yalnız inkara davam etmələrinə görədir. Allah bunu Quran ayələrində insanlara xatırladır və qullarına əzab və zülm etmədiyini bildirir:

Bu sizin öz əllərinizlə qazandığınız günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir! (Ənfal surəsi, 51)

...Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz! (Ənfal surəsi, 33)

Budur Allah’ın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz. (Ali-İmran surəsi, 108)

Bağışlayıcı olan Rəbbimiz bütün qullarını doğruya yönləndirmək və üzərilərindəki neməti tamamlamaq istədiyini isə ayələrdə belə bildirir:

Allah sizə bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir! (Nisa surəsi, 26)

... Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz! (Maidə surəsi, 6)


MÜSƏVVİR

Təsvir edən, hər şeyə şəkil və surət verən

O, Xaliq, yoxdan yaradan, surət verən Allah’dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi, 24)

Dünyada yüz minlərlə fərqli növdə canlı yaşayır. Bu növlərin hamısı bir-birlərindən tamamilə fərqli görünüşlərə və fövqəladə xüsusiyyətlərə malikdir. Məsələn, kəpənəyin qanadlarındakı qüsursuz simmetriyaya nəzər salaq. Hər bir qanadın üstü müxtəlif şəkillər və rənglərlə bəzənmişdir. Bu şəkillər və rənglər nə qədər qarışıq olsa da, qanadlardakı bənzərsiz simmetriya əsla pozulmur. Belə ki, bütün kəpənəklər göz zövqünə xitab edən gözəllikdədirlər. Bu gözəllikdə təcəlli edən ağılın bir qaynağı olduğu açıqdır. Çünki adi çəkilmiş bir şəklin belə rəssamı var və şəklin öz-özünə ortaya çıxması mümkün deyil. O halda, heç kim bu cür qüsursuz yaradılmış və sənət əsəri qədər estetik olan belə bir canlının təsadüfən yarandığını deyə bilməz. Bunların hamısını yaradan, hazırlayan, əmələ gətirən bütün kainatın Rəbbi olan Allah’dır.

İnsanı yaradan, bədəninin xaricindəki və daxilindəki bütün sistemləri son dərəcə mükəmməl şəkildə hazırlayan Allah bu kompleks quruluşdakı hər nöqtədə üstün yaratmasını və izzətini göstərir. Məsələn, insan bədəninin sütununu əmələ gətirən skelet öz-özlüyündə bir mühəndislik möcüzəsidir. Bədənin dayaq-hərəkət sistemidir və beyin, ürək, ağciyər kimi həyati orqanların qorunmasını təmin edir, daxili orqanlara dəstək olur. İnsan bədəninə bənzərsiz hərəkət qabiliyyəti verir. Bundan başqa sümük toxuması çoxlarının zənn etdiyi kimi cansız deyil. Bədənin ehtiyacına görə kalsium, fosfat və s. mineralları toplayır və ya daha əvvəldən topladıqlarını bədənə verir. Bütün bunlarla yanaşı, qırmızı qan hüceyrələrinin istehsalı da sümüklər vasitəsi ilə edilir. Bu bəhs edilən çox funksiyalı sistem insan bədənindəki mükəmməl sistemlərdən sadəcə biridir.

Bunların hamısını bənzərsiz bir dizayn ilə yaratmış olan və hələ də yaratmağa davam edən Allah qüdrətinin təcəllilərini bizlərə davamlı göstərir. Bir ayədə möminlərin belə söylədikləri xəbər verilir:



(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da doğru yolu göstərəndir!” (Taha surəsi, 50)
MÜBƏŞŞİR

Müjdələyən

İman gətirib yaxşı işlər görən qullarına Allah’ın müjdə verdiyi budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükürün əvəzini verəndir. (Şura surəsi, 23)

Quranda bildirilən mömin əlamətlərini göstərən, Allah’a heç bir şeyi şirk qoşmayan və Allah’ın seçib bəyəndiyi din əxlaqına sonuna qədər sadiq qalaraq iman edən saleh qullar dünyada və axirətdə alacaqları qarşılıqlarla müjdələnilmişlər. Allah’ın ayələri ilə bildirdiyi bir müjdəsi belədir:



Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnət bağları ilə müjdələyir. (Tövbə surəsi, 21)

Bir başqa ayədə isə möminlərə müjdə olaraq bu hökm bildirilir:



Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allah’ın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 64)

Allah Quranda möminləri mələklər vasitəsi ilə də müjdələdiyini açıq və dəqiq şəkildə bildirmişdir:



Həqiqətən də: “Rəbbimiz Allah’dır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. (Fussilət surəsi, 30-32)

Sonsuz xoşbəxtlik və sevinc qaynağı olan cənnətin yanında Allah dünya həyatında da mömin qullarına çoxlu müjdə verir. Quranda bu müjdələr xəbər verilmiş və Allah’ın dualara necə qarşılıq verdiyi nümunələrlə bildirilmişdir.

Allah peyğəmbərlərə azğınlıqla baş qaldıran qövmlərin yerlə-yeksan ediləcəyi müjdəsini ayələrdə xəbər verildiyi kimi, əvvəldən bildirmişdir. Bundan başqa, Allah Özünə dua edərək övlad istəyən peyğəmbərlərin dualarını qəbul etmiş, hz. Zəkəriyyanı hz. Yəhya ilə, hz. Məryəmi hz. İsa ilə, hz. İbrahimi də hz. İshaq və hz. Yaqubla müjdələmişdir. Ayələrdə belə buyurulur:

Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı öncə kimsəyə qoymamışıq!” (Məryəm surəsi, 7)



Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. (Saffat surəsi, 101) Sevdiyiniz başqa bir şey də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver! (Səff surəsi, 13)

Tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allah’ın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ! (Tövbə surəsi, 112)

MÜBƏYYİN

Açıqlayan

Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz. (Bəqərə surəsi, 242)

İnsan niyə yaradıldığını, nə etməli olduğunu və öldükdən sonra nə ilə qarşılaşacağını sadəcə Allah özünə açıqladığı üçün bilir. Yoxsa insan Allah’ın endirdiyi kitablar, göndərdiyi elçilər və onlar vasitəsi ilə açıqlanan məlumatlar olmasa, çox çarəsiz, aciz və qorxu içində yaşamaq məcburiyyətində qalardı. Halbuki, qullarına qarşı çox şəfqətli və mərhəmətli olan Allah bütün sualların cavabını insanlara göndərdiyi kitabı ilə açıqlamış və onları qarşılaşacaqları çarəsizliklərdən qurtarmışdır.

Bütün bunlar möminlərə şövq verir. Necə ki, Allah’ın həm elçilər, həm də endirdiyi kitablar vasitəsi ilə göstərdiyi yollar, qadağan etdiyi və ya tövsiyə etdiyi şeylər, etdiyi xəbərdarlıqlar, diqqət çəkdiyi bütün mövzular yalnız insanların qurtuluşu və Allah’ın hüzurunda sevinərək hesab vermələri üçündür.

Qulları üçün dünyada və axirətdə zülm istəməyən uca Allah onların sonsuz əzabdan qurtarmasına vəsilə olan bütün çıxış yollarını detallı olaraq təsvir etmiş, insanın yerinə yetirməli olduğu hər mövzunu açıqlamışdır. Bundan başqa, özlərindən əvvəlkilərin səhvlərini təkrarlamamaqları üçün insanlara keçmiş qövmlərdən də nümunələr vermiş və doğru yolu tapmaları üçün peyğəmbərlərin həyatlarından nümunələr çəkmişdir. Belə ki, insanların bilməsinin mümkün olmayacağı və sonsuza qədər də öyrənə bilməyəcəkləri bəzi hadisələri də Allah kitabında xəbər vermişdir. Məsələn, heç kim hz. Musanın müqəddəs vadi olan Tuvada Allah’la olan danışmasına şahid olmayıb və bu gün heç bir insan tarixi məlumatla bu hadisəni öyrənmə imkanına sahib deyil. Amma Allah Quranda bizlərə bu söhbətlə əlaqədar bəzi detalları açıqlamışdır. Beləliklə, əsrlərlə bundan əvvəl Rəbbimizin qarşısında tək olduğu anda hz. Musaya deyilən sözlər qiyamətə qədər yaşayacaq hər insana hər kəlməsi ilə çatıb. Bunu xəbər verən ayələrdə belə buyurulur:



Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən qərb tərəfində deyildin. Sən şahid olanlardan da deyildin. Lakin Biz neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk. Biz çağırdığımız zaman da sən dağın yanında deyildin... (Qəsəs surəsi, 44-46)

İnsanların Allah’ın kitabından əlavə heç bir məlumat əldə edə bilməyəcəkləri mövzulardan biri də axirət həyatıdır. Ölümdən sonra həyat olduğu, dünyada keçən müddətin isə yalnız bu həyata hazırlıq mərhələsi olduğu Quranda xəbər verilir. Əks halda, insanlar yalnız dünyaya aid məlumatlarla kifayətlənmək məcburiyyətində qalar və ölümdən sonra nə olacağı ilə əlaqədar ən kiçik bir fikirləri belə olmazdı. Bunlar Allah’ın qullarına açıqladığı mövzulardan yalnız bir neçəsidir. Rəbbimiz Quran vasitəsilə insanlara ehtiyacları olan hər şeyi açıqlamışdır. Ayədə belə buyurulur:



... (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

Şübhəsiz, Allah’ın bizə açıqladıqlarından başqa bizim heç bir məlumatımız yoxdur.



MÜDƏBBİR

İdarə edən, yoluna qoyan, bütün yaradılmışları

nizam və tarazlıqla idarə edən və bir-birinə

köməkçi edən

Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Allah’dır. İşləri yoluna qoyan Odur... (Yunis surəsi, 3)

Allah bütün kainatı idarə edir. Ondan xəbərsiz bir atom belə hərəkət edə bilməz. Allah kiçik bir toz zərrəsindən, boşluqda sürətlə hərəkət edən planetlərə və insan gözünün əsla görə bilməyəcəyi mikro aləmdə yaşayan milyardlarla canlıya qədər hər şeyin üzərində idarəçi olan tək gücdür. Səma, içində olan milyardlarla ulduz, bir-birinin ardınca hərəkət edən planetlər və Günəş tam təslimiyyətlə Allah’a boyun əyiblər. Kainatdakı qüsursuz nizam bütün varlıqları hər an nəzarəti altında saxlayan və hər şeyin üzərində olan bir gücün varlığını bizə sübut edir. Bu, Allah’ın qüsursuz yaratmasıdır.

Yer üzünə baxdığımız zaman da yenə fövqəladə bir nizamla qarşılaşırıq. Allah hər canlıya müəyyən vəzifələr verib. Bunlar özlərinə verilən vəzifələri bir gün, bir dəqiqə belə axsatmadan yerinə yetirirlər. Məsələn, ağaclar havadakı karbonu alıb əvəzinə oksigen vermək məcburiyyətindədirlər. Torpaq canlıların yeməsi üçün növbənöv ruzilər verir. Göydən yağan yağış müəyyən sürətdə və müəyyən miqdarda yağır, şimşəyin arxasından mütləq göy gurultusu gəlir. Təbiətdəki tarazlıq hər zaman qorunur, bəziləri ölərkən, bəziləri dünyaya yeni göz açır. Bütün varlıq aləmini yaradan Allah hər bir varlığa öz vəzifəsini ilham edərək həyatlarını davam etdirmələrini təmin edir.

Allah yaratdığı bütün canlıların bədənlərini də müəyyən bir tarazlıqla və daima idarə edir, bütün orqanları bir-birinə köməkçi edir. Belə ki, insan bədəninin funksiyalarının demək olar ki, hamısı insanların idarəsi xaricindədir. Heç kim ürəyinin döyünməsini, ya da yediklərinin mədəsində həzm edilməsini təmin edə bilməz. Qanındakı ağ qan hüceyrələrinin mikroblara qarşı apardığı mübarizədən xəbəri belə olmaz. Bədənini meydana gətirən hüceyrələrdəki saysız kimyəvi əməliyyatlardan nə xəbəri var, nə də bunlara nəzarət edə bilər.

Eynilə bədənindəki bu proseslər kimi, insanın həyatının asılı olduğu saysız xarici amil də var. Bu milyonlarla xarici amildən hər birini Allah davamlı olaraq və tarazlıqla idarə edir.

Əgər bəzi insanların iddia etdiyi kimi, Allah dünyanı yaradıb başıboş buraxsaydı, şübhəsiz, hər şey daha o anda pozulardı. Gerçək budur ki, bu qədər sistemi ancaq yaradıcımız olan Allah qoruyur və kainat ancaq Rəbbimizin idarəsi ilə varlığını davam etdirir. Çünki Allah kainatın gerçək sahibidir, yaradılışı Ona aid olduğu kimi, rəhbərliyi də yalnız Ona aiddir. Bu mövzuya Quranda belə diqqət çəkilir:



Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də O, Həlimdir, bağışlayandır. (Fatir surəsi, 41)

De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: “Allah’dır!” – deyəcəklər. De: “Bəs onda Allah’dan qorxmursunuz?” (Yunis surəsi, 31)

MÖMİN

Təhlükəsizliyi təmin edən, əminlik yaradan

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah (müşriklərin) şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)

Allah möminlərə dünyada da, axirətdə də razı olacaqları həyatı bəxş edir. Bu həyat hər cəhətdən çox mükəmməl olduğu kimi, mənəvi olaraq da möminlərin çox güclü olmalarını təmin edir. Allah saleh qullarına mənəvi cəhətdən rahatlıq, arxayınlıq və əmin-amanlıq verir. Möminlərə dünyada çətinlik çəkdikləri dövrlərdə kömək edir, ürəklərini gücləndirir, Özünə edilən təvəkküllə rahat həyat yaşadır. Quranda Peyğəmbərimiz (s.ə.v) dövründə müharibədə məğlubiyyətin ardından Allah’ın möminlərə olan mənəvi dəstəyi belə izah edilir:



Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Hüneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma (bu) sizin karınıza gəlmədi. Yer üzü genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız. Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah bağışlayandır, rəhmlidir. (Tövbə surəsi, 25-27)

Şübhəsiz, möminlərin qarşısına həmişə inkar edən bir qrup çıxmışdır. Bu inkarçı qrup Allah’a səmimi qəlbdən yönələn möminləri doğru yoldan ayırmağa, öz dinlərinə tabe olmağa çağırmışlar. Bu çağırışdan üz çevirənləri isə şiddətli əzabla qorxutmuşlar. Ancaq belə dövrlərdə də Allah inkar edənlərin səylərini puç etmiş və möminlərə hər cəhətdən kömək etmişdir:



Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)

Allah’ın bütün möminlərə, xüsusilə də elçilərinə olan mənəvi dəstəyi başqa ayələrdə də xəbər verilib. Peyğəmbərimiz (s.ə.v) dövründəki inkarçı qövm Peyğəmbərin hicrət etməsinə səbəb olduğu üçün Allah onu hər cür mühitdə dəstəkləyəcəyini vəd etmiş, inkarçıların hücumunun qarşısını almış, mənəvi olaraq da elçisinə rahatlıq və təhlükəsizlik hissi vermişdir. Allah’ın bu köməyi ayələrdə belə xəbər verilir:



Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah’ın sözü ucadır. Allah qüdrətlidir, müdrikdir. (Tövbə surəsi, 40)

Yuxarıda sayılanların hamısı Allah’ın insanlara dünyada verdiyi təhlükəsizlik və rahatlıq hissidir. Ancaq axirətdə olan rahatlıq və təhlükəsizlik dünyadakı ilə müqayisə edilməyəcək qədər böyük bir nemətdir. Çünki oradakı mənəvi rahatlıq sonsuza qədər davam edəcək və Allah diləmədikcə yox olmayacaq.

Allah möminlərin cənnətdə yaşayacaqları, maddi və mənəvi hər cəhətdən təmin olunmuş bu halı belə təsvir edir:

Sözsüz ki, müttəqilər cənnət bağlarında və çeşmələr başında olacaqlar. (Onlara deyiləcək): “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!” Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar. (Hicr surəsi, 45-48)

Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə sal­­dığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də on­­ların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər (istifadə edəcəyiniz) ev əşyaları və başqa şeylər düzəltdi. Allah yaratdıqları şeylər­­dən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, (Allah) Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız. Əgər üz çevirsələr, (bil ki,) sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır. Onlar Allah’ın neməti haqqında bildikləri halda, sonradan onu inkar edirlər. Onların çoxu kafirdir. (Nəhl surəsi, 80-83)



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə