Allah`ın isimləri


(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)



Yüklə 1,04 Mb.
səhifə2/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   2   3   4   5   6   7   8   9   ...   17

(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)

Göylərdə və yerdə olanların hamısı Allah’ın şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O, həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi, 1-2)

Göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hədid surəsi, 4)
ƏHKAMÜL-HAKİMİN

Hökm verənlərin hakimi

Məgər Allah hakimlərin hakimi deyilmi?! (Tin surəsi, 8)

Hər işin hökmünü verən, nəticələndirən Allah’dır. Bütün hadisələr Onun əmri ilə, diləməsi ilə meydana gəlir və inkişaf edir. Allah’ın verdiyi hökmlərdə mütləq bir çox hikmət gizlidir. Lakin insanların çoxu Allah’ın hökmlərini öz məhdud ağılları ilə qiymətləndirir və beləliklə də Allah’ın hökmlərini tam olaraq qavraya bilmirlər. Halbuki, Allah sonsuz ağılın sahibidir. Üstəlik, zaman və məkandan da münəzzəhdir; bu anlayışları yaradan, insanların zamana və məkana tabe olaraq yaşamasını uyğun biləndir. İnsan heç vaxt bir gün sonra, hətta bir saat sonra nələr yaşayacağını bilmir. O isə bir işə hökm etdiyi zaman bir gün sonra, illər sonra və hətta qiyamətə qədər o işin nə ilə nəticələnəcəyinə də hakimdir. Buna görə də verdiyi hökm hər zaman ən doğru, ən yaxşı və ən hikmətli olandır.

Lakin iman etməyənlər bu həqiqəti başa düşmürlər. Ətraflarında baş verən hər hadisənin müəyyən səbəblərə bağlı olaraq təsadüfən meydana gəldiyini zənn edirlər. Allah’ın hökm etdiyi hadisələrdəki hikmətləri qiymətləndirə bilmirlər. Meydana gələn hər hadisənin Allah’ın idarəsində olduğunu anlamırlar. Möminlər isə Allah’ın verdiyi hökmlərin hikmətlərini qavramağa çalışır və Onun daim ən yaxşı və ən xeyirli hökm verən olduğunu bilirlər. Allah Quranda belə buyurur:

Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır! (Yunis surəsi, 109)

Nuh Rəbbinə müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!” (Hud surəsi, 45)

ALİM

Hər şeyi çox yaxşı bilən

Şərq də, qərb də Allah’ındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)

İnsanlar düşünə biləcək şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir mövzu üzrə mütəxəssisləşirlər. Məsələn, fizika mühəndisi fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış insan fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yeni tarix üzə mütəxəssisləşmiş tədqiqatçı yeni tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.

Yuxarıda saydıqlarımız, əlbəttə, “bilmək” felinin insanlarla əlaqədar olan qismidir. Ancaq “bilmək” felinin insanların əsla təsəvvür edə bilməyəcəyi, güc çatdıra bilməyəcəyi bir ölçüsü var: Allah’ın bilməsi...

Allah göylərin, yerin, bu ikisinin arasında olan bütün canlıların, kainatda işləyən bütün qanunların, hər an meydana gələn bütün hadisələrin məlumatına sahibdir. Çünki hamısının yaradıcısı Odur. Üstəlik, Allah’ın bilməsi sonsuzdur; Allah eyni anda dünya üzərində doğan və ölən insanların kim olduqlarını, yer üzündəki hər bir ağacdan düşən yarpaqların sayını, kainatdakı milyardlarla qalaktikanın içindəki milyardlarla ulduzun hər birinin xüsusiyyətlərini və burada səhifələrlə saysaq da, əsla bitirə bilməyəcəyimiz hər şeyi bilir. O, yer üzündə, eyni anda kosmosda meydana gələn hər hadisəni, dünya üzərindəki milyardlarla insanın, heyvanın, bitkinin hüceyrələrində kodlanmış şifrləri də bilir.

İnsanın unutmamalı olduğu çox əhəmiyyətli bir sirr var: Allah yuxarıda sayılan bütün detallarla yanaşı, insanın daxilini, ağlından keçənləri, gizli və ya açıq işlədiyi bütün əməlləri də bilir. İnsan içində yaşadığı duyğularını, düşüncələrini, sıxıntılarını yalnızca özünün bildiyini zənn edir, amma bu, böyük yanılmadır. Kainatın hər nöqtəsinə tam olaraq hakim olan Allah insanın daxilinə və xaricinə də hakimdir. Belə ki, Allah’ın bu sonsuz biliyi bir çox ayədə bildirilmişdir:

Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir! (Ali-İmran surəsi, 92)

Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allah’ı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir! (Nur surəsi, 41)

Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allah’ın təqdiridir. (Yasin surəsi, 38)

Bilin ki, Allah’dan gizlənmək məqsədilə ikiqat olarlar. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir. (Hud surəsi, 5)

(Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır! (Bəqərə surəsi, 95)

Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah eşidəndir, biləndir! (Ənfal surəsi, 17)

Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir. (Hud surəsi, 57)

De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu biləcəksiniz”. (Mülk surəsi, 29)

Allah təqva sahiblərini (inanıb və ya inanclarına uyğun davranıb) zəfərə yetişmələri səbəbilə xilas edir. Onlara pislik toxunmaz və onlar hüznə qapılmazlar.



Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. Allah hər şeyin Xaliqidir. O, hər şeyi qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allah’ın ayələrini inkar edənlər ziyana uğrayanlardır. (Zumər surəsi, 61-63)


ƏLİYY

Çox uca olan

Allah bəşər övladı ilə ancaq vəhy ilə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allah’ın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir! (Şura surəsi, 51)

Allah Özünü Quranda bizə tanıdıb: bütün aləmləri yaradan, kainatın tək hakimi olan Allah ucadır. Göylərin, yerin və bu ikisinin arasında olanların yeganə sahibi Odur. Ondan başqa ilah yoxdur, Allah insanların şirk qoşduqlarından çox ucadır. Bütün mülk Allah’a aiddir; O, hər şeyə gücü çatandır. O, uca məqamların da sahibidir. Allah aləmlərdən münəzzəhdir.

Şübhəsiz, ən gözəl adlar Allah’a aid olduğu üçün Onu əskiksiz olaraq tərif etmək mümkün deyil. Allah’ı ancaq Özünün bizə bildirdiyi qədər tanıya bilirik, ucalığını ancaq Quran ayələri ilə təqdir edə bilirik. Allah bir ayəsində Öz ucalığını bu cür tərif edib:

Allah, Ondan başqa ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah’ın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah’ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

ASİM

Qoruyan

(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allah’ın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!”… (Hud surəsi, 43)

İnsan aciz olduğu üçün hər an hər cür çətinliklə qarşılaşa bilər. Məsələn, dünya hər an təbii fəlakətlərin meydana gəldiyi yerdir. Zəlzələlər, sellər, qasırğalar, vulkan püskürmələri tez-tez rast gəlinən hadisələrdir. Eyni şəkildə, insanı mənən çətinliyə salan bir çox hadisə də var. Bu hadisələr qarşısında unutmamalı olduğumuz bir gerçək var: insan nə qədər acizliyindən xilas olmağa çalışırsa çalışsın, Allah’ın diləməsi xaricində başına gələcək hər hansı hadisədən qoruna bilməz. İnsan üçün tək qoruyucu Rəhman olan Allah’dır. Quranda bu vəziyyət belə bildirilmişdir:



De: “Gizlində dua edib: “Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?” De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allah’dır. Sonra siz yenə də şərik qoşursunuz?” (Ənam surəsi, 63-64)

İnsanlar tək qaldıqda əllərindəki maddi imkanların, yaxınlarının onlara heç nə ilə kömək edə bilməyəcəyini anladıqları anlarda, ya da sağlamlıqlarını itirdikləri zaman Allah’ı zikr edir, Ondan kömək diləyirlər. Ancaq O, özlərini qurtardıqda yenə nankorluq edib başlarına gələnləri unudurlar. Dünyada Allah’dan başqa qoruyucu tapa bilməyəcəyini anlamayan, Onun hər cür köməyinə baxmayaraq, nankorluqda dirənən bu şəxslər axirətdə sonsuz əzabla qarşılaşaraq gerçəyi görəcəklər.

Bu şəxslərin vəziyyəti ayədə belə xəbər verilir:

(Allah’a ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allah’dan savayı nə bir dost, nə də havadar tapacaqlar! (Nisa surəsi, 173)



Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir. (Hud surəsi, 57)

De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu biləcəksiniz”. (Mülk surəsi, 29)

Allah təqva sahiblərini (inanıb və ya inanclarına uyğun davranıb) zəfərə yetişmələri səbəbilə xilas edir. Onlara pislik toxunmaz və onlar hüznə qapılmazlar.



Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. Allah hər şeyin Xaliqidir. O, hər şeyi qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allah’ın ayələrini inkar edənlər ziyana uğrayanlardır. (Zumər surəsi, 61-63)


ƏZİM

Çox əzəmətli, böyük olan

Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! (Şura surəsi, 4)

Şübhəsiz ki, Allah’ın böyüklüyü və əzəməti insanların qavrayış sərhədlərini aşır. Lakin insan yenə də öz ağlının sərhədləri çərçivəsində Allah’ın nə qədər güclü və qüdrətli olduğunu görüb anlaya bilər. Çünki bütün kainat Allah’ın böyüklüyünü göstərən saysız-hesabsız nümunə ilə doludur. İnsan sadəcə yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allah’ın əzəmətini hiss edəcək.

Ağırlığı tonlarla olan buludları daşıyan səma, minlərlə metr yüksəyə uzanan dağlar, milyonlarla növ canlının yaşadığı dənizlər, çaxan şimşək, onun ardından gələn göy gurultusu və Allah’a boyun əymiş milyardlarla canlı... Bunlar və burada saymadığımız saysız detal Allah’ın böyüklüyünün açıq dəlillərindəndir.

İndi dünyanın bir az xaricinə çıxıb düşünək. Bu nümunə kainatı yaradan, sonsuz əzəmət sahibi olan Rəbbimizi bir az daha dərin qavramağımıza kömək olacaq:

Kainat adı verdiyimiz sərhədsiz məkanın içində yaşayırıq. Bu gün elm adamlarının araşdırmalarına görə, kainatda milyardlarla qalaktika mövcuddur. Bəs bu qalaktikaların içində nələr var? Elmin bizə bildirdiyinə görə, hər qalaktikanın içində milyardlarla ulduz olduğunu bilirik. Biz də içində milyardlarla ulduz ehtiva edən milyardlarla qalaktikadan birinin içində, Dünya adı verilən və saatda 1670 km sürətlə heç dayanmadan dövr edən planetin üzərində yaşayırıq. Şübhəsiz, bu rəqəmlərlə düşündükdə kainatdakı varlığımızın toz zərrəciyi ilə müqayisə edilməyəcək dərəcədə kiçik olduğu aydın olacaq.

İnsan səmimi olaraq düşünəndə də milyardlarla qalaktikanı yaradan və hamısını hökmü altında saxlayan Rəbbimizin əzəmətini dərk edə bilər. Rəbbimiz bütün kainatı yaradan, milyardlarla ulduzu, qalaktikaların hamısını idarə edən üstün gücün sahibidir. Allah Öz üstün sifətlərini bir ayədə belə xəbər verir:



Allah… Ondan başqa heç bir ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah’ın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah’ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

(Allah) qeybi və aşkarı biləndir, böyükdür, ucadır. Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da (Allah dərgahında) eynidirlər.

Allah’ın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də insanlar nəfslərində olanı dəyişmədikcə Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur. Qorxasınız və ümid bəsləyəsiniz deyə, sizə şimşək göstərən və ağır buludları var edən Odur. (Rəd surəsi, 9-12)

ƏZİZ

Üstün, qüvvətli, güclü, şərəfli, məğlub edilməsi mümkün olmayan, qalib olan

Allah’ın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47)

Allah’ın Əziz sifəti Onun məğlub edilməsinin qeyri-mümkün olduğunu, hər zaman qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur.

Kainatdakı bütün nizamı, insanların sirrini qavramadıqları və ya yeni-yeni kəşf etdikləri bütün qanunları yaradan Allah’dır. Bununla yanaşı, yer üzündə olan hər canlını yaradan da Odur. Allah’ın sonsuz gücü və qüdrəti qarşısında yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar, ancaq Onun əmri ilə hərəkət edir, həyatlarını davam etdirir, müəyyən nizam içində yaşayırlar.

Şübhəsiz, bu acizlik yer üzünə hakim olduğunu zənn edən insan üçün də əsaslıdır. İnsan nə qədər güclü, zəngin və etibarlı olsa da, Allah qarşısında aciz və gücsüzdür. Nə malı, nə pulu, nə də ona etibar edən insanların sayı onu Allah’ın əzabından qoruya bilməz. Ancaq Allah’a təslim olan, Onun əmrlərinə tabe olan, razılığını qazanmağa çalışanlar xaric... Allah Quranda həmişə Öz tərəfdarlarına üstünlük verəcəyini vəd etmişdir. Ayələrdə belə buyurulur:



Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə surəsi, 21)

Daha öncə insanları hidayət etmək üçün Furqanı da O nazil etdi. Allah’ın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! (Ali-İmran surəsi, 4)

Allah Özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali-İmran surəsi, 18)

Onların sözləri səni kədərləndirməsin. Yenilməz izzət bütövlükdə yalnız Allah’a məxsusdur. O, eşidəndir, biləndir! (Yunis surəsi, 65)

Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir. Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! Ondan başqa məbud yoxdur. Dönüş də Onadır. Allah’ın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın. Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. (Bir görəydin) Mənim cəzam necə oldu! Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin sözü beləcə həqiqətə çevrildi. (Mömin (Ğafir) surəsi, 2-6)

BAİS

Göndərən (peyğəmbər), oyandıran, dirildən

Allah’ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. (Bəqərə surəsi, 28)

Şübhəsiz, yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq bütün insanlar ölümlüdür. Hər kəs bir gün öləcək və məzara qoyulacaq. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq, insanların böyük əksəriyyəti ölümü düşünmür və məzara qoyulduqdan sonra təkrar dirildiləcəklərini də görməzlikdən gəlirlər. Quranda bu şəxslərin vəziyyəti belə xəbər verilir:



Deyirlər: “Doğrudanmı, biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” (Naziat surəsi, 10-11)

Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilir:



Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! (Yasin surəsi, 78-79)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, Allah bütün insanları ilk dəfə yaradandır. Gəlmiş-keçmiş bütün insanları bir-birlərindən fərqli xüsusiyyətlərlə yaratmışdır. Belə ki, bu gün bilindiyi kimi, hər insanın barmaq ucuna qədər bir çox xüsusiyyəti digər insanlardan fərqlidir. Şübhəsiz, onları ilk dəfə yaradan Allah ikinci dəfə və hətta sonsuz sayda eyni şəkildə yaratmağa qadirdir. Necə ki, Allah bunun dəlillərini bizlərə yer üzünün dirilməsində göstərir.

Ətrafımıza baxdığımız zaman hər payız bütün təbiətin “öldüyünə” şahid oluruq. Bu “ölüm” bütün qış mövsümü ərzində davam edir. Ancaq yaz gəldiyi zaman ağacların qupquru olmuş budaqlarında yenidən rəngarəng çiçəklərin, yamyaşıl yarpaqların çıxdığını, bütün təbiətin canlanaraq yaşıllandığını görürük. Üstəlik, bu “ölümdən sonra diriliş” minlərlə ildir heç dayanmadan davam edir. Belə ki, insanın ölümündən sonra dirilişi də Allah üçün bu dərəcə asandır. İnsanın dirildilməsi ilə təbiətin dirildilməsi arasındakı bu bənzərliyə Allah ayələrində belə diqqət çəkmişdir:

(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də belə çıxardılacaqsınız. (Rum surəsi, 19)

Sən Allah’ın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da O, ölüləri dirildəndir. O, hər şeyə qadirdir! (Rum surəsi, 50)

Allah’ın Bais sifətinin bir başqa mənası da peyğəmbər göndərəndir. Allah insanlara xəbərdarlıq edən, qorxudan, müjdə verən elçilər göndərmiş və onları doğru yola dəvət etmişdir. Elçilərindən bəzisinə insanları qaranlıqdan işığa çıxaracaq kitablar vəhy etmişdir. Şübhəsiz, bu, Allah’ın insanlara böyük bir lütfüdür. Quranda belə buyurulur:



İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki, (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər. (Bəqərə surəsi, 213)

Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allah’ın) ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Ali-İmran surəsi, 164)

BAQİ

Davam edən, fani olmayan

(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)

Kainatdakı bütün varlıqlar ölümə məhkumdur. İnsan doğulur, yaşayır və dünyada yaşadığı məhdud ömrün sonunda ölür. Bu son bütün insanlar üçün qaçılmazdır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin də yox olması qaçılmazdır. Onlar da doğulduqdan bir müddət sonra bir-bir ölürlər. Məsələn: ağac yer üzündə yüz illərlə yaşaya bilər. Lakin ən sonda ölümə məhkumdur. Canlı olan hər şey həyatını bitirib torpağın altına girəcək və yox olacaq.

Eyni şəkildə, cansız varlıqların da sonu var. Zamanla hamısı məhvə məhkumdurlar. Məsələn, min illərlə bundan əvvəl ehtişam içində yaşamış qövmlərdən bu gün yalnız xarabalıqların geriyə qaldığını görürük.

Neçə-neçə məmləkəti zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu. Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı” (Həcc surəsi, 45) ayəsi ilə bu gerçəyə diqqət çəkmişdir.

İçində yaşayan varlıqların sonu olduğu kimi, kainatın da sonu var. Kainatdakı bütün göy cisimləri, günəş, ulduzlar, bir gün enerjilərini bitirib yox olacaqlar və ya Allah dilədiyi başqa bir səbəblə bütün kainatı yox edəcək, qiyamət günü ilə əlaqədar olan vədini reallaşdıracaq.

Görüldüyü kimi, hər şey sonludur; kainat da, yaradılmış bütün varlıqlar da...

Allah isə yaradandır. Və sonsuzluq yalnız Özünə aiddir.

Rəbbimiz insanlara Quranda belə buyurur:



Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər başa düşmürsünüz? (Qəsəs surəsi, 60)

Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki, O, bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

BARİ

Yaradan, qüsursuz şəkildə var edən

O, yaradan, yoxdan var edən, surət verən Allah’dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)
Yaşadığımız kainatda hara baxsaq, tarazlıq və ahəngə rast gəlirik. Xüsusilə elm sahəsində yeni inkişaflarla bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca bu tarazlıq və ahəng daha da dəqiqləşir. Görünən odur ki, kainat üzərində var olan hər sistem üstün bir ağılın dizaynıdır. Bu üstün ağılın sahibi hər şeyi heyrətamiz nizam içində var etmişdir. Kainatdakı hər cisim, yer üzündə yaşayan milyardlarla canlı möhtəşəm ahəng içində varlıqlarını davam etdirirlər. Təbiətdəki nizam heç bir şəkildə pozulmur və milyonlarla ildir son dərəcə sabit şəkildə davam edir.

Yalnız dünya üzərindəki həyatı araşdırdığımızda belə bir çox heyrətamiz detalla qarşılaşırıq. Ətrafımız fərqində olduğumuz və ya olmadığımız saysız yaradılış dəlili ilə doludur. Məsələn, havadakı qazların qarışığı bütün canlıların həyatlarını davam etdirə bilməsi üçün ən əlverişli şəkildə təşkil olunmuşdur. İnsanlar və heyvanlar yaşamaq üçün oksigen alıb, karbon verirlər. Ancaq bu əməliyyat dayanmadan davam etdiyi üçün havadakı oksigen miqdarı azalıb, karbonun miqdarı artaraq mövcud tarazlığı pozmur. Çünki burada çox incə nizam var: insanların və heyvanların əksinə bitkilər həyatlarını davam etdirərkən karbon alıb oksigen verirlər. Buna görə də insanların və heyvanların aldığı oksigen bitkilər vasitəsilə təkrar qaytarılır və dünyadakı tarazlıq qorunur.

Şübhəsiz, bu nümunə dünya üzərində görə biləcəyimiz yaradılış dəlillərindən sadəcə biridir. Həm mikro, həm də makro aləmi araşdırdıqda bunun kimi saysız nümunə ilə qarşılaşmaq mümkündür. Əgər kainat və kainatla yanaşı, dünya üzərindəki canlılar varlığını davam etdirə bilirsə, bu, üstün ağıl sahibi, hər şeyin yaradıcısı olan Rəbbimizin hər şeyi bir-birinə uyğun olaraq yaratması ilə mümkündür. Allah bir ayəsində belə buyurur:


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə