Allah`ın isimləri


DƏRR Zərər verən şeylər yaradan



Yüklə 1,04 Mb.
səhifə4/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   2   3   4   5   6   7   8   9   ...   17

DƏRR

Zərər verən şeylər yaradan

Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. (Yasin surəsi, 23)

Anidən gələn ölüm, gözlənilməyən xəstəlik, bütün məhsulları yox edən qasırğa, evləri yerlə bir edən zəlzələ, gələcək qorxusu, yol qəzası, stress, mal itkisi, qısqanclıq, qocalma...

Şübhəsiz, bütün bunlar axirətin varlığından qafil olan və gerçək həyatlarının dünyadakı həyat olduğunu zənn edən insanlar üçün əzab, qorxu və ümidsizlik yaradan hadisələrdir. Əlbəttə, hər insan özünə və ya yaxınlarına zərər verən bu cür hadisələrdən biri ilə və ya bunların bənzəri ilə hər an qarşılaşa bilər. Bu qarşılaşma böyük ehtimalla insanın heç gözləmədiyi bir anda reallaşır. Bir anda bütün bədəninə yayılan xərçəngə tutulduğunu öyrənə bilər, bir səhər bir yaxınının ölüm xəbəri gələ bilər, həyatı boyunca yığdığı pulunun oğurlandığını eşidə bilər və ya aynaya baxdığında heç gözləmədiyi şəkildə qocaldığını görər.

Yaxşı, insanlara qarşı bu qədər mərhəmətli olan Allah’ın dünya həyatında belə hadisələr yaratmasının hikmətləri nələrdir?

Bunun ən əhəmiyyətli səbəblərindən biri Allah’ın insanı çətinlik və sıxıntı ilə tərbiyələndirməsidir. Xəstəliyindən ötəri çətinliklə nəfəs alan insan qürurlanaraq digər insanları alçalda bilməz. Eyni zamanda, şikəst ikən yenidən yeriyə bilən, bütün malını-mülkünü itirmişkən bunlara təkrar qovuşan insan, şübhəsiz, bunların dəyərini daha yaxşı qavrayır. Beləliklə, həm çətinliyi, həm də asanlığı yaradaraq dünyada imtahan mühitini yaradan Allah, qarşılıqsız verdiyi nemətlərin daha yaxşı təqdir edilməsini təmin edir.

Ancaq burada əhəmiyyətli olan bir cəhət var. Əgər bu tərz hadisələrlə qarşılaşan adam imanlıdırsa və axirətin gerçək həyatı olacağını bilirsə, onsuz da qəmgin olmur. Başına gələn hər cür çətinliyin Allah’dan olduğunu bilir və bunlara səbir edir, o çətinliklərdən özünü qurtarmağa qadir olanın da, yalnız Allah olduğunu bildiyi üçün Ona dua edir, Ondan kömək diləyir. Beləliklə, Allah Özünə inanan qullarını da öyrədir, Özünə yaxınlaşmalarını təmin edir və axirətdəki dərəcələrini yüksəldir.

Allah’a və axirət gününə inanmayan insanlar üçün isə vəziyyət fərqlidir. Allah “Darr” sifətini əsl mənada cəhənnəmdə onlara göstərəcək. Şübhəsiz, dünyada kədərləndikləri hər şey cəhənnəmdə qarşılaşacaqları ilə müqayisə ediləndə çox xəfif sayılar, çünki buradakıların hamısı müvəqqətidir.

Cəhənnəmdə isə insanların yanan dəriləri ağrını təkrar-təkrar hiss etsin deyə, yeniləri ilə dəyişdiriləcək. İnkar edənlərə boğazları parçalayan darı tikanı, bağırsaqları parçalayan qaynar sudan başqa heç nə verilməyəcək. Ölüm gələr, lakin ölməzlər, ardından daha çətin əzabla qarşılaşarlar. Orada dəmirdən qamçılar, oddan yataqlar olacaq, inkarçı insan cəhənnəmin ən dar və qaranlıq yerinə atılacaq. Cəhənnəmdə sümükləri çatladan inildəmələr eşidiləcək.

İnkarçılar cəhənnəm gözətçilərinə: “Rəbbinizə söyləyin, bizi buradan çıxarsın”, -deyə yalvararlar. Əzabın yüngülləşdirilməsini istəyərlər. Allah onları cürbəcür əzaba uğradarkən bir tərəfdən də onlara cənnətdəkilərin necə bolluq və nemət içində olduqlarını göstərər. Onlar özlərinə kömək edəcək heç kimi tapa bilməzlər və (Allah’ın diləməsi xaricində) sonsuza qədər də alçaldılmışlar olaraq onun içində saxlanılarlar. Allah, beləliklə, gerçək çətinliyi və əzabı inkar edənlərə cəhənnəmdə daddırar. Allah bir ayədə belə buyurur:

Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” –deyə soruşsan, mütləq: “Allah!” –deyə cavab verəcəklər. De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah’dan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!” (Zumər surəsi, 38)

Allah inkarçıların üzərinə Dərr ismini təcəlli etdirir. Əlbəttə, bu, həmin insanların haqdan bilərəkdən üz çevirmələrinə görədir. Yoxsa Allah bütün qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibidir. Rəbbimiz bütün insanların doğru yola yönəlmələri, sonsuz cənnət nemətinə qovuşmaları üçün dünya həyatında saysız-hesabsız fürsətlər yaradır. Xəta etdiklərində onları bağışlayır, dua edib yardım istədiklərində onlara lütf edir. Dünyadakı qüsurları göstərib onları cənnət üçün çalışmağa çağırır. Axirətdə sonsuz əzabın da olduğunu bildirib onları xəbərdar edir. Lakin uca Allah’ın insanlar üzərindəki bu rəhmətini və yaradılış hikmətlərini təqdir etməyənlərə Allah’ın əzabı gerçəkləşmiş olur. Çünki bu insanlara cənnət və cəhənnəm haqqında bilgi verilməsinə baxmayaraq, bu həqiqətdən üz çevirmişlər.



Allah’ı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan. Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhmlidir. (Yunis surəsi, 106-107)
ƏRHAMÜR-RAHİMİN

Mərhəmət edənlərin ən mərhəmətlisi

Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhmlilərin rəhmlisisən!” (Ənbiya surəsi, 83)

Yer üzündəki bütün canlılar kimi insan da ehtiyacları olan varlıqdır. Həyatının davam etməsi üçün çoxlu şərt vardır. Nəfəs almaq üçün oksigenə, bədəninin fəaliyyətlərini davam etdirmək üçün su və qidaya ehtiyacı olur. Əslində, bu nümunələri saymaqla bitirmək olmaz. Çünki insanın fiziki olaraq varlığının davam etməsi üçün saysız detala ehtiyacı var.

Ancaq yer üzündəki bütün insanlar ehtiyacları olan şeyləri əldə etmək üçün çox böyük səy göstərmədən həyatlarını rahat şəkildə davam etdirirlər. Hər birinin həm bədənlərində, həm də xarici dünyada ehtiyacları olan hər şey onlar üçün əvvəldən təyin olunmuş və onlara təqdim edilmişdir. Burada ilk aığla gələn nümunə yenə insanın nəfəs almasıdır. İnsanlar həyatlarını davam etdirmək üçün oksigen qəbul etməlidirlər. Bəs bu oksigenin atmosferdə lazım olan nisbətlərdə olmasını təmin edən kimdir? İnsanın bədəninə bu oksigeni qəbul etdirən və lazım olan hər hüceyrəyə bir-bir çatmasını təmin edən sistemi quran kimdir?

Əlbəttə, bunların heç biri insanın müvəffəqiyyəti deyil. Atmosferin və ya öz tənəffüs sisteminin meydana gəlməsində insanın heç bir rolu yoxdur.

İnsanın bu ən həyati ehtiyacından tutmuş bütün detallar özü üçün hazırlanmış və lazım olduğu şəkildə var edilmişdir. Şübhəsiz, burada qarşımıza hər cür detalı insan üçün hazırlayan üstün ağılın varlığı və o ağılın sahibinin insana göstərdiyi sonsuz mərhəməti çıxır. Bu gücün sahibi isə mərhəmətlilərin ən mərhəmətlisi olan Allah’dır.

Allah’ın mərhəməti, əlbəttə ki, insanların fiziki ehtiyaclarının qarşılanması ilə məhdud deyil. O, insanları yaratmış, yaşamaları üçün ən əlverişli olan məkana yerləşdirmiş və bunun qarşılığında da yalnız Özünə qulluq etmələrini istəmişdir. İnsanlara Özünü necə razı edəcəklərini də bildirmiş, bunu öyrətmək üçün onlara dərgahından kitablar endirmiş, bütün ayələrini açıqlayan peyğəmbərlər göndərmişdir. Beləliklə, Allah insanlara həm Öz Şəxsini tanıtmış, həm də onları dinə və gözəl əxlaqa dəvət etmişdir. Şübhəsiz, bunların hamısı Rəbbimizin sonsuz mərhəmətinin açıq dəlillərindəndir.



Dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir. (Yusif surəsi, 92)

Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik, bir o qədər də əlavə etdik. (Ənbiya surəsi, 83-84)

Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara vəkil göndərməmişik. (İsra surəsi, 54)


ƏVVƏL

İlk

O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid surəsi, 3)

Kainatın başlanğıcı vardırmı?

Şübhəsiz, bu sual əsrlərlə insanların cavab axtardıqları sual olmuşdur. Bu mükəmməl nizamın Yaradıcısının da olmasını qavrayan insanlar kainatın başlanğıcı olduğuna inanmışlar. Ancaq insanların bir qismi də Yaradıcının varlığını qəbul etmək istəməmiş və buna görə, kainatın başlanğıcı olmadığını, əzəldən gəldiyini və sonsuza gedəcəyini iddia etmişlər. Ancaq bu gün elmin gəldiyi nəticə bu şəxslərin açıq-aşkar səhv etdiklərini sübut etmişdir.

Bu günə qədər kainatın yaranması ilə əlaqədar müxtəlif tezislər ortaya qoyulub, ancaq bu dövrdə bütün elm sahələri ortaq nəticəyə gəliblər. Elmin yaxın zamanda kəşf etdiyi həqiqət bu vəziyyətə aydınlıq gətirib. 1929-cu ildə Edvin Habl tərəfindən kəşf olunduğu kimi, kainat davamlı genişlənir. Bu həqiqətdən qaynaqlanan elm adamları belə bir nəticəyə gəliblər: zaman anlayışını tərsinə çevirsək, genişlənməkdə olan kainatı büzüşən bir sistem olaraq, məsələn, yığılmaqda olan nəhəng ulduz kimi düşünə bilərik. Bu zaman ortaya çıxan nəticə belədir; keçmişə doğru səyahət etsək, daralan kainatın nə vaxtısa bir nöqtə halında olduğunu görərik. Yəni kainatın başlanğıcı bir nöqtənin partlaması ilə olmuşdur.

Bizim bundan çıxarmalı olduğumuz nəticə budur: içində yaşadığımız kainatın bir başlanğıcı var. Bu cür qüsursuz sistemin başlanğıcı olduğuna görə, əlbəttə, bu başlanğıcı hazırlayan bir gücün varlığı da aşkardır. Bu güc sahibinin varlığı əzəli və əbədidir. Yəni O, hər şeydən əvvəl də vardır, sonra da olacaq.

Bu sonsuz gücün sahibi Allah’dır və canlıların, planetlərin, qalaktikaların, bütün kainatın yaradılmadığı və hətta zamanın da hələ var olmadığı anda yalnız Allah var. Çünki O, Əvvəldir.



FALİQ

Yaran (qaranlığı yarıb səhəri

çıxaran, toxumu yaran)

Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allah’dır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz? Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur. Bunlar yenilməz qüvvət sahibi, bilən Allah’ın təqdiridir. (Ənam surəsi, 95-96)

Yer üzərində müxtəlif bitki növləri yetişir. Bunların hər birinin toxumu bir-birindən fərqlidir. Quru toxumları götürüb otaqda saxlasanız, illərlə eyni şəkildə qaldıqlarını görəcəksiniz. Amma bu toxumlar torpağın altına və ya uyğun bir mühitə düşdükdə birdən yarılaraq cücərməyə başlayırlar. Müəyyən bir müddətdən sonra baxanda görəcəksiniz ki, bu toxumdan nəhəng bir ağac əmələ gəlib.

Şübhəsiz, quru toxumdan fərqli növlərdə bitkilərin yetişməsi, ən əhəmiyyətlisi isə canlı orqanizmin meydana gəlməsi son dərəcə heyrətamizdir. Quru toxumdan ağacın meydana gəlməsi üçün toxum torpaqdan lazımi vəsaitləri götürərək cücərməlidir. Toxumun ehtiyacı olan mineralları, su miqdarını özünün təyin etməsi isə mümkün deyil. Üstəlik, bunu bacarsa belə, bir-birindən çox fərqli meyvələr yetişdirən ağac növlərini və ya yaşıl bitkiləri meydana gətirmək üçün üstün qabiliyyətləri olmalıdır.

Əgər toxumun bu qərarı özünün verdiyini iddia etsək, toxumun qabiliyyətli olduğunu qəbul etməli olarıq. Ancaq, əlbəttə ki, bəhs edilən qabiliyyətlərin toxumun özünə aid olduğunu iddia etmək mümkün deyil. Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, toxumu və çəyirdəyi yaran Allah’dır. Onun diləməsi ilə yer üzündə minlərlə növ ağac, bitki yetişir. Necə ki, bir başqa ayədə Allah’ın hər şeyin Yaradıcısı olduğu belə bildirilmişdir:



Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır. (Ənam surəsi, 99)

Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır. Yer üzündə bir-birinə yaxın torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da bunda başa düşən adamlar üçün dəlillər vardır. Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” - sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Rəd surəsi, 3-5)


FASİL

Ayıran, açıqlayan

Həqiqətən, Allah iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Həcc surəsi, 17)

İnsanlardan bəzisi həyatlarını dünyəvi məqsədlər əldə etmək üçün keçirir və axirəti unudaraq dünya həyatı üçün çalışırlar. Gerçək məsuliyyətini unudaraq dünya mənfəətlərinin arxasına düşürlər. Allah’a ortaq qoşduqları bu bütləri razı etmək, onların məmnuniyyətini qazanmaq üçün səy göstərir və bu şəkildə, çox qazanclı iş gördüklərini düşünürlər.

İnsanlardan bəziləri də bütün həyatlarını özlərini yaradan Allah’ı razı etmək üçün keçirirlər. Dünya həyatındakı imkanları və nemətləri bu şüurla qiymətləndirirlər. Hədəfləri doğru yola yönəlmək, Allah’ın razı olacağı saleh əməllər işləmək, Onun tövsiyə etdiyi üstün əxlaqa sahib olmaqdır.

Əlbəttə, bu iki insanın vəziyyəti eyni deyil. Allah bu insanların vəziyyəti ilə əlaqədar Quranda belə bir nümunə verir:



Kor ilə görən eyni olmaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən! (Fatir surəsi, 19-22)

Bir-birindən fərqli vəziyyətdə olan, tam fərqli yollara yönələn bu insanların arasını Allah qiyamət günü ayıracaq, hər birinə etdiklərini bildirəcək. O gün hər kəsə etdiklərinin qarşılığı tamamilə ödənəcək. O gün Allah’ın sonsuz ədaləti təcəlli edəcək...


Həqiqətən, sənin Rəbbin onların arasında qiyamət günü ixtilafda olduqları məsələlər barədə hökm verəcəkdir! (Səcdə surəsi, 25)

Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq. Sonra cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik. Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin buyurduğu vacib bir hökmdür. Sonra Biz Allah’dan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq! (Məryəm surəsi, 69-72)

Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verə bilər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görür. (Mumtəhinə surəsi, 3)

De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, biləndir”. (Səba surəsi, 26)


FATİR

Yaradan, icad edən

Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur! (Yusif surəsi, 101)

Yaşadığımız dünyaya baxdığımız zaman üzərində həyatın olması üçün xüsusi olaraq yaradıldığını görürük. Dünyanın kosmosdakı mövqeyi, canlıların ehtiyacı olan hər cür detalın dünyada var olması bu planetin üstün bir ağılın əsəri olduğunun açıq-aşkar dəlilidir. Həyat üçün son dərəcə əlverişli yaradılan bu planetin üzərində yaşayan canlılara baxdığımız zaman da eyni gerçəklə qarşılaşırıq. Dünya üzərində var olan bütün canlılarda heyrətamiz bir dizayn var. Hər canlı özü üçün uyğun mühitdə, uyğun bədən quruluşu ilə həyatını davam etdirir.

Bununla yanaşı, canlıların meydana gəlməsindəki detalları araşdırdıqca qarşıya çıxan yaradılış həqiqəti daha da dəqiqləşir. Bütün canlıların əsas quruluş mənbəyi olan hüceyrə mükəmməl sistemə malikdir. Hüceyrədəki nizam elə qüsursuzdur ki, canlıların təsadüfən əmələgəlmə ehtimalının qeyri-mümkünlüyünü öz-özlüyündə sübut edir.

Ətrafımızda gördüyümüz və ya görə bilmədiyimiz bütün detallarda açıq-aşkar dizaynın izləri var. Şübhəsiz, bunların hamısının dizaynı hər şeyin yaradıcısı olan Allah’a aiddir. Kainatdakı varlıqlara aid olan ən kiçik detalda belə Rəbbimizin qüsursuz sənətini görmək mümkündür. Allah yaratdığı sistemin qüsursuzluğunu “Mülk” surəsində belə xəbər vermişdir:



Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)

De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən Allah’dan başqasını özümə Rəbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və: “Müşriklərdən olma!” (-deyə buyuruldu)” (Ənam surəsi, 14)

Peyğəmbərləri də belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allah’a da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz, elə isə açıq-aşkar bir dəlil gətirin!” (İbrahim surəsi, 10)

De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!” (Mülk surəsi, 23-24)

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da olar. (Bəqərə surəsi, 117)

FƏTTAH

Çox yaxşı hökm verən, açan, hökm edən

Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik. (Əraf surəsi, 96)

Fəttah Allah’ın açan sifətidir. Allah insanları çətinliklərlə sınayır, ancaq heç kimə qaldıra biləcəyindən çoxunu yükləmir. Allah səmimi qullarına çətinlik verdiyi zaman ondan çıxış yolunu da açır; mütləq çətinliyin yanında bir asanlıq da göstərir. Necə ki, Quranda Peyğəmbərimizin (s.ə.v) qarşılaşdığı çətinliklər nümunə verilərək bunların asanlıqla birlikdə verildiyi belə bildirilmişdir:



Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?! (Elə bir yük ki) sənin belini bükürdü. Sənin ad-sanını ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah surəsi, 1-6)

Quranda Allah’ın iman edənlərə verdiyi asanlıqlara bir çox nümunə verilmişdir. Hz. Musa da Allah’ın müxtəlif çətinliklərlə sınadığı elçilərdən biridir. Ancaq Allah hz. Musanı köməyi ilə dəstəkləmiş və işlərini asanlaşdırmışdır.

Hz. Musa firona təbliğ etməyə gedərkən qardaşı Harunu özünə köməkçi etməsini Allah’dan istəmiş, Allah da onun duasını qəbul edərək hz. Harunu ona köməkçi etmişdir.

Quranda bir çox başqa hadisələrdə də göstərildiyi kimi, Allah möminlərə həmişə kömək edib. Onların başına gələn və aşılması qeyri-mümkün kimi görünən çətinlikləri ortadan qaldırıb. Ancaq bu inkarçılara aid deyil. Allah onların ürəklərini daraldır, sıxır və bütün nemətlərin qapısını bağlayır. Rəbbimizin diləməsi ilə bağlanan bu qapıları sonsuza qədər aça biləcək heç bir güc yoxdur.

Allah inkarçılar üçün nemət qapılarını bağladığı kimi, onların üzərinə əzab qapısı açar. İnkarçılara verilən bu əzab bir ayədə belə bildirilir:

Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız zaman dərhal ümidsizliyə qapıldılar. (Muminun surəsi, 77)

Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allah’a. De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allah’dan başqa hansı ilah onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar üz çevirirlər. De: “Bir deyin görək, əgər Allah’ın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım camaatdan başqası həlak edilərmi?” (Ənam surəsi, 43-47)


QƏFFAR

Bağışlaması çox olan

Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır!” (Nuh surəsi, 10)

Allah’ın bağışlaması sonsuzdur. O, yaratdığı bütün qullarına tövbə edərək təmizlənmə imkanı verir. İnsan cahilliklə etdiklərindən ötəri dünyada bağışlanma diləyərək cəhənnəm əzabından xilas ola bilər. Səmimi bir şəkildə Qurana tabe olaraq Allah’ın əmrlərinə dəqiq şəkildə itaət etdiyi təqdirdə Rəbbimizin bağışlayan və əsirgəyən olduğunu görər. Allah saleh əməllər işləyən qullarının bütün günahlarını bağışlayacağını müjdələmişdir. Allah bir ayəsində: “Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki…” (Nisa surəsi, 147) - deyərək insanlar üzərində nə qədər geniş bağışlama sahibi olduğunu onlara bildirmişdir. Necə ki, cahil və nankor olan insanların bir çox nemət içində həyatlarını davam etdirmələri də Allah’ın bağışlaması ilədir. Allah bu həqiqəti Quranda belə bildirir:



Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda artıq, şübhəsiz, Allah öz bəndələrini görəndir! (Fatir surəsi, 45)

Allah bütün insanlara nəsihət alanın nəsihət ala biləcəyi qədər müddət verir. Onlara özlərini xəbərdar edib qorxudacaq elçilər göndərir və bu elçilər vasitəsi ilə qorxub çəkinməli olduqları hər şeyi bildirir. Ancaq bütün bunlara baxmayaraq, inkarda dirənən insanlar da, əlbəttə, işlədikləri günahların cəzasını çəkəcəklər. Allah ayələrdə belə buyurur:



Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam! (Taha surəsi, 82)

Sonra Rəbbin cahillikləri üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin sonra bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 119)

Ey iman gətirənlər! Allah’dan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir! (Hədid surəsi, 28)

Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə Rəbbin tövbədən sonra bağışlayandır, rəhm edəndir! (Əraf surəsi, 153)

Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!” (Ənfal surəsi 70)

Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allah’dandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır! (Mömin (Ğafir) surəsi, 3)


QƏNİYY

Çox zəngin, hər şeydən müstəğni (münəzzəh) olan (heç kimə ehtiyacı olmayan)

Ey insanlar! Siz Allah’a möhtacsınız. Allah isə möhtac deyildir. O, şükürə layiqdir! (Fatir surəsi, 15)

Tarix boyunca yaşayan azğın və özündənrazı şəxslərin ortaq xüsusiyyətlərindən biri də güc və mal-mülk sahibi olmalarıdır. Bu şəxslər Allah’ın verdiyi nemət və imkanlarla Allah’a qarşı böyüklənmiş və Ondan üz çevirmişlər. Sahib olduqları hər şeyin gerçək sahibinin Allah olduğunu unutmuş, Onun özlərinə lütf edib bağışladığı mal-mülkü sahiblənməyə çalışmışlar. Sadəcə inkar etməklə qalmamış, iman edənlərə də təzyiq və zülm etmiş, Allah’ın elçilərinə də düşmənliklə baş qaldırmışlar. Sonda Allah dözülməz bir əzabla onları cəzalandırmış, özlərini də, mallarını da məhv etmiş və hər şeydən müstəğni olduğunu (heç kimə ehtiyacı olmadığını) göstərmişdir. Allah bu qövmlərin vəziyyətlərini bir ayədə belə xəbər verir:



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə