Allah`ın isimləri


MÜCİB Özünə yalvaranların istəklərini verən, razılıq edən



Yüklə 1,04 Mb.
səhifə11/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

MÜCİB

Özünə yalvaranların istəklərini verən, razılıq edən

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm... (Bəqərə surəsi, 186)

Dua Allah ilə qulu arasında xüsusi əlaqədir. Qul bütün çətinliklərini və istəklərini Allah’a açır, Ona yalvarır, Allah qulunun istəyini eşidir və ona qarşılıq verir.

Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən, eşidəndir. İnsanın içindən keçirdiyi bir düşüncə belə Allah’dan gizli qalmaz. O halda, səmimi olaraq Allah’dan nə isə istəmək üçün insanın yalnız düşünməsi belə kifayətdir. Budur, Allah’ın razılığı bu qədər yaxındır.

Mömin dua etdiyi zaman Allah’ın özünü eşitdiyindən və duasına mütləq qarşılıq verəcəyindən əmindir. Çünki bütün hadisələrin ancaq Onun diləməsi ilə olduğunun fərqindədir. Allah’ın duaya verəcəyi qarşılığa şübhə ilə yaxınlaşmaq isə Allah’ın gücünü və qüdrətini təqdir edə bilməməkdir. Allah üçün hər hansı bir adamın çağırışına cavab vermək, duasına cavab vermək çox asandır. Amma duaya qarşılıq bir şeyin eynilə reallaşması mənasını vermir. Allah bir ayədə bu mövzu ilə əlaqədar olaraq belə xəbər verir:



İnsan xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir. (İsra surəsi, 11)

İnsan üçün nəyin şər, nəyin xeyir olduğunu isə ən yaxşı Allah bilir. Çünki hər şeyi təqdir edən Odur. Hər işində olduğu kimi, dualara qarşılıq verməsində də bir çox hikmət gizlidir.

Bu həqiqət “Bəqərə” surəsində belə bir örnəklə xəbər verilir:

Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)

Gizli, açıq hər çağırışa daim qarşılıq verməsi Allah’ın şanından, ucalığındandır. Allah dua mahiyyətində ağıldan keçən bir düşüncəni belə əsla qarşılıqsız buraxmır, cavabsız qoymur. Allah’dan başqa duaları eşidən və onlara qarşılıq verən yoxdur. Allah Özündən başqa heç kimin duaya qarşılıq verə bilməyəcəyini, insanlara kömək edə bilməyəcəyini belə bildirmişdir:



Allah’dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)

Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bərbəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)

De: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz təkzib etdiniz. Buna görə də (əzab) yaxanızdan əl çəkməyəcəkdir!” (Furqan surəsi, 77)


MÜHƏYMİN

Nəzarət edən və qoruyan

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)

Bütün kainatın qüsursuz bir nizam içərisində hərəkət etməsini təmin edən fizika qanunları onları yaradan Allah’ın qulları üzərindəki İlahi qorumasının ən gözəl dəlillərindəndir. Məsələn, yerin cazibə qüvvəsini düşünək. Bu cazibə qüvvəsi daha zəif olsaydı, nə olardı? Əvvəla, yüngül əşyalar yer üzündə sabit dayanmazdı. Çox zəif küləklə yerdən qalxan toz və qum zərrələri saatlarla havada uçuşardı. Yağış damcılarının sürəti çox yavaşlayar, yerə enmədən yenidən buxarlanardı.

Nümunə olaraq verilə biləcək bir başqa qanun Nyutonun klassik cazibə qüvvəsi nəzəriyyəsidir. Bu qanun dünyanın, ayın və planetlərin orbitlərinin içində olduqları həssas tarazlığı açıqlayır. Bu tarazlıqda yaranacaq ən kiçik bir pozulma Yerin ya sürətlə Günəşə yaxınlaşıb istidən qovurulmasına, ya da Günəşdən uzaqlaşaraq kosmosa uçmasına və soyuqdan donmasına səbəb olar.

Bəs cisimlər və səthlər arasında sürtünmə qüvvəsi olmayan Yer necə olardı? Qələm insanların əllərindən sürüşüb düşər, kitablar və dəftərlər stolun üstündən sürüşər, stol döşəmənin üzərindən sürüşüb divara çırpılar, qısası, bütün cisimlər, bir səthə toxunana qədər sürüşər və diyirlənərdi. Sürtünmə qüvvəsi olmayan Yerdə bütün əlaqələr pozular, mismarlar və vintlər yerlərindən çıxar, avtomobillərdə əyləc tutmaz, səs əsla dayanmayıb bir divardan o birinə əks-səda salar...

Allah’ın canlıların qorunması üçün yaratdığı xüsusiyyətlər, şübhəsiz, sadəcə fizika qanunları ilə məhdud deyil. Buna bir başqa nümunə də insanın üzərində yaşadığı yer üzünün möhkəm və təhlükəsiz olmasıdır. Dünyanın mərkəzinə doğru endikcə istilik hər kilometrdə 30°C artır. Nüvədə bu istilik 4.500°C kimi inanılmaz dərəcədə yüksəkliyə çatır. Yerin yalnız 1 km dərinliyində istiliyin 60°C-yə yaxın olduğu düşündükdə bunun nə qədər böyük bir təhlükə olduğu açıq-aşkar görünür. Buna baxmayaraq, bütün canlılar çox rahat vəziyyətdə, ayaqları altında qaynayan maqmadan xəbərsiz halda, həyatlarını davam etdirirlər.

Göründüyü kimi, Allah altında çox güclü od qaynayan yer üzündə mükəmməl bir nizam yaratmışdır. Belə ki, dünyanın heç bir yerində zərrə qədər nizamsızlıq yoxdur. O, göyləri və yeri idarəsi altında saxlayır, kainatdakı bütün canlıları bildikləri və ya bilmədikləri böyük təhlükələrə qarşı hər an qoruyur. İnsanı isə daha döl halında ikən qorumaq üçün möhkəm bir yerə yerləşdirib onu müdafiə edir.

Görürük ki, insanların əksəriyyətinin təbii qarşıladığı bir çox xüsusiyyət, əsasən, Allah’ın qullarına olan mərhəmətinə və İlahi müdafiəsinə işarə edir. Çünki nizam-intizamı təmin edən yüzlərlə fizika qanununun hal-hazırkı vəziyyəti üçün heç bir məcburedici səbəb yoxdur. Allah qoruyanların ən xeyirlisidir.

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz oradan zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)

MÜTƏALİ

Ağılın dərk edə biləcəyi hər şeydən çox uca

Haqq hökmdar olan Allah ucadır! Onun vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha surəsi, 114)

İnsanların bir qismi ətraflarındakı saysız dəlilə baxmayaraq, Allah’ın ululuğunu, ucalığını təqdir edə bilmirlər. Son dərəcə aciz olduqları halda, təkəbbürlənir, özlərini yaradan Allah’ı isə heç düşünmürlər. Bu təkəbbürün səbəbi insanın pisliyi əmr edən nəfsə sahib olmasıdır. Ancaq iman edənlər Allah’ın ucalığı qarşısında insanın nə dərəcə aciz bir varlıq olduğunu, buna görə, heç nəyə güc yetirə bilməyəcəklərini bilirlər. Çünki Allah Quranda insanların acizliyinə və Özünün ucalığına belə bir misalla diqqət çəkir:



Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək )istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

Onlar Allah’ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir! (Həcc surəsi, 74)

Halbuki, kainatın hər nöqtəsi Allah’ın böyüklüyünü əks etdirir. Amma Onun sonsuz gücünü və elmini izah etməyə əsla kafi deyil. Allah şirkdən, qüsurdan, əskiklikdən münəzzəh olandır. Bütün üstün sifətlərin və bütün gözəl adların tək sahibidir. Onun elmi, ağlı, gücü, qüdrəti, rəhməti, şəfqəti və lütfkarlığı sonsuzdur.

“Sonsuz” sözü Allah’ın böyüklüyünü qavramaq üçün üzərində yaxşı-yaxşı düşünmək tələb edən anlayışdır. Allah ölümlərindən sonra insanları yeni bir yaradılışla yaradacaq və bundan sonra dünyada etdiklərinin qarşılığı olaraq cənnət və ya cəhənnəmdə davam edəcəkləri sonsuz həyatlarını başladacaq. Burada yüz deyil, min deyil, yüz min və ya milyard il də deyil, trilyon, ya da katrilyon dəfə katrilyon il də deyil, sonsuza qədər davam edəcək ömürdən bəhs edilir. Yəni yüz trilyon insan olsa, gecə gündüz heç dayanmadan yüz trilyonu yüz trilyon ilə vursalar, yüz trilyon ömürləri olsa və ömürləri boyu bu işlə məşğul olsalar, yenə də il sayını hesablaya bilməzlər.

Halbuki, Allah elə böyük bir elmə malikdir ki, insana görə sonsuz olan hər şeyi O bilir. Zamanın ilk yaradıldığı andan sonsuza qədər davam edəcək hər hadisəni, hər düşüncəni, zamanı hər halı ilə təyin edən və bilən Allah’dır. Bu həqiqətə Quranda belə diqqət çəkilir:



Biz, həqiqətən də hər şeyi qədərincə yaratdıq. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir. Biz həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı? Onların etdiyi hər şey kitablarındadır. Hər bir kiçik və böyük (əməl) yazılmışdır. (Qəmər surəsi, 49-53)

(Allah) onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır. (Əraf surəsi, 190)

Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Heç Allah’la yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır. (Nəml surəsi, 63)

Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allah’dır. Şərikləriniz içərisində bunlardan birini edə bilən varmı? O, pakdır və Ona şərik qoşduqlarından ucadır. (Rum surəsi, 40)

MÜTƏKƏBBİR

Hər şeydə və hər hadisədə böyüklüyünü göstərən

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah şirk qoşduqlarından çox ucadır”. (Həşr surəsi, 23)

Allah böyüklüyünü və qüdrətini Quranda verdiyi nümunələrlə izah edir. Bu nümunələrdən biri hz. Musanın Allah’ı görmək istəməsidir. Hz. Musa Allah’ı görmək istəmiş, buna görə də Ona səslənərək: “Rəbbim, mənə göstər, Sənə baxım”, -demişdir. Bunun üzərinə Allah: “Sən məni görə bilməzsən. Lakin dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”, - deyə cavab verir. Allah dağa təcəlli edincə onu parça-parça edir və hz. Musa huşunu itirərək yerə yıxılır. Özünə gələn kimi: “Sən pak və müqəddəssən!“ (Əraf surəsi, 143) -deyir.

Hz. İbrahim isə ayələrdə xəbər verildiyinə görə: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!“ - demişdir. Bunun üzərinə Allah: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, müdrikdir!“ (Bəqərə surəsi, 260) - şəklində cavab verir. Beləliklə, Allah ona böyüklüyünün bir dəlilini daha göstərir.

Allah, hz. Luta da səhər vaxtı qövmündən iman etmiş kəslərlə birlikdə çıxmasını və qövmünü tərk edərkən arxasına belə baxmamasını söyləyir. Səhər vaxtında isə hz. Lutu və yaxınlarını qurtararaq inkarçı qövmü böyük bir əzabla həlak edir.

Atəşə atılan hz. İbrahimə isə atəşi sərin etmişdir. Hz. İsanın əli ilə ölüləri diriltmiş, kor olanları sağaltmışdır. Dənizi yararaq fironu və ordusunu suda boğmuşdur. Beləliklə, Allah insanlara hər hadisədə böyüklüyünü və sonsuz gücünün təcəllilərindən bəzilərini açıq-aşkar göstərir.

Allah hər an, hər yerdə və hər hadisədə böyüklüyünü və qüdrətini açıq-aşkar göstərir. Dünya həyatına və istəklərinə aldanan insanların üzərinə səhər vaxtı qasırğa göndərir. Onların yaşadıqları şəhəri alt-üst edir və yaşanılması mümkün olmayan hala salır. Mallarını, mülklərini və sahib olduqları hər şeyi əllərindən alır.

Bir şəhəri yalnız yağış yağdıraraq suların içində qoyur, bir neçə saniyə davam edən zəlzələ ilə bir şəhəri xəritədən silir. Onun əmri ilə hərəkət edən yer, göy, külək və yağış haqqında əzab hökmü yazılmış şəhəri məhv edir. O şəhərin xalqı da Allah’ın sarsılmaz gücünə məruz qaldıqları əzabla birlikdə şahid olurlar.

Şübhəsiz, Allah Mütəkəbbirdir. Onun gücü və qüdrəti qarşısında yer üzündə böyüklük edən heç kim yoxdur. O, qarşısında səcdə edilməli tək məbuddur.

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)


MÜSƏVVA

Şəkilləndirən, surət verən

Ey insan! Səni öz səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)

İnsan yumurta ilə spermanın birləşməsi ilə əmələ gələn tək bir hüceyrədən yaranır. Bu hüceyrə ayələrdə bildirildiyi kimi, əvvəl bir parça ət formasında olur. Daha sonra Allah insanı şəkildən şəklə salaraq ana qarnında inkişaf etdirir və insan olaraq yer üzünə gətirir. Yer üzünə gələn insanın surəti isə, şübhəsiz, son dərəcə mükəmməldir. Allah insanın yaradılışı ilə əlaqədar belə buyurur:



Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allah’dır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mömin surəsi, 64)

Əlbəttə, insan Quranda bildirildiyi kimi, dünyadakı ən gözəl canlıdır. Allah insan bədəninin həm daxilində, həm də xarici görünüşündə saysız iman dəlilini göstərir. İnsan bədəninə yalnız xaricdən baxdığımız zaman belə Allah’ın mükəmməl sənəti dərhal görünür. Hər insanda mövcud olan bədən simmetriyasının-iki qolun, iki ayağın olması, gövdənin qollara, ayaqlara və başa olan nisbəti ilk baxışda diqqət çəkəcək dərəcədə nizamlıdır. Bu nisbətin hər birini Allah tam bir uyğunlaşma ilə yaratmışdır. Məsələn, hər insanın bədən uzunluğu baş uzunluğunun səkkiz mislidir, üzü burun uzunluğunun üç misli qədərdir, iki göz arasında bir göz qədər məsafə var, qol və ayaq nisbətləri və uzunluqları həm estetik cəhətdən mükəmməldir, həm də insanın ehtiyaclarını qarşılamaq üçün əlverişlidir.

Yuxarıda verilən simmetriya ilə əlaqədar detalları görmək üçün ətrafınızdakı insanlara baxmağımız kifayətdir, bu xüsusiyyətləri hər birində ayrı-ayrı görə bilərsiniz. Hətta bütün bu xüsusiyyətlər bu ana qədər yaşayan təxminən 150 milyard insan üzərində də görülüb və (Allah’ın diləməsi xaricində) bundan sonra yaşayacaq olan insanlarda da görüləcək. Çünki bu, Allah’ın yaratmasıdır və Allah’ın yaratmasında qüsur görmək mümkün deyil. Allah’ın mükəmməl yaratması ilə əlaqədar ayələrdən bəziləri belədir:

Allah, Ondan başqa ilah yoxdur, yaşayandır, (bütün yaradılanların) Qəyyumudur. (Ali-İmran surəsi, 2)

O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabun surəsi, 3)

Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, qüdrətlidir, müdrikdir. (Ali-İmran surəsi, 6)

O, Xaliq, yoxdan yaradan, surət verən Allah’dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi, 24)

Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar... (Həcc surəsi, 5)

MÜSTƏAN

Özünə ehtiyac olunan və

Özündən kömək gözlənilən

(Peyğəmbər) dedi: “Ey Rəbbim! ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112)

İnsanın sadəcə tək və çarəsiz qaldığı zaman deyil, rahat olduğu vaxtlarda da Allah’ın varlığını, gücünün böyüklüyünü hiss edərək dua etməyə ehtiyacı var. Başqa sözlə, yaradılmış olan insanın duaya möhtac olmadığı bir an belə yoxdur. Çünki Allah diləmədikcə insanın heç nəyə gücü çatmır. İnsan çox böyük acizlik içində yaradılmışdır. İnsan ancaq Allah’ın lütfü və rəhməti sayəsində yaşaya bilər.

Allah isə yalnız Özünə sığınılan, ehtiyac olunan İlahdır. Özündən kömək gözlənilən, mədət umulan da yalnız Odur. Ondan başqa heç kimin nəinki başqasına, öz nəfsinə belə kömək etməyə gücü yoxdur. Allah dilədiyini dilədiyi şəkildə istiqamətləndirməyə, dəyişdirməyə qadirdir. Onun: “Ol”, - deməsi ilə hər dilədiyi olur.

Qullarına ruzi verən, göydən suyu endirən, nemətlər bağışlayan, xəstələndiyi zaman şəfa verən, güldürən, ağladan, ucaldan, önə keçirən, göydən yerə qədər bütün işləri idarə edən yalnız Allah’dır. Rəbbimiz nemətlərini geri alarsa, ya da bir müsibət diləyərsə, insanı bundan qoruyacaq heç kim yoxdur, ya da bir xeyir diləyərsə, bunun da qarşısını ala biləcək heç kim yoxdur. Özünə ehtiyac olunan və kömək umulan da yalnız Odur. Xeyir Onun əlindədir. Yalnız insanlar deyil, bütün kainat Allah’a sığınır, Ondan kömək diləyir.

Allah Özündən başqa kömək dilənəcək heç kimin olmadığını bir çox ayədə bildirib. Ayələrdə belə buyurulur:

Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri şərik qoşurlar? (Bütlər) nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da, sizin üçün fərqi yoxdur. Allah’dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! Həqiqətən, mənim himayədarım kitabı nazil edən Allah’dır. O, əməlisalehlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”. Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki, onlar görmürlər. (Əraf surəsi, 191-198)

O kəslər ki, haqsız yerə, ancaq: “Rəbbimiz Allah’dır”, - dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allah’ın adı çox zikr olunan sovməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir! (Həcc surəsi, 40)


MÜTƏHHİR

Təmizləyən; şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyən

O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (Ənfal surəsi, 11)

İnsan müxtəlif acizliklərlə yaradılmış varlıqdır. Ömrü boyu səhvlər edir. Əlbəttə ki, mömin əlindən gəldiyi qədər bunlardan çəkinir, Allah’ın dinini tətbiq etməkdə səhv etməməyə və günaha girməməyə səy göstərir. Ancaq Allah’ın aciz bir qulu olduğu üçün səhvsiz yaşaması mümkün deyil. Necə ki, bu həqiqət bir Quran ayəsində belə xəbər verilir:



Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir surəsi, 45)

Bu İlahi hökmə əsasən, Allah’ın qullarından tələbi heç səhv etməmək, ya da heç günah işləmək deyil. Mömindən gözlənilən Allah’ın məmnuniyyətini axtarmaq və sərhədlərinə diqqət yetirmək, işlədiyi bütün yanlış və günahlar üçün Allah’a yönəlmək və Onun rəhmətinə sığınmaqdır. Bundan sonra Quranda bildirildiyinə görə, Allah onun nəfsinin pisliklərini aradan qaldıracaq, onu günahlarından təmizləyəcək. Çünki Allah iman edən qullarını təmizləmək istəyir. Rəbbimiz bunu bir ayədə belə xəbər verir:



... Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. (Əhzab surəsi, 33)

İnsan böyük günahlar işləyə, üsyankarlıq edə, Allah’a və dinə zidd olan uzun ömür yaşaya bilər. Ancaq Allah o qədər böyük rəhmət sahibidir ki, sadəcə bir səmimi tövbə ilə insanın bütün günahlarını təmizləyər. Hətta ən böyük günahları işləyən, Allah’a və elçisinə qarşı çıxan kafirləri və münafiqləri belə, əgər səmimi qəlblə Özünə yönəlsələr, bağışlayacağını və pisliklərindən təmizləyəcəyini bildirmişdir. Ayələrdə belə buyurulur:



Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən. Tövbə edənlər, islah edənlər, Allah’dan möhkəm yapışanlar və öz dinlərini Allah’a məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Nisa surəsi, 145-146)

Bu hökmlər Allah’ın qullarına olan sonsuz rəhmətinin təcəlliləridir. Şübhəsiz, qullarını Ondan başqa şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyəcək heç kim yoxdur. Allah mərhəmətlilərin ən mərhəmətlisidir.



Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir. İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik. (Ənkəbut surəsi 6-7)

MÜYƏSSİR

Xeyirdə və şərdə qulunun yolunu

asanlaşdıran, dində asanlıq verən, heç kimə

gücünün çatmayacağı yükü yükləməyən

... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə, şükür edəsiniz. (Bəqərə surəsi, 185)

Allah insanları daim asan olana yönəldir. Qulları üçün seçib-bəyəndiyi İslam dininin təməlində də həmişə bu asanlıq var. Quranda dinin asanlığı belə bildirilir:



Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı... (Həcc surəsi, 78)

Quran nəsihət almaq istəyənlər üçün asanlaşdırılıb. İçindəki hökmlər insan həyatında həmişə asanlıq yaradacaq şəkildədir. Məsələn, Allah kor, topal, ya da xəstə olana məsuliyyət yükləməmiş, xüsusilə müharibənin qızışdığı anlarda, səfərdə, aclıqda, çətin şərtlərdə qullarına asanlıq yaradacaq yollar göstərmiş, insanları günahları hər nə olursa-olsun etdikləri səmimi tövbə ilə bağışlayacağını söyləmişdir. Ayədə belə buyurulur:



Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı? (Qəmər surəsi, 17)

Bundan başqa, möminlərin hər cür müvəffəqiyyət qazanmasının asanlığına da “Səni ən asan olana müvəffəq edərik“ (Əla surəsi, 8) ayəsi ilə diqqət çəkmişdir.

İnsanın hiss etdiyi, ya da gözü ilə gördüyü bütün asanlıqlar Allah’dandır. Bütün bu asanlıqlar Allah’ın şanındandır. O, mərhəmətlilərin ən mərhəmətlisidir və qulları üzərinə ağır yük yükləməyəndir.

Allah sizin üçün yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 28)

Allah insanı yaratdığı kimi, onun hansı şeylərə gücünün çatıb-çatmayacağını da bilir. Buna görə, qullarının heç bir işində çətinliyə razı olmaz. Allah Quranda “... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir...” (Bəqərə surəsi, 185) ayəsi ilə bu həqiqəti xəbər verir.

Əksinə, Allah qullarının üzərindəki yükü qaldırır. Onlara ən çətin şərtlərdə belə mütləq bir asanlıq verir. Hər çətinlikdən çıxış yolu göstərir. Bu nemətini qullarına Quranda belə xatırladır:


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə