Allah`ın isimləri


Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allah’a. (Ənam surəsi, 45)



Yüklə 1,04 Mb.
səhifə13/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   ...   9   10   11   12   13   14   15   16   17

Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allah’a. (Ənam surəsi, 45)

Doğrudan da Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Allah’dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)

RAFİ

Yüksəldən

Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi. Biz onu yüksək bir məqama ucaltdıq. (Məryəm surəsi, 56-57)

Cahiliyyə cəmiyyətində yaşayan insanlar Allah’ın əmr və qadağalarından uzaq, özlərinə verilən saysız neməti təqdir etmədən yaşayırlar. Düşünmədikləri, təqdir edə bilmədikləri üçün də cəhalət içindədirlər.

Allah tarix boyu bütün cəmiyyətlərə Öz əmrlərini, qadağalarını və tövsiyələrini çatdıran elçilər göndərmişdir. Bu yolla dindən uzaq yaşayan cəmiyyətləri içində olduqları cəhalətdən xilas olmağa dəvət etmiş, onlara doğru yola çatmaq üçün imkan vermişdir.

Allah’ın göndərdiyi elçilər eyni qövmün içindən çıxan, lakin üstün əxlaq, ağıl və yüksək vicdanları ilə cəmiyyət içində diqqət çəkən insanlardır. Elçilər Allah’ın Quranda bildirdiyi kimi, yaşadıqları qövmə xüsusi olaraq göndərdiyi və seçdiyi insanlardır. Elçilər yaşadıqları cəmiyyətin insanlarından fərqlidirlər. Allah’ın varlığını və axirətin yaxınlığını dərk etmişlər. Əlbəttə, bu xüsusiyyətlər elçilərin üstün insanlar olduqlarının açıq-aşkar dəlillərindəndir.

Allah’ın varlığının və böyüklüyünün şüurunda olan elçilər özlərinə peyğəmbərlik mövqeyinin verilməsindən sonra yaşadıqları cəmiyyətləri Quran əxlaqını yaşamağa dəvət etmiş, onları axirət əzabına qarşı xəbərdar edib qorxutmuşlar. Yaşadıqları çətin şərtlər, göndərildikləri inkarçı və azğın qövmlər, özlərinə davamlı çətinlik yaradan, hətta bəzən canlarına qəsd edən cəmiyyətlər onları yollarından döndərməmiş, əksinə, imanlarını artırmışdır. Bəzən: “İman etdik, təslim olduq”, -dedikdən sonra çətin vəziyyətdə elçini tək qoyan və geri dönən toplumlarla da qarşılaşmış, ancaq bu çətinliklər elçiləri əsla qorxutmamışdır. Onlar Allah’ın seçdiyi üstün bir mövqeyə layiq görülmüş qullardır və ən nəzərə çarpan xüsusiyyətləri isə Allah’a olan səmimi təslimiyyətləri və təvəkkülləridir.

Bu səmimiyyətlərinin qarşılığını da dünyada və axirətdə seçilərək almışlar. Ayələrdə Allah belə xəbər verir:



Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin müdrikdir, biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmayılı, Əlyəsəni, Yunisi və Lutu da. Hamısını aləmlərdən üstün etdik. (Ənam surəsi, 83-86)

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)

RƏHMAN-RƏHİM

Mərhəmətli, verdiyi nemətlərdən yaxşı istifadə edənləri daha böyük və əbədi nemətlər verməklə mükafatlandıran, əzəldə bütün yaradılmışlar haqqında xeyir və rəhmət buyuran, sevib-sevmədiyini ayırmadan saysız nemətlərə qovuşduran

O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allah’dır. O, mərhəmətlidir, rəhmlidir. (Həşr surəsi, 22)

Rəhman olan Allah sonsuz mərhəmətini və lütfünü görünən-görünməyən hər şeydə təcəlli etdirir. İnsan bu görünən və görünməyən nemətlərin vasitəsi ilə həyatını davam etdirir.

Allah hər gün torpağın içindən milyonlarla toxumu cücərdən, bu bərəkətli torpaqla yerin altındakı 4.500 dərəcə istilikdəki nəhəng kütləni saxlayan, göydən tonlarla saf su endirən, eyni anda dünyanın hər yerində milyardlarla canlıya ruzi verən, nəfəs aldığımız oksigeni yaradan və həyat verən saysız nemətləri ilə yaratdıqlarını əhatə edəndir.

Allah 100 trilyon hüceyrədən ibarət olan insanın hər bir hüceyrəsini yaradan, bunların hamısına ayrı-ayrılıqda vəzifəsini öyrədən, içlərinə hər biri 1 milyon səhifəlik məlumatı ehtiva edən DNT-ləri yerləşdirən, bütün bunlarla insana can verən və varlığını hər an davam etdirəndir. Bütün insanlar ana rəhminə düşdüyü andan torpağa geri döndüyü ana qədər yalnız Allah’ın yaratdığı nemətləri tanıyır, bilir və onlarla yaşayırlar. İnsanlardan bu nemətləri görən və yaradılış məqsədini qavrayaraq Ona qulluq edənlər olduğu kimi, nankorluq edərək Allah’a qulluq etməkdən üz çevirənlər də var. Buna baxmayaraq, Allah insanların üzərində Rəhman adını ən gözəl şəkildə təcəlli etdirir. İman etməyənlər, münafiqlər və müşriklər də dünya həyatında nəfəs aldıqları hava, içdikləri su daxil olmaqla, gizli-açıq bütün nemətlərdən faydalanırlar. Allah möminlərə verdiyi kimi, onlara da mal-mülk, yaşayacaqları gözəl evlər və nəsillərini davam etdirəcəkləri övladlar verir. Onları da gözəl ruzilərlə bəsləyir. Onlara da sağlamlıq, güc və gözəllik verir. Çünki Allah Rəhmandır.

Allah dünya həyatında inkar edənləri bəlkə dinə dönərlər, düşünüb dərk edərlər və Özünə şükür edərlər deyə faydalandırır. Lakin üz çevirənlər Allah’ın nemətlərindən ancaq göz açıb-bağlayacaq vaxtı qədər olan dünya həyatları müddəti boyu faydalana bilərlər. Axirətdə isə bütün nemətlər sahib olduqlarını yalnız Allah’a yaxınlaşmaq, Onun razılığını axtarmaq üçün istifadə edən və Rəbbimizə hər an şükür edən möminlərə aiddir. Çünki Allah Rəhimdir və cənnəti yalnız mömin qullarına müjdələmişdir. Ayələrdə belə buyurulur:

(Bu cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 61)

Mərhəmətli və Rəhmli Allah’ın adı ilə! (Fatihə surəsi, 1)

De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda, ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut. (İsra surəsi, 110)

O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. (Taha surəsi, 108)

(Peyğəmbər) dedi: “Ey Rəbbim! Ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112)

Ruh və mələklər səf-səf duracağı gün, mərhəmətli (Allah’ın) izn verdiyi kimsələrdən və doğru deyənlərdən başqa heç kəs danışmayacaq. (Nəbə surəsi, 38)

Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata nail olacağı ilə müjdə ver! (Yasin surəsi, 11)

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli (Allah’ın) vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Həqiqətən də cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik, rəhmli Rəbb (onlara): “Salam”, - deyəcək. (Yasin surəsi, 52-58)

RAQİB

Bütün varlıqlara nəzarət edən, bütün işləri idarə edən

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allah’dan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (Nisa surəsi, 1)

Allah yoxdan yaratdığı bütün varlıqları qoruyan və onlara nəzarət edəndir. Kosmosun dərinliklərindəki ulduzlar və sistemlərdən, dünyanı əhatə edən atmosferdəki hadisələrə, insanların əmələ gətirdiyi cəmiyyətlərdən yer üzünü örtən bitki örtüyünə, insan bədənindəki kompleks sistemlərdən mikro və makro aləmlərə qədər və gözlə görə bilmədiyimiz hər şeyi müşahidə edən, şahid olan, nəzarət edən Allah’dır.

İnsan başıboş buraxıldığını, məqsədsiz olaraq həyatını davam etdirə biləcəyini zənn edə bilər. Amma hansı iş üzərində olursa olsun, Allah onun üzərində şahiddir. Heç kim Allah’dan bir şey gizlədə bilməz. Gizli razılaşma, plan, sirr, tələ… Bunlar Allah qatında əsla gizlədilməsi mümkün olmayan hadisələrdir. Hər şeyi görən, eşidən və bilən Allah’ın zatından heç nə gizli qalmadığı üçün hər kəsin etdiyinə ədalətlə qarşılıq verilir. İnsanların çoxunda “Allah kainatı yaradıb, sonra hər şeyi öz halına buraxıb“ kimi səhv düşüncə var. Halbuki, bu, çox böyük yanılma və zəndir.

İnsanın adi gözlə heç bir zaman görə bilməyəcəyi hüceyrənin içindəki detalları Allah ən incə detalına qədər biləndir. Bədəndəki bir hüceyrə digər trilyonlarla hüceyrə ilə birlikdə çox nizamlı şəkildə hərəkət edərkən bəzən fərqli davranır və bu gün tam olaraq qaynağı və müalicəsi tapılmayan xərçəng ortaya çıxır. İnsan öz içində yaranan bu hadisədən xəbərsiz ikən Allah bütün bunların üzərində şahiddir və hər mərhələni öz idarəsi altında saxlayır. Necə ki, insan Allah’ın izni olmadan bir addım belə ata bilmirsə, o hüceyrə də Allah’dan xəbərsiz kiçik bir hərəkət belə edə bilməz.

Allah hər şeyi yaradandır, biləndir. O, bütün məlumatların tək qaynağıdır. Heç bir varlıq Onun elmi xaricində bir şey edə bilməz. Bir ayədə belə buyurulur:

... Allah hər şeyə nəzarət edəndir. (Əhzab surəsi, 52)

Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 21)

Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allah’dan qoruyan olmaz. (Rəd surəsi, 34)

Onları ürəklərin xirtdəyə çatacağı, qəm-qüssə içində olacaqları yaxınlaşan günlə qorxut. (O gün) zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar. (Mömin (Ğafir) surəsi, 18)




RAUF

Çox əsirgəyən, çox şəfqətli

Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allah’ın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də Allah insanlara qarşı şəfqətlidir, rəhmlidir. (Bəqərə surəsi, 143)

Allah’ın yaratdığı bütün canlılar qüsursuz, üstün yaradılış və kompleks quruluş sayəsində həyatlarını davam etdirirlər. Bu, Rəbbimizin mərhəmətinin və rəhmətinin dəlillərindəndir. Çünki heç bir canlı özü üçün ən uyğun, ən əlverişli şəkildə yaşamaq üçün güc sərf etməmiş, yalnız Allah’ın üstün ağlına təslim olmuşdur. Allah ehtiyacları olan hər şeyi onsuz da onlara vermişdir. Məsələn, bütün canlıların özlərini müdafiə etmək üçün fərqli qabiliyyətləri var. Bəzisi həddən artıq qorxuducu görünüşə malikdir, bəzisi zəhərli, pis qoxulu və ya yandırıcı qazlar püskürdür. Bəziləri cəlddir, düşmənlərindən sürətlə qaçır, bəziləri isə fərqli bir müdafiə şəkli olaraq möhkəm zirehlərlə örtülüdür. Bir qismi bədənlərini düşmənlərindən qoruyan görünüşə, digər bir hissəsi də özünü ölülüyə vuraraq düşməni aldatmaq qabiliyyətinə malikdir.

Şübhəsiz, canlılar bütün bu xüsusiyyətlərə təsadüfən və ya öz istəkləri ilə nail olmamışlar. Allah bu canlıların üzərindəki şəfqətini onları bu cür qüsursuz və böyük bir elmlə yaratması ilə göstərir.

Bütün bu canlıların sahib olduqları xüsusiyyətlərlə yanaşı, insanların xidmətinə verilən imkanlar isə daha üstündür. Belə ki, insan maddi və mənəvi sahib olduğu bütün xüsusiyyətləri düşündüyü zaman həyatını davam etdirə bilməsi üçün xüsusi olaraq yaradılmış bir dünyada yaşadığını çox açıq şəkildə görə bilər. Varlığını davam etdirmək üçün ehtiyac duyduğu hər şeylə təmin edilməsi də Allah’ın rəhmətinin çox böyük dəlillərindəndir. Lakin bütün bunlardan daha əhəmiyyətli bir mövqe var: insanın görməsi, eşitməsi, danışması... Bütün bunlar üçün göz, qulaq və dili yaradan Allah, eyni zamanda, verdiyi düşünmə qabiliyyəti ilə də insanı yer üzündəki bütün canlılardan üstün etmişdir. Allah’ın Rauf sifəti Quranda belə bildirilir:



O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına şəfqətlidir. (Ali-İmran surəsi, 30)

Məgər Allah’ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir. (Həcc surəsi, 65)

Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə şəfqətlidir, rəhmlidir. (Hədid surəsi, 9)

O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz qüvvət, mərhəmət sahibidir! (Duxan surəsi, 41-42)

RƏZZAQ

Ruzi verən, insanların faydalanması üçün nemətlərini verən

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyat surəsi, 58)

Nə dağ, nə də dənizi olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. Üzərində heç bir bitki yetişmir, heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı ot bitir.

İnsanların bəslənməsi üçün bu otdan başqa heç nə yoxdur. Torpağı qazsanız da, əksəniz də, heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur. Su içmək üçün kilometrlərlə irəlidə olan bir bulağa getməli və oradan su daşımalısınız. Siz bu dünyada doğulduğunuz zaman həyatınızı davam etdirmək üçün ömrü boyu o acı otdan yeyər, su içmək üçün də hər gün kilometrlərlə yol gedərdiniz. Bu çətinliklərin hamısına da ölənə qədər dözərdiniz. Bir gün belə: “Niyə bu torpaqdan sulu və gözəl qoxulu meyvələr, bir-birindən ləzzətli və növ-növ tərəvəzlər çıxmır?” -deməzdiniz. Çünki ömür boyu qarşılaşmadığınız üçün torpağın belə məhsullar verə biləcəyini bilməzdiniz.

Quluna qarşı çox şəfqətli və mərhəmətli olan Allah insanları içində sayılması mümkün olmayacaq qədər çox nemətlə dolu olan torpaqlarda yaşadır. Belə ki, insan torpağı əkib-becərmədən belə torpaq yamyaşıl məhsullar və sünbüllər yetişdirir. İçindən sarı, qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzlər çıxır. Gömgöy dənizlərdə isə minlərlə növ və ləzzətdə balıqlar var. Bütün bunların yanında Allah insanlara həm yerdəki heyvanların ətini, həm də göydəki quşların ətini yedirir, heyvanların qarnından tərtəmiz süd çıxarır, arılara bal hazırladır... Bütün bunları insanlara Allah bağışlayır.

Ya da O, Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?“ (Mülk surəsi, 21) ayəsində bildirildiyi kimi, Allah diləyərsə, torpaq məhsul verməz, yağış yağmaz, hər yer qupquru və quraqlıq olar. Lakin Allah Rəhman və Rəhimdir, insanlara qatından bağışladığı ruziləri sözlə ifadə etmək mümkün deyil. Qullarına saysız nemət bəxş edən Allah Quranda belə bildirir:

Ey insanlar! Allah’ın sizə verdiyi lütfünü bir xatırlayın. Allah’dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də döndərilirsiniz! (Fatir surəsi, 3)

Allah yuxarıda sayılan bütün nemətləri insanlara dünya həyatında bağışlayır. Cənnətdə isə möminlər üçün daha gözəli var. Belə ki, Quranda “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir“ (Səcdə surəsi, 17) şəklində buyurularaq cənnətdəki nemətlərin üstünlüyünə diqqət çəkilmişdir. Cəhənnəmə girənlər isə boğazları parçalayan darı tikanı, zəqqum ağacı və qaynar su ilə qarşılaşacaqlar. Sonsuza qədər də bunlardan başqa heç nə tapa bilməyəcəklər.



Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! (Duxan surəsi, 43-49)

Ayələrdə belə xəbər verilir:



De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs qorxmursunuz?” (Yunis surəsi, 31)

(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)

SƏMƏD

Heç kəsə möhtac olmayan

Allah, Səməddir (hər şey Ona möhtacdır; daimdir, heç bir şeyə ehtiyacı olmayandır). (İxlas surəsi, 2)

Bütün kainatda gerçək güc sahibi olan yalnız Allah’dır. İnsanın qarşılaşdığı hər cür çətinliyi, ehtiyacı qarşılamağa qadir olan da ancaq Odur.

İnsanlar bəzən özlərini yaradan Rəbbimizi unudub Ondan başqa vəlilər seçir, gücü, qüdrəti və köməyi onların yanında tapmağa çalışırlar. Halbuki, bu insanlar aldanırlar, çünki yuxarıda da ifadə etdiyimiz kimi, Allah’dan başqa güc sahibi yoxdur. Allah diləmədikcə heç kimin bir başqasına faydası və ya zərəri toxuna bilməz. Quranda bu həqiqətə belə diqqət çəkilmişdir:

Möminləri qoyub kafirləri dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki, qüvvət və əzəmət tamamilə Allah’a məxsusdur. (Nisa surəsi, 139)

İnsan üçün hər cür çətinlikdən xilas olmağın yeganə yolu bütün güc və qüvvətin sahibi olan Allah’a sığınmaqdır. Çünki Rəbbimiz çətinlik və ehtiyac içində olub Özünə yönələn səmimi qullarından razı olur və onların üzərindəki çətinlikləri, sıxıntıları qaldırır. “Nəml” surəsində Allah’ın saleh qullarına köməyi belə xəbər verilmişdir:



Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allah’la yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)

Yuxarıdakı ayədə insanların Allah’ın köməyinə qarşılıq nankorluq etdikləri, üzərilərində Allah’ın şəfqət və mərhəmətini görə bilmədikləri və ya unutduqları da bildirilmişdir. Halbuki, Allah “De ki: “Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir...” (Ənam surəsi, 64) ayəsi ilə xəbər verdiyi kimi, hər cür çətinlikdən insanı qurtaran tək məbuddur. Bunun qarşılığında insanın vəzifəsi isə bu razılığı görmək, gördüyünün əhəmiyyətini düşünmək və bu düşüncələrin sonunda Allah’a təslim olaraq şükür edən qul olmaqdır.



Bilin ki, Allah’ın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. Bunlar Allah’ın lütfü və neməti sayəsindədir. Allah biləndir, müdrikdir. (Hucurat surəsi, 7-8)

Sonra onlar Allah’a – özlərinin həqiqi himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir. De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”, – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir. Sonra siz şərik qoşursunuz”. (Ənam surəsi, 62-64)
SADİQ

Vədinə sadiq, doğru sözlü

(Budur) Allah’ın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bilmir. (Rum surəsi, 6)

Allah insanları yaratmış, onlara yaxşılığı əmr edib pislikdən çəkindirən elçilər və bu elçilərlə birlikdə doğru yolu göstərən kitablar göndərmişdir. Bu kitablardan Quran Allah’ın insanları qaranlıqdan işıqlığa, doğru yola çıxarmaq üçün göndərdiyi son haqq kitabıdır.

Quranda Allah özünə inananlara da, inanmayanlara da bəzi vədlər vermişdir. Bu vəd inkarçılar üçün dünyada çətin dolanışıq, axirətdə isə sonsuza qədər əzab çəkəcəkləri cəhənnəmdir. Ancaq bu dəqiq həqiqətə ehtimal verməyən inkarçılar Allah’ın vəd etdiyi əzabla qarşılaşmayacaqlarını zənn edirlər. Böyük yanlışlıq içində olan bu insanlara Allah belə buyurur:

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz... (Həcc surəsi, 47)

İnananlara vəd edilən isə dünyada da, axirətdə də məmnun qalacaqları həyatdır və onlar Allah’ın bu vədini yerinə yetirəcəyinə tam iman edirlər. Allah dünyada saleh qullarına olan vədini Quranda belə bildirmişdir:



Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir... (Nur surəsi, 55)

Möminlərə axirət üçün vəd edilən isə sonsuza qədər məmnun yaşayacaqları həyatdır. Bu həyat Allah’ın açıq vədidir və şübhəsiz, Allah vədindən dönməz. Ayələrdə belə buyurulur:



İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağlarına daxil edəcəyik. (Bu,) Allah’ın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allah’dan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, eşidəndir, görəndir. (Ənam surəsi, 115)

De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”. (Ali-İmran surəsi, 95)

Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən! (Ali-İmran surəsi, 194)

Göy yarılacağı zaman; dağlar dağılacağı zaman; elçilərə vaxt təyin olunacağı zaman (deyiləcəkdir): “Verilmiş möhlət hansı günə qədərdir?” (Deyiləcəkdir): “Ayırd etmə gününədək!” Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi? (Qiyaməti) yalan sayanların o gün vay halına! (Mursəlat surəsi, 9-15)
SAİQ

Cəhənnəmə atan

Günahkarları isə cəhənnəmə susamış olduqları halda qovub apararıq. (Məryəm surəsi, 86)

İnsan Allah’a qul olmaq üçün yaradılmış və bu qulluq vəzifəsini yerinə yetirib yetirməyəcəyinin sınanması üçün dünyaya göndərilmişdir. Dünyada ehtiyacı olan hər şeyi Allah yaratmış, özünə növbənöv nemətlər bəxş etmişdir. Amma insanların bir qismi Allah’ın verdiyi bütün nemətlərə baxmayaraq, yaradılış məqsədini unutmuş və nankorluq etmiş, üsyan etmişlər.

Əlbəttə, insanların dünyada etdikləri üsyan qarşılıqsız qalmayacaq, çünki Allah sonsuz ədalət sahibidir. Allah Özünü inkar edən, təkəbbürlənən inkarçıların uğrayacaqları sonu aşağıdakı ayələri ilə bildirmişdir:

(Onların əməli) firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir. Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali-İmran surəsi, 11-12)

Ayələrdə bildirildiyi kimi, alçaldılaraq toplu şəkildə cəhənnəmə atılan inkarçıların oradakı peşmanlıqları da Quranda bildirilmişdir. Dünyada yaşadıqları həyat boyu özlərinə Allah’a qulluq etmək üçün saysız fürsət verilmiş, xatırlatmalar gəlmiş, amma onlar yenə də üz çevirib təkəbbürlənmişlər. Bunun nəticəsi olaraq bu şəxslərin hesab günündə vəziyyətlərinin necə olacağı ayələrdə belə xəbər verilir:



... Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən. (Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. (Şura surəsi, 44-45)

İnkar edənlərin axirətdə qarşılaşacaqları bu vəziyyət Allah’ın insanlar üzərindəki sonsuz ədalətinin bir təcəllisidir. Bir ayədə hər insanın yalnız layiq olduğu ilə qarşılıq görəcəyi belə bildirilmişdir:



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə