Allah`ın isimləri



Yüklə 1,04 Mb.
səhifə12/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   ...   9   10   11   12   13   14   15   16   17

Məgər Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? (Onlar) belini bükürdü. Biz adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi çalış! Rəbbinə üz tut! (İnşirah surəsi, 1-6)

Allah mömin qullarına razılığına və rəhmətinə çatmağın yollarını asanlaşdırarkən, inkarçılar üçün də əxlaqlarına uyğun layiq olduqları şəkildə əzabın asanlaşdırılacağını xəbər verir:



Kim də xəsislik edərək ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. (Leyl surəsi, 8-10)

... Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. (Ənam surəsi, 152)
MÜZƏKKİ

Bütün qüsur və ayıblardan, mənəvi çirklərdən qullarını təmizə çıxaran, təmizləyən

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)

Qüsurdan münəzzəh olan yalnız Allah’dır. İnsan isə unuda bilər, yanıla bilər, qəflətə düşüb səhv edə bilər. Bu vəziyyət insanın hər mövzuda aciz olduğunun və hər şeydə Allah’a möhtac olduğunun göstəricisidir. Möminin vəzifəsi səhv və günahını dərk etdikdə dərhal peşman olub tövbə edərək eyni günahı təkrar işləməməyə diqqət etməkdir. Yoxsa özünü səhvsiz, günahsız göstərmək, təmizə çıxarmaq deyil... Çünki bu, çox böyük səhvdir. Bir ayədə belə buyurulur:



Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin qorxduğunu yaxşı bilir. (Nəcm surəsi, 32)

Səmimi mömin səhvlərinin, acizliyinin şüurundadır, buna görə, davamlı olaraq Allah’dan bağışlanma diləyir. Allah’ın rəhmətini və razılığını ümid edir. Allah da onun qüsurlarını örtür, günahlarını bağışlayır, gerçək mənada təmizləyir və üstün mövqeyə yüksəldir.



MÜZƏYYİN

Bəzəyən

Bilin ki, Allah’ın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. (Hücurat surəsi, 7)

İmanı sevmək və imanın təsiri ilə maddi-mənəvi ləzzətlərdən zövq almaq, Allah’ı inkardan nifrət edib onu çirkin görmək hər nə qədər təbii davranış kimi görünsə də, əslində, tamamilə Allah’ın lütfü sayəsində qovuşulan nemətdir. Allah bu metafizik vəziyyəti yuxarıdakı ayəsi ilə bildirmişdir.

Bunun əksinə, Allah bu böyük lütfkarlığın dəyərini möminlərə göstərmək üçün eyni vəziyyətin tərsini də inkar edənlər üçün yaratmışdır. İnkar edənlər imanın ehtiva etdiyi gözəllikləri möcüzəvi şəkildə görə bilmir, əksinə, dindən uzaq yaşayanların qaranlıq və əzablı zülm sistemindən zövq alırlar. İnkar edənlərin sistemlərinin ehtiva etdiyi bütün pisliklər onlar üçün gözəl göstərilmişdir. Allah Quranda bu sirri belə xəbər verir:

Məgər öz Rəbbindən aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?! (Muhəmməd surəsi, 14)

Allah’ı tanıyan və Onun üzərindəki rəhmətini görən, Onun sayəsində var olduğunu və sevib-xoşlandığı hər şeyin Ondan gəldiyini dərk edən mömin isə Allah sevgisinin və imanın üstünlüyünə çatır. İman edən insan Allah’dan başqa heç kimi məmnun etmə ehtiyacı hiss etmir və Allah’dan başqasından kömək gözləmir. Belə ki, ürəyi yalnız Allah’ı xatırlamaqla rahatlıq tapır. Allah rizası üçün bir iş görməyi, gözəl əxlaqlı olmağı, Allah’ın əmr və qadağalarını qorumağı, müsəlmanlara düşkünlüyü, axirət üçün saleh əməllər işləməyi sevinc və xoşbəxtlik vəsiləsi olaraq görür.

Şübhəsiz, bu cür möhkəm və güclü iman ancaq Allah’ın möminlərə olan lütfü sayəsində olur.

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)

Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, (doğru yolla gedən kimsə eyni ola bilərmi?) Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir. (Fatir surəsi, 8)

Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi. (Ənam surəsi, 122)


MÜZİL

Zillətə salan, alçaldan və zəlil edən

Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz Allah’dan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. (Tövbə surəsi, 2)

Allah inkarçıları dünya əzabının bir hissəsi olaraq alçaldır. Bütün həyatlarını başqalarına özünü göstərmək, onlardan təqdir almaq üçün yaşayan inkarçılar üçün alçaldılma çox böyük əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir:



Onlardan əvvəlkilər də yalançı saymışdılar və əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! (Zumər surəsi, 25-26)

Allah bu ismini möminlərin və xüsusilə də elçinin əli ilə təcəlli etdirir. Bu həqiqətə Quranda belə işarə edilib:



... Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah biləndir, müdrikdir. (Tövbə surəsi, 14-15)

Quranda bizə bildirildiyinə görə, hz. Süleyman öz hakimiyyətində inkarçıların ürəklərinə qorxu salmış, onları alçaltmışdır. Hz. Süleyman inkarçı qövmə göndərdiyi mesajda belə demişdi:



Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq! (Nəml surəsi, 37)

Bundan başqa, Allah bir çox ayəsində axirətdə inkarçılara alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı qürur və təkəbbürlənmələrinə qarşı Allah’ın təqdir etdiyi cəzadır. Çünki dünya həyatında inkarçıların ən böyük hədəflərindən biri başqa insanlar tərəfindən təqdir edilməkdir. Buna görə də həyatlarını Allah’ı tərifləməklə deyil, özlərinə tərif yığmaqla keçirirlər. Allah da bu istəklərinə qarşı cəhənnəmdə onları alçaldır. Ən böyük alçaldılmanı isə cəhənnəmdə insanların qarşısında alçaldılaraq yaşayacaqlar. Bir ayədə belə buyurulur:



Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20)

Allah’ın cəhənnəmdə hazırladığı alçaldılma bənzərsizdir və minlərlə növü var. Cəhənnəmdəki bu alçaldılmanın inkarçıların ruhunda yaratdığı kiçiklik üzlərinə də əks olunacaq, üzlərini bir zillət örtəcək. Mövzu ilə əlaqədar ayələr belədir:



O gün üzlər zəlil olub yerə dikiləcək. (Ğaşiyə surəsi, 2)

Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allah’dan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar od sakinləridir və orada əbədi qalacaqlar. (Yunis surəsi, 27)

Allah inkar edənlər üzərində zillətə düşürən, xor və həqir edən ismini təcəlli etdirərkən, iman edənlər üzərində də Rəhman və Rəhim isimlərini təcəlli etdirir. Rəbbimiz cənnət və rəhmətini ehsan edib onları hər cür pislikdən təmizləyir. İnkar edənlərin yaşayacağı alçaldılmanın tam əksinə, Allah saleh qullarına rizasını, cənnət və nemətini lütf edir.



MÜĞNİ

İstədiyini zəngin edən

Dövlətli edən də, kasıb edən də Odur. (Nəcm surəsi, 48)

Gerçək zənginlik yalnız Allah’a aiddir. O, dilədiyini Öz fəzlindən zəngin edir, dilədiyini də müəyyən bir müddətə qədər kasıblıqla sınayır. “Varis” sifətində də ifadə etdiyimiz kimi, hər şeyin varisi yalnız Allah’dır. İnsanların dünyada sahib olduqları zənginliklər, mal-mülk də yalnız Allah’a aiddir.

Hər insan ömrü boyu çalışıb qazandığı hər şeyi ölümlə birlikdə geridə buraxır. Ancaq bütün bunlara baxmayaraq, yaşadığı qısa həyatda mal-mülk sahibi olmaqla fəxr edən, zənginliyi ilə təkəbbürlənən və bunun nəticəsində Allah’ı unudan şəxslər üçün Quranda belə hökm verilir:

Yoxsa elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar fərqinə varmırlar. (Muminun surəsi, 55-56)

Allah dilədiyi qullarını isə dünyada böyük bir mülklə mükafatlandırmışdır. Xüsusilə elçilərə verilən böyük mülkə Quranda bir çox ayə ilə diqqət çəkilmişdir. Allah’ın dünyada hz. İbrahimi, hz. Məhəmmədi, hz. Davudu və hz. Yusifi zənginliklə mükafatlandırıb. Hz. Süleyman isə Allah’dan dünyada heç kimə verilməyən böyük bir mülk istəmiş və buna sahib olmuşdur.

Ancaq unudulmamalıdır ki, Allah’ın elçiləri özlərinə verilən mülkü Rəbbimizi razı etmək, Onun məmnun olacağı xeyir işlər görmək üçün istifadə etmişlər. Sahib olduqları ilə öyünüb azan, mülkün gerçək sahibini unudan insanlardan fərqli olaraq əllərindəki hər şeyi Allah üçün xərcləmişlər. Çünki onlar bilərlər ki, mülkün hamısı Allah’a aiddir, Allah dilədiyinə mülk verir, dilədiyindən də mülkünü geri alır.

Göründüyü kimi, kainatdakı hər şeyin tək hakimi, mülkün yeganə sahibi olan Allah dünyada dilədiyi insanı zəngin edir. Gerçək zənginliyi isə axirətdə verəcək. Özünə iman edən, bütün həyatını saleh əməllər işləyərək, Onun razılığını qazanmağa çalışaraq keçirən möminləri axirətdə çox böyük bir zənginliklə nemətləndirəcək.

Allah’ı razı edərək cənnətə girməyə haqq qazanan insanın orada qarşılaşacağı zənginlik Quranda bir çox ayədə ətraflı təsvir edilmişdir. Ayələrdə bu ehtişam belə xəbər verilir:

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər və onlara səbir etdiklərinə görə cənnəti bəxş edər və (orada geyəcəkləri) ipəklə mükafatlandırar. (Onlar) orada taxtlar üzərində dirsəklənəcək və orada nə günəş, nə də şaxta görəcəklər. (Cənnət ağaclarının) kölgələri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək. Onların ətrafına gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. Gümüşdən olan elə büllur qədəhlər ki, onları içmək istədikləri həcmdə hazırlamışlar. Orada onlara zəncəfil qatılmış (şərab) badəsi içirdiləcək. (Bu elə) bir bulaqdandır ki, Səlsəbil adlanır. Onların ətrafında həmişə gənc olan cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. (Cənnətdə) hara baxsan, nemət və əzəmətli səltənət görərsən. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir. (Onlara deyiləcəkdir): “Həqiqətən, bu, sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”. (İnsan surəsi, 11-22)

Ey iman gətirənlər! Müşriklər, doğrudan da, murdardırlar. Özlərinin bu ilindən sonra Məscidül-hərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, öz nemətindən sizi mütləq dövlətli edəcəkdir. Allah biləndir, hikmət sahibidir! (Tövbə surəsi, 28)

Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü ilə) genişdir, biləndir! (Nur surəsi, 32)

NASİR

Kömək edən

Onlara kömək göstərdik və qalib gəldilər. (Saffat surəsi, 116)

İnananların tək köməkçisi və vəlisi Allah’dır. Möminlər hər çətinlikdə, hər şəraitdə Ondan kömək diləyir və Allah da onlara kömək edir. Peyğəmbərlər hökm vermək lazım olduğu zaman ədaləti təmin etmək və dünyada Allah’ın razılığını qazanmaq məqsədi ilə xərclənəcək mal-mülk üçün, xəstələndiklərində şəfa tapmaq üçün və həyatlarının hər anında istədikləri hər şey üçün yalnız Allah’a yönəlmişlər. Allah da onların bu səmimi istəklərinə qarşılıq vermiş və onlara hər mövzuda kömək etmişdir. Allah kitabında elçilərinə bu vədləri vermişdir:



Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir”. (Saffat surəsi, 171-172)

Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər. (Furqan surəsi, 31)

Allah möminlərin də tək köməkçisidir. Quranda Allah “... Möminlərə yardım etmək Bizə haqdır…“ (Rum surəsi, 47) ayəsi ilə bütün iman edən qullarına kömək edəcəyini xəbər vermişdir. Ancaq Allah’ın köməyini qazanmaq üçün ən əhəmiyyətli şərtlərdən bəziləri Onun dininə kömək etmək, hədlərini qorumaq və bunun uğrunda cəhd göstərməkdir.

Bu cür səmimi səyin qarşılığında möminlər daim Allah’ın köməyi ilə qarşılıq alırlar. Allah’ın vəd etdiyi kimi, zəfər yalnız Rəbbimizə inananların, Onun razılığı və məmnuniyyəti üçün səy göstərənlərindir. Bir ayədə belə buyurulur:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Dünyada möminləri tək və köməksiz buraxmayan Allah ölümlərindən sonra axirət həyatlarında da onların yeganə vəlisi və köməkçisi olacaq. Allah möminlərə dünyada və axirətdə kömək edəcəyini vəd etmişdir və şübhəsiz, Allah vədinə xilaf çıxmayandır:



Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mömin surəsi, 51)

Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz, öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə məscidə girdikləri kimi ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik). (İsra surəsi, 6-7)

NUR

Aləmləri nurlandıran, istədiyi simalara, zehinlərə və könüllərə nur yağdıran

Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə sanki inci kimi bir ulduzdur. O, təkcə şərqə və ya təkcə qərbə aid edilməyən mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Bu nur) Allah’ın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər. (Nur surəsi, 35-36)

Allah Nur sifətinin sahibidir və yuxarıdakı ayədə də bildirildiyi kimi, göylərin və yerin nuru Odur. Ancaq Allah bu sifətini insanlar üzərində də təcəlli etdirir. Allah’a iman edən, Onun böyüklüyünü tanıyıb təqdir edən, haqq din olan İslama yönələn və İslam əxlaqı ilə yaşayan qullarına da Özündən nur bəxş edir:



Məgər Allah’ın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allah’ın zikrinə qarşı sərt olanların vay halına! Onlar, həqiqətən, azğınlıq içindədirlər. (Zumər surəsi, 22)

İnkarçıların vəziyyəti isə buna tam ziddir. Onlar üçün yer üzündə heç bir nur qaynağı yoxdur. Qaranlıqdan çıxmaq üçün bir yol tapmaları da mümkün deyil. Allah inkarçıların yaşadığı qaranlığı belə təsvir edir:



Yaxud (onların əməlləri) əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz. (Nur surəsi, 40)

Allah kafirləri qaranlıqların içində buraxdığı kimi, mömin qullarını da bütün işlərində qaranlıqdan işığa çıxarır. Bu iki qrupun vəziyyətlərinin bir-birindən çox fərqli olduğuna və möminlərin tam üstün olduqlarına dair Quranda belə bir nümunə verilmişdir:



Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi. (Ənam surəsi, 122)

Möminləri doğru yola – Öz nuruna - yönəltmək üçün Allah müxtəlif xəbərdarlıqlar edir. Həm elçiləri, həm də elçiləri ilə göndərdiyi haqq kitabları nur qaynağı edir. Onların gətirdiyi hökmlərə tabe olanlar isə doğru yola çatmış və Allah qatından nur qazanmışlar. Bu həqiqət ayələrdə belə xəbər verilir:



Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. (Səni) həm də Allah’ın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi (göndərdik). (Əhzab surəsi, 45-46)

Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə şəfqətlidir, rəhmlidir. (Hədid surəsi, 9)

Ey kitab əhli! Artıq sizə kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allah’dan bir nur və açıq-aydın bir kitab gəldi. Allah Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

Allah’ın saleh qulları sonsuza qədər xoşbəxt yaşayacaq, nurları ilə tanınacaqlar. İnkar edənlər isə axirətdə də sonsuz qaranlıqda qalacaq və möminlərin sahib olduğu nurdan istəyəcəklər. Axirətdə möminlərlə inkarçıların arasındakı bu ziddiyyətlər ayələrdə belə bildirilmişdir:



O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız! Bu, böyük uğurdur. O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “(Bir az) gözləyin ki, biz də sizin işığınızdan alaq”, – deyəcəklər. (Onlara) deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Hədid surəsi, 12-13)

Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı rəhmlidir. (Əhzab surəsi, 43)

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. (Zumər surəsi, 69)

Allah’a və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə onlar cəhənnəm sakinləridir. (Hədid surəsi, 19)

Ey iman gətirənlər! Allah’dan qorxun və Onun elçisinə iman gətirin! Onda O, sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir. (Hədid surəsi, 28)

Ey iman gətirənlər! Allah’a səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim surəsi, 8)

Muhəmməd Allah’ın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allah’dan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu, cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Bu,) kafirləri qəzəbləndirmək üçündür. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. (Fəth surəsi, 29)


RƏBBİL-ALƏMİN

Aləmlərin Rəbbi

Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allah’a həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, qüdrətlidir, müdrikdir. (Casiyə surəsi, 36-37)

Kainatda bir-birindən fərqli bir çox aləm var. İnsanın bunların hamısının adını, sayını və xüsusiyyətlərini bilməsi qeyri-mümkündür. Çünki kainatda yaradılan saysız aləm öz içində də fərqli aləmlərə ayrılır. Yalnız bir balıq növünün özünə bənzər minlərlə növü, bir meyvənin özünə bənzəyən yüzlərlə növü var. Heyvanların, bitkilərin, əşyaların milyardlarla, küləklərin və buludların onlarla növü var. Allah bir-birinə heç bənzəməyən, fərqli irqlərə, bədənlərə, dillərə və mədəniyyətlərə sahib olan milyardlarla insan yaratmışdır.

Bunlarla yanaşı, Allah gözlə görülməyən atomların dünyasını, bədənimizin hər millimetrini əmələ gətirən mükəmməl sistemlərə sahib hüceyrələri və yenə insan gözü ilə görülməyən yüzlərlə canlını yaratmışdır. Dənizin minlərlə metr dərinliyində yaşayan, heç kimin görmədiyi mərcan koloniyasının da Rəbbi Allah’dır. Allah mikroorqanizmlərin əmələ gətirdiyi mikro aləmdən, kosmosdakı göy cisimlərinin əmələ gətirdiyi makro aləmə kimi saya bilməyəcəyimiz qədər geniş aləmə biz yatarkən, oyaq ikən, ya da bir işlə məşğul olarkən davamlı nəzarət edir, hamısını idarə edir, hamısını bəsləyir və həyatlarını davam etdirmələrinə izn verir. Allah bütün aləmlərin Rəbbi olduğunu insanlara belə bildirir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allah’dır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! O, yaşayandır, Ondan başqa məbud yoxdur. Dini yalnız Ona məxsus edərək dua edin. Aləmlərin Rəbbi olan Allah’a həmd olsun! (Mömin surəsi, 64-65)

İnsan yalnız bir okeanın içindəki həyatı, burada yaşayan canlıların qidalanmalarını, yaşadıqları ortaq həyatı və soylarının davamı üçün qorunan həssas tarazlığı düşündüyü zaman Allah’ın yaratmasındakı sonsuz qüdrəti təqdir edəcək.

Şübhəsiz, Allah yalnız kainatın içində olan saysız aləmin deyil, tam başqa zamanda və məkanda yaşayan cinlərin və mələklərin də Rəbbidir. Bu varlıqların da hamısını Allah yaratmış və hamısına boyun əydirmişdir. Allah’ın yaratdığı aləmlər insan ağlının və təxəyyülünün xaricindədir. Hamısı Onun qüsursuz yaratmasının, sənətinin və sonsuz gücünün əsərləridir.

Allah’ın bu ucalığı və böyüklüyü qarşısında insanın vəzifəsi hz. İbrahim kimi özünə: “Təslim ol”, - buyurulduğu zaman Rəbbimizə Quranda xəbər verildiyi kimi: “... Aləmlərin Rəbbinə təslim oldum” (Bəqərə surəsi, 131) - deyib yönəlməkdir. Bütün həyatını Quranda “De: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah’a məxsusdur!” (Ənam surəsi, 162)” ayəsi ilə əmr edildiyi kimi, yalnız Allah’ın razılığını qazanmaq üçün yaşamaqdır. Ayələrdə belə buyurulur:



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə