Allahın isimləri



Yüklə 0,91 Mb.
səhifə11/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   ...   7   8   9   10   11   12   13   14   15

Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri şərik qoşurlar? (Bütlər) nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur. Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”. Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər. (Əraf surəsi, 191-198)

MÜTƏALİ

Ağlın dərk edə biləcəyi hər şeydən çox Uca

Haqq Hökmdar olan Allah ucadır! Onun vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha surəsi, 114)

İnsanların bir qismi ətraflarındakı saysız dəlilə baxmayaraq, Allahın ululuğunu, ucalığını təqdir edə bilmirlər. Son dərəcə aciz olduqları halda təkəbbürlənir, özlərini yaradan Allahı isə heç düşünmürlər. Bu təkəbbürün səbəbi insanın pisliyi əmr edən nəfsə sahib olmasıdır. Ancaq iman edənlər Allahın ucalığı qarşısında insanın nə dərəcə aciz bir varlıq olduğunu, buna görə heç nəyə güc yetirə bilməyəcəklərini bilirlər. Çünki Allah Quranda insanların acizliyinə və Özünün ucalığına belə bir misalla diqqət çəkir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək )istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 74)

Halbuki kainatın hər nöqtəsi Allahın böyüklüyünü əks etdirir. Amma Onun sonsuz gücünü və elmini izah etməyə əsla kafi deyil. Allah şirkdən, qüsurdan, əskiklikdən münəzzəh olandır. Bütün üstün sifətlərin və bütün gözəl adların tək sahibidir. Onun elmi, ağlı, gücü, qüdrəti, rəhməti, şəfqəti və lütfkarlığı sonsuzdur.

“Sonsuz” sözü Allahın böyüklüyünü qavraymaq üçün üzərində yaxşı-yaxşı düşünmək tələb edən anlayışdır. Allah ölümlərindən sonra insanları yeni bir yaradılışla yaradacaq və bundan sonra dünyada etdiklərinin qarşılığı olaraq cənnət və ya cəhənnəmdə davam edəcəkləri sonsuz həyatlarını başladacaq. Burada yüz deyil, min deyil, yüz min və ya milyard il də deyil, trilyon, ya da katrilyon dəfə katrilyon il də deyil, sonsuza qədər davam edəcək ömürdən bəhs edilir. Yəni, yüz trilyon insan olsa, gecə gündüz heç dayanmadan yüz trilyonu yüz trilyon ilə vursalar, yüz trilyon ömürləri olsa və ömürləri boyu bu işlə məşğul olsalar yenə də il sayını hesablaya bilməyəcəklər.

Halbuki Allah elə böyük bir elmə malikdir ki, insana görə “sonsuz” olan hər şeyi O bilir. Zamanın ilk yaradıldığı andan sonsuza qədər davam edəcək hər hadisəni, hər düşüncəni, zamanı hər halıyla təyin edən və bilən Allahdır. Bu gerçəyə Quranda belə diqqət çəkilir:

Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir. Biz həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?Onların etdiyi hər şey kitablarındadır. Hər bir kiçik və böyük (əməl) yazılmışdır. (Qəmər surəsi, 49-53)

(Allah) onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır. (Əraf surəsi, 190)

Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır. (Nəml surəsi, 63)

Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan birini edə bilən varmı? O, pakdır və Ona şərik qoşduqlarından ucadır. (Rum surəsi, 40)

MÜTƏKƏBBİR

Hər şeydə və hər hadisədə böyüklüyünü göstərən

"O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, şirk qoşduqlarından çox Ucadır." (Həşr surəsi, 23)

Allah böyüklüyünü və qüdrətini Quranda verdiyi nümunələrlə izah edir. Bu nümunələrdən biri hz. Musanın Allahı görmək istəməsidir. Hz. Musa Allahı görmək istəmiş, buna görə də Ona səslənərək: "Rəbbim, mənə göstər, Sənə baxım" demişdir. Bunun üzərinə Allah: "Sən məni görə bilməzsən. Lakin dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən." - deyə cavab verir. Allah dağa təcəlli edincə onu parça-parça edir və hz. Musa huşunu itirərək yerə yıxılır. Özünə gələn kimi ilk söylədiyi isə "Sən pak və müqəddəssən!" (Əraf surəsi, 143) olur.

Hz. İbrahim isə ayələrdə xəbər verildiyinə görə: "Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!" - demişdir. Bunun üzərinə Allah: "Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!" (Bəqərə surəsi, 260) - şəklində cavab verir. Beləliklə, Allah ona böyüklüyünün bir dəlilini daha göstərir.

Allah, hz. Luta da səhər vaxtı qövmündən iman etmiş kəslərlə birlikdə çıxmasını və qövmünü tərk edərkən arxasına belə baxmamasını söyləyir. Səhər vaxtında isə hz. Lutu və yaxınlarını qurtararaq inkarçı qövmü böyük bir əzabla həlak edir.

Atəşə atılan hz. İbrahimə isə atəşi sərin etmişdir. Hz. İsanın əliylə ölüləri diriltmiş, kor olanları sağaltmışdır. Dənizi yararaq Fironu və ordusunu suda boğmuşdur. Beləliklə, Allah insanlara hər hadisədə böyüklüyünü və sonsuz gücünün təcəllilərindən bəzilərini açıq-aşkar göstərib.

Allah hər an, hər yerdə və hər hadisədə böyüklüyünü və qüdrətini açıq-aşkar göstərir. Dünya həyatına və istəklərinə aldanan insanların üzərinə səhər vaxtı qasırğa göndərir. Onların yaşadıqları şəhəri alt-üst edir və yaşanılması mümkün olmayan hala salır. Mallarını, mülklərini və sahib olduqları hər şeyi əllərindən alır.

Bir şəhəri yalnız yağış yağdıraraq suların içində qoyur, bir neçə saniyə davam edən zəlzələ ilə bir şəhəri xəritədən silir. Onun əmri ilə hərəkət edən yer, göy, külək və yağış haqqında əzab hökmü yazılmış şəhəri məhv edir. O şəhərin xalqı da Allahın sarsılmaz gücünə məruz qaldıqları əzabla birlikdə şahid olurlar.

Şübhəsiz, Allah Mütəkəbbirdir. Onun gücü və qüdrəti qarşısında yer üzündə böyüklük edən heç kim yoxdur. O, qarşısında səcdə edilməli tək məbuddur.

MÜYƏSSİR

Xeyirdə və şərdə qulunun yolunu asanlaşdıran, dində asanlıq verən, heç kimə gücünün çatmayacağı yükü yükləməyən

... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)

Allah insanları daim asan olana yönəldir. Qulları üçün seçib-bəyəndiyi İslam dininin təməlində də həmişə bu asanlıq var. Quranda dinin asanlığı belə bildirilir:

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı... (Həcc surəsi, 78)

Quran nəsihət almaq istəyənlər üçün asanlaşdırılıb. İçindəki hökmlər insan həyatında həmişə asanlıq yaradacaq şəkildədir. Məsələn, Allah kor, topal, ya da xəstə olana məsuliyyət yükləməmiş, xüsusilə müharibənin qızışdığı anlarda, səfərdə, aclıqda, çətin şərtlərdə qullarına asanlıq yaradacaq yollar göstərmiş, insanları günahları hər nə olursa-olsun etdikləri səmimi tövbə ilə bağışlayacağını söyləmişdir. Ayədə belə buyrulur:

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı? (Qəmər surəsi, 17)

Bundan başqa möminlərin hər cür müvəffəqiyyət qazanmasının asanlığına da "Səni ən asan olana müvəffəq edərik." (Əla surəsi, 8) ayəsiylə diqqət çəkmişdir.

İnsanın hiss etdiyi, ya da gözüylə gördüyü bütün asanlıqlar Allahdandır. Bütün bu asanlıqlar Allahın şanındandır. O mərhəmətlilərin ən mərhəmətlisidir. Və qulları üzərinə ağır yük yükləməyəndir.

Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 28)

Allah insanı yaratdığı kimi onun nələrə güc yetirib, nələrə güc yetirə bilməyəcəyini də bilir. Buna görə qullarının heç bir işində çətinliyə razı olmaz. Allah Quranda "... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir..." (Bəqərə surəsi, 185) ayəsiylə bu gerçəyi xəbər verir.

Əksinə, Allah qullarının üzərindəki yükü qaldırır. Onlara ən çətin şərtlərdə belə mütləq bir asanlıq verir. Hər çətinlikdən çıxış yolu göstərir. Bu nemətini qullarına Quranda belə xatırladır:

Məgər Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? (Onlar) belini bükürdü. Biz adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi çalış! Rəbbinə üz tut! (İnşirah surəsi, 1-6)

Allah mömin qullarına razılığına və rəhmətinə çatmağın yollarını asanlaşdırarkən, inkarçılar üçün də əxlaqlarına uyğun layiq olduqları şəkildə əzabın asanlaşdırılacağını xəbər verir:

Kim də xəsislik edərək ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. (Leyl surəsi, 8-10)

MÜZƏKKİ

Bütün qüsur və ayıblardan, mənəvi çirklərdən qullarını təmizə çıxaran, təmizləyən

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)

Qüsurdan münəzzəh olan, yalnız Allahdır. İnsan isə unuda bilər, yanıla bilər, qəflətə düşüb səhv edə bilər. Bu vəziyyət insanın hər mövzuda aciz olduğunun və hər şeydə Allaha möhtac olduğunun göstəricisidir. Möminin vəzifəsi səhv və günahını dərk etdikdə dərhal peşman olub tövbə edərək eyni günahı təkrar işləməməyə diqqət etməkdir. Yoxsa özünü səhvsiz, günahsız göstərmək, təmizə çıxarmaq deyil... Çünki bu çox böyük səhvdir. Bir ayədə belə buyurulur:

Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin qorxduğunu yaxşı bilir. (Nəcm surəsi, 32)

Səmimi mömin səhvlərinin, acizliyinin şüurundadır, buna görə davamlı olaraq Allahdan bağışlanma diləyir. Allahın rəhmətini və razılığını ümid edir. Allah da onun qüsurlarını örtür, günahlarını bağışlayır, gerçək mənada təmizləyir və üstün mövqeyə yüksəldir.

MÜZƏYYİN

Bəzəyən

Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. (Hücurat surəsi, 7)

İmanı sevmək və imanın təsiri ilə maddi-mənəvi ləzzətlərdən zövq almaq, Allahı inkardan nifrət edib onu çirkin görmək hər nə qədər təbii davranış kimi görünsə də, əslində, tamamilə Allahın lütfü sayəsində qovuşulan nemətdir. Allah bu metafizik vəziyyəti yuxarıdakı ayəsiylə bildirmişdir.

Bunun əksinə Allah bu böyük lütfkarlığın dəyərini möminlərə göstərmək üçün eyni vəziyyətin tərsini də inkar edənlər üçün yaratmışdır. İnkar edənlər imanın ehtiva etdiyi gözəllikləri "möcüzəvi şəkildə" görə bilmir, əksinə dindən uzaq yaşayanların qaranlıq və əzablı "zülm" sistemindən zövq alırlar. İnkar edənlərin sistemlərinin ehtiva etdiyi bütün pisliklər onlar üçün "gözəl" göstərilmişdir. Allah Quranda bu sirri belə xəbər verir:

Məgər öz Rəbbindən aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?! (Məhəmməd surəsi, 14)

Allahı tanıyan və Onun üzərindəki rəhmətini görən, Onun sayəsində var olduğunu və sevib-xoşlandığı hər şeyin Ondan gəldiyini dərk edən mömin isə Allah sevgisinin və imanın üstünlüyünə çatır. İman edən insan Allahdan başqa heç kimi məmnun etmə ehtiyacı hiss etmir və Allahdan başqasından kömək gözləmir. Belə ki, ürəyi yalnız Allahı xatırlamaqla rahatlıq tapır. Allah rizası üçün bir iş görməyi, gözəl əxlaqlı olmağı, Allahın əmr və qadağalarını qorumağı, müsəlmanlara düşkünlüyü, axirət üçün saleh əməllər işləməyi sevinc və xoşbəxtlik vəsiləsi olaraq görür.

Şübhəsiz bu cür möhkəm və güclü iman, ancaq Allahın möminlərə olan lütfü sayəsində olur.

MÜZİL

Zillətə salan, alçaldan və zəlil edən

Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. (Tövbə surəsi, 2)

Allah inkarçıları "dünya əzabı"nın bir hissəsi olaraq alçaldır. Bütün həyatlarını başqalarına özünü göstərmək, onlardan təqdir almaq üçün yaşayan inkarçılar üçün “alçaldılma” çox böyük əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir:

Onlardan əvvəlkilər də yalançı saymışdılar və əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! (Zumər surəsi, 25-26)

Allah bu ismini möminlərin və xüsusilə də elçinin əliylə təcəlli etdirir. Bu gerçəyə Quranda belə işarə edilib:

... Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 14-15)

Quranda bizə bildirildiyinə görə hz. Süleyman öz hakimiyyətində inkarçıların ürəklərinə qorxu salmış, onları alçaltmışdır. Hz. Süleyman inkarçı qövmə göndərdiyi mesajda belə demişdi:

Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!” (Nəml surəsi, 37)

Bundan başqa Allah bir çox ayəsində axirətdə inkarçılara alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı qürur və təkəbbürlənmələrinə qarşı Allahın təqdir etdiyi cəzadır. Çünki dünya həyatında inkarçıların ən böyük hədəflərindən biri başqa insanlar tərəfindən təqdir edilməkdir. Buna görə də həyatlarını Allahı tərifləməklə deyil, özlərinə tərif yığmaqla keçirirlər. Allah da bu istəklərinə qarşı cəhənnəmdə onları alçaldır. Ən böyük alçaldılmanı isə cəhənnəmdə insanların qarşısında alçaldılaraq yaşayacaqlar. Bir ayədə belə buyrulur:

Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20)

Allahın cəhənnəmdə hazırladığı alçaldılma bənzərsizdir və minlərlə növü var. Cəhənnəmdəki bu alçaldılmanın inkarçıların ruhunda yaratdığı kiçiklik üzlərinə də əks olunacaq, üzlərini bir zillət örtəcək. Mövzuyla əlaqədar ayələr belədir:

O gün üzlər zəlil olub yerə dikiləcək. (Ğaşiyə surəsi, 2)

Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar. (Yunus surəsi, 27)

NASİR

Kömək edən

Onlara kömək göstərdik və qalib gəldilər. (Saffat surəsi, 116)

İnananların tək köməkçisi və vəlisi Allahdır. Möminlər hər çətinlikdə, hər şəraitdə Ondan kömək diləyir və Allah da onlara kömək edir. Peyğəmbərlər hökm vermək lazım olduğu zaman ədaləti təmin etmək və dünyada Allahın razılığını qazanmaq məqsədiylə xərclənəcək mal-mülk üçün, xəstələndiklərində şəfa tapmaq üçün və həyatlarının hər anında istədikləri hər şey üçün yalnız Allaha yönəlmişlər. Allah da onların bu səmimi istəklərinə qarşılıq vermiş və onlara hər mövzuda kömək etmişdir. Allah kitabında elçilərinə bu vədləri vermişdir:

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. (Saffat surəsi, 171-172)

Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər. (Furqan surəsi, 31)

Allah möminlərin də tək köməkçisidir. Quranda Allah, "... Möminlərə yardım etmək Bizim borcumuz idi…" (Rum surəsi, 47) ayəsiylə bütün iman edən qullarına kömək edəcəyini xəbər vermişdir. Ancaq Allahın köməyini qazanmaq üçün ən əhəmiyyətli şərtlərdən bəziləri Onun dininə kömək etmək, hədlərini qorumaq və bunun uğrunda cəhd göstərməkdir.

Bu cür səmimi səyin qarşılığında möminlər daim Allahın köməyi ilə qarşılıq alırlar. Allahın vəd etdiyi kimi, zəfər yalnız Rəbbimizə inananların, Onun razılığı və məmnuniyyəti üçün səy göstərənlərindir. Bir ayədə belə buyrulur:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Dünyada möminləri tək və köməksiz buraxmayan Allah ölümlərindən sonra axirət həyatlarında da onların yeganə vəlisi və köməkçisi olacaq. Allah möminlərə dünyada və axirətdə kömək edəcəyini vəd etmişdir və şübhəsiz, Allah vədinə xilaf çıxmayandır:

Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mömin surəsi, 51)

NUR

Aləmləri nurlandıran, istədiyi simalara, zehinlərə və könüllərə nur yağdıran

Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O təkcə şərqə və ya təkcə qərbə aid edilməyən mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər. (Nur surəsi, 35-36)

Allah “Nur” sifətinin sahibidir və yuxarıdakı ayədə də bildirildiyi kimi, göylərin və yerin nuru Odur. Ancaq Allah bu sifətini insanlar üzərində də təcəlli etdirir. Allaha iman edən, Onun böyüklüyünü tanıyıb təqdir edən, haqq din olan İslama yönələn və İslam əxlaqıyla yaşayan qullarına da Özündən “nur” bəxş edir:

Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər. (Zumər surəsi, 22)

İnkarçıların vəziyyəti isə buna tam ziddir. Onlar üçün yer üzündə heç bir “nur” qaynağı yoxdur. Qaranlıqdan çıxmaq üçün bir yol tapmaları da mümkün deyil. Allah inkarçıların yaşadıqları qaranlığı belə təsvir edir:

Yaxud (onların əməlləri) əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz. (Nur surəsi, 40)

Allah kafirləri qaranlıqların içində buraxdığı kimi mömin qullarını da bütün işlərində qaranlıqdan işığa çıxarır. Bu

iki qrupun vəziyyətlərinin bir-birindən çox fərqli olduğuna və möminlərin tam üstün olduqlarına dair Quranda belə bir nümunə verilmişdir:

Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi. (Ən'am surəsi, 122)

Möminləri doğru yola – “Öz nuruna” - yönəltmək üçün Allah müxtəlif xəbərdarlıqlar edir. Həm elçiləri, həm də elçiləriylə göndərdiyi haqq kitabları “nur” qaynağı edir. Onların gətirdiyi hökmlərə tabe olanlar isə doğru yola çatmış və Allah qatından “nur” qazanmışlar. Bu gerçək ayələrdə belə xəbər verilir:

Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. (Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi (göndərdik). (Əhzab surəsi, 45-46)

Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir. (Hədid surəsi, 9)

Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

Allahın saleh qulları sonsuza qədər xoşbəxt yaşayacaq, nurları ilə tanınacaqlar. İnkar edənlər isə axirətdə də sonsuz qaranlıqda qalacaq və möminlərin sahib olduğu nurdan istəyəcəklər. Axirətdə möminlərlə inkarçıların arasındakı bu ziddiyyətlər ayələrdə belə bildirilmişdir:

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə