Allahın isimləri



Yüklə 0,91 Mb.
səhifə14/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   ...   7   8   9   10   11   12   13   14   15

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir.Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.(Nisa surəsi, 17-18)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi Allah ancaq səmimi qullarının tövbələrini qəbul edir. Çünki tövbə həqiqi peşmanlıq və eyni günahı bir daha təkrar etməmək qərarı ilə məna qazanır. Əks halda, bütün həyatını Allahın əmrlərinə üsyan edib, şeytana aldanaraq keçirmiş birinin ölümlə qarşılaşdığı anda gerçəyi anladığından ötrü davranışlarını dəyişdirməsinin mənası olmayacaq. Belə ki, bu haqda Quranda Fironun səmimiyyətsiz tövbəsindən bu cür bəhs edilmişdir:



Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!”. “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun”. (Yunus surəsi, 90-91)

Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allahdan, ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. (Tövbə surəsi, 118)

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı (yalan danışanlar Allahın lənətinə gələrdilər). (Nur surəsi, 10)

VAHİD

Tək olan, şəxsində, sifətlərində, işlərində, adlarında, hökmlərində, əsla ortağı və ya bənzəri, tayı olmayan

Sizin ilahınız tək bir ilahdır; Ondan başqa ilah yoxdur; O, Rəhmandır, Rəhmdir. (Bəqərə surəsi, 163)

Allahın böyüklüyünü qavramayan insanlar Allaha bərabər güclər tapmağa çalışmış və bunun nəticəsində gözlərində böyütdükləri şeylərə ibadət etmişlər. Bəzisi çox parlaq və güclü gördüyü üçün Günəşi daha üstün tutmuş və ona ibadət etmiş, bəzisi də ulduzların qarşısında əyilmişdir. Hətta bəziləri bütün acizliklərinə baxmayaraq, özlərinin də güc sahibi olduqlarını iddia etməyə cəsarət etmişlər. Quranda hz. İbrahimlə Allahın gücü və birliyi mövzusunda mübahisə edən adam bu mövzuya veriləcək ən əsas nümunədir. Hz. İbrahim isə Allaha kimsənin ortaq ola bilməyəcəyini belə bir örnəklə isbat etmişdir:

Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin (əhvalatını) bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə: “Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. (Bəqərə surəsi, 258)

Allahdan başqa ilahlar tapmaq yalnız keçmişdə yaşayan insanlara məxsus olan ağılsızlıq deyil. Bu dövrdə də bir çox insan Allaha ortaq qoşaraq, Onun yoldaşının və bənzərinin ola bilməyəcəyini inkar edir. Bu şəxslər bəlkə ətrafda Günəş, ulduzlar və s. kimi bütlər seçməmiş, amma onlar da özləri kimi aciz olan digər insanlara və ya dəyər verdikləri əmtəələrə (zənginlik, gözəllik, güc və s.) sitayiş edirlər. Məsələn, bütün həyatlarını zənginlik, mal-mülk əldə etmək üçün keçirir və bu zaman Allahın özlərindən razı olub-olmadığını heç düşünmürlər. Allahı insanlarla, digər varlıqlarla bərabər tuturlar ki, bu da açıq-aşkar şirkdir.

Allah yaradandır. Heç kim Günəşi qərbdən gətirə bilməz, heç kim kosmosda fövqəladə bir sürətlə genişləyən kainatı dayandıra bilməz, heç kim göyü və yeri tuta bilməz və heç kim yoxdan bir insan yarada bilməz. Bunları ancaq kainatda tək olan və tayı-bənzəri olmayan Allah edə bilər. Yaradanla yaradılan isə əsla bənzər deyil. Quranda şirk qoşanların acizliyindən belə bəhs edilir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, Qalib gələndir”. (Rəd surəsi, 16)



... Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi kəlməsi və Onun tərəfindən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “(İlah) üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu) sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 171)

VARİS

Sərvətlərin həqiqi sahibi

Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa heç kəs sakin olmadı. Onlara Biz varis olduq.(Qəsəs surəsi, 58)

İnsanlar dünyadakı həyatları boyunca daima qazanmağa, zənginliklərini, mallarını, mülklərini artırmağa çalışırlar. Hətta bəzi insanlar həyatı boyunca başqa heç bir məqsəd axtarmadan, varlığının gerçək səbəbini heç düşünmədən səhər-axşam daha çoxunu əldə etmək uğruna çalışırlar. Ancaq bu insanların göz ardı etdikləri bir gerçək var:

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 103-104)

Bəli, bu insanlar həyatları boyu boş bir məqsəd uğrunda səy göstərirlər. Lakin bir gün, bəlkə də heç gözləmədikləri bir anda ölüm mələkləri gəlir və Allahın əmri ilə onların canlarını alır. Hamının qibtə etdiyi böyük sərvətə sahib olan bu insanlar yalnız bir bezə sarılaraq torpağın bir neçə metr altına basdırılır və axirətə gedərkən ömürləri boyu qazandıqları heç nəyi özləri ilə apara bilmirlər. Torpağın içinə çılpaq bədənlərindən başqa heç nə qoyulmur. Onlar istəsələr də evləri, avtomobilləri, bütün malları, torpaqları və övladları geridə qalır. Axirətdə yanlarında olan isə yalnız təqvaları və Allaha olan yaxınlıqlarıdır.

Onlardan sonra yer üzünə varis olan isə yalnız Allah və Onun zəngin etdiyi səmimi qullarıdır. Yuxarıda da ifadə etdiyimiz kimi insan nə qədər istəsə belə malına, mülkünə, dünyadakı etibarına, zənginliyinə sonsuza qədər sahib ola bilməz. Əlindəki hər şey ona qısa bir müddət istifadə etməsi üçün dünyada verilən nemətlərdir. Ancaq bu nemətləri verən Allah dilədiyi zaman adamın canını alar və malı dünyada, bədəni də torpaqda buraxılaraq Allahın hüzuruna çıxarılar...

Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və varis olan da Bizik. (Hicr surəsi, 23)

Zəkəriyyanı da (yada sal!) Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” (Ənbiya surəsi, 89)

VASİ

Hər şeyi əhatə edən

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah Əhatə edəndir, Biləndir. (Maidə surəsi, 54)

Allahın genişliyi bütün kainatı əhatə etmişdir. Yoxluqdan varlığı yaradan Allah məkana tabe deyil, bütün məkanlardan münəzzəhdir. Çünki məkanı da yaradan Allahdır. Bəzi cəmiyyətlərdə Allahın göylərdə olduğu düşüncəsi hakimdir. Allaha dua etdiklərində insanlar, üzlərini göyə çevirərək batil bir inanca yönəlirlər. Gerçəkdə isə Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah Əhatəedəndir, Biləndir”. (Bəqərə surəsi, 115)

Halbuki Allah, Quranda “göylərin və yerin Rəbbi” olduğunu bizlərə bildirir. Bütün genişliyə sahib olanın da Özü olduğunu söyləyir. Allah hər yeri əhatə etmişdir. Allahın mülkü genişdir. Nemətləri tükənməz, rəhmətinin sərhədi yoxdur, bağışlaması da çox geniş olandır. Qullarının bütün ehtiyaclarını onlar heç bir şey etmədən qarşılayan Allahın rəhməti və mərhəməti sonsuzdur.

“Qəyyum” sifəti xüsusilə möminlər üzərində çox sıx olaraq təcəlli edir. Yuxarıda da ifadə etdiyimiz kimi, Allahın rəhməti və mərhəməti son dərəcə genişdir. İnanan qullarını rəhmətiylə əhatə etmişdir və dünyada onları bütün düşmənlərdən qoruyur. Məsələn, insanlardan bəziləri dinə zərər vermək qəsdiylə möminlərə nemətlərin gəlməsinə mane olmağa, onlara çətinlik yaratmağa çalışırlar. Münafiqlər, "... “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”..." (Munafiqun surəsi, 7) deyərək inananlara zərər verə biləcəklərini zənn edirlər. Halbuki münafiqlərin gözardı etdikləri bir gerçək var: Allah dilədiyi qulunu geniş rəhmət xəzinəsindən zəngin edər. Çünki göylərin və yerin xəzinələri Onundur. Allahın geniş rəhmət sahibi olduğu bir ayədə belə bildirilir:

Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah Əhatəedəndir, Biləndir”.(Ali-İmran surəsi, 73)

VƏDUD

Yaxşı qullarını sevən, onları rəhmət və razılığına çatdıran, yaxud sevilməyə və dostluğu qazanılmağa layiq olan

O, çox bağışlayandır, çox sevəndir. (Büruc surəsi, 14)

Allah insanları Özünə qulluq etmələri üçün yaratmışdır. Lakin buna baxmayaraq, bəziləri Allahı inkar edir, bəziləri də ölənə qədər tam səmimiyyətlə Ona sadiq qalır. Allah, Özünə vəfa göstərən qullarına çox yaxındır, dua etdikləri zaman onları eşidir və qarşılıq verir, bir çətinliklə qarşılaşdıqları zaman daim onların yanındadır. Allah iman edənləri həyatlarının hər dövründə köməyi ilə dəstəkləyir.

İnsanın dünya həyatında qazana biləcəyi ən böyük nemətlərdən biri Allahın dostluğudur. Allahın sevdiyi qulları son dərəcə şərəfli və seçkin həyat yaşayırlar. Belə insanlar hər zaman heyranlıq və təqdir qazanan üstün əxlaqa sahib olurlar.

Allah sevimli qullarını Öz rəhmətinə qovuşdurur, onların cənnətə girmələrinə icazə verir. Peyğəmbərlər və saleh möminlər Allahın sevgisini qazanmış çox qiymətli insanlardır. Onlar da Allahı çox sevir və yalnız Onun məmnuniyyətini qazanmaq üçün həyatlarını davam etdirirlər. Şübhəsiz, Allahın bir insanı sevməsi və onu dost olaraq seçməsi insana verilən ən böyük nemətlərdən biridir.

Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir. (Hud surəsi, 90)

VƏHHAB

Hədiyyəsi çox olan, qarşılıqsız hədiyyə edən

Yoxsa, güclü və üstün olan, qarşılıqsız bağışlayan Rəbbinin xəzinələri onların yanındadırmı? (Sad surəsi, 9)

Daha əvvəl də bəhs etdiyimiz kimi, Allah möminlərə cənnətdə sonsuz xoşbəxtlik vəd etmiş və bu sonsuz xoşbəxtliyi dünya həyatları əsnasında da başlatmışdır. Saleh qullarını dünyada da gözəl bir həyatla yaşadacağını vəd etmişdir. Buna görə səmimi möminlərin Rəbbimizdən istəyəcəkləri heç bir şeyin sərhədi yoxdur. Möminlər özlərini Allaha yaxınlaşdıracaq, Onu xatırlamalarını, Ona şükr etmələrini təmin edəcək hər şeyi sərhədsiz olaraq istəyə bilərlər. Əlbəttə, Allah bu istəklərə dilədiyi şəkildə qarşılıq verər və möminlər üçün Rəbbimizin razılığı həmişə ən xeyirli şəkildə olar. Bu mövzuda Quranda verilən bir nümunə hz. Süleymanın duasıdır. Bir ayədə hz. Süleymanın “həqiqətən mən mal sevgisini Allahı zikr etməkdən ötəri seçdim” (Sad surəsi, 32) dediyi və daha sonra başqa bir ayədə belə dua etdiyi bildirilmişdir:

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxş edənsən. (Sad surəsi, 35)

Yuxarıdakı ayədə göründüyü kimi hz. Süleyman Allahdan “heç kimə nəsib olmayan səltənət” istəmiş və Rəbbimizi “Vəhhab” sifəti ilə anmışdır. Çünki bilir ki, Allah səmimi qullarına dünyada və axirətdə qarşılıqsız olaraq hədiyyə edən, işlədikləri saleh əməllərin qarşılığını qat-qat artırandır. Bir ayədə belə buyurulur:

Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxş edənsən. (Ali-İmran surəsi, 8)

VƏKİL

Özünə təvəkkül edənlərin işini düzəldib, onların edə biləcəyindən daha yaxşısını təmin edən

Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr (bir yerə yığışıb) sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 81)

Allah imanlı, səmimi qullarına qarşılaşdıqları hər cür vəziyyətdə Özünə güvənmələrini söyləyir. Necə ki, bütün peyğəmbərlər Allahın dinini izah edərkən, bir çox çətinliklə qarşılaşmış, xitab etdikləri birliklər çox vaxt onlara düşmənliklə qarşı çıxmışlar. Ancaq elçilər Allahın birliyini, Onun əmr və qadağalarını izah etmə mövzusunda hər zaman cəsur və qərarlı olmuşlar. Həmişə Allahı vəkil tutmuş, yalnız Onun məmnuniyyətini axtarmışlar.

Allah dininə kömək edənlərə kömək edəcəyini Quranda bizlərə bildirmişdir. Əlbəttə ki, möminlərin qarşısında onlara qarşı mübarizə aparan, şeytanı izləyən birliklər daim olur. Bu birliklər möminlərə mane olmaq üçün geniş əhatəli planlar qura bilirlər. İncidən sözlər və böhtanlarla möminlərin şövqlərini qırmağa çalışırlar. Amma heç bir zaman istədikləri olmur. Onların güvəndiyi şeylər Allahın gücü və sonsuz ağlı yanında etibarsızdır. Allah qurduqları hər planı ən incə detalına qədər bilən və görəndir. Allah küfrün tələlərini pozur. Allah Özünü dost etmiş, səbrli və qərarlı möminlərə kömək edir. Ola biləcək ən gözəl nəticə ilə möminləri müvəffəqiyyətə qovuşdurur. Bu son dərəcə metafizik, əsla inkarçıların anlaya bilməyəcəkləri və sahib ola bilməyəcəkləri böyük bir gücdür. Mütəvəkkil möminlər bu sayədə maddi və mənəvi cəhətdən böyük qüvvət qazanmış olurlar. Allah Quranda yalnız Özünə yönələn qullarının qazandığı güclə əlaqədar ayələrdə belə buyurur:

Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman surəsi, 22)

(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)

Allahı vəkil tutmalarının qarşılığı isə hər zamankı kimi zəfər olmuşdur. Ayələrdə belə buyurulur:

Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. (Ali-İmran surəsi, 174)

O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu Himayəçi götür! (Müzzəmmil surəsi, 9)

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

VƏLİ

İman gətirənlərin dostu

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

İnsanın həm dünyada, həm də axirətdə yeganə həqiqi dostu var. Bu dost onu heç vaxt buraxıb getmir, əsla tərk etmir, hər çətinlikdə yanındadır və ona kömək edir. Doğulduğu gündən öldüyü günə qədər daim onunla birlikdədir. Onu düşmənlərinə qarşı qoruyur. Onun üçün hər kəsdən daha etibarlıdır, daim qarşılıqsız bəxş edəndir. Şübhəsiz, bu dost Rəbbimiz olan Allahdır. Allah möminlərin ən çox güvəndiyi, ən yaxın dostudur. Özünə inanan insanları hər cür əskiklikdən və səhvdən təmizləyir, onlara çox seçkin həyat və axirətdə də heç tükənməyəcək olan mülk vəd edir. Bura qeder etdim

İnsan ömrü boyu həqiqətən güvənəcəyi, hər vəziyyətdə çətinliyini aradan qaldıran, zəngin və müqtədir insan, ya da güc axtarışı içindədir. Lakin bunu axtararkən onsuz da özünü yaratmış, həyatını davam etdirməsini təmin edən böyük qüvvət sahibi, hər şeyi etməyə qadir olan Rəbbimizi unudur. Özünə pislikdən başqa heç bir xeyri olmayan, axirətdə də cənnətdə mülk sahibi olmasına mane olan şeytanı dost seçir, bu onun üçün qaranlıq dünyanın başlanğıcıdır.

Allaha iman edən, imanında da səmimi olan insanlar isə artıq heç məğlubiyyəti olmayan şərəfli və xeyirli həyat yaşayırlar. Çünki Allah inananlara dininə və sözlərinə sadiq olduqları müddət ərzində zəfər nəsib edəcək. Əsl böyük qarşılığı isə axirətdə onlara verəcək. Allah inananların dünyada və axirətdəki tək gerçək dostudur. Allahın vəli sifəti ayələrdə belə xəbər verilir:

Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər. (Nisa surəsi, 45)

O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər. (Ali-İmran surəsi, 122)

Öz mərhəmətini yayan Odur. O, Vəlidir, Hamiddir. (Şura surəsi, 28)



ZAHİR

Aşkar olan

O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid surəsi, 3)

Allahın varlığının dəlilləri düşünən hər insanın rahatlıqla təsbit edə biləcəyi qədər aşkardır, bütün kainata yayılmışdır. İnsanın Allahın varlığını qavraya bilməsi üçün heç bir araşdırma etmədən, yalnız içində yaçadığı mühiti diqqətlə araşdırması kifayətdir. Çünki bütün kainat yaradılış dəlillərini nümayiş etdirən detallarla doludur. Ən sadəsindən ən kompleksinə qədər var olan bütün sistemlər son dərəcə kompleks, araşdırdıqca daha çox sirri ortaya çıxaran yaradılış möcüzələri ilə doludur. Allah bu möcüzələrlə əlaqədar Quranda belə nümunələr vermişdir:

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. (Qaf surəsi, 6-7)

Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi, 19)

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də döndərilirsiniz!Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə hesablama (ölçüsü) etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür.Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah edirik (Ənam surəsi, 95-97)

Şübhəsiz, yuxarıdakı ayələrdə deyilənlər sadəcə bir neçə mövzudur. Allah Quranda verdiyi daha bir çox örnəklə qullarına Öz varlığını xatırladır. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ətraflarında gördükləri hər şey üzərində dərin düşünmələri və nəticədə Allahın varlığını və böyüklüyünü dərk etmələridir. Çünki yuxarıda da ifadə etdiyimiz kimi, içində yaşadığımız kainatdakı hər detal insana özünün yaradılmış olduğunu hiss etdirir.

Bütün kainatın Yaradıcısı olan Allahın böyüklüyünü, ucalığını dərk edən ağıl sahibi insan, əlbəttə ki, axirətdə hesab verəcəyi Allaha qarşı dərin bir qorxu duyur və bütün həyatını Onu razı etməyə çalışaraq keçirir. Bir ayədə möminlərlə əlaqədar olaraq belə buyurulur:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali-İmran surəsi, 191)

ZÜLCƏLAL-İ VƏL İKRAM

Həm böyüklük sahibi, həm kərəm və ikram sahibi olan

Cəlal və ikram sahibi olan Rəbbinin adı nə ucadır. (Rəhman surəsi, 78)

Dünyada insanın xoşuna gələcək saysız nemət var. Allah qullarının məmnun olacağı müxtəlif detallarla dünyanı bəzəmişdir. Ancaq Allahın sonsuz kərəm və lütfkarlığını göstərəcəyi əsl məkan cənnətdir. Quranda təsvir edilən cənnət Onun sonsuz ikramını nümayiş etdirir.

Cənnətin Quranda izah edilən ən nəzərə çarpan xüsusiyyətlərindən biri nəfslərin arzuladığı hər şeyin möminlərə verilməsidir. Cənnətin altından çaylar axır, yeməkləri və kölgəlikləri daimidir, nə isti, nə soyuqdur. Allah Özündən bir rəhmət olaraq saleh qullarını cənnət bağçalarındakı kölgəliklərdə və bulaq başlarında saxlayacaq. Növ-növ incəliklərə və gözəlliklərə sahib olan cənnətdə möminlərə arzuladıqları meyvələrdən və ətdən bol-bol veriləcək.

Möminlər “Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatarlar”. Həm də cənnətdə inananları “bir-birinin üstündə tikilmiş otaqlar gözləyir”. Bu köşklərin altından çaylar axır. “Qızıl-gümüş, ləl-cəvahiratla bəzənmiş taxtlar üstündə oturacaq” və ətraflarını seyr edəcəklər. Bu zaman edilən ikram da son dərəcə ehtişamlıdır. “Məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə” “onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar”. Bu xidmətlər əsnasında möminlərin geyimləri də son dərəcə göz oxşayandır, “... Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır” (Həcc surəsi, 23)

Şübhəsiz, Qurandakı cənnət təsviri yuxarıda izah edə bildiyimizdən çox üstündür. Aşağıdakı ayələr Allahın cənnətdəki sonsuz kərəmini və ikramını açıq şəkildə bildirir:

... Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. (Zuxruf surəsi, 71)

(Cənnətdə) hara baxsan nemət və əzəmətli səltənət görərsən. (İnsan surəsi, 20)

TƏKAMÜL YALANI

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini rədd etmək məqsədi ilə ortaya atılan, lakin müvəffəqiyyətli ola bilməyən və elmdən kənar qalan mənasız fikirdən başqa bir şey deyil. Canlının cansız maddələrdən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çoxlu möcüzəvi nizam olduğunun elm tərəfindən isbat edilməsi ilə dəlilsiz hala gəlmişdir. Beləcə, Allahın bütün kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsinə dəstək olmaq üçün dünya səviyyəsində aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, tərəfli şərh olunmasına, elm adı altında deyilən yalanlara və edilən saxtakarlıqlara dayanır.

Ancaq bu təbliğat həqiqəti gizləyə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixinin ən böyük yalanı olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çox sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq "yaradılış həqiqəti ilə" açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini digər bir çox əsərlərimizdə bütün elmi detalları ilə göstərdik və göstərməyə davam edirik. Ancaq mövzunu daşıdığı böyük əhəmiyyət səbəbi ilə burada da yekunlaşdırmaqda fayda vardır.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə