Allahın isimləri


Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz



Yüklə 0,91 Mb.
səhifə13/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   ...   7   8   9   10   11   12   13   14   15

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz... (Həcc surəsi, 47)

İnananlara vəd edilən isə dünyada da, axirətdə də məmnun qalacaqları həyatdır və onlar Allahın bu vədini yerinə yetirəcəyinə tam iman edirlər. Allah dünyada saleh qullarına olan vədini Quranda belə bildirmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir... (Nur surəsi, 55)

Möminlərə axirət üçün vəd edilən isə sonsuza qədər məmnun yaşayacaqları həyatdır. Bu həyat Allahın açıq vədidir və şübhəsiz “Allah vədindən dönməz”. Ayələrdə belə buyurulur:

İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. (Bu, )Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir. (Ənam surəsi, 115)

De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”. (Ali-İmran surəsi, 95)

SAİQ

Cəhənnəmə atan

Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq. (Məryəm surəsi, 86)

İnsan Allaha qul olmaq üçün yaradılmış və bu qulluq vəzifəsini yerinə yetirib yetirməyəcəyinin sınanması üçün dünyaya göndərilmişdir. Dünyada ehtiyacı olan hər şeyi Allah yaratmış, özünə növbənöv nemətlər bəxş etmişdir. Amma insanların bir qismi Allahın verdiyi bütün nemətlərə baxmayaraq, yaradılış məqsədini unutmuş və nankorluq etmiş, üsyan etmişlər.

Əlbəttə, insanların dünyada etdikləri üsyan qarşılıqsız qalmayacaq, çünki Allah sonsuz ədalət sahibidir. Allah Özünü inkar edən, təkəbbürlənən inkarçıların uğrayacaqları sonu aşağıdakı ayələriylə bildirmişdir:

(Onların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir. Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali-İmran surəsi, 11-12)

Ayələrdə bildirildiyi kimi alçaldılaraq toplu şəkildə cəhənnəmə atılan inkarçıların oradakı peşmanlıqları da Quranda bildirilmişdir. Dünyada yaşadıqları həyat boyu özlərinə Allaha qulluq etmək üçün saysız fürsət verilmiş, xatırlatmalar gəlmiş, amma onlar yenə də üz çevirib təkəbbürlənmişlər. Bunun nəticəsi olaraq bu şəxslərin hesab günündə vəziyyətlərinin necə olacağı ayələrdə belə xəbər verilir:

... Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən. (Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. (Şura surəsi, 44-45)

SANİ

Sənətçi, sonsuz gözəllikləri sənətinin içində yaradan

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)

Yer üzündə yaradılan canlı və cansız hər varlıqda üstün ağlın, sonsuz elmin bir çox dəlilinə rast gəlmək mümkündür. Şübhəsiz, bunlar Allahın Alim sifətinin təcəllilərindəndir. Ancaq bu varlıqlarda diqqət çəkən çox əhəmiyyətli bir xüsusiyyət daha var: çox incə sənət. Allahın “Sani” sifəti yaratdığı hər şeyə son dərəcə estetik bir görünüş, qüsursuzluq, incə və bənzərsiz bir sənət, uyğunlaşma və dizayn olaraq əks olunur. Məsələn, insan bədənini araşdırsaq qüsursuz və əskiksiz şəkildə dizayn edildiyini görərik. Bütün orqanlar lazımi yerlərə yerləşdirilmiş, məsələn, gözlərin yeri ilə sinə qəfəsində qorunan ürəyin yeri həm bir çox hikmətə görə təyin olunmuş, həm də gözə ən xoş görünəcək şəkildə yaradılmışdır. İnsan bədəninin xarici görünüşündə simmetriyanı təmin edən “qızıl nisbət”dən bəhs etmək mümkündür. Necə ki, rəssamlar çəkdikləri şəkillərdə bu “qızıl nisbət”i istifadə edirlər. Belə ki, hər insanın ağzı, burnu, gözləri son dərəcə incə nisbətlə lazım olduqları yerə yerləşdirilmişdir. Bədəndəki simmetriya da ilk baxışda hər kəsin diqqətini cəzb edir.

Allah bir-birindən fərqli canlılarda “Sani” sifətini əks etdirən detallar yaratmışdır. Heç birinin xarici görünüşü bir başqasına bənzəmir. Tropik zonaya məxsus quşun qanadlarında, ya da çiçəyin yarpaqlarında fosforlu rənglər istifadə edilərkən, kəpənəyin qanadlarında çox fərqli tonlar yaradılmışdır. Eyni şəkildə, sürünənlə quşun və ya dəniz canlısının görüntüsü də bir-birindən tamam fərqlidir.

Bitkilər aləmində də Allahın sonsuz sənətini müşahidə etmək mümkündür. Belə ki, "Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi)..." (Nəhl surəsi, 13) ayəsində bildirildiyi kimi Allah bir-birindən fərqli milyonlarla növ bitki və çiçək yaratmışdır. Hamısının qoxusu, forması, rəngi, simmetriyası fərqlidir. Sadəcə bir çiçəyin, məsələn, bir səhləb çiçəyinin belə bəlkə yüzlərlə fərqli görünüşdə, fərqli rəngdə növü var. Eyni şəkildə, hər hansı bir gülün bir-birindən fərqli çoxlu rəngi və bu rənglərin də öz içlərində fərqli tonları var. Şübhəsiz bu rənglər, tonlar, naxışlar açıq-aşkar bir sənətin nümunəsidir.

Allah bu qədər fərqli görüntüdə, amma hər biri çox estetik olan növləri göstərərək sənətindəki sonsuzluğu insanlara göstərmişdir. Diləsəydi hər canlı növündən sadəcə bir növ də yarada bilərdi. Lakin bir neçə növ yaradaraq insanları heyrətləndirən sənət meydana gətirmişdir. Əlbəttə, bu sənəti kitab səhifələrində təsvir etmək, əskiksiz olaraq nümayiş etmək mümkün deyil. Çünki insan dünya üzərində başını çevirdiyi hər yerdə bu sənətin nümunələriylə qarşılaşacaq. Allah qüsursuzca yaradandır.

SALAM

Hər cür təhlükələrdən qullarını salamatlığa çıxaran, cənnətdəki qullarına salam edən

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)

Allah Özünə inananlara sonsuz cənnəti müjdələmişdir. Ancaq nəzərdən qaçırılan bir həqiqət var ki, iman edənlər yalnız axirətdə deyil, dünyada da gözəl bir həyatla mükafatlandırılmışlar. Allah dünyadakı və axirətdəki bu müjdəni Quranda belə bildirmişdir:

Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97)

Şübhəsiz, dünyadakı və axirətdəki gözəl həyat, qulları üzərində sonsuz şəfqət sahibi olan Allahın “Salam” sifətinin təcəllilərindəndir. Dünyada gözəl həyat yaşayan, Rəbbimizə qulluq edib etdiyi saleh əməllərdən əcr qazanan mömin axirətdə də “məmnun edilmiş olaraq” cənnətə girəcək. Allah səmimi qullarının axirətdə qarşılaşacaqları mühiti Quranda belə xəbər vermişdir:

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, uzaqda olmayacaqdır. Budur sizə vəd edilən. O, hər bir üz tutan, (Onun əmrinə) riayət edən Mərhəmətli (Allahdan) (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 31-35)

Allahın Salam sifəti eyni zamanda cənnətə qəbul etdiyi qullarına salam verməsi mənasına da gəlir. Allah Yasin surəsinin 58-ci ayəsində "Üstəlik Rəhmli Rəbb: “Salam” deyəcək." - şəklində buyuraraq cənnətə girən insanlara salam verəcəyini bildirir. Şübhəsiz, Allahın salamı möminlər üçün ola biləcək ən böyük müjdədir. Ayələrdə belə buyrulur:

Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik. (Furqan surəsi, 75)

SƏMİ

Eşidən

Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir. (Mömin surəsi, 56)

İnsana şah damarından daha yaxın olan Allah həm hər şeyi görən, həm də eşidəndir. Allah kainatdakı hər səsi eşidir. Ucsuz-bucaqsız kosmosda böyük sürətlə irəliləyən qalaktikaların, planetlərin, meteoritlərin səslərini eşitdiyi kimi, mikro aləmdə yaşayan və insanların gözlə əsla görə bilməyəcəyi milyardlarla canlının da səsini eşidir. Çünki Özü bütün bunları yaradandır. Allah torpağın altında yarılan toxumun da, səmada çaxan şimşəyin də, yerə düşən bir yağış damlasının və ya uçan quşun qanad səsini də eşidir. Bu gerçək "Dedi ki: "Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!" (Ənbiya surəsi, 4) ayəsi ilə bizlərə bildirilmişdir. Şübhəsiz, Allahın böyüklüyünün və qüdrətinin dəlillərindən biri bütün kainatdakı canlı və cansız bütün səsləri eyni anda eşitməsidir.

Allah yaşayan bütün insanların Özünə gizlicə yönələrək etdikləri bütün duaları eyni anda eşidir və eyni anda qarşılıq verir. Necə ki, bir başqa ayədə "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm..." (Bəqərə surəsi, 186) deyə bildirmişdir. Allah qatında zaman və məkan olmadığı, Allah hər an hər yerdə olduğu üçün bu Ona çox asandır. Eyni zamanda gizli pıçıltıların, danışıqların da hamısını eşidir.

Allah ürəkləri ürpərərək Özünə dua edənlərin, gizlicə yönəlib dönənlərin səslərini eşitdiyi kimi, üsyan edənlərin, inkar edənlərin də səslərini, qurduqları planların ən həssas nöqtələrini də eşidərək bilir. Onun elmi hər yeri əhatə etmiş, heç bir canlı Ondan gizli bir söz belə deyə bilməmiş və deyə də bilməyəcək. Axirətdə ağzından çıxan hər sözün qarşısına gətirildiyini görüncə bunu daha yaxşı anlayacaq.

De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?” Allah Eşidəndir, Biləndir. (Maidə surəsi, 76)

Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir. (Yusuf surəsi, 34)

ŞAFİ

Şəfa verən

"Xəstələndiyim zaman mənə şəfa verən Odur;" (Şuəra surəsi, 80)

İnsanın acizliyini qavradığı və nə qədər möhtac olduğunu ən çox anladığı zamanlardan biri də xəstə olduğu vaxtlardır. Allah insana bu duyğunu yaşatmaq üçün bir-birindən fərqli yüzlərlə xəstəlik yaratmışdır. Hər xəstəliyin insan üzərində meydana gətirdiyi fiziki və ruhi təsirlər bir-birindən çox fərqlidir. Ancaq hamısı hikmətli yaradılışın dəlilidir. Gözlə belə görülməyən bir virusun insanı tanınmayacaq hala gətirməsi, bədənə girən bir mikrobun, bəzən diaqnozunun qoyula bilməməsi Allahın gücünün ən açıq dəlillərindəndir. Elm adamlarının tək bir virusu ortadan qaldırmaq üçün apardıqları təcrübələr, araşdırmalar Allahın yaratmadakı üstünlüyünü göstərir.

Xəstəliyi verən Allah olduğu üçün bu xəstəliyin keçməsi də ancaq Allahın diləməsi ilə olur. Allah dilədiyi təqdirdə Şafi sifəti ilə verdiyi xəstəliyi ortadan qaldırır. Necə ki, Allah diləmədikcə bütün dünyanın həkimləri, ən inkişaf etmiş texnoloji cihazlar, kəşf edilən ən son dərmanlar toplansa, yenə də o adamın xəstəliyinin yaxşılaşması qeyri-mümkündür. İstifadə edilən dərmanların hamısı xəstəliyin yaxşılaşması üçün vəsilədir. Əgər Allah diləsə tətbiq olunan müalicəni vəsilə edərək adamın yaxşılaşmasına icazə verər. Necə ki, Allah diləmədikcə çox sadə görünən xəstəlik də adamın ölümünə səbəb ola bilər.

Bu vəziyyətdə insanın vəzifəsi öz acizliyinin yanında Rəbbimizin sonsuz gücünü görmək və çətinlik çəkdiyi hər an Ondan kömək diləməkdir. Mömin bilməlidir ki, heç vaxt Allahdan başqa köməkçi və vəli tapa bilməyəcək. Hz. Eyyub bu mövzuda Quranda nümunə göstərilən, Allaha təslimiyyəti ilə təriflənən elçidir. Hz. Eyyubun şeytan tərəfindən özünə toxundurulan çətinlik qarşısında göstərdiyi gözəl əxlaq, səbr və təvəkkül bütün möminlərə nümunə olmuşdur. Mövzuyla əlaqədar ayədə belə buyurulur:



Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”(Ənbiya surəsi, 83)

Bu çağırışın ardından Allah onun duasını eşitmiş və onu bu çətinlikdən qurtarmışdır. Hz. Eyyub isə səbr etmənin və yalnız Allaha yönəlib dönmənin böyük əcrini almışdır.



ŞARİH

Açan

Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər. (Zumər surəsi, 22)

Allahın və axirətin varlığı açıq-aşkardır. Ancaq buna baxmayaraq, insanların çoxu iman etmir. Həqiqi imanın ürəyə yerləşməsi isə ancaq yuxarıdakı ayədə bildirildiyi kimi, Allahın insanın “köksünü İslam üçün açması” ilə mümkündür. Belə ki, iman Allahın insana verdiyi ən böyük nemətdir. Allahın səmimi qulları üzərindəki fəzli və rəhməti olmasa, heç birinin qurtulması mümkün olmazdı. Allah insanları yaradarkən onlara pisliyə yönəldən nəfsi vermiş, lakin bununla bərabər nəfsə də “fücurunu (sərhəd tanımaz günah və pisliyi) və ondan çəkinməyi” ilham edərək səmimi qullarının doğru yola çatmalarını təmin etmişdir.

Adamın vicdanı vasitəsiylə çatdığı bu doğru yol, əlbəttə, səmimi imana sahib insanlara verilən bir nemətdir. Allah başqa ayələrdə bu neməti belə xəbər verir:

Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.Bunlar Allahın lütfü və neməti sayəsindədir. (Hucurat surəsi, 7-8)

Bütün dəlillərə baxmayaraq, necə yaradıldığını unudaraq inkara sapanların vəziyyəti isə fərqlidir. Allah vicdanından istifadə etməyən, nəfsinə uyan bu insanların ürəklərini İslama açmayacaq. Allahın bu şəxslər üçün Quranda verdiyi hökm belədir:



Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 6-7)

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)

ŞAHİD

Şahid olan, hər zaman və hər yerdə hazır olan

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, Görəndir.” (İsra surəsi, 96)

Allah əzəli və əbədidir. Mütləq olan tək varlıqdır. Zamana və məkana tabe deyil. Buna görə də keçmiş və gələcək anlayışları Allah qatında eynidir. Allah keçmişdə olan bütün hadisələri də, gələcəkdə baş verəcək hadisələri də bilir. Kainatın ilk yaradıldığı andan etibarən, yox olacağı qiyamət gününə qədərki son ana qədər hər şeyə şahiddir.

Yaşanan hər hadisəni, söylənən hər sözü bilir. Allah qatında gizli olan heç nə yoxdur. Onun üçün gündüzün işıqlığı da, gecənin qaranlığı da birdir. Allah gecənin qaranlığında gizlənənlərin, bir yerə yığışaraq pıçıldaşanların bütün danışıqlarına da şahiddir. Cahil olan insan gecə qaranlığının günahlarını gizləyəcəyinə, heç kimin görülməyəcəyinə və bilinməyəcəyinə inanır. Halbuki Allah insana hər an, hər yerdə şahiddir. Tək olanda da, milyardlarla insanın arasında olanda da insanın vəziyyəti Allah qatında eynidir. Quranda bu vəziyyət belə xəbər verilir:

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadələ surəsi, 7)

Allah bütün insanların hər an, hər saniyə ürəklərindəki niyyətə, ağıllarından keçən hər düşüncəyə şahiddir. Dünyada insanların yaşadıqları hər hadisəyə şahid olan Allah hesab günündə onlara əməllərinin tam qarşılığını əskiksiz verəcək. Allahın özünü görməyəcəyini, danışıqlarını eşitməyəcəyini zənn edənlər və gizli günahlarının qarşılarına heç vaxt çıxmayacağını düşünənlər qiyamət günündə nə qədər yanıldıqlarını anlayacaqlar. Çünki Allah insanın doğulduğu andan son nəfəsini verdiyi ölüm anına qədər yaşadığı hər hadisəyə bütün detalları ilə şahid olmuşdur. "O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə unutmuşlar. Allah hər şeyə şahiddir" (Mücadələ surəsi, 6) ayəsiylə bildirdiyi kimi insanın işlədiyi hər əməl axirətdə tam qarşılığını görəcək. Ayələrdə belə buyurulur:



Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda olmasın.(Yunus surəsi, 61)

Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də şahiddirlər. Şahid olaraq Allah kifayətdir. (Nisa surəsi, 166)

Onlara vəd etdiyimiz (əzabın) bəzisini sənə göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə Şahiddir.(Yunus surəsi, 46)

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)

ŞƏFİ

Şəfaətçi

Yoxsa onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa bəs necə olsun?”De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”. (Zumər surəsi, 43-44)

Allaha şirk qoşaraq iman edənlər Onun hüzura gətirildikləri zaman mütləq bir şəfaətçinin şəfaətinə sığınacaqlarını və o şəfaətçinin özlərinə kömək edəcəyini zənn edirlər. İnanclarına görə bu şəfaətçi bəzən onların günahlarını öz boynuna götürəcək, bəzən də onları müdafiə edəcək. Buna görə dünya həyatında daima bu şəfaətçini razı etməyə çalışır, daim onu zikr edirlər. Halbuki bu onların zənnidir və əsla baş verməyəcək. Allah bir çox ayəsində hesab günündə -Allahın diləməsi xaricində- heç kimin heç kimə şəfaət edə bilməyəcəyini bildirmişdir. Bu ayələrdən biri belədir:



Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məh-kum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. (Ənam surəsi, 70)

O gün heç kim heç kimlə dost deyil, heç kim də bir başqasının günahını yüklənməz. Allah ancaq Özündən məmnun olduğu adamın şəfaət edə biləcəyini söyləyir. Bu adam da yalnız doğrunu söyləyəcək. İnkar edənlər üçün o gün nə köməkçi, nə də şəfaətçi var. Heç kim başqasının əvəzinə heç nə ödəyə bilməz. O gün heç bir dəstək, heç bir alış-veriş və heç bir şəfaət yoxdur. Heç bir insanın Allahdan başqa vəlisi və şəfaətçisi də yoxdur...



Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? (Səcdə surəsi, 4)

ŞƏKUR

Öz razılığı üçün edilən yaxşı işlərə daha gözəliylə qarşılıq verən

Əgər Allaha gözəl bir borc versəniz, O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir.(Təğabun surəsi, 17)

Şübhəsiz, Allah yer üzündə insanlara saysız nemət vermiş və bunların qarşılığında da yalnız şükr etmələrini əmr etmişdir. Allah İbrahim Surəsinin 7-ci ayəsində şükrün əhəmiyyətinə belə diqqət çəkir: O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.

Əlbəttə, Allahdan gələn bütün nemətlərə əvəz olaraq şükr etməyən insanın mükafatı axirətdə əskiksiz veriləcək. Bu, Allahın sonsuz ədalətinin təcəllisidir. Ancaq Allah qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Allah başqa bir ayəsində belə hökm etmişdir:

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

Yuxarıdakı ayədə də göründüyü kimi, Allah nankorluq edəni əzabla cəzalandıracaq, ancaq yaxşılıq edənlərin əcrini də qat-qat artıracaq. Kim Allah üçün xeyir iş görsə, hesab günündə daha gözəliylə qarşılığını alacaq. Kim Allah üçün savab iş görsə, hesab günündə daha yaxşısıyla qarşılaşacaq.



İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.(Şura surəsi, 23)

(Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 30)



Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir.(Fatir surəsi, 34)

TƏVVAB

Tövbələri qəbul edib günahları bağışlayan

Yalnız tövbə edənlər islah edənlər və bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm! (Bəqərə surəsi, 160)

Allahın ayələrində də bildirdiyi kimi insan “cahil və nankor” olaraq yaradılmışdır. Hər an səhv edə, günah işləyə, zəiflik göstərə bilər. Həm də özünü daim Allaha üsyan etməyə sövq edən, vəsvəsə verməyə çalışan düşməni - şeytan - var. Ancaq insana bu mənfi xüsusiyyətlərə görə edəcəyi səhvləri düzəltmək üçün yol göstərilmişdir: Tövbə etmək...



Yuxarıda da ifadə etdiyimiz kimi insan hər an səhv edə, günah işləyə və ya vəsvəsəyə qapıla bilər. Ancaq nə qədər böyük səhv etsə də özü üçün dönüş yolu var. Allah səmimi olaraq tövbə edən qullarının tövbələrini qəbul edir və onları bağışlayır. Buna görə insan keçmişində nə qədər qafil olsa belə ümidsizliyə qapılması doğru olmaz. Allah Quranda belə xəbər verir:

De: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi, 53)

Ancaq bütün bunlarla birlikdə unudulmamalı çox əhəmiyyətli bir gerçək var:



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə