Allahın isimləri



Yüklə 0,91 Mb.
səhifə12/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   ...   7   8   9   10   11   12   13   14   15

O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız! Bu, böyük uğurdur. O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “(Bir az) gözləyin ki, biz də sizin işığınızdan alaq”– deyəcəklər. (Onlara) deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Hədid surəsi, 12-13)

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı Rəhmlidir. (Əhzab surəsi, 43)

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. (Zumər surəsi, 69)

Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir. (Hədid surəsi, 19)

Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir. (Hədid surəsi, 28)

RAFİ

Yüksəldən

Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi. Biz onu yüksək bir məqama ucaltdıq. (Məryəm surəsi, 56-57)

Cahiliyyə cəmiyyətində yaşayan insanlar Allahın əmr və qadağalarından uzaq, özlərinə verilən saysız neməti təqdir etmədən yaşayırlar. Düşünmədikləri, təqdir edə bilmədikləri üçün də cəhalət içindədirlər.

Allah tarix boyu bütün cəmiyyətlərə Öz əmrlərini, qadağalarını və tövsiyələrini çatdıran elçilər göndərmişdir. Bu yolla dindən uzaq yaşayan cəmiyyətləri içində olduqları cəhalətdən xilas olmağa dəvət etmiş, onlara doğru yola çatmaq üçün imkan vermişdir.

Allahın göndərdiyi elçilər eyni qövmün içindən çıxan, lakin üstün əxlaq, ağıl və yüksək vicdanlarıyla cəmiyyət içində diqqət çəkən insanlardır. Elçilər Allahın Quranda bildirdiyi kimi yaşadıqları qövmə xüsusi olaraq göndərdiyi və seçdiyi insanlardır. Elçilər yaşadıqları cəmiyyətin insanlarından fərqlidirlər. Allahın varlığını və axirətin yaxınlığını dərk etmişlər. Əlbəttə, bu xüsusiyyətlər elçilərin üstün insanlar olduqlarının açıq-aşkar dəlillərindəndir.

Allahın varlığının və böyüklüyünün şüurunda olan elçilər özlərinə peyğəmbərlik mövqeyinin verilməsindən sonra yaşadıqları cəmiyyətləri Quran əxlaqını yaşamağa dəvət etmiş, onları axirət əzabına qarşı xəbərdar edib qorxutmuşlar. Yaşadıqları çətin şərtlər, göndərildikləri inkarçı və azğın qövmlər, özlərinə davamlı çətinlik yaradan, hətta bəzən canlarına qəsd edən cəmiyyətlər onları yollarından döndərməmiş, əksinə imanlarını artırmışdır. Bəzən “iman etdik, təslim olduq” dedikdən sonra çətin vəziyyətdə elçini tək qoyan və “geri dönən” toplumlarla da qarşılaşmış, ancaq bu çətinliklər elçiləri əsla qorxutmamışdır. Onlar Allahın seçdiyi “üstün bir mövqeyə” layiq görülmüş qullardır və ən nəzərə çarpan xüsusiyyətləri isə Allaha olan səmimi təslimiyyətləri və təvəkkülləridir.

Bu səmimiyyətlərinin qarşılığını da dünyada və axirətdə seçilərək almışlar. Ayələrdə Allah belə xəbər verir:

Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə'i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. (Ənam surəsi, 83-86)

RAQİB

Bütün varlıqlara nəzarət edən, bütün işləri idarə edən

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (Nisa surəsi, 1)

Allah yoxdan yaratdığı bütün varlıqları qoruyan və onlara nəzarət edəndir. Kosmosun dərinliklərindəki ulduzlar və sistemlərdən, dünyanı əhatə edən atmosferdəki hadisələrə, insanların əmələ gətirdiyi cəmiyyətlərdən yer üzünü örtən bitki örtüyünə, insan bədənindəki kompleks sistemlərdən mikro və makro aləmlərə qədər və gözlə görə bilmədiyimiz hər şeyi müşahidə edən, şahid olan, nəzarət edən Allahdır.

İnsan başıboş buraxıldığını, məqsədsiz olaraq həyatını davam etdirə biləcəyini zənn edə bilər. Amma hansı iş üzərində olursa olsun, Allah onun üzərində şahiddir. Heç kim Allahdan bir şey gizləyə bilməz. Gizli razılaşma, plan, sirr, tələ… Bunlar Allah qatında əsla gizlədilməsi mümkün olmayan hadisələrdir. Hər şeyi görən, eşidən və bilən Allahın Şəxsindən heç nə gizli qalmadığı üçün hər kəsin etdiyinə ədalətlə qarşılıq verilir. İnsanların çoxunda "Allahın kainatı yaratdığı, sonra hər şeyi öz halına buraxdığı" kimi səhv düşüncə var. Halbuki bu çox böyük yanılma və zənndir.

İnsanın adi gözlə heç bir zaman görə bilməyəcəyi hüceyrənin içindəki detalları Allah ən incə detalına qədər biləndir. Bədəndəki bir hüceyrə digər trilyonlarla hüceyrə ilə birlikdə çox nizamlı şəkildə hərəkət edərkən, bəzən fərqli davranır və bu gün tam olaraq qaynağı və müalicəsi tapılmayan xərçəng ortaya çıxır. İnsan öz içində yaranan bu hadisədən xəbərsiz ikən Allah bütün bunların üzərində şahiddir və hər mərhələni öz idarəsi altında saxlayır. Necə ki, insan Allahın izni olmadan bir addım belə ata bilmirsə, o hüceyrə də Allahdan xəbərsiz kiçik bir hərəkət belə edə bilməz.

Allah hər şeyi yaradandır, biləndir. O, bütün məlumatların tək qaynağıdır. Heç bir varlıq Onun elmi xaricində bir şey edə bilməz. Bir ayədə belə buyrulur:

... Allah hər şeyə nəzarət edəndir. (Əhzab surəsi, 52)

RAUF

Çox əsirgəyən, çox şəfqətli

Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir. (Bəqərə surəsi, 143)

Allahın yaratdığı bütün canlılar qüsursuz, üstün yaradılış və kompleks quruluş sayəsində həyatlarını davam etdirirlər. Bu, Rəbbimizin mərhəmətinin və rəhmətinin dəlillərindəndir. Çünki heç bir canlı özü üçün ən uyğun, ən əlverişli şəkildə yaşamaq üçün güc sərf etməmiş, yalnız Allahın üstün ağlına təslim olmuşdur. Allah ehtiyacları olan hər şeyi onsuz da onlara vermişdir. Məsələn, bütün canlıların özlərini müdafiə etmək üçün fərqli qabiliyyətləri var. Bəzisi həddən artıq qorxuducu görünüşə malikdir, bəzisi zəhərli, pis qoxulu və ya yandırıcı qazlar püskürdür. Bəziləri cəlddir, düşmənlərindən sürətlə qaçır, bəziləri isə fərqli bir müdafiə şəkli olaraq dayanıqlı zirehlərlə örtülüdür. Bir qismi bədənlərini düşmənlərindən qoruyan görünüşə, digər bir hissəsi də özünü ölülüyə vuraraq düşməni aldatmaq qabiliyyətinə malikdir.

Şübhəsiz, canlılar bütün bu xüsusiyyətlərə təsadüfən və ya öz istəkləri ilə nail olmamışlar. Allah bu canlıların üzərindəki şəfqətini onları bu cür qüsursuz və böyük bir elmlə yaratmasıyla göstərir.

Bütün bu canlıların sahib olduqları xüsusiyyətlərlə yanaşı insanların xidmətinə verilən imkanlar isə daha üstündür. Belə ki, insan maddi və mənəvi sahib olduğu bütün xüsusiyyətləri düşündüyü zaman həyatını davam etdirə bilməsi üçün xüsusi olaraq yaradılmış bir dünyada yaşadığını çox açıq şəkildə görə bilər. Varlığını davam etdirmək üçün ehtiyac duyduğu hər şeylə təmin edilməsi də Allahın rəhmətinin çox böyük dəlillərindəndir. Lakin bütün bunlardan daha əhəmiyyətli bir mövqe var: İnsanın görməsi, eşitməsi, danışması... Bütün bunlar üçün göz, qulaq və dili yaradan Allah, eyni zamanda verdiyi düşünmə qabiliyyətiylə də insanı yer üzündəki bütün canlılardan üstün etmişdir. Allahın Rauf sifəti Quranda belə bildirilir:

O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına şəfqətlidir”. (Ali-İmran surəsi, 30)

Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. (Həcc surəsi, 65)

Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir. (Hədid surəsi, 9)

RƏBBİL-ALƏMİN

Aləmlərin Rəbbi

Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 36-37)

Kainatda bir-birindən fərqli bir çox aləm var. İnsanın bunların hamısının adını, sayını və xüsusiyyətlərini bilməsi qeyri-mümkündür. Çünki kainatda yaradılan saysız aləm öz içində də fərqli aləmlərə ayrılır. Yalnız bir balıq növünün özünə bənzər minlərlə növü, bir meyvənin özünə bənzəyən yüzlərlə növü var. Heyvanların, bitkilərin, əşyaların milyardlarla, küləklərin və buludların onlarla növü var. Allah bir-birinə heç bənzəməyən, fərqli irqlərə, bədənlərə, dillərə və mədəniyyətlərə sahib olan milyardlarla insan yaratmışdır.

Bunlarla yanaşı Allah gözlə görülməyən atomların dünyasını, bədənimizin hər millimetrini əmələ gətirən mükəmməl sistemlərə sahib hüceyrələri və yenə insan gözüylə görülməyən yüzlərlə canlını yaratmışdır. Dənizin minlərlə metr dərinliyində yaşayan, heç kimin görmədiyi mərcan koloniyasının da Rəbbi Allahdır. Allah mikroorqanizmlərin əmələ gətirdiyi mikro aləmdən, kosmosdakı göy cisimlərinin əmələ gətirdiyi makro aləmə kimi saya bilməyəcəyimiz qədər geniş aləmə biz yatarkən, oyaqkən, ya da bir işlə məşğul olarkən davamlı nəzarət edir, hamısını idarə edir, hamısını bəsləyir və həyatlarını davam etdirmələrinə icazə verir. Allah bütün aləmlərin Rəbbi olduğunu insanlara belə bildirir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! O, Yaşayandır, Ondan başqa məbud yoxdur. (Allaha), dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Mömin surəsi, 64-65)

İnsan yalnız bir okeanın içindəki həyatı, burada yaşayan canlıların qidalanmalarını, yaşadıqları ortaq həyatı və soylarının davamı üçün qorunan həssas tarazlığı düşündüyü zaman Allahın yaratmasındakı sonsuz qüdrəti təqdir edəcək.

Şübhəsiz, Allah yalnız kainatın içində olan saysız aləmin deyil, tam başqa zamanda və məkanda yaşayan cinlərin və mələklərin də Rəbbidir. Bu varlıqların da hamısını Allah yaratmış və hamısına boyun əydirmişdir. Allahın yaratdığı aləmlər insan ağlının və təxəyyülünün xaricindədir. Hamısı Onun qüsursuz yaratmasının, sənətinin və sonsuz gücünün əsərləridir.

Allahın bu ucalığı və böyüklüyü qarşısında insanın vəzifəsi hz. İbrahim kimi özünə 'Təslim ol' buyurulduğu zaman Rəbbimizə Quranda xəbər verildiyi üzrə "... Aləmlərin Rəbbinə təslim oldum" (Bəqərə surəsi, 131) cavabıyla yönəlməkdir. Bütün həyatını Quranda özünə " De: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur! " (Ənam surəsi, 162) ayəsiylə əmr edildiyi kimi, yalnız Allahın razılığını qazanmaq üçün yaşamaqdır. Ayələrdə belə buyrulur:

Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha. (Ənam surəsi, 45)

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)

RƏHMAN/RƏHİM

Mərhəmətli, verdiyi nemətləri yaxşı istifadə edənləri daha böyük və əbədi nemətlər verməklə mükafatlandıran, əzəldə bütün yaradılmışlar haqqında xeyir və rəhmət buyuran, sevdiyini-sevmədiyini ayırd etməyərək saysız nemətlərə qovuşduran

O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. (Həşr surəsi, 22)

Rəhman olan Allah sonsuz mərhəmətini və lütfünü görünən-görünməyən hər şeydə təcəlli etdirir. İnsan bu görünən və görünməyən nemətlərin vasitəsi ilə həyatını davam etdirir.

Allah hər gün torpağın içindən milyonlarla toxumu cücərdən, bu bərəkətli torpaqla yerin altındakı 4.500 dərəcə istilikdəki nəhəng kütləni saxlayan, göydən tonlarla saf su endirən, eyni anda dünyanın hər yerində milyardlarla canlıya ruzi verən, nəfəs aldığımız oksigeni yaradan və həyat verən saysız nemətləri ilə yaratdıqlarını əhatə edəndir.

Allah 100 trilyon hüceyrədən ibarət olan insanın hər bir hüceyrəsini yaradan, bunların hamısına ayrı-ayrılıqda vəzifəsini öyrədən, içlərinə hər biri 1 milyon səhifəlik məlumatı ehtiva edən DNT-ləri yerləşdirən, bütün bunlarla insana can verən və varlığını hər an davam etdirəndir. Bütün insanlar ana rəhminə düşdüyü andan torpağa geri döndüyü ana qədər, yalnız Allahın yaratdığı nemətləri tanıyır, bilir və onlarla yaşayırlar. İnsanlardan bu nemətləri görən və yaradılış məqsədini qavrayaraq Ona qulluq edənlər olduğu kimi, nankorluq edərək Allaha qulluq etməkdən üz çevirənlər də var. Buna baxmayaraq, Allah insanların üzərində Rəhman adını ən gözəl şəkildə təcəlli etdirir. İman etməyənlər, münafiqlər və müşriklər də dünya həyatında nəfəs aldıqları hava, içdikləri su daxil olmaqla gizli-açıq bütün nemətlərdən faydalanırlar. Allah möminlərə verdiyi kimi onlara da mal-mülk, yaşayacaqları gözəl evlər və nəsillərini davam etdirəcəkləri övladlar verir. Onları da gözəl ruzilərlə bəsləyir. Onlara da sağlamlıq, güc və gözəllik verir. Çünki Allah Rəhmandır.

Allah dünya həyatında inkar edənləri bəlkə dinə dönərlər, düşünüb dərk edərlər və Özünə şükr edərlər deyə faydalandırır. Lakin üz çevirənlər Allahın nemətlərindən ancaq göz açıb-bağlayacaq vaxtı qədər olan dünya həyatları müddətincə faydalana bilərlər. Axirətdə isə bütün nemətlər sahib olduqlarını yalnız Allaha yaxınlaşmaq, Onun razılığını axtarmaq üçün istifadə edən və Rəbbimizə hər an şükr edən möminlərə aiddir. Çünki Allah Rəhimdir və cənnəti yalnız mömin qullarına müjdələmişdir. Ayələrdə belə buyrulur:

(Bu Cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 61)

Mərhəmətli və Rəhmli Allahın adı ilə! (Fatihə surəsi, 1)

De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut. (İsra surəsi, 110)

O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. (Taha surəsi, 108)

(Peyğəmbər) dedi: “Ey Rəbbim! Ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112)

Ruh və mələklər səf-səf duracağı gün, Mərhəmətli (Allahın) izin verdiyi kimsələrdən və doğru deyənlərdən başqa heç kəs danışmayacaq. (Nəbə surəsi, 38)

RƏZZAQ

Ruzi verən, insanların faydalanması üçün nemətlərini verən

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət surəsi, 58)

Nə dağ, nə də dənizi olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. Üzərində heç bir bitki yetişmir, heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı ot bitir.

İnsanların bəslənməsi üçün bu otdan başqa heç nə yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur. Su içmək üçün kilometrlərlə irəlidə olan bir bulağa getməli və oradan su daşımalısınız. Siz bu dünyada doğulduğunuz zaman həyatınızı davam etdirmək üçün ömrü boyu o acı otdan yeyər, su içmək üçün də hər gün kilometrlərlə yol gedərdiniz. Bu çətinliklərin hamısına da ölənə qədər dözərdiniz. Bir gün belə "niyə bu torpaqdan sulu və gözəl qoxulu meyvələr, bir-birindən ləzzətli və növ-növ tərəvəzlər çıxmır?" deməzdiniz. Çünki ömür boyu qarşılaşmadığınız üçün torpağın belə məhsullar verə biləcəyini bilməzdiniz.

Quluna qarşı çox şəfqətli və mərhəmətli olan Allah insanları içində sayılması mümkün olmayacaq qədər çox nemətlə dolu olan torpaqlarda yaşadır. Belə ki, insan torpağı əkib-becərmədən belə torpaq yamyaşıl məhsullar və sünbüllər yetişdirir. İçindən sarı, qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzlər çıxır. Gömgöy dənizlərdə isə minlərlə növ və ləzzətdə balıqlar var. Bütün bunların yanında Allah insanlara həm yerdəki heyvanların ətini, həm də göydəki quşların ətini yedirir, heyvanların qarnından tərtəmiz süd çıxarır, arılara bal hazırladır... Bütün bunları insanlara Allah bağışlayır.

"Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?" (Mülk surəsi, 21) ayəsində bildirildiyi kimi, Allah diləsə torpaq məhsul verməz, yağış yağmaz, hər yer qupquru və quraqlıq olar. Lakin Allah Rəhman və Rəhimdir, insanlara qatından bağışladığı ruziləri sözlə ifadə etmək mümkün deyil. Qullarına saysız nemət bəxş edən Allah Quranda belə bildirir:

Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də döndərilirsiniz! (Fatir surəsi, 3)

Allah yuxarıda sayılan bütün nemətləri insanlara dünya həyatında bağışlayır. Cənnətdə isə möminlər üçün daha gözəli var. Belə ki, Quranda "Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir." (Səcdə surəsi, 17) şəklində buyurularaq cənnətdəki nemətlərin üstünlüyünə diqqət çəkilmişdir. Cəhənnəmə girənlər isə boğazları parçalayan darı tikanı, zəqqum ağacı və qaynar su ilə qarşılaşacaqlar. Sonsuza qədər də bunlardan başqa heç nə tapa bilməyəcəklər.

Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub Cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! (Duxan surəsi, 43-49)

Ayələrdə belə xəbər verilir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs qorxmursunuz?” (Yunus surəsi, 31)

(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)

SAMƏD

Heç kəsə möhtac olmayan

Allah, Saməddir (hər şey Ona möhtacdır; daimdir, heç bir şeyə ehtiyacı olmayandır). (İxlas surəsi, 2)

Bütün kainatda gerçək güc sahibi olan yalnız Allahdır. İnsanın qarşılaşdığı hər cür çətinliyi, ehtiyacı qarşılamağa qadir olan da, ancaq Odur.

İnsanlar, bəzən özlərini yaradan Rəbbimizi unudub Ondan başqa vəlilər seçir, gücü, qüdrəti və köməyi onların yanında tapmağa çalışırlar. Halbuki bu insanlar aldanırlar, çünki yuxarıda da ifadə etdiyimiz kimi Allahdan başqa güc sahibi yoxdur. Allah diləmədikcə heç kimin bir başqasına faydası və ya zərəri toxuna bilməz. Quranda bu gerçəyə belə diqqət çəkilmişdir:

Möminləri qoyub kafirləri dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 139)

İnsan üçün hər cür çətinlikdən xilas olmağın yeganə yolu “bütün güc və qüvvətin sahibi” olan Allaha sığınmaqdır. Çünki Rəbbimiz çətinlik və ehtiyac içində olub Özünə yönələn səmimi qullarından razı olur və onların üzərindəki çətinlikləri, sıxıntıları qaldırır. Nəml surəsində Allahın saleh qullarına köməyi belə xəbər verilmişdir:

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)

Yuxarıdakı ayədə insanların Allahın köməyinə qarşılıq nankorluq etdikləri, üzərlərində Allahın şəfqət və mərhəmətini görə bilmədikləri və ya unutduqları da bildirilmişdir. Halbuki Allah: "De ki: "Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir..." (Ənam surəsi, 64) ayəsi ilə xəbər verdiyi kimi hər cür çətinlikdən insanı qurtaran tək məbuddur. Bunun qarşılığında insanın vəzifəsi isə bu razılığı görmək, gördüyünün əhəmiyyətini düşünmək və bu düşüncələrin sonunda Allaha təslim olaraq şükr edən qul olmaqdır.

SADİQ

Vədinə sadiq, doğru sözlü

(Budur) Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bilmir. (Rum surəsi, 6)

Allah insanları yaratmış, onlara yaxşılığı əmr edib pislikdən çəkindirən elçilər və bu elçilərlə birlikdə doğru yolu göstərən kitablar göndərmişdir. Bu kitablardan Quran Allahın insanları qaranlıqdan işıqlığa, doğru yola çıxarmaq üçün göndərdiyi son haqq kitabıdır.

Quranda Allah özünə inananlara da, inanmayanlara da bəzi vədlər vermişdir. Bu vəd inkarçılar üçün dünyada çətin dolanışıq, axirətdə isə sonsuza qədər əzab çəkəcəkləri cəhənnəmdir. Ancaq bu dəqiq gerçəyə ehtimal verməyən inkarçılar Allahın vəd etdiyi əzabla qarşılaşmayacaqlarını zənn edirlər. Böyük yalnışlıq içində olan bu insanlara Allah belə buyurur:

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə