Almaniya respublikasinda ali tehsil sistemi



Yüklə 22,9 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix14.09.2018
ölçüsü22,9 Mb.
#68176
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

 

20 


 

Hüquq Magistri (Master of Laws - L.L.M),  



 

Gözəl incəsənət Magistri (Master of Fine Arts - M.F.A.)  



 

Musiqi Magistri (Master of Music - M.Mus.). 



Bu pillədə xüsusi diqqət yetirilən məsələ magistr tədris proqramlarının bakalavr pilləsindəki 

müvafiq proqramlardan fərqli formada qurulmasıdır. 

 

Diplom_d_ər_əc_əl_əri,_Magistr_Artium,__Staatsprüfung'>2.6.3  Birləşdirilmiş  “Uzun”  Proqramlar:  Diplom  dərəcələri,  Magistr  Artium,  

Staatsprüfung 

Birləşdirilmiş  “uzun”  təhsil  proqramları  ya  biristiqamətli  (mono-disciplinary)  (Diplom 

dərəcəsi,  əksər  proqramlarda  Staatsprüfung  adlanan  dövlət  imtahanıyla  tamamlanır)  ya  da  iki 

başlıca və ya bir başlıca və iki ikinci dərəcəli istiqamətlərin kombinasiyasına əsaslanmaqla tətbiq 

edilir.  lk  mərhələdə  (1,5-2  il)  geniş  orientasiya  və  istiqamətin  əsaslarına  yer  verilir.  Aralıq 

imtahan  (Diplom-Vorprüfung  for  Diplom  degrees;  Zwischenprüfung  və  ya  credit  sistemi  üzrə 

Magister  Artium)  verildikdən  sonra  isə  dərinləşdirilmiş  və  ixtisaslaşdırılmış  ikinci  mərhələyə 

keçirlər.  6  aylıq  müddət  ayrılan  buraxılış  işinin  yazılması  və  son  yazılı  və  şifahi  imtahanların 

verilməsi də bu dərəcənin alınmasında zəruri tələblərdir. Bənzər tələblər Staatsprüfung təhsilinə 

də tətbiq edilir və bunun qvalifikasiya səviyyəsi Magistr səviyyəsinə ekvivalent hesab edilir. 

Universitetlərdə  birləşdirilmiş  “Uzun”  Proqramlar    4-5  il  (Diplom  degree,  Magister 

Artium)  və  ya  3-6,5  il  (Staatsprüfung)  ərzində  tamamlanır.  Diplom  dərəcəsi  mühəndislik 

sahələri,  təbii  elmlər,  həmçinin  də  iqtisadiyyat  və  biznes  sahəsində  verilir.  Ancaq  humanitar 

sahələr  üzrə  adətən  Magister  Artium  dərəcəsi  verilir.  Sosial  elmlərdə  isə  ali  məktəblərdən  asılı 

olaraq,  praktika  dəyişir.  Hüquq,  tibb,  farmakologiya  və  pedaqoqika  sahələri  Staatsprüfunglə 

tamamlanır. 

Hər  üç  kvalifikasiya  da  (Diplom,  Magister  Artium  və  Staatsprüfung)  akademik  olaraq  bir 

birinə  ekvivalentdir.  Hər  üçü  də  doktorluq  mərhələsinə  keçiş  imkanı  verir.  Ancaq  bunun  üçün 

ə

lavə tələblər də Universitetlər tərəfindən müəyyən edilir. 



Tətbiqi  elmlər  Universitetlərində  birləşdirilmiş  “Uzun”  Proqramlar    4  il  davam  edir  və 

Diplom  dərəcəsi  verilir.  Baxmayaraq  ki,  bu  ali  məktəb  tipləri  doktorantura  təhsilini  nəzərdə 

tutmur,  ancaq  buranı  bitirənlər  doktor  proqramları  olan  ali  məktəblərə  doktorluq  təhsili  üçün 

müraciət edə bilirlər. 




 

21 


ncəsənət və ya musiqi Universitetelərində birləşdirilmiş “Uzun” Proqramlar qurumlardan, 

sahələrindən və məqsədlərindən asılı olaraq çox dəyişkəndir. Diplom/Magister dərəcələrinə əlavə 

olaraq,  bu  tipli  proqramları  bitirənlər  bu  sahədəki  bir  sıra  sertifikatlar  və  sertifikatlaşdırılmış 

imtahanlarıdan da məsuldurlar. 

 

2.6.4 Doktorantura 

Universitetlər,  universitetlərin  ixtisaslaşdırılmış  institutları  və  bəzi  ncəsənət  və  ya  Musiqi 

Universitetləri  doktorluq  proqramları  təklif  edirlər.  Doktorluq  proqramlarında  oxumaq  üçün 

formal olaraq, Magistr (həm Universitet, həm də Tətbiqi elmlər universitetiləri üzrə), Magister



DiplomStaatsprüfung və ya xarici ekvivalentləri olan dərəcələr zəruridir. Xüsusilə, Bakalavr və 

ya Diplom dərəcələrinin sahibləri də bəlli şərtlərlə doktorluq proqramlarına giriş əldə edə bilirlər. 

Universitetelər və doktorluq proqramları olan institutlar bu proqramlara daxil olmanın, həmçinin 

də bacarıqların müəyyənləşdirilməsi prosedurunun strukturunu özləri müəyyənləşdirirlər. Qəbul 

üçün  digər  tələb  də  dissertasiya tədqiqatı  layihəsinin rəhbər  kimi  bir  professor  tərəfindən  qəbul 

edilməsidir. 

Doktorantura mərhələsində rəsmi bir dərs olmasa da, bir professorun rəhbərliyi altında həyata 

keçirilən  müstəqil  araşdırma  təxminən  3-5  il  davam  edir.  Ölkədə  əksər  doktorantlar  ali  təhsil 

qurumlarında  əllim  və  rəsmi  tədqiqatçı  kimi  çalışaraq,  əvəzində  yetərli  səviyyədə  maaş 

alırlar.  

 

2.7 Qiymətləndirmə sistemi 

Alman  ali  təhsil  sistemində  qiymətləndirmə  5  ballıq  sistem  üzrə  həyata  keçirilir.  Bu 

aşağıdakılardan ibarətdir: 

 



1 = “Sehr Gut” = Çox Yaxşı 

 



2 = “Gut” = Yaxşı 

 



3 = “Befriedigend” = Kafi 

 



4 = “Ausreichend” = Kifayət 

 



5 = “Nicht ausreichend” = Qeyri-kafi və ya uğursuzluq 

Minimum müvəffəq qiymət 4 = “Ausreichend”dir.  

Ancaq bu qiymətlər bəzi hallarda, xüsusilə də doktorluq proqramlarında dəyişə bilir.  



 

22 


Buna əlavə olaraq, ali təhsil qurumları ECTS qiymətləndirmə sistemini də tətbiq edirlər. Belə 

ki, A = ən yaxşı 10%, B = növbəti 25 %, C = Növbəti 30%, D = növbəti 25%, E = növbəti 10%. 

 

2.8 Tədrisdə davamiyyə

Almaniya universitetlərində dərsə davamiyyət, yalnız məcburi olan və tələbələrin sertifikat 



alması  zəruri  olan  dərslər  üzrə  əhəmiyətli  hesab  edilir.  Bu  dərslərin  hər  hansı  birində  üzürsüz 

(məsələn  əstəlik  raportu  olmadan)  olaraq  iştirak  etməmək,  tələbənin  həmin  dərsdən  sertifikat 

alma imkanını itirməsilə nəticələnir. 

Dərsə  davamiyyətə  nəzarət  əsasən  sərbəst  (çox  hallarda  ciddi  yoxlama  həyata  keçirmədən 

sadəcə  bir  tələbə  imzası  iştirakı  göstərən  əsas  sübut  kimi  qəbul  edilir)  və  hərdənbir  həyata 

keçirilir. 



 

2.9 Ali təhsilə giriş 

Ümumi Ali Təhsilə Qəbul Qiymətləndirməsi 12-13 illik təhsildən sonra ali məktəblərə qəbul 

hüququ verir. Gymnasium məzuniyyəti (Abitur) bütün universitetlərə daxil olmaq üçün əsasdır. 

Bunun  üçün  ayrıca  qəbul  imtahanına  gərək  yoxdur.  Universitetə  qəbul  hüququ  əldə  etmənin 

digər  yolu  Berufsoberschule  əlaqəli  Abiturdurchschnittsnote  (ABŞ-dakı  GPA-a  oxşar  və  ya 

ngiltərədəki A-Səviyyə) imtahanı ali məktəbə giriş üçün zəruridir. 

Universitetlər  müəyyən  təhsil  proqramı  üçün  qəbulun  digər  şərtlərini  də  müəyyən  edə 

bilərlər.  Bu  numerus  causus  (“məhdud  say”)  adlanır,  ancaq  sadəcə  yükəsk  tələbli  təhsil 

proqramları üçün tətbiq edilir. Məsələn bir tip təhsil proqramı üçün Abitur imtahanından 1,0 və 

1,5 arasında bir bal toplamaq zəruridir. 

Bəzi  xüsusi  sahələrdə  ixtisaslaşdırılmış  variantlar  (Fachgebundende,  Hochschulreife)  tətbiq 

edilir.  Tətbiqi  elmlər  Universitetelərinə  qəbul  üçün  Fachhochschulreifedən  istifadə  etmək 

ümükündür  ki,  bu  da  adətən  12  illik  təhsilin  olmasını  tələb  edir.  ncəsənət  və  ya  musiqi 

Universitetləri bəzi fərdi qabiliyyət imkanlarını da tələb edir. Eyni zamanda ali təhsil qurumları 

ə

lavə qəbul prosedurlarının konkret formalarını müəyyən edə bilirlər.  



 

2.10 Məcburi hərbi xidmət  

Məktəbi  bitirdikdən  sonra  alman  kişiləri  universitetə  daxil  olmadan  əvvəl  9  aylıq  məcburi 



hərbi xidmət və ya alternativ xidmət (Zivildienst) keçməyə məcburdurlar. 


Yüklə 22,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə