Altay cəMİl V ciLD


“Ey Adəm oğulları! Şeytan sizi fitnəyə düşürməsin



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə4/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   2   3   4   5   6   7   8   9   ...   187
Azf-296066

“Ey Adəm oğulları! Şeytan sizi fitnəyə düşürməsin. 
Necə ki, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək 
üçün libaslarını soyunduraraq cənnətdən qovdurdu. 
Şübhəsiz ki, şeytan və qəbiləsi onları görə bilməyəcəyiniz 
yerdən sizi görür. Həqiqətən, Biz iman gətirməyənləri 
şeytanların ovliyası etdik”
(əl-Əraf, 27).
İBRƏT 
Rəvayət edirlər ki, bir gün Şeytan eşşək taci-
ri qiyafəsində üç yüklü eşşəyi ilə birgə bazara gedərkən 
Hz.İsa 
(əleyhissalam)
onu tanıyıb hara getdiyini soruşur. 
Şeytan tanındığını görərək bazarda işi olduğunu deyir və 
aralarında belə bir söhbət keçir.
– Neyləyəcəksən bazarda?
– Bu eşşəkləri yükləri ilə bərabər satacağam.
– Eşşəkləri yükləriylə kim alar? Eşşəyi ayrı, yükü ayrı 
satmaq daha uyğun deyilmi?
– Xeyr, eşşəklərimin yükləri də özləri kimi qiymətlidir. 
Eşşəyi alan yükünü də almaq istər.
Ey şeytan, sən bu eşşəklərə nə yüklədin ki, ikisini 
birdən satcağını düşünürsən?
– Birinci eşşəyə həsəd, ikinciyə təkəbbür, üçüncüyə zülm 
yüklənib.
– Kim alar sənin həsəd, kibr, zülm yüklənmiş eşşəklərini?
– Qulaq as, müştərilərimi sənə bildirim: Birinci eşşəyi və 
yükünü alimlərə, azacıq elmi olanlara satacağam. Çünki 
ən çox həsəd edən onlardır. İkinci eşşəyi və yükünü cahil 
zənginlərə satacağam. Malı çox, elmi az olanlar təkəbbürlü 
olurlar. Üçüncü eşşəyin müştəriləri isə hakimiyyət 
sahibləridi. Onlar zülmsüz dura bilməzlər. Bu eşşək də on-
larındır.
Hz.İsa 
(əleyhissalam)
bunları eşidəndə əllərini açıb Rəb binə 
niyazda bulunur: “Ey Rəbbim! Bu eşşək tacirinə müş təri ol-
maq istəyənləri Özün qoru, həsəd, kibr, zülm eşşək lərinə 
möhtac eləmə!”


8
Ey insan, içindəki qibtəmidi, həsədmidi?
Qəlb adı verdiyin can, qibləmidi, cəsədmidi?
Doymayan, doysa dəxi doyurmayan acdır paxıl
O qarın adlı vücud mədəmidi, məbədmidi?
Şeytanın çaldığına oynamayan çoxmu bu gün
Məluna züy tutanlar mütrübmüdü, mürtədmidi?
Müsibət vasitə və məqsədin səhv düşməsidir
Dünyan, Adəm balası, vasitəmi, məqsədmidi?
Ey qul, namərdə uyub nankora qulluq eləmə
Nəfsindən qeyri biri nankormudu, namərdmidi?
Həsəd mömini şeytanın dostu etmək gücündə olan bir 
şərdir. Həsəd edilən kimsə Allaha sığınmaqla bu şərdən 
qurtula bilsə də, həsəd edən haqqında bunu demək çətindir. 
Çünki Allah Rəsulu 
(salləllahu əleyhi və səlləm)
buyurdu:

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə