Altay cəMİl V ciLD


“Aman, həsəddən uzaq olun! Çünki atəş odunu yandırıb



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə5/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   2   3   4   5   6   7   8   9   ...   187
Azf-296066

“Aman, həsəddən uzaq olun! Çünki atəş odunu yandırıb 
kül etdiyi kimi, həsəd də həsənatları yeyib yox edər.”
Həsənatlar, sahibini Cənnətə götürən xeyir əməllərdir. 
Bunlar olmayanda insan onu cəhənnəmə götürən şər 
əməlləriylə baş-başa qalır. Bu var ki, həsədin bir qəlbdə 
mövcudluğu bir çox yaxşılıqları məhv etdiyi kimi, onun 
yoxluğu da bir çox pisliklərin üstündən xətt çəkir.
HƏDİS 
Ənəs ibn Malik 
(radiyallahu ənh)
rəvayət etmiş-
dir: “Bir gün Rəsulullahın 
(salləllahu əleyhi və səlləm)
hüzu-
runda oturmuşdum. Buyurdu ki: 
“Bu anda Cənnətlik bir 
kimsə içəri girir.”
Ənsardan ayaqqabıları sol əlində asılmış, saqqalından 
su damcılayan biri gəldi. Yeni dəstəmaz almışdı. Ertəsi 
gün yenə eyni şəxs içəri girdi. Rəsulullah 
(salləllahu əleyhi 
və səlləm)
yenə belə buyurdu. Üç gün bu hal təkrarlandı. 


9
Abdullah ibn Əmr 
(radiyallahu ənh)
o kimsənin əməlinin nə 
olduğunu öyrənmək istədi. Yanına gedib: “Atamla savaş-
dım, üç gecə sizdə gecələmək istəyirəm” dedi.
Ənsar razı oldu. Abdullah ibn Əmr üç gecə onun əməlinə 
diqqət yetirdi. Yatarkən Allah Təalanı zikr etməkdən başqa 
bir şey görmədi. Sonra o şəxsə: “Mən atamla savaşmadım. 
Lakin Rəsulullahdan belə-belə eşidib əməlini öyrənmək 
istədim” dedi. O da: “Mənim etdiyim, bax, bu gördüyün-
dür” söylədi.
Abdullah deyir ki, mən gedərkən arxamca səslənib: 
“Bir şey də var. Əsla heç kimə heç bir şey üçün paxıllıq 
etmədim” dedi.
Abdullah: “Deməli, sənin dərəcən bu əməlindən dolayı-
dır” dedi.
Sanma bal arısının sancdığı neştərdi həsəd
Şeytanın sapladığı bir haça şeşpərdi həsəd.
Mənbəyi bu mərəzin mülkə-mala məhəbbətdi
Qardaşa qardaşı qatil eləyən şərdi həsəd.
Ordu tək bətnimizdə üz-üzədir şərlə xeyir
Haqqın hər əsgərinə qarşı bir ləşkərdi həsəd.
Paxıl nadan ölüb nakam dirilən biçarədi
Küfrə qahmar, imana, İslama qənşərdi həsəd.
Cənnət, ey qul, iblisə uymayanın qismətidi
Qulu qismətsiz edən şeytani şakərdi həsəd.
Həsəd elə bir mərəzdi ki, ilk insanda, ilk valideyndə üzə 
çıxmasa da, ilk övladda, ilk qardaşda özünü biruzə verdi 
və böyük bir faciə ilə nəticələnərək bəşər tarixində qardaş 
qətllərinin əsasını qoydu.


10
İBRƏT 
Rəvayətə görə Hz.Adəm 
(əleyhissalam)
ilk oğul-
ları Qabillə Habilin yetkinlik yaşına çatdığını görüb ailə 
həyatı qurmalarını istədi. Lakin Habilin nişanlısı daha 
gözəl olduğundan Qabil həsəd edərək onunla evlənmək 
fikrinə düşdü. Atası onu bu fikirdən daşındırmağa çalış-
sa da mümkün olmadı. Məsələni yoluna qoymaq üçün 
Hz.Adəm 
(əleyhissalam)
hər iki oğluna ilahi dərgaha qur-
banlıq gətirmələrini şərt kəsdi. Şərtə görə kimin qurbanı 
qəbul edilsəydi, qızlardan daha gözəli ona qismət olacaqdı. 
Hadisənin bundan sonrası Quranda belə təsvir edilir:

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə