Altay cəMİl V ciLD


“(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   2   3   4   5   6   7   8   9   ...   187
Azf-296066

“(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını 
olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin 
(Habilin) qurbanı qəbul edilmiş, digərinin (Qabilin) qurba
-
nı isə qəbul olunmamışdı. (Qabil) demişdi: “Səni mütləq 
öldürəcəyəm!” (Habil) belə cavab vermişdi: “Allah yalnız 
müttəqilərdən qəbul edər! Sən məni öldürmək üçün mənə 
əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran 
deyil
ə
m. Mən Aləmlərin Rəbbi olan Allahdan qorxuram. 
Mən istəyirəm ki, sən mənim də günahımı öz günahın
-
la birlikdə üzərinə götürəsən və beləliklə də, Cəhənnəm 
sakinlərindən olasan. Zalimlərin cəzası budur.”
Nəfsi onu (Qabili) qardaş qətlinə sövq etdi, onu (Ha
-
bili) öldürdü və bununla da ziyana uğrayanlardan oldu”
(əl-Maidə, 27-30).
Həsədin doğurduğu acı nəticələri Hz.Yaqubun 
(əlehissalam)
oğullarının da timsalında görməkdəyik. Onlar qardaşları 
Yusifin məqamına paxıllıq edərək əvvəlcə onu quyuya at-
mış, sonra isə dəyərsiz bir kölə kimi satmışdılar. Bu qissələrə 
Qurani-Kərimdə geniş yer verilməsi həsəd mərəzinin 
müdhiş miqyasını təsəvvür etmək baxımından olduqca 
ibrətamizdir. Çünki Habili öldürən də, Yusifi quyuya atan-
lar da qardaş olmaqdan əlavə Peyğəmbər övladları idilər. 
Əgər Peyğəmbər tərbiyəsi görmüş övladların həsədlə bağlı 
durumu budursa, gör, digərlərinin halı necədir?


11
Ya Rəbb, övladlarımı Özün ilə məşğul eylə
Sənin ancaq Kitabın, sözün ilə məşğul eylə.
Tutma nankorlar ilə bir səfdə zürriyyətimi
Sənə və valideynə şükür edən oğul eylə.
Zəngin et onları, yoxsulluq əgər ziyandısa
Zənginlik zərərdirsə, kərəm buyur, yoxsul eylə.
Sənə qulluqda qüsur etmədiyim bir günüm yox
Belimdən gələnləri məndən daha çox qul eylə.
Sənə qul olmayanın məqamdan bir nəsibi yox
Binəsib qılma bizi, bəndəlikdə məsul eylə.
Ya Rəbb, övladlarımı cahil bulunmaqdan qoru
Amma hirsi, həsədi onlar üçün məchul eylə.
Bəşər tarixində ilk həsəd qadınla bağlı olsa da, nəsillər 
artdıqca, tayfalara, qəbilələrə bölündükcə paxıllıq doğuran 
amillər də şaxələnməyə başladı. Şöhrət bunların önündə 
gələnlərdən biridir. Başqasının məşhurluğunu qısqanmaq, 
adətən, rəqabət yaradır və niyyət dürüst, yəni Allah üçün ol-
madığından nəinki bəyənilməyən, hətta bəyənilən işlərdə də 
acı nəticələr doğura bilir. Halbuki Uca Rəbbimiz buyurdu: 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə