Altay cəMİl V ciLD


Bismillahir Rahmənir Rahim



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   2   3   4   5   6   7   8   9   ...   187
Azf-296066

Bismillahir Rahmənir Rahim
1. HƏSƏD
“Və həsəd etdiyi zaman paxılın şərindən (sübhün 
Rəbbinə sığınıram)”
 
(əl-Fələq, 5).
Həsəd, paxıllıq başqasının imkan, fəzilət və uğurlarının 
varlığına üzülüb yoxluğunu istəməkdir və haramdır. Əgər 
üzüntü var, istək yoxdursa haram sayılmaz, amma mərəz 
olaraq qalır.
Həsəd şərdir, onun Allahın Kitabında məhz bu cür qiy-
mətləndirildiyini görməkdəyik. 
“De: “Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının 
şərindən; Zülmətə büründüyü zaman gecənin şərindən
Düyünlərə üfürən (ovsun oxuyan) qadınların şərindən; Və 
həsəd etdiyi zaman paxılın şərindən!”
(əl-Fələq)
Allah Təala həsədçinin, paxılın şərini cadugərlərin, 
zülmətlərin şəri ilə bir sırada qoyur. Çünki hər üçünün 
içindəki təhlükə gizlidir və təhlükənin yönəldiyi kimsələr 
üçün bəlli olmaz. Bu qara və qaranlıq qüvvələrdən qorun-
maq üçün, həqiqətən, sübhün və aydınlığın Rəbbinə sığın-
maqdan başqa çarə yoxdur.
Şər, bütövlükdə, şeytani, yəni atəşlik əməlləri ifadə edir. 
Quranın son surəsində insanlar üçün şərin əsas gizli mən-
bəyi açıqca vurğulanmaqdadır: 
“De: “Pənah aparıram insanların Rəbbinə; İnsanların 
Sahibinə; İnsanların gerçək İlahına! Vəsvəsə verənin, 
(Allahın ismi zikr olunanda) qaçıb gizlənənin şərindən”
(ən-Nas, 1-4).
Şübhəsiz ki, 
“Vəsvəsə verən”
Şeytandan başqası deyil, 
şərin başında o durur və həsəd, cadu, zülmət onun əsas və 
gizli silahlarından, tələlərindəndir. Zatən ilk həsədçi, onun 
özüdür. Allah Təala Adəmi 
(aleyhissalam)
yaradıb mələkləri 
ona səcdə etdirəndə bunu çəkə bilmədi və vəsvəsə verərək 
ilk insanın cənnətdən çıxarılmasına nail oldu. 


7

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə