Altay cəMİl V ciLD


 Həsədçi, paxıl başqasının sevincinə üzülüb, üzüntüsünə



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə9/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   5   6   7   8   9   10   11   12   ...   187
Azf-296066

1. Həsədçi, paxıl başqasının sevincinə üzülüb, üzüntüsünə 
sevinər, uğurlarına daralıb uğursuzluqları ilə təsəlli tapar.
“Sizə bir xeyir üz versə, onlar kədərlənir, bir zərər to
-
xunsa sevinirlər. Əgər səbir edib özünüzü qorusanız, on
-
ların hiyləsi sizə heç bir ziyan verməz”
(Ali-İmran, 120)
.
İmam Əli 
(əleyhissalam)
buyurdu: “Məzluma paxıl qədər 
bənzəyən zalım görmədim.”
İmam Şafi 
(rahmətullahi əleyhi)
buyurdu: “Dünyada ən 
rahatsız adam, könlündə kin və həsəd tutandır.”
Pisliyi tərk elədik, bəs pislərdən hara qaçaq?
İnsandan seçilməyən iblislərdən hara qaçaq?
Dünyanın cilvələnib “gəl-gəl” deyən vədəsidir
Ruhlarda şəhvət olmur, nəfslərdən hara qaçaq?
Əks cinsdən, tutalım, abrımızı hifs elədik
Cinsi naməlum olan nacinslərdən hara qaçaq?
Sərvət Allah payıdır, paysız qalar paylamayan
Comərdlər axtarmır heç, xəsislərdən hara qaçaq?
İndi düzgün hədisə uyan onu biləndən az
Bəs bu uydurma, ucuz hədislərdən hara qaçaq?


16
2. Paxıl paxıllıq etdiyi adamın olmadığı yerdə qeybətini, 
olduğu yerdə yaltaqlığını edər.
“Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”­
deyər, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən bar
-
maqlarını gəmirərlər.
De: “Acığınızdan ölün! Şübhəsiz ki, Allah könüllərdə 
olanı bilir”
(Ali-İmran, 119).
Hz.Musa 
(əleyhissalam)
ərşin yanında bir adam görüb 
qibtə etdi: “Bunun sifəti nədir?” deyə soruşdu. “O kimsə 
Allah Təalanın insanlara ehsan etdiyi heç bir nemətə həsəd 
etməzdi” dedilər.
Nədən insan nura yox, zülmətlərə aludədir
Hərçənd sərbəstliyi var, seçimdə tam asudədir.
Nədən az baş verir qəlbin qəlibə qələbəsi
İçdə yoxdursa işıq, üzdə olan bihudədir.
İki şey var ki, qulu istiqamət üzrə qılar
Bunlar da möhkəm iman və möhtəşəm iradədir.
Nə qədər töksən də pul, puçdu sonu bu cahanın
Cənnətə qoy yatırım, həm sərfəli, həm sadədir.
Dünya bir maddədi ki, axırda mənasız olur
Uy Dinə, çünki sonda həm mənadı, həm maddədi.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə