Altay cəMİl V ciLD


Həsədçi az şükür, çox şikayət edər



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə10/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   6   7   8   9   10   11   12   13   ...   187
Azf-296066

3. Həsədçi az şükür, çox şikayət edər.
“Qullarımdan şükür edən azdır”
(Səbə, 13).
“Əgər şükür etsəniz, sizə (nemətlərimi) artıraram. 
Yox, əgər, nankorluq etsəniz, Mənim əzabım, həqiqətən, 
şiddətlidir”
(İbrahim, 7).


17
Muhəmməd ibn Vasi 
(rahmətullahi əleyhi)
buyurdu: “Sı-
xıntı verən adamın dostu olmaz! Həsəd edənin də zənginliyi 
yoxdur.”
İbrahim ibn Ədhəm həzrətlərindən soruşdular: “Nə 
üçün insanlar ilə ünsiyyət etmirsiniz?”
Cavabında buyurdu: “Özümdən böyüklərin təkəbbü-
ründən, kiçiklərin axmaqlığından, yaşıdlarımın həsədindən 
qaçandan bəri könlüm rahat oldu.” 
Rəbbinə həmd edən qul o dünyada dərd eləməz
O qul dərd eyləsin ki, bu dünyada həmd eləməz.
Allahın təqdirinə qane olan kimsə ki, var
Asiman ağuş açar, torpaq onu rədd eləməz.
Mərd odur Mövlasına tövbə-istiğfarla gələ
Məhşərə mərd gələni Mövlası namərd eləməz.
Qulu xoşbəxt eləyən Rəbbi deyil, başqa kimdi?
Bədbəxt o kimsədi ki, xoşbəxtliyə cəhd eləməz.
Ey qul, az vəddə bulun, söz Sahibi başqasıdır
Sən Onun vədinə uy, aciz olan vəd eləməz.
4. Həsəd əhli mal və mövqe baxımından özündən aşağı
-
da deyil, yuxarıda olana baxar.
“Onların malları və övladları səni təəccübləndirməsin. 
Allah bununla onlara dünyada əzab vermək və onların 
canlarını kafir olduqları halda almaq istər”
(ət-Tövbə, 85).
Hz.Ömər 
(radiyallahu ənh)
buyurdu: “Nemət sahibi olub 
da həsədçinin həsədindən salamat qalan yoxdur.”
Nədən, ya Rəbb, nəsibdən artığa göz dikmədəyik
Dinimizdən sökərək dünyamızı tikmədəyik?


18
Nədən zəngin yaşamaq kimsədə ar oyatmayır
Amma yoxsul görünməkdən xəcalət çəkmədəyik?
Gəlmişik əkmək üçün, getməliyik biçmək üçün
Dünya bir qürbət imiş, qürbət üçün əkmədəyik.
Bir məsəldir quyunun özündə olsun su gərək
Daşıyıb dünyamıza dolça ilə tökmədəyik.
Haqq yolun səmti, ey qul, irəli və yuxarıdır
Həm geri çəkilmədə, həm aşağı çökmədəyik.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə