Altay cəMİl V ciLD


“Biz də (Adəmə, Həvvaya və şeytana) dedik: “Bir­



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə13/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   9   10   11   12   13   14   15   16   ...   187
Azf-296066

“Biz də (Adəmə, Həvvaya və şeytana) dedik: “Bir­
birinizə düşmən kəsilərək enin! Yerdə sizin üçün müəyyən 
vaxta qədər sığınacaq və yaşayış vasitələri var!”
(Taha, 123)
İstedada paxıllıq min illər öncə necəydisə indi də elədir 
və yəqin ki, yer üzündə həyat davam etsə, min il sonra da 
belə olacaqdır.
İBRƏT 
Şair Məmməd Rahimin ömrünün son dövründə 
yazıçı Gülhüseyn Hüseynoğlu 1937-38-ci illər repressiyası-
na işarə edərək ondan soruşur:
– Niyə o vaxt Mikayıl Müşfiqi “ifşa” edib tutdurdunuz?
– Məmməd Rahim deyir:
– Nə biləydim, mən tək deyildim ki...
– O birilər kim idi?
Deyirsən deyim, yenə günaha batım?


25
İns və cin var olduqca fitnə və fəsad olacaq
Hirs və kin var olduqca nalə və fəryad olacaq.
Dünya durduqca həsəd istedadın qənimidir
Qiyamət qopmadıqca yerdə istedad olacaq.
Rəhmanın qullarına qul Sahibi yardımçıdır
Şeytanın qullarına bəs hardan imdad olacaq?
Haqq bu ki, hər alimin fövqündə bir alim də var
Qövmün nadanlarına kim görən ustad olacaq?
Rəhman Adildi ədalət ya da rəhmət eləyər
Zülmlə abad olan zülmsüz bərbad olacaq.
O yalnız olsa Rəhim, kim axırda qəm yeyəcək
O ancaq Adil olsa, kim sonda bəs şad olacaq?
Həsəd fərdi olduğu kimi, həm də kütləvidir. Yəni təkcə 
ayrı-ayrı şəxslər deyil, bütöv xalqlar da paxıl ola bilir. 
Məsələn, yəhudilər axır zaman nəbisinin özlərindən ol-
mamasını qısqanaraq Hz.Muhəmmədin 
(salləllahu əleyhi və 
səlləm)
peyğəmbərliyinə qarşı çıxdılar. Allah Təala öz Kita-
bında buyurdu:
“Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeylərə 
görə insanlara həsəd aparırlar?”
(ən-Nisa,54)
Bu həsəd və qısqanclıq o dərəcədə şiddətli idi ki, 
Mədinədə yaşayan ayrı-ayrı yəhudi qəbilələri bütün 
qəbilənin sürgün olunmasına, yaxud kişilərinin təmamən 
qətlə yetirilməsinə razı olsalar da, İslam Peyğəmbərini 
(salləllahu əleyhi və səlləm)
təsdiq etmək istəmədilər. Halbuki 
haqsız olduqlarını bilirdilər.
Məsələn, Allah Rəsulu 
(salləllahu əleyhi və səlləm)
ilə 
müqaviləyə xəyanət etmiş Bəni-Qureyza qəbiləsi müsəl-


26
manlar tərəfindən mühasirəyə alınanda qəbilə başçısı Kəab 
ibn Əsəd öz qövmünə xitabən bir neçə təklifdə bulundu. 
Onlardan birincisi bu idi:
“Ey yəhudilər! Gəlin hamımız birdən Muhəmmədə 
tabe olalım və onun peyğəmbərliyini təsdiq edəlim. Zatən 
Onun Allah tərəfindən göndərilmiş bir Rəsul olduğunu ha-
mınız bilirsiniz! Tövratda vəsfləri yazılıdır. Əgər ona iman 
edərsək qanlarımız, mallarımız, cocuqlarımız və qadınları-
mız qurtulmuş olur. Nə deyirsiniz?”
Yəhudilər dedilər: “Xeyr! Biz heç bir zaman bizdən ol-
mayan bir Peyğəmbərə tabe olmarıq. Tövratı başqa kitaba 
dəyişdirmərik.”
Bu kor inadkarlığın nəticəsində qalada olan 700-ə qədər 
kişi (bəzi mənbələrə görə 400) xəndəklərin yanına gətirilərək 
boyunları vuruldu. Hətta, qəbilə başçılarından Huyey ibn 
Əxtab öldürülməyə aparılarkən əynindəki qiymətli libasını 
müsəlmanların işinə yaramasın deyə parça-parça etmişdi.
Kin, həsəd, paxıllıq, heç şübhəsiz, təkcə yəhudilərin milli 
xəstəliyi deyildi. Nə yazıq ki, bu müdhiş mərəz müsəlman 
toplumlardan da yan keçmədi. Bir çoxları Axirətin 
müsəlmanların, dünyanın isə qeyri ümmətlərin olması-
nı həzm edə bilmədilər. Allah Rəsulu 
(salləllahu əleyhi və 
səlləm)
buyurdu: 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə