Altay cəMİl V ciLD


“İnsan üç şeydən qurtula bilməz: Tayərə (uğursuzluğa



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə15/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   11   12   13   14   15   16   17   18   ...   187
Azf-296066

“İnsan üç şeydən qurtula bilməz: Tayərə (uğursuzluğa, 
nəhsliyə inanmaq), sui-zənn (bir kimsə haqqında pis fikirdə 
olmaq), həsəd. Bir şeyi uğursuz saydığınız zaman Allaha 
təvəkkül edin (xoşlandığınız işi nəhs əlamətdir deyib da
-
yandırmayın); sui-zənn etdikdə araşdırmağa başlamayın; 
həsəd etdiyiniz kimsəni əsla incitməyin (ona qarşı hərəkətə 
keçməyin).”
RƏVAYƏT
Deyilənə görə Allah Təala Hz.Süleymana 
(əleyhissalam)
vəhy etdi: 
“Sənə yeddi şey tövsiyə edirəm: 
Saleh qullarımın qeybətinə qalxma; qullarımdan heç birinə 
həsəd etmə...”
Bunları eşidən Hz.Süleyman 
(əleyhissalam)
: “Ya Rəbb, 
bunlar mənə yetər” dedi.
Bir zəngin görsən, ey qul, baxma həsəd, həsrət ilə
Bir fağır görsən, görüş, sanki əlahəzrət ilə.
Rəbbim heç bir şeyi batil, boşuna yaratmayıb
Dünyamız olsa da fani, doludur ibrət ilə.
Xalqı kim sevməz isə Xaliqi də sevməyir o
Çünki xəlq eyləyib o sevda dolu fitrət ilə.
Bil, səbəblər yaradan səbəblərsiz yaratmazmı?
Yəni həm hikmət ilə xəlq elər, həm qüdrət ilə.
İki yer var ki, könül, əsla girəmməzsən ora:
Eşq ilə Cəhənnəmə və Cənnətə nifrət ilə.
Həsəd, paxıllıq hər nə qədər pislənilsə də onun pis-
lənilməyən, bəzən, hətta, bəyənilən iki incə tərəfi də qeyd 
edilməkdədir. Biri rəzalət əhli ilə əlaqədardısa, digəri fəzilət 
əhli ilə bağlıdır. Hər iki halı bir qədər incələməyə çalışaq:
Birinci halda hesab olunur ki, zalımlara, haqqa qarşı 
gələnlərə bəd duada bulunmaq, onların mal və mülkünün 


29
əllərindən çıxmasını istəmək caizdir, hətta lazımdır. Qurani-
Kərimdə bunun nümunələri də mövcuddur. Məsələn, 
Hz.Nuh 
(əleyhissalam)
ilə Hz.Musanın 
(əleyhissalam)
bəzi 
duaları belədir:

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə