Altay cəMİl V ciLD


“Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə ka



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   12   13   14   15   16   17   18   19   ...   187
Azf-296066

“Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə ka
-
fir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin 
bəndələrini yoldan çıxaracaq, ancaq pozğun və kafir 
doğub­törədəcəklər... Zalımların ancaq həlakını artır”
(Huh, 26-28).
“Musa dedi: “Ey Rəbbimiz! Onların (Firon və camaa
-
tının) mal­dövlətini məhv et və qəlbinə şiddət ver ki, acı 
əzabı görməyincə iman gətirməzlər”
(Yunus, 88).
Göründüyü kimi, zalımların özlərinin və mallarının 
zavalını arzulamaq caizdir və Allahın Kitabında Peyğəm-
bərlərin dili ilə də təsdiqlənir. Amma bu var ki, biz 
Hz.Nuhun 
(əleyhissalam)
yaxud Hz.Musanın 
(əleyhissalam)
deyil, aləmlərə rəhmət olaraq göndərilən Hz.Muhəmmədin 
(salləllahu əleyhi və səlləm)
ümmətiyik və bizə buyurulan ona 
uymaqdır:
“Peyğəmbər (Hz.Muhəmməd) sizə nə verirsə onu alın, 
nədən çəkindirirsə ondan çəkinin”
(əl-Hə
şr, 7)
.
Digər tərəfdən isə Allah son ümmət üçün Dinini tamam-
lamış və İslamı seçmişdir. Yəni son və kamil olan, Axırza-
man nəbisinə 
(salləllahu əleyhi və səlləm)
nazil edilənlərdir.
“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan 
nemətimi tamamladım və bir Din olaraq sizin üçün İsla
-
mı bəyənib seçdim”
(əl-Maidə, 3).
Allah Rəsulu 
(salləllahu əleyhi və səlləm)
da peyğəmbərlərin 
sonuncusu olaraq buyurdu:
“Mən bütün gözəl əxlaqları tamamlamaq üçün göndə-
rildim.”


30
Sadalananlar göstərir ki, bizlər üçün ən xətasızı və xe-
yirlisi Hz.Muhəmmədin 
(salləllahu əleyhi və səlləm)
əxla-
qına uyub sünnətinə sarılmaq, dua və tövsiyələrindən 
bəhrələnməkdir.
İBRƏT 
Allah Rəsulunun 
(salləllahu əleyhi və səlləm)
müş-
riklərdən gördüyü işgəncə və həqarətlər son həddə çatdıq-
da, mübarək vücudu Taifdə daşa tutulub qanına bələndikdə 
ilahi təklif endi. Vəhy mələyi Cəbrail 
(əleyhissalam)
görünərək vəhyi çatdırdı: “Ya Rəsulallah, dilərsən dağlar 
mələyinə əmr ver, Taif və Məkkə dağlarını bir-birinə qo-
vuşdursun və içində bir canlı da qalmasın!”
Rəsulullah 
(salləllahu əleyhi və səlləm)
mübarək qanını 
təmizləyə-təmizləyə buyurdu: 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə