Altay cəMİl V ciLD


“Bir-birinizə həsəd etməyin, bir-birinizə qəzəb etməyin



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə12/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   8   9   10   11   12   13   14   15   ...   187
Azf-296066

“Bir-birinizə həsəd etməyin, bir-birinizə qəzəb etməyin, 
bir-birinizə arxa çevirməyin, bir-birinizin satışını pozma
-


22
yın. Ey Allahın qulları, qardaş olun!.. Bir insanın pis sa
-
yılması üçün müsəlman qardaşını təhqir edib xor baxması 
yetərlidir. Bir müsəlmanın qanı, malı və namusu digər bir 
müsəlmana haramdır.”
Həsəd nəinki Dini yaxınlığı, hətta təbii, yəni doğma qar-
daşlığı da düşmənçiliyə çevirər. Birinci şəxs, yaxud ona 
daha yaxın olmaq istəyənlərin mübarizəsi amansız olur. 
Çox zaman unudulur ki, həsəd təkcə Axirətdə deyil, dün-
yada da həsədçinin öz əleyhinə işləyə bilir.
TƏMSİL
Bir gün meşənin şahı aslan xəstələnir. Tülküdən 
başqa bütün heyvanlar onu ziyarətə gəlir. Canavar tülkü-
nün aslanın yanındakı etibarını çəkə bilmədiyindən onun 
əleyhinə danışır.
Tülkü gələndə aslan ondan soruşur: “Bizdən uzaq qal-
mağının səbəbi nədir? Nə üçün ziyarətimə gəlmədin?
Tülkü deyir: “Səni müalicə edə biləcək əlac axtarmaqla 
məşğul idim.”
– Nə kimi əlac buldun?
– Xəstəliyin əlacı canavarın baldırında bulunan bir qoz-
dur.
Aslan bunu eşidən kimi dərhal canavarın baldırını par-
çalayır. Tülkü oradan çıxıb gedir. Bir müddət sonra cana-
var baldırından qan axa-axa tülkünün yanına gəlir. Tülkü 
ona deyir:
“Ey qırmızı ayaqlı, bundan sonra şahların yanında otur-
duğun zaman, ağzından çıxan şeyə diqqət et.”
Bu ibrətamiz hadisə bir təmsil olsa da cəmiyyətdə onun 
nümunələri kifayət qədərdir. Ən acınacaqlısı isə odur ki, 
paxıllıq məsələsində alimlər, ziyalı adlananlar amirlərdən 
nəinki geri qalır, hətta onları üstələyirlər. Halbuki elmləri 
vardır. Böyüklərimizdən Sibqatullah Arvası həzrətləri 
buyurdu ki: “Həsəddən zərərli qəlb xəstəliyi yoxdur. 
Alimlərin afəti də ondandır.”


23
İBRƏT 
İmami-Əzəm Əbu Hənifə həzrətləri həyatında 
heç kimə həsəd etməsə də, həmişə həsəd edilən olmuşdu. 
Onun paxıllığını edənlərdən biri, Xəlifə Mənsurun yaxın-
larından sayılan Əbul-Abbas Tusiydi. Daima fürsət tapıb 
xəlifəni Əbu Hənifənin əleyhinə çevirməyə çalışırdı. Bir 
dəfə sarayda təşkil edilmiş elm məclisində əvvəlcədən ha-
zırladığı sualı qərəzli bir şəkildə Əbu Hənifəyə ünvanladı: 
“Ya Əba Hənifə, nə deyirsiniz bu işə? Möminlərin Əmiri 
cəlladını çağırır, “filankəsin boynunu vuracaqsan” deyir. 
Buna səlahiyyəti varmı?”
İmami-Əzəm “var” desə haqqa ziddi. Qazıdan fətva ol-
ma dan, hətta xəlifə də bunu edə bilməz. “Yox” desə, Mən-
surun ipə-sapa yatmayan qəzəbinə bələddi. Qızsa əlindən 
hər şey gələ bilər. Hər iki cavab təhlükəliydi. Zatən sual 
verən də bunu hesaba almışdı.
İmami Əzəm ona belə bir sualla müraciət edir:
– Əmirəlmöminin cəlladına verdiyi əmrində haqq 
üzrəmidir, batil üzrəmidir?
– Haşa! Əmirəlmöminin, heç batil üzrə əmr verərmi
əlbəttə, haqq üzrədir.
– Elə isə haqq üzrə verilən bir əmrin icrasında səlahiyyət 
soruşmağa hacət varmı? Nə üçün soruşursan?
Bu dəfə Tusi çətin duruma düşdü. Əbu Hənifə onun 
udqunduğunu görərək yanındakının qulağına dedi: “Tusi 
məni çuxura düşürmək istədi, mən isə onu quyuya atdım.”
Elminin mənbəyini, ey qul, hədis, Quran eylə
Haqq budur, Haqqa əks hər nə ki, var qurban eylə.
İç gözündən bulağın, təşnəliyə çarə budur
Dərdə dərd Göndərənin Kitabıyla dərman eylə.
Sənə alim desələr zalimlərə nəsihət ver
Sənə amir desələr öz nəfsinə fərman eylə.
Bir qığılcım bəs edər ormanı yox etmək üçün
Sən su ol, atəş olma, bir fidan ək, orman eylə.


24
Haqqı var hər nemətin, vermədikcə küfran olur
Ən böyük nemətdir haqq, haqla isən, şükran eylə.
Şərqə ya Qərbə deyil, göylərə tut qəlb yönünü
Məlunlar yerdə olur, mələklərlə dövran eylə.
Nəfsinə heyran isən, ərzdə boldu belələri
Rəbbinə heyran isən, Ərş əhlini heyran eylə.
Həsəd bəşər tarixində bütün dövrlərin daima təzə-tər 
qalan xəstəliklərindəndir. Allah yer üzünü istedadlı insan-
lardan məhrum etməz. İstedad olan yerdə paxıllıq labüd-
dür. Çünki, öncədən qeyd etdiyimiz kimi o bir şərdir. Şey-
tanın zəhərli oxlarından bir oxdur. Xeyir onsuz təsəvvür 
olunmaz. Gecə və gündüz kimi Qiyamətə qədər qoşa bu-
lunacaqlar. İnsan onların mübarizəsindən keçməlidir. Xe-
yir yalnız göylərdə şərsizdir və şəriksizdir. Ərzdə də belə 
olması lazım gəlsəydi, insan və iblis yer üzünə eyni vaxtda 
endirilməzdilər.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə