Altay cəMİl V ciLD


 Paxıl, adətən, axirətlik yox, dünyalıq nemətlərə paxıl



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   7   8   9   10   11   12   13   14   ...   187
Azf-296066

5. Paxıl, adətən, axirətlik yox, dünyalıq nemətlərə paxıl
-
lıq edər.
“Allah dilədiyi kimsəyə ruzini genişləndirər və da
-
raldar. Onlar isə dünya həyatına fərəhlənərlər. Halbuki 
Axirətlə müqayisədə dünya həyatı yalnız bir matahdır” 
(ər-Rəd, 26).
İbn Sirin 
(rahmətullahi əleyhi)
buyurdu: “Əsla heç kim-
səyə həsəd etmədim. Əgər o kimsə Allahın Cənnətə doğru 
gedən vəlilərindəndirsə, nə cür həsəd edə bilərəm? Əgər 
o kimsə fani dünya malı üçün cəhənnəmə gedən Allah 
düşmənlərindən biriysə, nə cür həsəd edə bilərəm?”
Kimin milyardları var, amma ki, xeyriyyəsi yox
Dünyadan Axirətə qəpik də dövriyyəsi yox.
Dünya az bir matahdır, ver simiclik eyləmədən
Cənnətdə hurilərin başqa bir mehriyyəsi yox.
Nəfsini mədh edənin müşrikliyi meydandadır
Rəbbindən başqasına möminin mədhiyyəsi yox.
Qulluğa zənlə girən zərblə qulluqdan çıxacaq
Qul odur təkcə fərzi olsa da, fərziyyəsi yox.


19
Ey vücud, varsan əgər, haqq olanı heçdən ayır
Varlığın ruhudu Din, yoxluğun ruhiyyəsi yox.
Həsəd xəstəliyi kin, qəzəb, riya, nifaq, hərislik, qeybət 
kimi bir çox mənəvi mərəzlərlə sıx bağlıdır. Bəzilərindən do-
ğulur, bəzilərini doğurur. Yəni paxıl, adətən, o mərəzlərin 
də daşıyıcısıdır. Beləsinin imanı da, yaxşı halda, şikəst olar. 
Allah Rəsulu 
(salləllahu əleyhi və səlləm)
buyurdu: 
“Sirkə balı pozduğu kimi həsəd də imanı pozar.”
Bəllidir ki, əksər ərzaqlardan fərqli olaraq bal uzunö-
mürlüdür və hər şeydən korlanıb xarab olmaz. Hətta, bu 
keyfiyyətinə görə ondan cənazələrin çürüməsinin qarşısı-
nı almaq üçün istifadə edirlər. Lakin nə qədər möhkəm və 
mötəbər nemət olsa da bal sirkəyə qarşı acizdir. Hədisdə 
imanın bala, həsədin isə sirkəyə bənzədilməsi paxıllığın 
möminlər üçün təhlükəsini ən uğurlu şəkildə ifadə edir. 
Başqa sözlə, bir müsəlmanın imanı nə qədər sabit, oturuş-
muş olsa da, həsədin təsiri ilə sarsıla bilər.
İBRƏT 
Əməvi xəlifəsi Müaviyənin belə söylədiyi rəvayət 
olunur: “Pis əxlaqlar içində həsəd kimi adil olanı yoxdur. 
O, həsəd ediləndən öncə, həsəd edəni öldürür. Hər kəsi 
məmnun etməyə gücüm yetər. Fəqət həsəd edəni əsla razı 
sala bilmərəm. Çünki o, ancaq əldəki nemətin getməsindən 
məmnun olur.”
Fəqirlik halimizə, ey nas, həsəd eyləməyin
Qeyri bir əhvalı da, amma məqsəd eyləməyin.
Fəqirlik hal deyil, əslində məqam, mərtəbədir
Bu yolda nəfsləri tikanlı sədd eyləməyin.
İnsan, əlbəttə, mələklər kimi ruhani deyil
Amma şeytan kimi də ruhsuz cəsəd eyləməyin.
Münafiq gizli müşrik, müşrik açıq münafiqdi
Nifaqa adət edib, şirki xislət eyləməyin.


20
Hər günah daşdı qara, daş şələsi ağır olur
Hər könül bir şüşədi, vurub şikəst eyləməyin.
Zaman qəflət zamanı, dünya qafil dünyasıdı
Qəlbi sərvaxt tutaraq nəfsi sərməst eyləməyin.
Hər günü Bədr bilib, hər gecəni Qədir sayın
Öndə Həsrət Günü var, O gün həsrət eyləməyin.
İbrahim əl-Həvvas həzrətləri buyurdu: “Dostlar! Hikmət 
göydən endiyi zaman, içində bu dörd vəsfdən biri bulunan 
qəlbə girməz:
1) 
Dünyaya aşiq olmaq;
2) 
Uzun xəyallara qapılmaq;
3) 
Boş və əyləndirici şeyləri sevmək;
4) 
Qardaşına həsəd etmək.
Dostlar! Bunu yaxşı bilməlisiniz! Dünya bir qula ağlama-
mışsa, Axirət ona gülməyəcəkdir.”
İBRƏT 
Bir könül əhlinin dərs verdiyi dərgahın qapısı 
önündə bir sərxoş yıxılıb qalır. O mübarək zat onu içəri alıb 
hər cür şəraitlə təmin edir. Sərxoş səhər oyananda ona xü-
susi ikramda bulunur, üstəlik gözəl bir at və xərclik verib 
hörmətlə yola salır.
Bu halı seyr edən və o zatın xidmətində bulunanlardan 
biri öz içində: “Biz illərdən bəri xidmət edirik, heç bir gün 
də belə bir ikrama nail ola bilmədik” deyərək ustadı haq-
qında sui-zənnə uymaqdan özünü saxlaya bilmir. Zamanla 
bu düşüncə ona iztirab verməyə başlayır. O mübarək şəxs 
müridinin qəlbindən keçənləri kəşf yolu ilə anlayaraq onu 
yanına çağırır və deyir: “Nədən o sərxoşa ikramımdan do-
layı qəlbində daima mənə etirazda bulunursan? O zavallı 
öz qüsurunu mənə çox ucuz satdı. İllərdən bəri bəlasına 
çevrilmiş sərxoşluğu bir heyvan və bir neçə qızıla dəyişdi. 
İndi ona kainatı bağışlasan, məstedici şeyin bir qətrəsini 


21
də ağzına almaz. Zatən həyatda yeganə qüsuru da o idi. 
Çünki ondan başqa bütün halı bir vəlinin halı kimidir. Sənə 
gəlincə: sənin mən hansı halını islah edim? Səksən nöqsa-
nın var. Birini düzəltsək digəri çıxar, digərini islah etsək, 
daha bir başqası çıxar.”
Mürid bu sözlər qarşısında tövbə-istiğfarda bulunaraq 
halını islah edir və çox keçmədən könül rahatlığına qovuşur.
Elə bir dərddi salar dərdsizi min dərdə həsəd
Mərdi namərd eləyər, eyləsə mərd mərdə həsəd.
Hər könül Kəbə olar, əhli könül olsa bəşər
Ərz dönər Ərşə, əgər olmasaydı yerdə həsəd.
İnsanıq, nəfsimiz var, ruhdan ibarət deyilik
Xəta hər qəlbdə olur, dönməsin qoy virdə həsəd.
Dində hər şəkli, növü pislənilib paxıllığın
Etməsin qövmə qovm, həmçinin fərd fərdə həsəd.
Zənn et zülmət meşədə ac şir ilə üz-üzəsən
Çıxacaq qarşına aslan kimi Məhşərdə həsəd.
Yaxşı işlərdə yalnız qibtəyə var Dində cəvaz
Yoxsa başdan-başa şərdir xeyirdə, şərdə həsəd.
Həsəd xəstəliyinə ən çox məruz qalan təbəqə əmr, elm 
və sənət adamlarıdır. Çünki onlarda şöhrət, nüfuz, imkan 
kimi paxıllıq doğuran amillər daha qabarıqdır. Bu təbəqənin 
təmsilçiləri arasında çəkişmələr Dinin və dövlətin duru-
muna ciddi təsir göstərdiyindən daha təhlükəlidir. Allah 
Rəsulu 
(salləllahu əleyhi və səlləm)
vida xütbəsində buyurdu:

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə