Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

28 

 

Bundan  sonra  Çin  ġərqi Türküstanın  Ģəhərlərini  və  qismən  də  Fərqanə  və 



Kanqı  özünə  tabe  edir.  105-ci  ildə  isə  KaniĢkanın  gizli  danıĢıqlar  apardığı  ġərqi 

Türküstanın Ģəhər dövlətləri Çindən aralanır. 

Mənbələrdə kuĢanlarla  Kəngərlər  arasında müəyyən  dil  birliyi  hiss  olunur. 

KuĢan-Kanq  münasibətləri  ayrı-ayrılıqda  heç  də  Çin-KuĢan,  yaxud  Kanq-Çin 

münasibətlərinə  oxĢamır.  Görünür,  sülalə  yaxınlığı  və  ya  qohumluq  əlaqələri  də 

KuĢan-Kanq münasibətlərini nisbətən dinc yollarla həll etməyə imkan yaradırdı. 

KaniĢka  və  onun  varisləri  dövründə  KuĢan  dövlətinin  siyasi  mərkəzi 

Hindistanın  ġimal-qərbinə  köçürülür  və  beləliklə,  Kanq  və  KuĢan  dövlətlərinin 

mənafe toqquĢmaları dayandırılır. 

B.  Ögəlin  kitabında  ipək  yolunun  Kanqdan  keçdiyi  göstərilir  (5,297). 

Regiondakı  baĢqa  dövlətlərlə  bərabər  Kanq  da  yolun  kimin  və  ya  kimlərin 

nəzarətində olacağı ilə maraqlı idi. 

Kanq  dövlətinin  adı  III  və  IV  əsrlərlə  əlaqədar  hadisələrdə  də  çəkilir: 

«Qərbi  Türküstandakı  Səmərqənd  zonasından...  elçilər  287-ci  ildə»...  Çin 

imperatoruna  hədiyyələr  gətirdilər  (5.11,  317)»  Səmərqənd  (Kanq-cu)  və  Xotan 

bəyliyi  ilə  birlikdə  381-ci  ildə  Fu  Cienin  sarayına  öz  mallarını  təqdim  etmiĢlər 

(5,II,323). 

Kəngərlərin hələ 270-ci ildə Orta Asiyadan xaricə elçilər göndərdiyini qeyd 

edən  B.  Q.  Qafurov  sonralar  onun  öz  qüdrətini  tamam  itirdiyini  və  Eftalit  dövləti 

tərkibinə  daxil  olduğunu  göstərir  (6,138)Y  Bu  proses  barədə  tarixi  mənbələrdə  elə 

bir  ətraflı  məlumata  təsadüf  edilmir.  Lakin  L.  N.  Qumilyovun  «Qədim  Türklər» 

kitabında  Qərbi  Türk  xaqanlığının  Orta  Asiyadakı  durumu  ilə  əlaqədar  eftalitlər 

barədə  məlumatlara  təsadüf  edilir.  L.  N.  Qumilyovun  eftalitlər  barədə  hökmü  çox 

sərtdir:  «Orta  Asiyanı  silah  gücünə  və qəddarlıqla əldə  edən  eftalitlər tabe  etdikləri 

ölkələrdə populyarlıq qazana bilməzdilər» (10.41). 

Bu hökmu Kanq (Səmərqənd) çarlığına Ģamil etmək olmaz. Onun vəziyyəti 

təxminən  KuĢan  imperiyası  dövründəki  kimi  olmalı  idi.  Kəngərlər  dövlət 

qurumlarını  tam  mühafizə  etmiĢdilər.  UzaqbaĢı  xərac  verməklə  öz  müstəqil  siyasət 

və ticarətlərini davam etdirirdilər. Onların əsas narazılığı eftalitlərin siyasətindən idi. 

Kanq qüdrətli ticarət çarlığı olsa da ticarəti geniĢləndirmək, qazancı, gəliri artırmaq 

üçün regionda əmin-amanlıq gərəkdi. 

 

 



 


29 

 

BƏDNAM BĠR KONSEPSĠYA 

 

Biz  burada  Kanq  dövlətinin  aqibətinin  xronoloji  ardıcıllıqla  Ģərhini 



dayandırıb  sonradan  qoyulan  mətləblərin  mahiyyətini  daha  aydın  göstərə  bilmək 

naminə 


böyük  ictimai  narahatlıq  törədən  bir  konsepsiyadan  danıĢmaq 

məcburiyyətində qaldıq. 

Belə  ki,  tək  Səmərqəndi  deyil,  bütün  Mavəraunnəhri,  bütün  Orta  Asiyanı 

təmsil  edən,  təsiri  Volqaboyundan,  Ural  ətaklərindən  və  Ön  Qafqazdan  gələn 

qüdrətli  Kanq  dövlətinin  tarixinin  kölgəli  yerdə  gizlədilməsi,  onun  qədim  bir  türk 

dövləti kimi böyük bir regionda oynadığı rolun diqqət mərkəzindən kənarda qalması 

faktı ilə üzləĢirik. 

Kanq  dövlətinin  varlığı  Türküstanın  irandilli  ölkə  olması  barədə  uydurma 

iddialarla bir araya sığmır. Bu məsələdə «Tacik xalqının tarixi» kitabının müəllifləri 

nisbətən  ehtiyatlı  hərəkət  edir,  əvvəldə  obyektiv  görünən  bir  fikir  irəli  sürdükdən 

sonra  tədrislə  həmin  konsepsiyanı  kitab  boyu  yeritməyə  çalıĢırlar.  «Orta  Asiya 

xalqlarının  bürünc  (mis)  dövründə  hansı  dillərdə  danıĢmaları  məsələsi  böyük 

əhəmiyyətə  malikdir.  Ancaq  bu  məsələni  izah  etmək  istərkən  bir  sıra  çətinliklərlə 

Orta  Asiyada  və  ona  qonĢu  olan  ərazilərdə  o  dövrün  yazılı  mənbələrinin  olmaması 

çətinlikləri  ilə  qarĢılaĢırıq  belə  ki,  indi  Orta  Asiyanın  ən  qədim  dilləri  haqqında 

yalnız dolayı məlumatların cəmləĢdirilib ümumiləĢdirilməsi əsasında fikir söyləmək 

olar.  Burada  biz  həqiqətən  gumanlar,  fərziyyələr,  ehtimallar,  ən  yaxĢı  hallarda 

hipotezlərlə üzləĢirik» (16,127). 

«Özbəkistan SSR tarixi» kitabının müəllifləri isə tacik  qardaĢlarından çox-

çox «irəli» gedib «mütləq həqiqəti» tapıblar. Onlar gumansız, ehtimalsız, qətiyyətlə 

deyirlər: «Əhəmənilər dövründə Orta Asiyanın bütün tayfa və xalqları Hind-Avropa 

dilləri  ailəsi,  əksərən  Ġran  dilləri  qrupunda  danıĢırdılar.  Bizim  eradan  əvvəl  ikinci 

əsrdə Orta Asiya hüdudlarında yazılı mənbələrdə Hunların adları çəkilir» (17,84). 

Bəs  eradan  əvvəl  IV  əsrdə  indiki  DaĢkənd  rayonunda  meydana  çıxan, 

Qazaxstan çöllərinin müəyyən hissəsini də əhatə edən və Səmərqəndə qədər uzanan 

Kəngər  dövləti  harada  idi?  «Özbəkistan  SSR  tarixinin  müəllifləri  həmin  dövlətdən 

sanki «yad bir Ģey» kimi danıĢır, Orta Asiya tarixində böyük ,rol, oynamıĢ bu türk 

dövlətinin  adını  qalın  kitabın  kiçik  bir  küncündə  gizləyirlər.  Onlar  Hind-Avropa 

alimlərinin rus-sovet tarixĢünaslığında rəsmiləĢmiĢ ehkamlarından ehtiyat edirlər. 

Sovet  tarixĢünaslığında  ehkamlaĢdırılmıĢ  nəzəriyyənin  ən  fəal  təbliğatçısı 

B. Q. Qafurov olmuĢdur.  

Orta Asiya tarixinə münasibətdə B. Q. Qafurovun öz konsepsiyası vardır. O 

bunu  gizlətmir  bəlkə  də  onunla  fəxr  edir:  «Bizim  konsepsiyamızda  o  müddəa 

formadaĢdırılıb vurğulanmıĢdır ki, özbəklər taciklər və Orta Asiyanın digər xalqları 

ilə  yanaĢı  (bir  sırada)  Orta  Asiyanın  bütöv  qədim  tarixinin  və  mədəniyyətinin 

varisləridir.  Bu  mülahizədə  qədim  irandilli  tayfa  və  xalqların  özbək  xalqının 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə