Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

26 

 

Bəzəi  Kanq  hökmdarlarının  kömək  etdikləri  hakimlər  üzüdönük  çıxır 



əvvəlcədən düĢünülmüĢ planların həyata keçməsinə mane olurlar. «87-ci ildə üsyan 

etmiĢ keçmiĢ KaĢqar hakimi Sunq Səmərqənd (Kanq-cu) hakimindən bir xahiĢ etdi. 

Ona  əsgər  verilməsini  və  KaĢqar  zonarına  qayıtmaq  istədiyini  bildirdi,  Səmərqənd 

(Kanq-cu) hakimi buna razı oldu. KeçmiĢ KaĢqar hakimi qayıdan kimi dərhad gizlicə 

Kuça bəyliyi ilə razılaĢmağa gəldi». 

Lakin daha öncə Çinə qarĢı üsyan edən bu KaĢqar hakimi çox səmimi adam 

deyildi.  Buna  görə  yalandan  Çin  sərkərdəsi  qarĢısında  gözə  girmək  istədi.  O  da 

bundan istifadə edib dərhal onun baĢını kəsdi. Bu səbəbdən də Səmərqəndin (Kanq-

cu) bütün zəhməti əbəs yerə getdi (Yenə orada, s. 196). 

Kəngərlərin regionda yeni meydana çıxıb get-gedə qüvvətlənən və böyüyən 

KuĢan dövləti ilə əlaqə və əhdnamələri böyük maraq doğurur. Çin bu münasibətləri 

böyük qısqanclıqla izləyir, hər bir hadisəyə münasibətini bildirirdi. 

Yeni  eranın  87-ci  ilində  «Qərbi  Türküstana  demək  olar  ki,  sahiblik  edən 

Səmərqənd  (Kanq-cu)  hakiminin  Çinə  qarĢı  üsyan  edən  KaĢqar  bəyinin  köməyinə 

necə  getdiyini  görmüĢdük.  Beləliklə,  Çin  ordusunun  altı  aydan  artıq  davam  edən 

döyüĢləri  uğursuzluqla  nəticələnmiĢdi.  KaĢqar  zonasında  Səmərqənd  (Kanq-cu) 

ordusunun da giriĢdiyi bu döyüĢlər baĢ alıb gedirdi: KuĢan dövlətindən Səmərqəndə 

(Kanq-cuyə)  bir  elçi  gəldi  və  kuĢanlarla  Səmərqənd  (Kanq-cu)  arasında  qız  alıb-

vermə  yolu  ilə  bir  əhdnamə  bağlanması  təklif  edildi.  Çin  dövləti  bunu  eĢidən  kimi 

dərhal  kuĢanlara  bir  elçi  göndərdi.  Ġpək  qumaĢlar  hədiyyə  etməklə  Səmərqənd 

(Kanq-cu)  hakiminə  qarĢı  bir  cəbhə  açmasını  təklif  etdi.  Səmərqənd  (Kanq-cu) 

hakimi  də  bunu  eĢidən  kimi  KaĢqardakı  döyüĢləri  tərk  etdi.  Üsyan  edən  KaĢqar 

hakimini də özü ilə götürüb məmləkətinə qayıtdı» (Yenə orada, s. 195-196). 

Bu  sənəd  Çinin  Qərbi  Türküstana  demək  olar  ki,  sahiblik  edən  Kanq 

dövlətinin  hərəkətlərini  necə  təlaĢla  izlədiyini  tam  aydınlığı  ilə  göstərir.  Bu  həmin 

dövrdür  ki,  Çin  hunları  tam  məğlubiyyətə  uğratmıĢdı  və  bir  qədər  rahatlıqla  nəfəs 

almaq  niyyətində  idi.  Onun  qarĢısında  indi  Kəngər  dövlətinin  simasında  yeni  bir 

rəqib  meydana  çıxmıĢdı.  Xüsusilə  KuĢan-Kanq  əlaqələri  bəlkə  də  onu 

vahimələndirmiĢdi.  Çünki  ticarət  yolu  məsələsi  də  ortaya  çıxmıĢdı.  Vaxtilə  Çinlə 

KuĢan  dövlətinin  çox  yaxĢı  əlaqələri  olmuĢdu.  Lakin  Çin  sərkərdəsi  Ban-Cao 

kuĢanlara Ģübhə ilə baxırdı. KuĢanlar Çin imperatorunun ailəsindən bir qızla evlənib 

bir  qohumluq  qurulmasını  da  istəmiĢdilər.  Lakin  Çin  sərkərdəsi  Ban-Cao  KuĢan 

elçisini tutub geri göndərmiĢdi. 

Elə çıxır ki, Çin sərkərdəsi KuĢan dövlətinin daha əvvəl Səmərqənd (Kanq-

cu)  və  Qərbi  Türküstanla  əhdnamə  bağlamasından  qorxuya  düĢmüĢdü.  Çünki 

Səmərqənd (Kanq-cu) hakimi öz ordusu ilə KaĢqar zonasını müdafiə etmiĢ və keçmiĢ 

hakimini də özü ilə götürüb məmləkətinə qayıtmıĢdı. KuĢanlarla Səmərqənd (Kanq-

cu)  «Türküstandakı  ticarət  yollarının»  Çin  nəzarətinə  keçməməsi  üçün  hazırlığa 




27 

 

baĢlamıĢdılar. «Çinlə kuĢanlar arasındakı əlaqələr düĢmənçiliyə çevrilmiĢdi...» (Yenə 



orada, s. 196). 

90-cı ildə KuĢan dövləti 70 minlik bir ordunu Türküstana yola salır. Hücum 

planı ətraflı düĢünülmədiyindən Pamir dağlarını keçəndən sonra ordu ərzaqsız qalmıĢ 

və Çin tərəfindən məğlubiyyətə uğradılmıĢdı. 

  

Kəngər-KuĢan  münasibətləri  haqqında  «Tacik  xalqının  tarixi»  kitabında 



deyilir  ki,  «Əldə  olan  məlumatlar  yalnız  güman  etməyə  imkan  verir  ki,  Kanqın 

mərkəzi  rayonları  KuĢan  dönlətinin  tərkibinə  daxil  olmamıĢdı.  Bizim  eranın  78-ci 

ilindəki hadisələrlə əlaqədar KuĢan və Usun ölkələri ilə yanaĢı Kanq ölkəsinin də adı 

çəkilir.  Buradaca  yada  salınır  ki,  (təsvir  olunan  hadisələrə  qədər)  KuĢan  çarı 

Kanqyuy hakimi ilə kəbin yolu ilə qohumlaĢmıĢdır və «Qərb ölkələrində» Yantsyay 

(Alan) torpaqları və onun ġimal qonĢusu Yan Kanqdan asılıdırlar. Kanq haqqında III 

əsrin  ortalarındakı  mənbələrdə  də  məlumatlar  var.  Görünür,  Kanq  özünün  cənub 

vilayətləri  Xarəzm  və  Çaçı  itirib  qüdrətli  qonĢusundan  müəyyən  dərəcədə  asılı 

vəziyyətə düĢsə də, nəinki özünün müstəqilliyinin böyük hissəsini saxlamıĢ, həm də 

öz təsirini ġimala və ġimali-qərbə də yaya bilmiĢdir» (16.361). 

Bu  fikir  Özbəkistan  SSR  tarixində  də  təsdiq  olunur:  «KuĢan  dövləti 

tərkibinə  daxil  olduqdan  sonra  da  (bunun  necə  baĢ  verdiyi  məlum  deyil)  Kanqxa 

özünün  müəyyən  müstəqilliyini  hifz  etmiĢdir.  Belə  ki,  Çin  mənbələrinə  görə  bu 

dövrdə Kanqxa yansay (aors-alan) və baĢqa tayfaları özünə tabe edir» (17, 87). 

Lakin  bu  kitabda  S.  P.  Tolstovun  Kanqla  Xarəzmi  fərqləndirə  bilməməsi, 

müxtəlif  mərhələ  və  dövrlərdə  vəziyyətin  heç  də  eyni  olmaması  faktlarına  diqqət 

yetirməməsi  nəticəsində  Kəngər  dövlətinin  qüdrətli  bir  faktor  olması  kölgədə  qalır. 

əgər B. Ökəlin kitabında Kanq-KuĢan əlaqələri bir-biri ilə çox yaxın olan iki dövlətin 

Çin imperiyasına qarĢı ağıllı bir manevr etmələri təsiri bağıĢlayırsa, kitabda verilən 

məlumatda Kanqın KuĢan dövlətinə tabeliyi vurğulanır. 

Kudjulu  Kadfizin  (I  Kadfiz)  çarlığı  yeni  eranın  baĢlanğıcından  I  əsrin 

ortalarınadək olan dövrü əhatə edir (O, 80 ildən çox yaĢamıĢdır). Bu dövrdə o, baĢqa 

yerlərlə  yanaĢı  hunlarla  və  Çinlə  mübarizədə  zəifləmiĢ  Kanq  çarlığının  cənub 

torpaqlarını  özünə  tabe  edir.  Kitabda  deyilir:  sikkələrin  təhlili,  Çinin  tarixi 

mənbələrinin  məlumatları  əsasında  belə  qənaət  hasil  olur  ki,  bu  cür  Ģəraitdə  də 

Kanq  hər  halda  öz  müstəqilliyini  saxlamıĢdır  (qara -  M.A.)  və  kuĢanlarla  sülalə 

xətləri  ilə  bağlı  olmuĢdur.  Sikkələrdə  Xarəzm  çarlığı  və  KuĢan  çarlığının  tamqaları 

bir-birinə çox yaxındır». 

KuĢanların  iĢğalçılıq  siyasəti  Çini  narahat  etməyə  bilməzdi  və  bu, 

nəhayətdə müharibə ilə nəticələndi. Buna aĢağıdakı hadisə səbəb oldu. KaniĢka Çinə 

Ģahzadə qıza elçi göndərir; KuĢan elçiləri həbs edilir. KaniĢka ġərqi Türküstana 60 

minlik  ordu  göndərir  (B.  Ögəldə  70  mindir-M.  A.),  lakin  bu  ordu  məğlubiyyətə 

uğrayır. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə