Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

22 

 

Cici. xanı regiona dəvət edən, ona çoxlu məsləhətlər, qonĢu dövlətlər barədə 



məlumatlar  verən  Kanq  hökmdarıdır.  Həmin  kitabdan  gətirilən  bu  parça  vəziyyəti 

müəyyən  qədər  aydınlaĢdırır:  «...alanlar  və  baĢqaları  kimi  Xəzər  dənizi  və  Volqa 

sahillərindəki  tayfalar  çox  vaxt  Səmərqənd  (Kanq-cu)  hökmdarlığına  sadiq 

qalmıĢdılar.  Səmərqənd  (Kanq-cu) hökmdarlığını əlində  saxlayan  Cici  xanın  Volqa 

sahilləri ilə əlaqələrinin mövcudluğunu düĢünmək normal sayılmalıdır» (5,11,102). 

Məqsədimiz heç  də hun xaqanlığının  fəaliyyətini kiçiltmək deyil.  Hunların 

ümumtürk  tarixində  oynadıqları  misilsiz  rol  görkəmli  alimlər  tərəfindən  xeyli 

iĢıqlandırılmıĢdır.  Burada  məqsəd  türk  tarixçilərinin  diqqətindən  müəyyən  mənada 

kənarda  qalmıĢ,  haqqında  az  danıĢılmıĢ  Kəngər  dövlətinin  fəaliyyətini 

aydınlaĢdırmaqdır. B. Ögəl özü yazır ki, böyük Qərb hun imperiyası yaratmaq «planı” 

Çici  xanın  duĢüncəsinə  nə  vaxt  düĢmüĢdür?  Bəlkə  də  e.ə.  49-cu  ildə  etdiyi  qərb 

axınında,  yaxud  da  çarəsiz  qalıb  Səmərqənd  (Kanq-cu)  hökmdarlığına  keçdikdən 

sonra?» (5,98). Axırıncı mülahizə daha doğru görünür. 

Türk dünyası ilə məĢğul olan alimlərin çoxunun rəyinə görə sanki hər Ģey 

hunlardan baĢlayır, sanki bütün türk dünyası Metenin kaftanından çıxmıĢdır. Halbuki 

Metedən  çox-çox  əsrlər  əvvəl  (bəlkə  də  min  illər  əvvəl)  Qərbdə,  Ön  Asiyada  türk 

tayfa  ittifaqları  mövcud  olmuĢlar.  Hətta  B.  Ögəlin  özu  də  kitabında  «...hunlar  və 

göytürklərdən əvvəl «Kaoçı» türklərinin adını çəkir. 

Türk  tarixinin  öyrənilməsindəki  bir  sıra  qəribəliklər  ondan  doğur  ki,  bu 

tarixi  eradan  əvvəl  IV  əsrdən  baĢlanan  -məhdud  bir  dövrə  sığıĢdırmağa  cəhd 

göstərilir. Halbuki bir Çin sərkərdəsi Cici xana qarĢı aparılacaq döyüĢ planında yazır 

ki,  «10.000  ildən  bəri  (hunlara  qarĢı)  qazana  bilmədiyimiz  zəfəri  bir  gündə  əldə 

etmiĢ olacağıq» (Yenə orada, səh. 103). 

 

KƏNGƏRLƏR VƏ ÇĠN 

 

Cici  xanın  ölümündən  sonra  regionda  qüvvələr  nisbətinin  dəyiĢməsi-Kanq 



dövlətindən öz siyasətini yenidən qurmağı tələb edirdi. Onun ərazisində hun idarəsi 

aradan qalxmıĢdı; əslində Cici xan öz qüvvəsi ilə Kanq dövlətinə bütövlükdə nəzarət 

etmək imkanından məhrum idi və onun ölümündən sonra zəngin dövlətçilik ənənə və 

təcrübəsinə malik olan kəngərlər regionda öz dominant vəziyyətini bərpa etdilər. Ġndi 

onlara zor tətbiq edə biləcək yeganə dövlət Çin idi, lakin bu dövlət məsafə etibarı ilə 

kəngərlərdən  çox  uzaqda  idi  və  ona  elə  bir  təhlükə  törədə  bilməzdi.  Orta  Asiyada 

yaradılmıĢ  Çin  valiliyi  Kanq  dövlətinin  iĢlərinə  müdaxilə  edə  bilməzdi.  Buna 

baxmayaraq  Cici  xanın  aradan  qaldırılması  ilə  qərbdə  hun  imperiyasının  bərqərar 

olmasına  imkan  verməyən  Çinlə  Kəngər  dövləti  ehtiyatla  davranırdı.  Kəngər 

dövlətinin  yaxĢı  iĢlənib  silalanmıĢ  diplomatiyasının  olduğunun  Çin  məmurlarının 

sənədlərində  açıqlandığını  görürük.  Bahaəddin  Ögəlin  kitabında  Türküstandakı  Çin 

valisinin imperatora təqdim etdiyi raportda Kanq dövlətinin durumu və siyasəti Çin 




23 

 

dövləti mövqeyindən qiymətləndirilir. Bu, eradan əvvəl son illərdəki vəziyyətə iĢıq 



salır.  Həmin  illər  arasında  Səmərqənd  (Kanq-cu)  hökmdarı  öz  oğlunu  Çin  sarayına 

xidmətə  göndərir  (təbii  ki,  bu  ehtiram  müəyyən  dərəcədə Çinin  böyüklüyünü  etiraf 

etmək  əlaməti  kimi  qiymətləndirilməlidir).  Eyni  zamanda  bu  Çini  Kanq  dövlətinə 

münasibətdə  neytrallaĢdırmaq  məqsədi  daĢıyırdı.  Hökmdar  Çin  imperatoruna 

cürbəcür: hədiyyələr də  təqdim  etmiĢdi.  Çin tərəfi  Kanq hökmdarlığının  diplomatik 

addımlarının arxasında nələr olduğunu dərk edirdi. 

Bahaəddin  Ögəlin  gətirdiyi  sənəddə  deyilir:  «Lakin  Səmərqənd  (Kanq-cu) 

hökmdarı yaxĢı bilirdi ki, o Çindən çox uzaqdadır (bu və sonrakı qaralar bizə aiddir-

M.  A.).  Bundan əlavə,  o zamanda  yeganə (güclü)  dövlət  də  onun  idi.  Buna  görə  də 

özünə  qonĢu  olan  digər  dövlətlərin  (Çinə)  ehtiram  bəsləmələrini  istəmirdi 

(Türküstandakı)  Çinin  böyük  valisi  imperatora  təqdim  etdiyi  məktubunda  belə 

deyirdi:  hunlar  əvvəllər  güclü  olduqları  vaxtlarda  belə  (v)  Usunları  və  Səmərqənd 

(Kanq-cu)  hökmdarlığını  tamamilə  idarələri  altına  almamıĢdılar  (Çünki  hunlar  da 

göytürklər  kimi  Qərbi  Türküstan  dövlətlərini  bir  vassal  dövləti  kimi  qəbul 

etmiĢdilər). Bu iki dövlətin bizim arvadlarımız olduğunu irəli sürən fikirlər də doğru 

deyil. (Yəni (v) usunlar və Səmərqənd (Kanq-cu) hökmdarlığı). Hərçənd onlar Çinlə 

yaxĢı  dolanırlar  və  oğullarını  Çinə  göndərirlər,  Ancaq  hər  üç  dövlət  də  keçmiĢdəki 

kimi  əlaqələrini  davam  etdirir  və  qarĢılıqlı  ərməğanlar  verirlər  (Üç  dövlətdən  biri 

hunlar olmalıdır). Buna görə də bir-birlərinin gözlərinə baxır və biri digərĠni məhv 

etmək  istəmir.  Bu  da  bizim  üçün  münasib  bir  vəziyyət  ola  bilər.  Razılıqla 

görüĢmələrinə  baxmayaraq,  bir-birlərini  sevmir  və  bir-birlərinə  arxayın  olmurlar. 

Buna görə birinin digərinə sədaqəti indiki vaxtda söhbət mövzusu ola bilməz» (5, II, 

109). 

Sonra vali müxtəsər Ģəkildə (V) Usun hökmdarlığının siyasətini xarakterizə 



edir. Məhz bu səciyyə Kanq dövlətinin əlamətdar xüsusiyyətini daha aydın görməyə 

imkan  yaradır:  «Bizim  onlarla  (usunlarla  -  M.  A)  olan indiki  əlaqələrimizə  gəlincə 

(V) Usun hökmdarlarına çinli qızlar verməyimiz indiyə qədər bizə bir xeyir vermədi. 

Üstəlik  Çinə  yük  və  əziyyətlər  gətirdi.  (V)  usunlar  əvvəllər  bizimlə  əhdnamə 

bağlamıĢdılar  Ġndi  də  onları  hunlarla  birlikdə  bizim  vassalımız  adlandırırlar.  Lakin 

bu o qədər də mərdanə görünmür» (Yenə orada). 

Kanq  dövlətinə  gəlincə  valinin  hissləri  müəyyən  qədər  əqlinə  üstünlük 

etməyə  baĢlayır;  buna  baxmayaraq  onun  həmin  dövlətə  verdiyi  qiymət  obyektiv 

xarakter  daĢıyır  və  o  dövrdə  Orta  Asiya  regionunda  dövlətlərarası  münasibətləri 

aydın  təsəvvür  etmək  üçün  imkan  yaradır.  Bu  parçanı  qara  ilə  verməyi  münasib 

bilirik: 

«Səmərqənd  (Kanq-cu)  hökmdarlığı  isə  həm  qururlu  həm  də  məkrlidir. 

Ġndiyə  qədər  bizim  elçilərimizə  ehtiram  göstərməkdən  daim  yayındılar.  Çin  baĢ 

valisinin  göndərdiyi  elçiləri  (V)  usun  elçilərindən  aĢağıda  oturtdular.  Səmərqənd 

(Kanq-cu)  hökmdarlığı  (v)  Usun  elçilərini  Çin  elçilərindən  daha  üstün  tutur, 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə