Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

24 

 

hökmdarlar  və  soylular  Çin  elçilərindən  əvvəl  yeyib-içirlər.  Bizim  elçilərimizə 



bilərəkdən hörmət  göstərmirlər.  Səmərqənd  (Kanq-cu) hökmdarlığı  digər  dövlətlərə 

də  qürurla  baxır.  Bu  Ģərtdə  özümüzə  belə  bir  sual  verə  bilərik:  buna  baxmayaraq, 

Səmərqənd  (Kanq-cu)  hökmdarı  oğlunu  bizə  nə  üçün  göndərir?  Bu,  gözəl  sözlərlə 

ört-basdır edilmiĢ bir hiylədir. Çünki onlar, Çinlə ticarətlərini davam etdirmək üçün 

belə edirlər (Yenə orada, II s, s. 109-110). 

Bu məktubdan hansı nəticələri çıxarmaq olar? Əvvəla, Türküstanda valiliyi 

olmasına baxmayaraq Çin usunları və kəngərləri sözün əsil mənasında itaət altına ala 

bilmir.  Hətta  usunlar  da  imperiyadan  nə  qədər  «hörmət»  görsə  belə  onunla 

diplomatik dillə danıĢır. Valinin məktubunun sətirləri arasında arabir «soy» məsələsi 

iĢartı  verir.  Açıq-aĢkar  Ģəkildə  deyilməsə  də  üç  dövlətin  əvvəllərdə  olduğu  kimi 

«əlaqələrini»  davam  etdirdiklərini,  bir-birlərinə  qarĢılıqlı  ərməğanlar  verdiklərini 

vurğulayır. Üç dövlət - Hun, Kanq, Usun dövlətləridir. Yeni eranın sonlarına doğru 

hunların zəifləməsi, Çinin regionda öz təsirini gücləndirmək imkanı əldə etməsi onun 

bir  imperiya  kimi  siyasətini  belə  müəyyənləĢdirirdi.  Eyni  kökdən  olan  bu  üç 

dövlətdən birinin o biriləri tam məğlub edib bir qüdrətli dövlətə çevrilməsi, təbii ki, 

Çinə xeyir deyildi. Zaman-zaman tək hunlarla bacarmayan, dəfələrlə onlara məğlub 

olan Çini soy kökü eyni olan üç dövlətin birləĢib vahid halına düĢməsi də vahiməyə 

sala  bilərdi.  Bu  üç  dövlətin  birləĢməsi  Kanq  dövlətinə  tabe  və  ya  ondan  asılı  olan 

baĢqa  dövlət  və  tayfa  ittifaqlarının  da  onlara  birləĢdirilməsi  demək  olardı.  Çin  eyni 

zamanda  bu  üç  dövlət  arasında  səmimi  dostluq  münasibətlərinin  olmasını  da 

istəmirdi.  Bu,  gələcəkdə  ittifaqa  çevrilər  və  imperiya  üçün  təhlükə  törədə  bilərdi. 

Müəyyən narahatlıqlara baxmayaraq üç türk dövlətinin ziddiyyətli münasibətləri Çin 

diplomatiyasını təmin edirdi. 

Digər  tərəfdən,  böyük  dövlət,  imperiya  ambisiyaları  Çin  valisini  qəzəb 

həddinə  çatdırırdı.  Kanq  hökmdarının  eyni  kökdən  olan  üçün  elçilərinə  xususi 

hörməti,  nəvaziĢi,  Çin  elçilərini  ayaq  üstə  saxlaması  qısqanclıqla  vurğulanır. 

Soylulara hörmət  də  valini  qıcıqlandırır.  Kanq hökmdarlığının  baĢqa dövlətlərlə  də 

qürurlu  davranıĢı  onu  hiddətləndirir.  Uzun  dövlətçidik  ənənələri  olan  Kanq 

hökmdarlığının  -  virtuoz  diplomatiyası  qarĢısında  vali  aciz  görünür.  Kanq 

hökmdarlığı  baĢqa  dövlətlərə  münasibətdə  müəyyən  ölçüləri  gözləyir  hərəyə  öz 

yerini  göstərməyi  basarır.  Təsadüfi  deyil  ki,  valinin  raportunun  sonunda  Kanq 

diplomatiyasının yaratdığı, aĢağıda təsvir edilən vəziyyət xüsusi vurğulanır: 

«Hunlar  yüz  yad  dövlətlər  içində  ən  böyüyüdür.  Buna  baxmayaraq  Çinə 

sədaqətlə  xidmət  edirlər.  Lakin  bunu  hiss  edirik  ki,  Səmərqənd  (Kanq-cu) 

hökmdarlığı  bizə  lazımi  hörmət  və  sədaqət  göstərmir.  Üstəlik  biz  hun  xaqanında 

Səmərqənd (Kanq-cu) hökmdarının altındaymıĢ kimi bir hiss oyadırıq» (5.11,110). 

Valinin  məktubunda  Kanq  dövlətinin  aydın  düĢünülmüĢ  siyasəti 

müqabilində Çin valisinin acizliyi özünü açıq büruzə verir. 




25 

 

Yeni eranın əvvəllərində də Kanq dövlətinin Orta Asiyada nüfuzu güclü idi. 



O özündən asılı və ya ikinci dərəcəli dövlətlərdə siyasi hakimiyyətlərin, hökmdar və 

hakimlərin dəyiĢməsini həssaslıq və qısqanclıqla izləyir; onu təmin etməyən siyasət 

yeridən hökumətlərə təzyiq göstərir, yeri gəldikcə zor iĢlədir və istəyinə nail olurdu. 

Eranın əvvəllərində Yarkənd hakimiyyətinin gücləndiyi müĢahidə olunurdu. 

Yenidən  güclənən  hunlar  Yarkəndi  sıxıĢdırmağa  baĢladı.  Yarkənd  öz  istiqamətini 

qərbə və Qərbi Türküstana çevirdi. «Fərqanə. (Ta-yuan) zonasının hər il ona ödədiyi 

vergi və xəracları azaltdığını görəndə müxtəlif məmləkətlərdən topladığı bir neçə on 

min  nəfərlik  bir  ordunu  öz  komandanlığına  alıb  Fərqanəyə  hücum  etdi..:  Fərqanə 

hakimi  qorxdu  və  onun  piĢvazına  çıxıb  təslim  olmaq  istədi.  Yarkənd  bəyi  də  onu 

götürüb  özü  ilə  birlikdə  (Yarkəndə)  aparmaq  üçün  bunu  bir  fürsət  bildi.  Bundan 

sonra  Geriya  yaxınlığındakı  Uzuntat,  yəni  Çu-mi hakimini də apardı  və  Fərqanəyə 

hakim təyin etdi» (Yenə orada, s. 169-170). 

Təbii  ki,  Kanq  dövləti  Yarkənd  hakiminin  bu  hərəkətinə  biganə  qala 

bilməzdi.  Özünün  təsir  dairəsində  saxladığı  Fərqanəyə  kənar  bir  bəyliyin  ağalıq 

etməsinə, orada hakimin dəyiĢməsinə dözə bilməzdi. 

«Səmərqənd (Kanq-cu) hökmdarı bu təzə Fərqaiə hakiminə dəfələrlə hücum 

etmiĢ  və  onu  məğlubiyyətlərə  uğratmıĢdı.  Bu  məqsədlə  (Fərqanənin  təzə)  hakimi 

(Səmərqəndin (Kanq-cunün) axınlarına daha çox tab gətirmədiklərindən) bir il sonra 

qaçdı və geri qayıtdı. Bundan sonra (bəlkə də Səmərqəndin- Kanq-cunün) basqınları 

altında qalan Yarkənd bəyi Fərqanənin keçmiĢ hakimini yenə Fərqanəyə təyin etmək 

məcburiyyətində qaldı» (Yenə orada, s. 170). 

Beləliklə, Kanq dövləti regionda, o cümlədən Fərqanədə aparılan hər hansı 

köklü dəyiĢikliyə razı olmamıĢdır.  

 

KƏNGƏR - KUġAN MÜNASĠBƏTLƏRĠ 



 

Kəngər dövlətinin fəaliyyətini Çin tərəfi böyük həssaslıqla izləyirdi; bu türk 

dövləti hunlardan sonra Çin üçün bir narahatlıq mənbəyinə çevrilmiĢdi. Yeni eranın 

ilk əsrinin 70-80-ci illərində Kanq hökmdarlığının KaĢqar və Kuça bəylikləri ilə Çin 

arasındakı  münaqiĢələrdə  fəal  iĢtirakını  görürük.  Bahaəddin  Ögəl  yazır  ki,  «78-ci 

ildə Çinin Kuça sərhədlərinə etdiyi axında Səmərqənd (Kanq-cu) əsgərlərinin olması 

söylənməkdədir. Ancaq biz bunu bir az Ģübhəli bilirik. Çünki Səmərqənd (Kanq-cu) 

84-cü  ildə  Kuça  və  Çinə  qarĢı  birləĢəcəkdir.  Çin  sərkərdəsi  Ban-Cao  imperatora 

yazır ki, guya Səmərqənd (Kanq-cu) Çinin idarəsi altına girmək istəyir (Yenə orada, 

s. 193-194). 

Təxminən  80-ci  illərin  ortalarında  «Səmərqənd  hakimi  üsyan  edən  KaĢqar 

hakiminə  yardım  edib (Çinə  qarĢı  cəbhəyə  keçdi).  Buna  görə  də Çin  sərkərdəsi heç 

cür müvəffəqiyyət qazana bilmirdi» (Yenə orada s. 195). 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə