Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   2   3   4   5   6   7   8   9   ...   53

ARDNF HAQQINDA

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

21

20



4.1. makroiQtisaDi iNkiŞaf

Dünya iqtisadiyyatı. 2014-2016-cı illər ərzində xam neftin qiy-

mətlərində  70%  həcmində  enmə  müşahidə  olunmuş  və  bu 

dövr  neft  istehsalçısı  ölkələrinin  iqtisadiyyatlarına  təsir  etmiş 

neft qiymətləri ilə bağlı ən böyük hadisələrdən biri kimi yadda 

qalmışdır. lakin 2016-cı ilin əvvəlindən etibarən  enerji məhsul-

larına  tələbin  yüksəlməsi,  opec  və  opec  üzvü  olmayan  neft 

istehsalçısı  ölkələrinin  hasilatın  azaldılması  siyasətini  davam 

etdirmələri  və  bir  sıra  digər  amillər  xam  neftin  qiymətlərində 

23,8% həcmində artıma səbəb olmuşdur ki, 2017-ci ilin sonuna 

neftin 1 barelinin qiyməti 60 dolları ötmüşdür. 

xam neftin qiymətlərinin aşağı düşməsi fonunda neft ixracatçı-

sı olan ölkələrdə gəlirlərin kəskin azalması həmin ölkələrdə yeni 

çağırışların  yaranmasına  və  iqtisadiyyatda  konseptual  islahat-

ların aparılmasına təkan vermişdir. Şaxələndirilmiş iqtisadiyya-

ta, fiskal ehtiyatlara malik və çevik məzənnə siyasətini sistemli 

şəkildə həyata keçirən ölkələr resursdan asılılıq ilə bağlı mənfi 

fəsadlardan daha asan qorunmağa müvəffəq olmuşlar. Dünya 

bankının (Db) ehtimallarına əsasən, 2017-ci ildə təbii resursla-

rın xalis ixracatçıları olan ölkələrdə ümumi Daxili məhsul (üDm) 

orta hesabla 1,8% artmışdır. 

qlobal  inkişaf  baxımından  2017-ci  il  bütün  dünya  iqtisadiyya-

tı  üçün  müsbət  tendensiyalarla  xarakterizə  olunmuşdur.  bey-

nəlxalq  maliyyə  bazarlarında  əlverişli  şərait,  inkişaf  yönümlü 

iqtisadi  siyasət  və  təbii  resursların  qiymətlərinin  sabitləşməsi 

fonunda dünyanın üDm istehsalında 3% artım qeydə alınmışdır 

ki, bu göstərici 2016-cı ilin yekunlarını (2,4%), həm də 2017-ci ilin 

iyununda verilən proqnozu (2,7%) əhəmiyyətli dərəcədə üstələyir. 

belə ki, inkişaf etmiş ölkələrdə üDm artımı 2,3%, yeni sənayeləşən 

və inkişaf  etməkdə olan ölkələrdə isə 4,3% təşkil etmişdir. Anali-

tik hesabat və proqnozlarda dünya ölkələrində 2017-ci ildə iqtisa-

di canlanmanın geniş yayılması və dünya ölkələrinin yarısından 

çoxunda artım tempinin sürətlənməsi xüsusilə vurğulanır. 

2014-cü ilin iyun ayından 2016-cı ilin yanvarına qədər davam etmiş neft və digər təbii resursların qiymətlərindəki azalma qlobal ar-

tımın gözlənilməz ləngiməsi ilə müşayiət olunmuşdur. eyni zamanda investisiyaların artım tempinin 2012-ci il ilə müqayisədə yarı-

yadək zəifləməsi iqtisadi aktivlik üzərində əhəmiyyətli mənfi təsir göstərmişdir. ilkin olaraq ticarət dövriyyəsində azalma müşahidə 

olunmuş, bunun nəticəsində isə investisiya qoyuluşunda zəifləmə və məhsuldarlıq artımının ləngiməsi baş vermişdir. sözügedən 

proseslər ancaq resurs ixracatçısı olan ölkələrlə məhdudlaşmamış, bir sıra digər ölkələrin iqtisadi inkişafına maneələr törətmişdir. 

ümumilikdə  üzən  məzənnə  rejimlərini  tətbiq  edən  (Rusiya,  Albaniya  və  s.)  və  daha  çox  diversifikasiya  olunmuş  iqtisadiyyata 

malik ölkələr (malayziya, qətər və bəhreyn) məzənnəni təsbit edən və resurs gəlirlərinin üDm-də çox böyük paya malik olduğu 

ölkələrə nisbətən böhrandan daha sürətli şəkildə bərpa olmağa başlamışdır. həmçinin bu qrup ölkələrin fiskal balansının pisləş-

məsi o qədər kəskin olmamışdır. bunun əsas səbəbi kimi həmin ölkələrin valyutalarının vaxtında ucuzlaşmasının onların büdcə 

gəlirlərinin azalmasına təsirini yumşaltması  və özəl sektorun yeni iqtisadi şəraitlərə uyğunlaşması göstərilə bilər. 



4. ÖlKə İQtİsadİYYatı Və ardnF

REsuRs iXRACAtÇIsI ÖlkələRiNiN NEFtiN

uCuZlAşMAsINA iQtisADi REAksiYAsI

illik HesAbAt 2017

21

Musiqi tarixi qədim dövrdən başlayaraq günümüzədək böyük yol keçmişdir. Burada ardıcıllaşan hər bir mərhələ müəyyən 



üslub və cərəyanlarla xarakterizə olunur. Musiqi tarixinin ilk mərhələsi XX əsrə qədər Orta əsrlər, İntibah, Barokko, Klassisizm, Ro-

mantizm kimi dövrlərlə ardıcıllaşır. Bu mərhələlərin hər biri də özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir.  

Klassik musiqi anlayışı baxımından XX əsr həm Qərb, həmçinin də Azərbaycan musiqisi tarixində yeni mərhələdir. Məhz bu 

dövrdə Azərbaycan musiqisində yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən Avropa ənənəli bəstəkarlıq məktəbi yaranır. 

Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan bu ənənə yeni bəstəkar və ifaçı nəsli tərəfindən davam etdirilir. Əsrin hər 

onilliyində bəstəkarlarımızın yaradıcılıq axtarışlarının diapazonu daha da genişlənir, yeni janrlar, yeni istiqamətlər meydana gəlir. 

Avropa musiqisinin aparıcı təmayülləri – neoklassisizm, dodekafoniya, seriya texnikasının milli zəmində işlənməsi maraqlı sənət ta-

pıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarda, beynəlxalq miqyasda 

da geniş şöhrət qazanır. Bəstəkarlarımızın səhnə, simfonik, xor, habelə kiçik həcmdə yazdığı əsərləri dünya səhnələrini bəzəyir. Belə 

böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradı-

cılıq axtarışları ilə bağlıdır. Qara Qarayev klassik Azərbaycan musiqisinin unikal nümunələrini – milli və klassik musiqinin sintezinin 

dahiyanə təcəssümü hesab olunan “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərini, “Leyli və Məcnun” simfonik poemasını, “Alban rapso-

diyası”nı, dünyaca məşhur simfoniyalar və digər simfonik əsərlərini yazmaqla klassik Azərbaycan musiqisinin gözəl nümunələrini ya-

ratmışdır. Simfonik muğam janrının əsasını qoyan Fikrət Əmirovun “Şur” və “Kürd Ovşarı” simfonik muğamları, “Min bir gecə” baleti, 

“Sevil” operası klassik musiqimizin nümunəvi əsərlərindəndir. “Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq 

mükafatlara layiq görülən Niyazi isə dövrün görkəmli bəstəkarı və dirijoru kimi musiqimizin inkişafında böyük rol oynamışdır. Onun 

“Çitra” baleti, “Rast” simfonik muğamı və digər klassik musiqi nümunələri bu gün də dünya miqyasında rəğbətlə qarşılanır.

30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir klassik musiqi 

bəstəkarları yetişmişdir. S.Rüstəmovun “Alagöz”, “Qurban adına”, “Gəlmədin”, “Sürəyya”, “Oxu tar” və s., T.Quliyevin Azərbaycan xalq 

musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış “Sənə də qalmaz”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, 

“Bakı haqqında mahnı”, “Zibeydə” və s. mahnıları Azərbaycan klassik musiqisinin gözəl nümunələridir. Görkəmli bəstəkarlarımız 

Cövdət  Hacıyev  (1917-2002),  Cahangir  Cahangirov  (1921-1992),  Rauf  Hacıyev  (1922-1995),  Aqşin  Əlizadə  (1937-2014),  Emin  Sabitoğlu 

(1937-2000), Azər Rzayev (1930-2015), Arif Məlikov (1933), Tofiq Bakıxanov (1930), Xəyyam Mirzəzadə (1935) və başqaları dünya klassik 

musiqi xəzinəsinə öz layiqli töhvələrini vermişlər.



Mənbə: Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası

KLASSİK MuSİQİ

KLASSİK MuSİQİ  zAMANIN SINAğINDAN çIxARAQ TARİxƏ çEVRİLƏN ƏSƏRLƏRDİR. HƏMİN NÜMuNƏLƏR ƏSRLƏRDİR YA-

ŞAYIR, çAğDAŞ DÖVRÜMÜzDƏ DƏ DİNLƏYİCİ VƏ İFAçI AuDİTORİYASINI QORuYuB SAxLAYIR, SEVİLİR. ANTONİO VİVALDİ, 

İOHANN SEBASTYAN BAx, GEORQ FRİDRİx HENDEL, YOzEF HAYDN, VOLFHANQ AMADEY MOTSART, LÜDVİQ VAN BETHO-

VEN, FREDERİK ŞOpEN, RİxARD VAQNER, CÜzEppE VERDİ, pYOTR İLİç çAYKOVSKİ, ANTONİN DVORjAK, SERGEY RAx-

MANİNOV, FELİKS MENDELSON, RİxARD ŞTRAuS, İOHANNES BRAMS, jORj BİzE Vә DİGƏR DAHİ BәSTәKARLAR KLASSİK 

MuSİQİNİN ƏN pARLAQ SİMALARIDIR. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə