Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə47/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

onlarda  bir  şeyi  tədqiq  etməyə  ehtiyac  olmasın);  söylənən 
zaman  anlaşılmaz  olan  entimemalar  da  hörmətdə  deyildir. 
Ancaq  о  entimemalar  böyük  hörmət  qazanıblar  ki,  onların 
deyilişi  müəyyən  biliyin  yaranmasma  səbəb olsun  (hətta  bu 
biliklər əvvəlbr olmasa  belə),  ya da e b  entimemalar hörmət 
qazamblar  ki,  onlara  münasibətdə  şüur  bir  az  geridə  qalır; 
çünki,  bu son hallarda biz e b  bil yeni bilikbr əldə edirik, ilk 
iki  halda  isə yox.  Beb  entimemalar onlarda söylənənin  mə- 
nasına  görə hörmət qazanıb,  nitqin xarici formasına gəldik- 
də isə,  burada əks olanlarm  istifadə olunduğu entimemalara 
c,aha  çox  əhəmiyyət  verilir,  məsələn,  “onlarm  ümumi 
sülhünü  bizim  şəxsi  maraqlarımıza qarşı elan edilmiş  müha- 
ribə  hesab  edərək ’7^  —
  burada  müharibə  sülhə əks  qoyulur. 
Entimema, əgər onda metafora varsa, ayrıca sözbrlə də təsir 
bağışlaya bibr, həm də metafora çox uzaqdan götürülməmə- 
lidir,  çünki,  bebsinin  mənasmı  anlamaq  çətindir;  bundan 
başqa,  entimema  çox  səthi  olmamalıdır,  ona  görə  ki,  beləsi 
də  heç  bir  təəssürat  bağışlamır.  Н э т   də  e b   entimema  əhə- 
miyyətlidir  ki,  şeyi  bizim  gözbrimiz  qarşısında  təsvir  etsin, 
çünki,  diqqəti daha çox  olacaq  şeyə deyil, olan  şeyə vermək 
lazımdır.
Beblikb,  bu üç şeyə səy göstərmək lazımdır:  - metafo- 
raya, əks qoymağa, əyaniliyə.
Metaforanm dörd  növündən  эп  çox  diqqətəlayiq olan- 
lar  analogiyaya  əsaslanan  metaforalardır;  məsəbn,  Perikl 
deyirdi  ki,  “müharibədə həlak olmuş gəncbr dövbt üçün iti- 
rilməsini,  ilin  fəsilbrindən  baharın  itirilməsinin  eynidir”72 
Leptin73  də  lakedemoniyalılar  haqqında  demişdi  ki,  “о,  El- 
ladanm bir gözündən çəp olmasma imkan verməyəcək”. Xa- 
ret də Olinf müharibəsi haqqında hesabat verməyə tələsəndə 
Kefısodot74 qəzəbbnərok demişdi ki,  o,  xalq  “qazanda qay- 
nayan”  zaman  hesabat  verməyə can  atır.  Vaxtib  afınalılan 
ərzaq  ehtiyatı  toplayaraq  Evbeyaya  getməyə  çağıran  natiq 
də deyirdi  ki,  Miltiadın  qərarı  “yürüşə çıxmaq”75  olmalıdır. 
tfikrat  da  afinalıların  Epidavr  və  bütün  sahilyanı  ölkə  ib
186
bağlandığı sazişdən  narazılığmı  bildirərək deyirdi ki,  “onlar 
müharibə  dövründə  ərzağı  özbri  özlərindən  zorla  alıblar” 
Pifolay76  da  paralı  “xalqm  toppuzu”,  Sesti  isə  “Pireyin 
ələyi”  adlandırırdı.  Perikl də,  Eqinanı77 -  “Pireyin  gözündə- 
ki  irini”  məhv  etməyə  çağırırdı.  Mirokl78  da  hörmətli  şəxs- 
brdən  birinin  admı  çəkərək  demişdi  ki,  özü bu  şəxsdən  heç 
də pis  deyil,  çünki,  həmin  şəxs  yüzün üçdə biri  qədər  faizdə 
pis  hərəkət etdiyi  halda,  Miroklun  özü  yüzün  onda  biri  qə- 
dər  pis  hərəkət  edir.  Anaksandridin  эгэ  getməkdə  gecikən 
qızları haqqmda yazdığı yamb da eyni məna daşıyır:
Mənim qızlarım nikaha girmək möhbtini uzadıblar.79
Polievktin  apopleksiyaya tutulmuş Spevsipp adlı birisi 
haqqmda  dediyi:  “О,  bir  dəqiqəsini  də  sakit  keçirə  bilmır, 
baxmayaraq  ki,  tale  onu  beş  deşikli  xəstəliklə  bağlayıb  80 -  
sözbr  də  bu  mənadadır.  Kefisodot  da  triyeraları  alabəzək 
dəyirman,  Diogen-köpək isə yol yeməkxanaları - attika fidi- 
tiyalar  adlandırırdı,  Esion  isə deyirdi ki,  onlar  “dövbti sici- 
liyaya töküblər”81  Bu ifadələr metaforik və əyanidir.  Bütün 
Yunanıstan haray çəksin”  ifadəsi də тйэууэп mənada meta- 
foradır  və  əyanidir.  Ya  da  Kefısodotun  afınalılara  verdiyi 
çoxlu  yığnaqlara  və  xalq  yığıncaqlarına  yol  verməkdən  çə- 
kinmək  məsbhəti  verməsi  eyni  şeydir.  Isokrat  da  təntənəli 
yığıncağa  qaçıb  gəbnbr  haqqmda eyni  şeyi demişdi.  Ya  da 
epitafiyada  “Salamində həlak olmuş döyüşçübrin məzarmm 
üstündə  onlarm  qəhrəmanlığı  ib   bir  yerdə  öz  azadlığmı  da 
basdıran  Yunanıstanm  öz  saçmı  qırxması  şərəfli  olardı”82 
sözbrinin  yazılması.  Əgər,  o,  desəydi  ki,  yunanlar  göz  yaşı 
tökməlidir, çünki onların qəhrəmanlığı basdırıhb -  bu meta­
forik və əyani  olardı,  amma,  sitat  gətirilmiş sözbrin  özündə 
qəhrəmanlığın  azadlığına  dair  тйэууэп  ziddiyyət  var.  Ifı- 
krat də belə deyib:  “Mənim nitqbrimin yolu Xaretin этэНэ- 
ri arasından keçib gedir”.  Burada metafora analogiyaya go­
re işbnir və “arasından” ifadəsi isə frazanı əyani edir.  Təh- 
lükəyə qarşı mübarizədə təhlükəni yardıma çağırmaq” ifadə- 
si  frazanı əyani edən  metaforadır.  Xabrini müdafiə edən  Li-
187


kolcont83  demişdir:  “Necə,  məgər,  siz onun  şərəfmə ucaldıl- 
mış  mis  heykəlin  yalvarışlarına  güzəşt  etməyəcəksinizmi?” 
Bu  metafora  əyani  olsa  da,  həmişəlik  deyil,  hazırkı  dəqiqə 
üçündür;  Xabri təhlükədə olanda ona görə xahişi mis heykəl 
edir,dövlət işlərinin bu cansız abidəsi elə bil bir növ canlanır. 
“Onlar  var  qüvvələri  ilə  qorxaq  olmağa  çalışırlar”84 ifadəsi 
də  bebdir,  çünki,  çalışmaq  nəyi  isə  artırmaq  deməkdir.  Bu 
ifadə  də  eynilə  belədir:  “Allah  şüuru  qəlbdə  bir  məşəl  kimi 
yandırıb”, çünki hər iki söz əyani olaraq nəyi isə göstərir. Bu 
da  eyni  şeydir:  “Biz  müharibəni  dayandırmırıq,  təxirə  salı- 
rıq”85,  həm  bu,  həm  də  o,  həm  təxirə  salmaq,  həm  də  belə 
sülh  gələcəyə aiddir.  Bu  ifadə  də  buraya  aiddir:  “sülh sazişi 
daha  qiymətli  qənimətdir,  nəinki  müharibədə  alınan  qəni- 
mət”86,  çünki,  sonuncu  ya  əhəmiyyətsiz  şeylərə  görə,  ya  da 
təsadüfi  bir  hala  görə  alınır,  birinci  isə  biitün  müharibəyə 
görə;  həm  o,  həm də digəri  qələbə  əlamətidir.  Belə  bir ifadə 
də  buraya  aiddir:  “dövlət  üçün  böyük  cəza  adamların  mə- 
zəmmətidir,  ona görə  ki, cəza  bizə ədalətli  şəkildə vurulmuş 
ziyandır”.
11.  Bir daha  uğurlu  ifadəhr  və söz oyunu  (asteia)  haqqmda.  -  
Əyanilik  nədir?  Əyaniliyin  metaforaya  münasibəti.  -   Me- 
taforaları  haradan  götürmək  lazımdır?  -   Dinləyicilərin 
"aldadılması”,  apofteqmalar,  tapmacalar,  paradokslar, 
hərflərin  yerbritıin  dəyişdirilməsi  və  həmahəngliyə  əsasla- 
nan  zarafatlar,  omonimhr.  -  Müqayisə,  onun  metaforaya 
münasibəti.  -  Məsəllər  və hiperbolalar,  onların metaforaya 
münasibəti.
Beləliklə,  biz  uğurlu  ifadələrin  analogiya  üzrə  qurul- 
muş  metaforalardan  və şeyləri  əyani  təsvir edən ifadələrdən 
alındıgmı dedik, indi isə, biz nəyi “əyani” adlandırdığımız və 
əyaniliyin  nəyin  nəticəsində  yaranması  barəsində  danışaq. 
Мэп deyirəm  ki,  о  ifadələr  şeyi  əyani  göstərir  ki,  onlar onu 
hərəkətdə  göstərsinlər,  mosəbn,  əxlaqi  cəhətdən  yaxşı  ada- 
mm  dördbucaqlı  olması  ifadəsi  metaforadır87,  ona  görə  ki, 
hər iki anlayış tamamlanıb, amma hərəkəti göstərmirlər. “O,
188
gücünün  çiçəkbndiyi  dövrdədir”,  ifadəsi  isə  fəaliyyətin  aş- 
karlandığını  göstərir,  eləcə  də  “səni,  müqəddəs  vilayətdə 
azad otlayan heyvan kimi.. ,”88 ifadəsi. Eləcə də bu ifadə:
О zaman yunanlar öz sürətli ayaqları
ib  sıçrayaraq.89
“sıçrayaraq”  ifadəsi  hərəkət  bildirir  və  metaforadır, 
ona görə ki, onun özündə sürət anlayışı var. Homer beb ifa- 
dəbrdən  tez-tez  istifadə  edərək,  metaforaların  köməyi  ib  
cansızı  canlı  kimi  göstərirdi.  Bütün  bu  hallarda hərəkət  bil- 
dirən  ifadəbrin  istifadəsindən  frazalar  qazanır,  məsələn, 
aşağıdakı hallarda:
Həyasız daş dağm üstündən geriyə -  vadiyə
yönəlirdi.90

Oxun acı ucu... geri atılır dəydiyi misdən.
Iti ox acgözcəsinə uçdu nişanlanmış qurbamna
doğru.
Düşmənbrin içinə.

Nizələr neştərləriylə torpağa saplandılar, 
acgözcasma doymaq niyyətib

Acgözcasına irəli yönəbrək
kürəyindən onun sinəsinə batdı.91
Bütün  bu  hallarda  canlı  kimi  göstərilmiş  predmetbr 
fəaliyyətdə  görünürbr,  beb ki,  “aldatmaq”,  “daldalanmaq” 
və sair  fəaliyyətin  təzahürüdür.  Şair  onları  analogiyaya  görə 
metaforalarm  köməyi  ib   tətbiq  etmişdir,  çünki,  daş  Sizifə92 
песэ  münasibət  bəsləyirsə,  həyasız  hərəkət  edən  də  həyasız 
davrandığına  qarşı  eb  hərəkət  edir.  Şair  cansız  predmetbr 
haqqmda  danışarkən  müvəffəqiyyətli  obrazlardan  istifadə 
edir:
...coşur
189


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə