Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə6/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   2   3   4   5   6   7   8   9   ...   64

Ölkənin qorunmasma gəldikdə isə bu qorunma üsulla- 
rı  ib   tanış  olmaq  vacibdir;  keşikçilərin  sayını,  keşikçi  mən- 
təqəbrinin  növünü  və  yerlərini  bilmək  də  vacibdir;  amma, 
bu məlumatları  ölkə  ilə  yaxşı  tanış  olmadan  əldə  etmək  ol­
maz;  bütün bunlar  ona görə lazımdır  ki,  vacib məntəqələrin 
mükəmməl  qorunması  üçün  zəif  qorunan  yerlər  müəyyən 
olunub  gücləndirilsin,  lazım  olmayan  yerdə  olan  keşikçi 
məntəqələri isə ləğv edilsin.
ölkənin  ərzaq  məsələsi  sahəsində  onu  bilmək  vacibdir 
ki,  ölkənin  istehlakı üçün пэ qədər  ərzaq  lazımdır və ölkədə 
istehsal olunan, eləcə də idxal olunan ərzaqlar necədir, həm- 
çinin ölkənin hansı dövlətlərdən ərzaq idxal etməyə və hansı- 
larına ixrac etməyə ehtiyacı  var  -  bu  həmin ölkələrlə müqa- 
vilələr və  ticarət  sazişləri bağlamaq  üçün  vacibdir,  bebliklə, 
vətəndaşları  iki  kateqoriyadan  olan  dövlətlərlə  toqquş- 
maqdan  çəkindirmək  lazımdır;  bizdən  qüdrətli  olanlarla  və 
yuxarıda göstərilmişlərə uyğun  olaraq  ölkəyə faydalı  ola  bi- 
ləcək dövlətlərlə.
Əgər  dövbtin  təhlükəsizliyinin  saxlanması  üçün  bütün 
bu  məsəblərb  tanış  olmaq  vacibdirsə,  qanunvericiliyi  bil- 
mək heç də bundan az vacib deyil,  çünki,  dövbtin rifahı qa- 
ııunlardan asılıdır.
Beblikb,  neçə  növ dövlət qurumunun  olmasım və  on­
larm  hər  biri  üçün  nəyin  faydalı  olduğunu,  həmçinin  dövbt 
quruluşunun  sözügedən  formasmın  öz  təbiətindən  irəli  gə- 
lən,  eləcə  də  onun  təbbtinə  zidd  olan  hansı  səbəbbrin  bu 
formanm  məhvinə  səbəb  olacağmı  bilmək  vacibdir.  Мэп 
məlum  idarə  formasmm  öz  içində  olan  xüsusiyyətləri 
üzündən  məhvi  haqqmda  damşıram,  ona  görə  ki,  эп  yaxşı 
idarə formasmı çıxmaq şərti ilə yerdə qalanlarm hamısı həm 
həddindən çox zəiflikdən,  həm də həddən artıq gərginlikdən 
məhv  olublar,  məsəbn,  demokratiya  təkcə  zəifləyərək  ən 
sorıda  oliqarxiyaya27  keçdiyi  zaman  deyil,  həm  də  həddin- 
dən  artıq  gərginlikdən də məhv ola bilər -  песэ ki,  qarmaq- 
vari  və  yastı  burun  təkcə  bu  xüsusiyyətbrinin  bir  qədər
22
yumşalması  nəticəsində  ortabab  formaya  düşür,  ebcə  də 
qarmaqvariliyin və yastılığın həddən çox artması nəticəsində 
e b  forma almır ki, o, heç buruna oxşamır.
Qanunvericiliyə  münasibstdə  hansı  idarə  formasınm 
faydalı  olduğunu  bilmək  üçiin  təkcə  keçmişi  müşahidə  et- 
məklə qane olmaq olmaz, bunun üçün başqa dövlətbrin ida- 
гэ formalarını  da  bilmək lazımdır,  bilmək lazımdır ki,  hansı 
adamlar  üçün  песэ  idarə  forması  yaranır.  Bundan  aydın 
olur  ki,  qanunvericilik  üçün  dünyanın  təsviri  faydalıdır, 
çünki  bundan  başqa  xalqların  qanunları  ilə  tanış  olmaq 
üçün  istifadə  etmək  olar;  dövbt  işbrinin  məşvərəti  üçün  isə 
tarixçibrin  əsərləri  faydalıdır.  Amma,  bunların  hamısı  rito­
rika deyil, siyasətin sahəsiııə aiddir.
Dövlət  işbrində  məsbhət  vermək  istəyənlərin  bilməli 
olduqları  əsas  bəndbr  bunlardır.  Indisə isə  biz yuxarıda adı 
çəkibn,  eləcə  də  bütün  başqa  məsəblərdə  nə  məsbhət  ver- 
mək,  harada  isə  nədən  çəkindirmək  üçün  lazım  olan 
müddəaları şərh edəcəyik.
5.  Xoşbəxtlik  (eudaimonia)  insan fəaliyyətinin  məqsədi kimi,  -  
Xoşbəxtliyin dörd tərifı.  -  Xoşbəxtliyin  tərkib hissələri.  -  Da- 
xili  və nemətlər.  -  Alicəmb mərışs; yaxşı  və çoxsaylı övladlar 
( eytechnia  və polytechnia);  var-dövht,  yaxşı  ad-san,  hörmət 
və ehtiram, fıziki məziyyətlər,  çoxlu dosta sahib  olmaq  (poly- 
pilia)  və  yaxşı  adamlarla  dostluq  ( chnestopilia)  etmək  an- 
iayışlarmın analizi.  -   “Dost” anlayışımn  tarifi.  -  Xoşbəxt  tale 
(eytychia)  və təsadüfi nematlər.
Hər  bir  insanm  ayrılıqda  və  bütün  insanlarm  hamı- 
sının  məlum  bir məqsədinin  olduğunu  demək  olar.  İnsanlar 
ona çatmaq üçün bəzi  şeybri seçir,  digərbrindən isə yan ke- 
çirbr;  bu  məqsəd  qısa  sözb  desək,  xoşbəxtlik  (eudaimönia) 
və  onun  tərkib  hissələridir.  Bebliklə,  xoşbəxtliyin  пэ  ol- 
duğunu və  onun  hissəbrinin nədən  tbarət  olduğunu  araşdı- 
raq,  çünki,  bütün  inandırılaraq  yola  gətirməbrin  və  yoldan 
çəkindirməbrin xoşbəxtliyə dəxli vardır.  Xoşbəxtliyə aparan 
şeybri və ona əks  olanı, xoşbəxtliyi və ya onun hər hansı  bir
23


hissəsini  yaradan,  ya  da  daha  da  artıran  şeylərin  hamısmı 
etmək  lazımdır,  amma  xoşbəxtliyi  məhv  edən,  ona  mane 
olan və ya yad olan şeyləri yaradan hərəkətləri eləmək lazım 
deyil.
Xoşbəxtliyi məziyyətlər iiə birləşmiş üravanlıq və ya öz 
həyatından  razılıq  və  ya  təhlükəsiz  xoş  güzəran  və  ya  həd- 
dindən  çox  əmlak  və  quia  sahib  olmaq  və  onları  qorumaq, 
istifadə etmək  imkanma malik olmaq  imkanı  kimi müəyyən 
edək.28  Demək  olar  ki,  bütün insanlar  bunlarm birini və  ya 
bir neçəsini xoşbəxtlik kimi qəbul etməyə razı olarlar.
Əgər,  xoşbəxtlik  həqiqətən  buna  bənzər  bir  şeydirsə, 
onun tərkib hissələrinə hökmən aşağıdakılar daxil olmalıdır: 
alicənab  mənşə,  çoxlu  dost,  yaxşı  adamlarla  dostluq,  var- 
dövlət, yaxşı və çoxsaylı nəsil, xoşbəxt qocalıq.  Bundan baş- 
qa,  sağlamlıq,  gözəllik,  qüvvə,  boy-buxun,  yarışlarda zirək- 
lik kimi fiziki üstünlüklər,  eləcə də,  şöhrət, hörmət, müvəffə- 
qiyyət  kimi məziyyətlər.  Ona görə ki,  insan ancaq həm özü- 
ndə,  həm  də  ondan  kənarda  olan  nemətlərə  sahib  olan  za­
man (bunlardan başqa isə nemət yoxdur) daha xoşbəxt olur. 
İnsanm özündə mənəvi və cismani nemətlər,  ondan kənarda 
isə  mənşə  alicənablığı,  dostlar,  var-dövlət  və  hörmət  kimi 
nemətlər  var.  Bizim  fıkrimizcə,  buna  qüdrət  və  müvəffə- 
qiyyət də əlavə olunmahdır,  çünki,  bu halda həyat daha çox 
təhlükəsiz olur.
Beləliklə,  xoşbəxtliyin  adı çəkilən  hissələrinin  hər  biri­
nin ayrılıqda пэ olduğunu araşdıraq.
Нэг  hansı  bir  xalq  üçün  və  ya  dövlət  üçün  alicənab 
mənşədən  olmaq  avtoxton  və  ya  sözügedən  ölkənin  qədim 
sakini  olmaq,  şan-şöhrətli  xalq  rəhbərlərinin  nəslindən  ol­
maq  və  öz  nəslində  rəqabətli  işlərdə  şöhrət  qazanmış  çoxlu 
igid  ərlər  yetişdirməkdir.  Ayrıca  bir  adam  üçün  mənşənin 
nəcibliyi həm ata,  həm də  ana  xətti ilə  gəlir, həm  də hər  iki 
valideynin  vətəndaş  bərabərliyi  ilə  şərtləndirilir.  Həm 
bütövlükdə  dövlət  üçün,  həm  də  ayrıca  adam üçün  alicənab 
mənşədən olmaq  hünər, var-dövlət  və  ya hörmətə layiq baş-
24
qa  şeylərlə  şöhrətlənmiş kişilərin nəslindən  olmaq və  nəsildə 
çoxsaylı şbhrətli kişi,  qadın,  gənc və qocanın olması demək- 
dir.29
Yaxşı  və çoxsaylı övlad  anlayışı  aydmdır:  dövlət üçün 
yaxşı  övladlara  malik  olmaq  qüvvə,  boy-buxun,  gözəllik, 
yarışlarda  zirəklik  kimi  yaxşı  fiziki  keyflyyətləri  olan  çoxlu 
və  yaxşı  cavanlara  malik  olmaq  deməkdir,  əxlaqi  keyfiy- 
yətlərə  gəldikdə isə gənc adamm  məziyyəti sadəlik və mərd- 
likdir.
Aynca bir adam üçün çoxsaylı və yaxşı övladlara sahib 
olmaq yuxarıda göstərilən keyfıyyətlərə malik həm kişi, lıəm 
də qadın cinsindən olan uşaqlara malik olmaq deməkdir.
Qadının  fiziki  məziyyəti gözəllik  və  boy-buxun,  əxlaqi 
məziyyəti  isə  təvazökarlıq  və  alçaqlıq  bilməyən  zəhmət- 
keşlikdir  (aneleytheria).  Нэг  bir  insan  və  bütün  dövlət  çalış- 
malıdır ki, həm qadmlarda, həm də kişilərdə yuxarıda göstə- 
rilən keyfıyyətlər  olsun,  çünki,  qadmları lakedemoniyalı  qa~ 
dmlar  kimi  əxlaqsız  olan  dövlətlərdə  əmin-amanlıq  və  fıra- 
vanlıq təqribən iki dəfə azdır.30
Var-dövlətin tərkib hissələrinə sikkələrin çoxluğu,  tor~ 
pağa  və  daşınmaz  əmlaka  sahiblik,  eləcə  də  çoxlu  sürüərin 
və  qamətli,  gözəl  qulların  olması  da  daxildir;  bütün  bu 
mülkiyyət  obyektləri  danılmaz,  azad  insanın  ləyaqətinə 
uyğun  və  faydalı  olmahdır.  Mülkiyyətin  faydalı  obyektləri 
deyəndə elələrini nəzərdə tuturuq ki,  onlar azad insanm ləy- 
aqətinə  uyğun  məhsul  gətirsinlər  və zövq  versinlər.  Мэп  elə 
mülkiyyət predmetlərini məhsul gətirən adlandırıram ki, on- 
lardan  gəlir  əldə  olunsun,  zövq  verən  mülkiyyətdən  heç  nə 
əldə olunmur, onlar ancaq istifadə olunur.
Mülkiyyətin  danılmazlığı  əlamətinə  gəldikdə  isə  bu 
mülkiyyətin elə yerdə və elə  şərtlərlə  olmasıdır ki,  mülkiyyət 
obyektindən  istifadə  üsulu  sahibin  özündən  asılı  olsun, 
mülkiyyətə  sahib  olub-olmamağın  əlaməti  isə  mülkiyyət 
predmetinin  əldən  almmaq  imkanımn  olmasıdır;  əldən 
alınmaq  imkam  dedikdə  isə  onu  satışa  verilməsini  nəzərdə
25


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə