Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə10/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   6   7   8   9   10   11   12   13   ...   116

 

 

 



 

35 


bardlar, skandinav xalqlarında – skaldlar, Fransada – truverlər, 

Ukraynada  –  kobzarlar,  banduristlər  və  lirniklər,  yakutlarda  – 

olonxosutlar,  buryatlarda  –  uligerşinlər,  başqırdlarda  –  sesen-

lər,  qırğızlarda  –  manasçılar,  qazaxlarda  –  akınlar,  jırau,  türk-

mənlərdə – baxşılar, azərbaycanlılarda – aşıqlar və s. deyə ça-

ğırılırlar  (1).  Quzey  Qafqaz  xalqlarından  adıgeylərin  jequako 

və  çeçen-inquşların  ilançıları,  osetinlərin  kaedaeqanakları  da 

bu  sırada  özünəməxsus  yerlərdən  birini  tutur.  Qafqazın  türk 

toplumları olan qaraçay və malkarlar isə öz epik sözləyicilərini 

jırçı adlandırırlar. 



 

Qaraçay-malkar epik söyləyiciliyinin öyrənilməsi tarixi 

İlk  dəfə  qaraçay-malkar  epik  söyləyiciləri  haqqında,  bu 

istedadın verilməsi və xalq aşıq və şairlərinin repertuarı barədə 

məlumat  təbii  ki,  XIX  əsrin  sonu  XX  əsrin  əvvəlləri  rus  mət-

buatında  verilmişdir.  Belə  ki,  P.Ostryakov  1879-cu  ildə  dərc 

etdirdiyi  məqaləsində  jırçılar  barədə  geniş  məlumat  vermişdir 

(2). Yarım il Malkariyada yaşamış müəllif qaraçay-malkarların 

həyat şəraiti, adət-ənənələri, yaşayış tərzi barədə kifayət qədər 

material toplamış və “Kabardin xalq ədəbiyyatı və onun nümu-

nələri”  (“Народная  литература  кабардинцев  и  ее  образ-



цы”)  məqaləsində  bütün  bunları  dolğun  şəkildə  əks  etdirmiş-

dir. P.Ostryakovun bu məqaləsi qaraçay-malkar söyləyiciləri - 

jırları  barəsində  də  ilk  məlumat  sayılır.  Burada  o  qaraçay-

malkarların Nart eposu barəsində yazır və göstərir ki, bu əfsanə 

və  rəvayətləri  o,  Safarali,  İsmail  və  Nauruz  Urusbiyevlərdən 

toplamışdır.  Müəllif  həmçinin  qeyd  edir  ki,  qaraçay-malkar 

epik söyləyiciləri, habelə mahnı ifaçıları olan jırçılar barəsində 

də  ilk  dəfə  məhz  bu  malkar  knyazlarından  eşitmişdir.  Urusbi-

yevlər  Ostryakovu  professional  jırçılarla  tanış  etmiş,  onun 

folklor  mətnlərini  məhz  jırçıların  ifasında  toplamasına  şərait 




 

 

 



 

36 


yaratmışlar: “ ... artıq indi bu yerli xalq ifaçılarına, bizdə bılina 

söyləyiciləri  kimi,  çox  az  rast  gəlinir,  halbuki  yaşlı  insanlar 

jırçıların iştirakı olmadan heç bir ictimai, hətta ailə bayramının 

keçirilmədiyi  dövrləri  asanlıqla  xatırlayırlar.  Zurna  və  tütəyin 

sədaları  altında,  bəzən  isə  sadəcə  nağaranın  müşayiəti  ilə  bu 

ifaçı  bütün  cəmiyyəti  söylədiyi  bılinalarla  feyziyab  edirdi, 

bəzən  isə  keçirilən  şənlik  və  ya  hadisə  barəsində  birbaşa  yeni 

nəğmələr improvizə edirdi” (2, 701). Bu məqalədə P.Ostryakov 

rastlaşdığı  qaraçay-malkar  ifaçı-jırçının,  ümumiyyətlə,  jırçının 

səciyyəsini də vermişdir: “İfaçının adı ilə ədalət ideyası birləş-

dirilirdi, və bu cür ifaçı yalnız qüsursuz, həddindən artıq düz-

gün insan ola bilərdi. Mənə belə bir ifaçını görmək qismət ol-

du. Qarayanız və açıq  üzlü qoca həddindən  artıq kasıb geyin-

mişdi,  amma  ona  necə  hörmətli  münasibət  bəslənildiyini,  ona 

az qala müqəddəs kimi baxıldığını görmək lazım idi” (2, 701).  

Bu  yazıdan  iki  il  sonra  Safarali  Urusbiyev  qaraçay-mal-

karların xalq ədəbiyyatı, ənənələri barəsində geniş bir  yazı ilə 

çıxış edir. Burada Urusbiyev Ostryakovdan daha dolğun və də-

qiq  məlumat  verir.  Vaxtilə  P.Ostryakovun  informatoru  –  söy-

ləyicisi olmuş S.Urusbiyev jırçılar barəsində üç səhifəyə qədər 

geniş  informasiya  verərək,  jırçıların  ifa  tərzləri,  ifa  arealları, 

repertuarı, hərəkət proqramı barəsində bildiklərini, gördüklərini 

və  yaşadıqlarını  təqdim  edir  (3).  Qaraçay-malkarlar  arasında, 

ümumiyyətlə, Qafqazda söyləyicilik institutunun dərk edilməsi 

baxımından  onun  yazdıqlarının  böyük  əhəmiyyət  daşımasını 

nəzərə  alaraq,  S.Urusbiyevin  fikirlərinə  müraciət  edək.  Nart 

rəyayətləri barəsində  yazarkən  müəllif qeyd edir: “Onlar (nart 

rəvayətləri – A.H.) əsasən vaxtilə Kabardada məşhur olan dje-

quako  adlandırılan  səyyar  ifaçılar-şairlər  tərəfindən  ifa  edilir-

di”.  “Dağlı-tatarlarının  nart  igidləri  haqqında  əfsanələri” 

(“Сказания  о  нартских  богатырях  у  татар-горцев”)  Ma-



 

 

 



 

37 


raqlıdır  ki,  Safarali  Urusbiyev  bu  gəzərgi  ifaçıları  indinin 

özündə də qaraçay-malkar xalq mədənyyətinin bütün tədqiqat-

çılarının çağırdığı kimi “jırçı” adlandırmır, onlara münasibətdə 

adıgeylərin  gəzərgi  ifaçı-söyləyicilərini  adlandırmaq  üçün 

istifadə etdiyi djequako terminini işlədir.  

Daha  sonra  S.Urusbiyev  yazır:  “Bu  djequakolar  hec  bir 

mülkiyyəti  olmayan,  heç  bir  təsərrüfatla  məşğul  olmayan  in-

sanlar  idi.  Onlar  silah  gəzdirmirdilər,  onlar  Kabardada  ancaq 

və  ancaq  xalq  yığıncaqlarında,  döyüşlərdə,  müxtəlif  şənlik-

lərdə,  yas  mərasimlərində  iştirak  etmək  üçün  səfər  edirdilər. 

Ümumiyyətlə, həmişə hər hansı bir xalq yığıncağı axtarırdılar. 

Bu  məclislərdə  onlar  zəmanə  barəsində,  keçmiş  zamanlar  ba-

rəsində, müasir qəhrəmanlar və hadisələr barəsində mahnılarını 

oxuyurdular.  Beləliklə,  djequako  hər  nəslin  salnaməçiləri  idi-

lər, öz dövrlərində yazılı ədəbiyyatı əvəz edirdilər. Və gəzərgi 

olduqlarına görə əsərlərini də xalqın arasında özləri yayırdılar”. 

Gördüyümüz kimi, qaraçay-malkar jırçılarının repertuarı, onla-

rın söyləmə arealı və proqramı bu misralarda dolğun şəkildə öz 

əksini tapmışdır. Jırçılar Dədə Qorqud kimi el ağsaqqalı, məs-

ləhətçisi  olmuş,  xalq  arasında  böyük  nüfuza  və  hörmətə  sahib 

olmuşlar. Onların yas mərasimində iştirakı da maraqlıdır. Yəni 

xalqın ifaçısı kimi jırçılar yalnız şad günlərdə deyil, ağır, çətin, 

dərdli  günlərdə  də  xalqla  bir  yerdə  olmuşlar.  Bundan  əlavə, 

Safarali  Urusbiyev  jırçıların  düşmənə  qarşı  mübarizədə  də 

xalqla  bir  yerdə,  ön  sırada  olduqlarını  təsvir  edir:  “Onlar  (jır-

çılar  –  A.H.)  həmçinin  döyüşçüləri  yürüşlər  zamanı  müşayiət 

edir,  döyüş  meydanında  onların  igidliklərini  öz  mahnılarında 

vəsf  edir,  igidlik  göstərmiş  döyüşçülərə  mahnıları  ilə  mükafat 

paylayırdılar.  Döyüş  gedən  zaman  onlar  bağlı,  təhlükəsiz  bir 

məkanda dayanır, döyüşün gedişatını buradan izləyir, ayrı-ayrı 

qəhrəmanlara  xüsusi  diqqət  yetirirdilər:  kim  qabaqda  gedir, 




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə