Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə11/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   7   8   9   10   11   12   13   14   ...   116

 

 

 



 

38 


kim  daha  cəsarətlə  döyüşə  atılır,  vurulmuş  döyüşçülər  necə 

həyata vida edirlər. Onların mahnıları da evdə qalanları tezliklə 

döyüşün gedişi ilə tanış edirdi” (3). 

Jırçıların  xalq  arasında  nüfuzuna  və  hörmətinə  gəlincə 

isə,  knyaz  Urusbiyev  bunu  belə  səciyyələndirir:  “Djequako 

(jırçılar  –  A.H.)  öz  zamanlarında  xalqın  arasında  böyük  əhə-

miyyətə malik idilər və böyük xeyir gətirirdilər. Öz müstəqil və 

sərbəst  mahnılarında  onlar,  qədim  peyğəmbərlər  kimi,  fəziləti 

tərənnüm edir, qəbahəti ifşa edirdilər, xalq həyatının ən qaran-

lıq  və  dərin  məsələlərinə  işıq  salırdılar.  Djequakoların  verdiyi 

xeyri  dərk  edən,  daha  doğrusu,  hiss  edən  xalq  onları  sevir  və 

hörmət  edirdi,  onların  toxunulmazlığını  və  tam  azadlıqlarını 

təmin edirdi: onlar hər şey barəsində cəsarətlə danışa bilirdilər, 

özləri  məsləhət  bildiklərini  xalqın  arasında  təqdir  də  edə  bi-

lərdilər, tənqid də. Söhbət məşhur knyazdan getsə də, ən kasıb 

insandan  getsə  də  djequako  yalnız  həqiqəti  söyləyərdilər.  Jır-

çıların  xalq  arasında  necə  hörmət  və  məhəbbətə  malik  olduq-

larını bir fakt da sübut edir ki, ən məşhur knyazlar belə, uşaq-

larında  nə  isə  ruhi  bir  istedad  işartıları  hiss  edərlərsə,  onu  jır-

çının  yanına  tərbiyə  almağa  göndərirdilər.  Burada  gənclər  bir 

neçə illərini keçirərdilər” (3).  

Knyaz  Urusbiyev  məqaləsində  yalnız  bir  jırçının  adını 

çəkir.  Bu,  XIX  əsrin  əllinci  illərində  Kiçik  Kabardada  vəfat 

etmiş Tayair adlı jırçıdır.  

Urusbiyev jırçılığın yavaş-yavaş sıradan çıxdığını da gös-

tərir və buna səbəb kimi də islamiyyətdən sonra jırçıların mol-

lalar tərəfindən təqibə məruz qaldıqları faktını verir.  

1886-cı  ildə  S.İ.Taneev  adlı  müəllif  “Dağlı  tatarlarının 

musiqisi  haqqında”  məqaləsini  dərc  etdirmişdir.  Bu  məqalədə 

müəllif yazılma səbəbi kimi iki cəhəti qeyd etmişdir:  




 

 

 



 

39 


1)    Xasavyurtda  və  Urusbiyevlərin  aulunda  gördüyümüz 

mahnı və rəqslər 

2) Knyaz Urusbiyev tərəfindən oxunan qədim dağlı tatar 

mahnıları (4). 

Gördüyümüz  kimi,  burada  da  Ostryakovda  olduğu  kimi, 

informator-söyləyici  kimi  Urusbiyevlər  çıxış  edir.  Qeyd  edək 

ki,  sonrakı  dövrlərdə  meydana  çıxmış  və  qaraçay-malkarların 

professional  jırçıları  hesab  olunan  Kaltur  Semyonov,  İslam 

Krımşamxalov, Kaspot Koçkarov. Appa Janibekovla bir sırada 

onların adları çəkilməsə də, ümumiyyətlə, qaraçay-malkar epik 

söyləyicilik  ənənəsinin  unudulmamağında,  qeydə  alınmasında 

Urusbiyevlərin (həm ata, həm də oğullarının) xidmətləri əvəz-

siz olmuşdur.  

 

XIX əsrin sonu - XX əsrdə qaraçay-malkar ifaçı-jırçı-



ları.  Sonrakı  dönəmlərdə  xalq  jırçıları  xalq  ənənələrinə  əsas-

lanan yazılı ədəbiyyat yaratmışlar. Bu ədəbiyyatın yaradıcıları 

öz bədii  yaradıcılıqlarında xalq arasında  yaşayan,  əski köklərə 

malik klassik folklor motiv və süjetlərini istifadə etmişlər.  

Belə  qaraçay-malkar  jırçıları  sırasında  İsmail  Semyono-

vun  (Jırçı  İsmail),  Kaltur  Semyonovun,  İslam  Krımşamxalo-

vun,  Kaspot  Koçkarov,  Appa  Janibekovun  adı  xüsusi  olaraq 

çəkilməlidir.  

 

Kaltur Semyonov (1750-1850) barəsində dövrümüzədək 

məlumatlar gəlib çatmamışdır. Amma onun 1808-1811-ci illər 

vəba epidemiyası zamanı ailəsini itirdiyini, bu hadisəyə poema 

həsr etməsi barədə məlumatlar vardır. Hətta onun xalq arasında 

yayılmış bir neçə xalq mahnısı da toplanmış və nəşr edilmişdir.  

 



 

 

 



 

40 


İsmail  Semyonov  (Jırçı  İsmail)  (1891-1981)  Qafqazda 

çox  məşhur  olan  “Elbrus”,  “Aktamak”  adlı  xalq  mahnılarının 

müəllifi  sayılır.  Onun  anası  Julduzxan  folklor  söyləyicisi 

olmuşdur. Bu qadın özünün qoşduğu şeirlərlə danışırmış. Atası 

Unux  dövrünün  savadlı  adamlarından,  klassik  ədəbiyyatın  və 

ərəb dilinin mükəmməl bilicisi olmuş, 38 yaşında Həccə ziya-

rət  zamanı  vəfat  etmişdir.  Jırçı  İsmailin  ilk  müəllimləri  vali-

deynləri,  ilham  mənbəyi  isə  ətəyində  yaşadığı  Elbrus  dağı, 

doğma  təbiəti  gözəllikləri  olmuşdur.  Digər  tərəfdən,  ona  bu 

istedad  nəsilliklə  ötürülmüşdür.  İsmail  Semyonovun  babası 

xalq jırçısı Kaltur Semyonov olmuşdur. 

 

Krımşamxalov  İslam  (Kırımşauxallanı  laçanı  Jaçı  İs-

lam)  (1864  -  1911)  –  məşhur  qaraçay  knyazlarından  olub,  öz 

dövrünün  maarifçisi  və  istedadlı  xalq  ifaçısı  hesab  olunur. 

Krımşamxalovun  xalqı  qarşısında  ən  böyük  xidməti  latın  əlif-

bası əsasında qaraçay əlifbası hazırlaması və ilk Qaraçay əlifba 

kitabının  müəllifi  olmasıdır.  Maraqlıdır  ki,  İslam  Krımşam-

xalov  yuxarıda  adını  çəkdiyimiz  İsmail  Urusbiyevin  bacısının 

oğludur.  

 

Appa  Janibekov  (Janıbeklanı  Kıala-Ceriyni  jaşı  Zeke-

riya)  (1864-1934)  gəncliyindən cəmiyyətdəki nöqsanları, ayrı-

ayrı  adamların,  xüsusən  vəzifə  və  imtiyaz  sahiblərinin  yara-

mazlıqlarını,  kasıblara  əziyyət  vermələrini  tənqid  edən  həcv-

lərilə məşhurlaşmışdır. O dəvrişvari bir həyat sürmüş, nə malı-

mülkü,  nə  var-  dövləti,  nə  də  evi-eşiyi,  ailəsi  olmüşdur.  Yəni 

Safarali Urusbiyevin yuxarıda qeyd etdiyi kimi, əsil xalq jırçısı 

olmuşdur. Appanın əsərlərinin bir çoxunun uzun zaman çapı və 

oxunması  qadağan  edilir.  Sovetlər  Birliyi  çökdükdən  sonra 

Appa Qalay oğlunun əsərlərinin toplanıb nəşr edilməsinə şərait 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə