Avqust 2016 İş yeri statistikası açıqlanıb


Vergi borcuna görə yasaq altına düşən şəxslərin siyahısı



Yüklə 0,53 Mb.
səhifə22/25
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9569
1   ...   17   18   19   20   21   22   23   24   25

Vergi borcuna görə yasaq altına düşən şəxslərin siyahısı


30.08.2016

vergi borcu 01Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin siyahısını yeniləyib. Rəsmi məlumata görə, ölkədən getmək hüququ yasaqlanan fiziki şəxslərin sayı 312, hüquqi şəxslərin icra orqanlarının rəhbərləri isə 410 nəfərdir.

Neft Fondu valyuta hərracında 50 milyon dollar satdı


30.08.2016

dnf 1Avqustun 30-da Dövlət Neft Fondu valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Rəsmi məlumata görə, vəsaiti 29 bank alıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 251,9 milyon dollara çatıb. Mərkəzi Bankdan 835,4 milyon dollar alındığını da hesablayanda 2016-cı ildə manatın məzənnəsini nizamlamağa 4 milyard 87,3 milyon dollar gedib.

Mərkəzi Bank avqustun 30-da 1 dolları 1,628 manata satır.

1 avroya 1,8188 manat, 1 Rusiya rubluna 0,0252 manat qiymət qoyulub.

1 gürcü larisi 0,7078 manata, 1 ingilis funt sterlinqi 2,1304 manata, 1 türk lirəsi 0,5507 manata təklif olunur.

Ukraynalıların 65 faizi ölkədən köçmək istəyir


30.08.2016

Ukraynadan köçmək istəyənlərin sayı açıqlanıb. Novator.az xəbər verir ki, “TNS Online Track” portalının keçirdiyi sorğunun nəticələrinə görə, Ukrayna vətəndaşlarının 65%-i ölkəni tərk etmək istəyir. Sorğu göstərib ki, həmin 65%-in üçdə birinin ölkəni tərk etmək imkanı yoxdur, 8%-i xaricdə vəziyyət sabitləşənədək müvəqqəti yaşamaq istəyir, 20%-i isə xaricə həmişəlik getmək arzusundadır.

Ölkəni tərk etməyi kişilərin 24%-i, gənclərin 20%-i arzulayır. Əhalinin yaşlı təbəqəsinin 34%-i isə xaricə köçməyə meylli deyil.

Onlayn sorğu iyulun 16-21-də Krımdan başqa Ukraynanın bütün ərazisində keçirilib. Sorğuda 18-55 yaş arası qadın və kişilərdən ibarət şəhər əhalisi iştirak edib.

2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasın bir hissəsini işğal edib. Hərbi münaqişədə 9 min 400-dən çox insan həlak olub.

http://transparency.az/cnews/wp-content/uploads/2016/08/ukrayna-1.jpg

Ödənişsiz efir məsələsinə MSK-nın iclasında aydınlıq gələcək


30.08.2016

msk_1_226 sentyabr referendumunun təşviqatına qatılan təşəbbüs qruplarının ödənişsiz efir vaxtından necə istifadə edəcəyi hələ məlum deyil. Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli avqustun 30-da Transparency.az-a deyib ki, təşviqat qruplarının ödənişsiz efir vaxtından necə istifadə edəcəyinə MSK-nın qarşıdakı iclaslarının birində aydınlıq gələcək”.

Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdimatı avqustun 22-də başa çatıb. 3 təşəbbüs qrupu qeydə alınıb: “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti”. Müsavat Partiyasının yaratdığı “Respublika” təşviqat qrupunun qeydiyyat üçün gərəkli 40 min seçici imzası baryerini keçə bilmədiyi bəyan olunub.

Seçki Məcəlləsi 40 min və daha çox üzvü olan təşviqat qruplarına İctimai Televiziya və Radio Yayımları Şirkətinin ayıracağı ödənişsiz efir vaxtından istifadə hüququ verir. Təşviqat sentyabrın 3-dən 25-dək aparılacaq. Konstitusiya referendumu üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ayıracağı ödənişsiz efir vaxtı qeydə alınmış üç təşviqat qrupu arasında bölünməlidir.

Seçki Məcəlləsinə əsasən, referendumda təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda). Pulsuz efir vaxtı qeydə alınmış təşəbbüs qrupları arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür. Televiziyada 3 saat ödənişsiz efir vaxtını (180 dəqiqəni) MSK-nın qeydə aldığı 3 təşəbbüs qrupu arasında bərabər böləndə hər təşəbbüs qrupuna həftədə 60 dəqiqə efir vaxtı düşür.

Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Ana qanuna bir neçə yeni maddə də təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.


Konstitusiya dəyişiklikləri layihəsinin müqayisəli təqdimatı


30.08.2016

bulleten-referendum 2016__1
Transparency.az sentyabrın 26-da referenduma çıxarılacaq konstitusiya dəyişiklikləri layihəsinin müqayisəli təqdimatını diqqətə çatdırır.

Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Müqayisəli təqdimat


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə