Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   80   81   82   83   84   85   86   87   ...   100

 
255 
M
əlumdur ki, folklorumuzun müxtəlif  janrlarında  milli  adət-ənənələrin, 
xalqımızın  məişət tərzinin, etnoqrafik mərasimlərin təsviri mühüm yer tutur. Belə 
m
ərasimlərdən biri də  toy mərasimidir. Toyun keçirilməsi qədimdən bəri müxtəlif 
ad
ətlərlə müşayiət olunmuşdur. Elçilik, nişan, xınayaxdı və sair törənlərlə yanaşı gə-
lin köç
ən qıza cehiz verilməsi əski rituallarla bağlı olmuşdur və indi də bu adət özünü 
mühafiz
ə etməkdədir. Prof. B.Abdulla mərasimlərdən bəhs edərkən “digər ictimai ha-
dis
ələrdən zənginliyi ilə fərqlənən toyların” xalqımızın məişət tarixini, etnoqrafik mə-
d
əniyyətini,  mifik  görüşlərini öyrənmək üçün zəngin bir mərasim olduğunu xüsusi 
qeyd edir. Alim toyun ayrı-ayrı mərhələlərinə, o cümlədən qıza cehiz verilməsi məsə-
l
əsinə diqqət yetirərək yazır: “Qızın rəfiqələri və qohumları, demək olar ki, hər axşam 
onlara yığışırlar. Qız üçün yorğan-döşək və digər məişət avadanlıqları hazırlayırlar” 
[4, 90]. Bu baxımdan “Lətif şah” dastanında bir epizodun üzərində dayanmağı vacib 
bilirik. Hindistan şahı öz qızı Mehriban Sultanla fars padşahının bacısı Əsmər xanıma 
qırx gün, qırx gecə toy çaldırıb onları Lətif şaha verdikdən sonra Əsmər Sultan qərib 
olduğu üçün “cehizi ona nə istəsə özü verəcəyini” vəd edir. Əsmər Sultanın Hindistan 
padşahından cehiz istəməsi milli-etnik adət-ənənənin bədii ifadəsi kimi diqqəti çəkir: 
S
əxavət kanısan, şahım, 
M
ənim mehrimə hər iş yaz. 
Ənam qıl xəzinəni əmlak, 
M
ən beş desəm sən on beş yaz. 
 
S
əksən köhlən qələmə al
S
əksən nər dəvə, dörd yüz mal, 
S
əksən top da kişmiri şal, 
An annına yüz altmış yaz. [164, 336] 
Az
ərbaycanın  müxtəlif bölgələrində  gəlinin cehizi ilə  bağlı  bir  sıra 
m
ərasimlər  keçirilir,  mahnılar  ifadə  olunur.  Naxçıvanda  toyun  sabahı  bəy evinin 
adamları  gəlinin  başına  toplaşaraq  duvaqqapma  mərasimi keçirir, xorla oxuyub 
g
əlinin cehizinə xeyir-dua verirlər: 
Qızlar xoru: 


 
256 
G
əlin gəldi nə gətdi? 
Aparıcı: Yorğanla döşək gətdi. 
Qızlar xoru: 
Yerind
ə-yurdunda qayım-gədim olsun. 
Qızlar xoru: 
G
əlin gəldi nə gətdi? 
Aparıcı: Yaxşı qab-qacaq gətdi. 
Qızlar xoru: 
D
əsturxanı açıq, nehrəsi yağlı olsun. 
Qızlar xoru: 
G
əlin gəldi nə gətdi? 
Aparıcı: 
Özüyl
ə ruzu gətdi 
Ayağı sayalı olsun. və s. [37, 28-29] 
Prof. E.Aslan xalq dastanlarının nəzm hissəsindən bəhs edərkən onu saz-söz 
s
ənətkarlarının  yüksək  ustalığı  kimi  qiymətləndirir:  “Aşıq  Şenliyin  “Lətif  şah” və 
“Salman b
əy” dastanlarında təsbit edilən və özəlliklə Şərqi Anadolu dastançılığında 
sıx istifadə olunan bu təsvirin şeir texnikası baxımından son dərəcə düzgün olduğu 
görünm
əkdədir” [167, 323]. 
Ənənə  və  novatorluq, milli-məhəlli, regional xüsusiyyətlər və  s. məsələlər 
Aşıq Şenliyin dastanlarında canlı xalq danışıq dilinin incə deyimlərində özünü büruzə 
verir. Ağbaba-Çıldır camaatının leksikasına daxil olan sözlər (yeznə, qada, hancarı, 
haqos, ürcah v
ə s.), müxtəlif etnoqrafik cizgilər Aşıq Şenliyin dastanlarının regional 
öz
əlliklərini xeyli gücləndirir. Bu cəhət Azərbaycan  folklor  arealı  üçün  xarakterik 
olan söz v
ə ifadələrdə obrazlı inikasını tapır. “Gülşahın nur topu kimi bir oğlu oldu”, 
“düşdülər  şəhərə  elə  bir cadugər  tapdılar  ki,  iman  dağarcığına  bir fisgə  (çırtma) 
vursan tozu göy
ə çıxar”, “üç yüz altmış damarı od tutub yanmağa başladı”, “ac qurd 
qoyuna gir
ən  kimi  Tehran  şahın  qoşununa  daldı”,  “payız  xəzəli kimi titrəməyə 
başladı”, “yeddi yerdən dizinin qələmi qırıldı” və s. ifadələr buna nümunə ola bilər. 


 
257 
Qeyd  olunduğu  kimi,  Ağbaba-Çıldır  dastan  yaradıcılığı  zəngin və  davamlı 
s
əciyyə  daşımışdır.  Diqqət edilsə  klassik  ənənə  XIX və  XX yüzilliklərdə  də 
əhəmiyyətini saxlamışdır. “Yaralı Mahmud”, “Əşrəf bəy” (Aşıq Tüccar), “Ərzincan 
bağları”, “Kirmanşah” (Üzeyir Fəqiri), “Əlişir ilə Gül”, “Yaralı top”, “Öksüz vəzir” 
(Aşıq Sabit Müdami) və digər dastanlar yalnız regional xüsusiyyətləri ilə deyil, əski 
eposçuluq 
ənənələrinin, dini-ürfani motivlərin, mifoloji elementlərin zənginliyi və 
tamlığı ilə seçilir. Prof. İ.Abbaslı erməni mənbələrinə istinad edərək Aşıq Tüccarın 
dastan  yaradıcılığı  haqqında  yazır  ki,  “bir  gün  türk  paşası  Tüccarı  yanına  çağırıb 
ondan indiy
ədək söylənməmiş  bir  nağıl  danışmasını  tələb  etmişdir.  Aşıq  iki  gün 
ərzində  şagirdi ilə  birlikdə  “Əşrəf və  Zöhrə”  dastanını düzəltmişdir.  Dastan  paşaya 
d
ərindən təsir  etmiş,  hətta  onu  ağlatmışdır.  Bu  səhnədən təsirlənən  aşığın  özü  də 
ağlamışdır.  Şagirdinin:-  “Axı  bu  yalandır,  özün  uydurmusan,  bəs nə  üçün 
ağlayırsan?”-sualına  Tüccar:-  “Onun  üçün  ağlayıram  ki,  nağılın  dalını  necə 
düz
əldəcəyəm”-deyə  cavab  vermişdir  [2,  104].  Bu  rəvayət olsa da, bölgədə  dastan 
yaradıcılığının özünəməxsusluğunu göstərir. 
Aşıq Sabit Müdaminin “Əlişir ilə Gül” dastanının mövzusu böyük özbək şairi 
Əlişir  Nəvai ilə  (1441-1501) onun  sevgilisi  Gül  haqqındakı  rəvayətlərdən 
götürülmüşdür. Məlumdur ki, Əlişir Nəvai ilə bağlı özbək xalq ədəbiyyatında çoxlu 
r
əvayətlər  mövcuddur  [66].  Aşıq  Müdami  bu  rəvayətlərdən bəhrələnərək  Əlişirlə 
Gülün m
əhəbbətindən,  Hüseyn  Bayqaranın  özü  də  bilmədən  onların  eşqini  nakam 
qoymasından,  Gülün  faciəli ölümündən bəhs edən  maraqlı  bir  dastan  yaratmışdır. 
Aşıq  dastanın  döşəmə  hissəsində  əsərin  düzülüb  qoşulmasının  səbəbkarı  kimi 
folklorşünas N.Boratavı nişan verib “bir yadigar qalsın hekayətimiz”-deyə qəmli bir 
m
əhəbbət  dastanı  yaratmışdır.  Dastan  dərin lirizmi ilə  diqqəti cəlb edir [198, 111-
117]. 
“Yaralı  top”  dastanını  Aşıq  Müdami  prof.  Ş.Elçinin  təklifi ilə 
“Qaraoğlan”əfsanəsi  əsasında  yaratmışdır.  Həcmcə  çox da böyük olmayan bu 
dastanda hadis
ələr  Ərzurum  istehkamlarının  birində  Balkan müharibəsi dövründə 
c
ərəyan edir. Növbətçi əsgər, minbaşı və üç döyüş topu arasında baş verən əhvalata 
aşıq  mifik  don  geyindirmiş,  əfsanənin məzmununu  poetik  şeirlərlə  süsləmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə