Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   88   89   90   91   92   93   94   95   ...   100

 
279 
mühiti, Göyç
ə  məktəbinin  Çıldır  mühiti,  Çıldır  aşıq  mühiti,  Çıldır  aşıq  məktəbi və 
dig
ər adlarla adlanan bu mühit indiyədək kifayət qədər  sistemli  şəkildə 
öyr
ənilməmişdir. Aparılan tədqiqatlar, əsasən ümumi səciyyə daşımış, araşdırmalarda 
Ağbaba-Çıldır aşıq mühitinin elmi-filoloji təhlili həllini tapa bilməmişdir. 
Türkiy
ə  folklorşünaslığında  aparılan  tədqiqatlar,  əsasən  mühitin  çağdaş 
Türkiy
ə  ərazisindəki bölgələrini  əhatə  etdiyindən birtərəfli səciyyə  daşımışdır. 
Az
ərbaycanda  və Türkiyə folklorşünaslığında bu sahədə bir-birindən təcrid  olunmuş 
araşdırmalar mühitin elmi mənzərəsini tam əks etdirə bilməmişdir. 
Araşdırmalardan  o  da  aydın  oldu  ki,  türkçülük  məfkurəsi, türkə,  onun  şanlı 
tarixin
ə  məhəbbət, milli özgürlük hissləri  Ağbaba-Çıldır  aşıqlarının  poeziyasında 
sonsuz iftixarla t
ərənnüm olunmuşdur. Aşıq Şenliyin, Aşıq Qulunun qoçaqlamaları, 
xüsusil
ə Qarsa, onun qəhrəmanlıq ənənələrinə həsr olunmuş saysız-hesabsız şeirlər, 
müst
əqillik, milli qürur və  milli  azadlıq  ideyalarının  tərənnümü saz-söz 
s
ənətkarlarının dövlətçiliyə bağlılığının, doğma Vətənə sonsuz şükranlıq duyğularının 
qabarıq göstəricisidir. Etno-milli hisslər bölgə aşıq və el şairlərinin yaradıcılığında o 
q
ədər  güclü  olmuşdur  ki,  Aşıq  Nəsib 1930-cu illərin  repressiyalarında  türkü  vəsf 
etm
əkdən, türkçülük, ideyalarını dilə gətirməkdən heç vaxt çəkinməmişdir.  
Ağbaba-Çıldır  aşıq  mühitində  təriqət  poeziyasının  özünəməxsus dini-ürfani 
m
əzmunu türk-müsəlman mədəniyyətinin zəngin ənənələri üzərində formalaşmışdır. 
Aparılan  araşdırma  və  təhlillər göstərdi  ki,  Ağbaba-Çıldır  aşıq  poeziyasının  ana 
x
ətlərindən birini təsəvvüfi ideyalar təşkil edir. Mürəkkəb sufi simvolikası, təsəvvüfi 
işarələr, ürfani kodlar, dini-mifik fikirlər orta əsrlərdən başlayaraq bu günümüzədək 
Ağbaba-Çıldır  aşıqlarının  yaradıcılıq  ənənələrinin  əsas göstəricilərindən birinə 
çevrilmişdir. Aşıq Nəbati (XVII-XVIII əsr), Sofu Dədə (XVIII əsr), Dədə Dərbədəri 
(XVIII 
əsr),  Aşıq  Şenlik  (1850-1913),  Aşıq  Summani  (1861-1915),  el  şairi  Rəcəb 
Hifzi (1893-
1918), Yaşar Polad (1941), Aşıq Murad Çobanoğlu (1945-2005), Hanifi 
Örs // Çiftlikli Ümmani (1966) v
ə  başqa  saz-söz sənətkarının  yaradıcılığında  türk-
müs
əlman təsəvvüf  düşüncəsi kamil örnəklərdə  poetik ifadəsini  tapmışdır.  Bu 
yönümd
ə  aparılan  çalışmalar  belə  bir elmi qənaətə  gəlməyə  imkan verir ki, bölgə 
aşıqlarının yaradıcılığında təsəvvüf poeziyasının güclü və davamlı axarda olmasının 


 
280 
başlıca səbəblərindən biri bu sənətkarların butalanması mötivi ilə bağlıdır. 
Az
ərbaycan aşıq sənəti tarixində XIX əsr xüsusi bir mərhələ təşkil edir. Bu 
dövrün  aşıq  poeziyasında  ictimai-siyasi motivlər  olduqca  güclüdür.  Araşdırmalar 
n
əticəsində  məlum oldu ki, bölgə  sənətkarlarının  poeziyasında  təcavüzkar 
müharib
ələrin, deportasiya və qırğınların, soyqırımı siyasətinin qanlı səhnələri poetik 
deyiml
ərlə, həyati detallarla əks  olunmuşdur.  Azərbaycan  aşıq  mühitlərinin heç 
birind
ə  müharibə səhnələri, dinc əhaliyə tutulan divan, erməni vəhşilikləri  Ağbaba-
Çıldır aşıqlarının yaradıcılığındakı qədər əhatəli şəkildə təsvir olunmamışdır. Bunun 
da 
əsas səbəbi  qeyd  olunduğu  kimi,  Şərqi  Anadolu  torpaqlarında  uzun  sürən  qanlı 
müharib
ələrin  baş  verməsidir. Teymurləngin 1386-cı  ildə  Qarsı  işğal  etdiyi  zaman 
tör
ədilən qırğınlar, acı fəlakətlər Baykan adlı bir el sənətkarının “Dastan” adlı tarixi 
m
ənzuməsində  real boyalarla dilə  gətirilmişdir.  Səkkiz bəndlik  bu  qoşmanın 
“söyl
əniş və yazıya alınması tarixi ən gec XV əsrin əvvəllərinə aid ola bilməsi” həm 
d
ə Ağbaba-Çıldır aşıq mühitinin təşəkkülü tarixi baxımından da maraq doğurur. Bu 
faktorlar  Ağbaba-Çıldır  aşıq  mühitinin  regional  özünəməxsusluğu  kimi  xüsusi 
s
əciyyə daşıyır. 
El s
ənətkarı  Baykanın  (XV  əsr)  Çıldırlı  Aşıq  Bağdad  xanımın  (XVI  əsr), 
H
əsən Şirəklinin (XVII əsr), Dədə Dərbədərinin (XVIII əsr) yaradıcılıqlarından əldə 
olan nümun
ələr göstərdi  ki,  Ağbaba-Çıldır  aşıq  mühitində  yüksək təbli saz-söz 
s
ənətkarları  yetişmişdir.  Bu  mühitdə  əsasən  iki  aşıq  qolu,  başqa  sözlə  iki sənətkar 
ənənəsinin  geniş  yayıldığını  müşahidə  edirik:  Aşıq  Şenlik  və  Aşıq  Summani 
ənənələri. Başlanğıcını Xəstə Hasandan  alan Aşıq Şenliyin sənət şəcərəsinə əllidən 
yuxarı,  əsası  Aşıq  Ərbabi  tərəfindən qoyulan Summaninin sənət xəttinə  ondan çox 
saz-söz s
ənətkarı  daxildir.  Hər  iki  ustad aşığın sənət  şəcərəsində onların  törəmələri 
(oğul, nəvə və nəticə) yaxından iştirak etmişlər. 
Şagirdlik  etmədən görkəmli  aşıqları  özlərinə  mənəvi ustad seçmək  ənənəsi 
ustad-
şagird münasibətlərində regional özəllik kimi diqqəti çəkir. Çorlu Məhəmməd  
Aşıq Şenliyi, el şairi Behcət Marık Aşıq Summanini özlərinin ustadı saymışlar. Aşıq 
Yaşar  Yılmaz  Reyhani    şagird    yetişdirməsə  də,  xeyli  sayda  aşıq  onun  ustadlığını 
q
əbul etmişdir. 


 
281 
Ağbaba-Çıldır  aşıq  mühitinin  regional  xüsusiyyətləri  dastan  yaradıcılığında 
da qorunub mühafizə edilmişdir. Tədqiqat müəyyənləşdirdi ki, ənənəvi dastanlarla və 
onların regional  variantları ilə yanaşı, bölgə aşıqlarının özlərinin yaratdıqları çoxlu 
sayda dastanlar mövcuddur. Əski türk eposçuluq ənənələrinə qayıdışın, dini mifoloji  
elementlərin,  qəhrəmanlıq  və  sevgi  sujetlərinin  bu  dastanlarda  yüksək  sənətkarlıqla 
əks  olunması  Ağbaba-Çıldır  aşıqlarının  dastan  yaradıcılığının  özünəməxsus 
cəhətlərini  göstərir.  Aşıq  Şenliyin  yaratdığı  “Lətif  şah”,  “Salman  bəy”  dastanları 
bütün sənət parametrləri  ilə klassik dastançılıq ənənələrinin özünəməxsus ifadəsidir. 
Aparılan  müşahidə  və  təhlillər  göstərir  ki,  Ağbaba-Çıldır  aşıq  mühitində  dastan 
ifaçılığı  və  yaradıcılığı  ayrıca  bir  tədqiqat  mövzusu  kimi  araşdırmaya  cəlb 
olunmalıdır. 
Bölg
ə  aşıq  mühitinin  tarixi—mədəni  coğrafiyası,  aşıq  ocaqları,  dastan 
gec
ələrinin keçirilməsi və  sair  Ağbaba-Çıldırda  ifaçılıq  ənənələrinin  inkişafında 
ön
əmli  rol  oynamışdır.  Bölgənin bir çox saz-söz sənətkarının  yaradıcılığında  sufi 
ideyaların  dərin  kök  atması  onların  ifaçılıq  tərzinə  də  təsir göstərmişdir.  İfaçılıq 
ənənəsindəki bu keyfiyyət aşıq qarşılaşmalarında daha çox hiss olunur. 
Az
ərbaycan  aşıq  yaradıcılığında  olduğu  kimi,  Ağbaba-Çıldırda  keçmişdə 
dastan gec
ələri, məclislər  bir  qayda  olaraq  ağa,  bəy evlərində, xanlarda 
(karvansaralarda)  keçirilmişdir.  Bölgənin  Qars,  Gümrü,  Ərzurum və  digər 
şəhərlərində çoxlu xanlar / hanlar (karvansaralar) olmuşdur. Gümrüdə Papaqçı xanı, 
R
əhim  ağanın  xanı,  Ərzurumda  Mavi  xan,  Hacılar  xanı,  Öməroğlu  xanı  və  başqa 
xanlarda ağır məclislər keçirilmişdir. 
Araşdırmalardan  o  da  bəlli  oldu  ki,  ifaçılıq  ənənələrinin özünəməxsusluq 
qazanmasında,  aşıq  sənətinin  formalaşmasında  qəhvəxanalar müəyyən rol 
oynamışdır.  Aşıq  Murad  Çobanoğlunun  yaratdığı  “Çobanoğlu  Aşıqlar  Qəhvəsi” bu 
ənənəni indi də yaşatmaqdadır. 
İfaçılıqda  olduğu  kimi  Ağbaba-Çıldır  aşıq  mühitində  bəstəçilik  ənənəsi də 
güclü  olmuşdur.  Bölgə  aşıqlarının  musiqi  repertuarında  ənənəvi  saz  havaları  ilə 
yanaşı  orijinal  hava-havacatlar  da  mühüm  yer  tutmuşdur.  “Şenlik  Mirzəcanısı”, 
“Ağbabayı”,  “Xoşdamağı”,  “Çıldır  təcnisi”  (Aşıq  Şenlik),  “Summani”, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə