Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   86   87   88   89   90   91   92   93   ...   100

 
273 
musiqi  repertuarında  variantlılığın  geniş  yayılması  qeyd  etdiyimiz  səbəblərlə 
s
əciyyələnir. 
Qeyd ed
ək ki, bəzən müəyyən  saz  havasına  vurulan  xalları,  əlavə  olunan 
musiqi çalarlarını nəzərə alıb onu ayrıca saz havası kimi təqdim etməyə çalışırlar. Və 
yaxud da müxt
əlif saz havaları arasında oxşarlıqlara əsaslanaraq həmin havaların eyni 
bir  aşıq  havası  olduğu  fikrini  irəli sürürlər.  Əlbəttə, hər iki mülahizə  yanlış  və 
birt
ərəflidir. Nəzərə alsaq ki, “hava anlayışı ilə variant anlayışı arasında dəqiq sərhəd 
yoxdur, çünki variantın özünü tam mənada ayırd etməyə imkan yaradan ümumi ölçü, 
meyar yoxdur” [98, 81] - 
onda  variantlılığın  bir  neçə  aspektdən öyrənilməsi və 
t
ədqiqinin vacibliyi ortaya çıxır. 
Fikrimizc
ə, Azərbaycan  aşıq  havalarının  sayı  haqqında  müxtəlif fikirlərin 
mövcudluğu,  ayrı-ayrı  rəqəm göstəricilərinin  (72-dən  başlayaraq  200-dək və  hətta 
daha  çox)  qeyd  olunması  variantlılıq  probleminin  doğru-düzgün elmi həllini 
tapmaması  ilə  birbaşa  bağlıdır.  Buna  görədir ki, elmi-filoloji  ədəbiyyatda, eləcə  də 
musiqişünaslıqda  aşıq  havalarının  sayı  barədə  dəqiq məlumat yoxdur. Sənətşünas 
A.O.K
ərimli milli-etnik folklor yaddaşında geniş yer tutan 72 saz havası anlayışının 
mifik t
əfəkkürlə  bağlı  olduğunu  göstərir [98, 80].  Borçalı  aşıq  mühitinin 
t
ədqiqatçılarından  biri  olan  T.İsabalı  qızının  araşdırmasında  da  oxşar  fikir  səslənir 
[92, 118]. Prof.M.H
əkimov ayrı-ayrı aşıqların musiqi repertuarındakı saz havalarının 
sayını  və  variantlarının  təsnifini  vermişdir.  Mərhum  folklorşünasın  təsnifindən 
görünür  ki,  Aşıq  Hüseyn  Saracalının  musiqi  repertuarında  81  saz  havası  və  həmin 
havaların  53  variantı  olmuşdur.  Alim  tərtib etdiyi digər bir cədvəldə-Aşıq  Cəlal 
Q
əhərmanovun cədvəlində  129  saz  havasının  və  onların  55  variantının  elmi  təsnifi 
verilmişdir [85, 543-556]. 
Türkiy
ə folklorşünaslığında  da saz havalarının sayı ilə bağlı müxtəlif fikirlər 
mövcuddur.  F.Kırzıoğlu  Qars  yörəsində  (Qars,  Çıldır,  Hanak,  Ərzurum,  Posof, 
Ərdahan və s.) 216 saz havasının olduğunu yazır. Görkəmli alim bu havaları üç başlıq 
altında sayını göstərməklə təsnif etmişdir: a) ağır havalar-120; b) orta havalar 40; c) 
yüngül havalar-56.  


 
274 
Aşıq  Şərəf    Taşlıova  Şərqi  Anadoluda  157  aşıq  havasının  geniş  yayıldığını 

əyyənləşdirmişdir.  Aşıq  157  saz  məqamının  (havasının)  ifa xüsusiyyətinə, daha 
doğrusu  səsin tembrinə  görə  aşağıdakı  kimi  qruplaşdırmışdır:  “Ağır  səsli divani 
m
əqamları  iyirmi  bir,  təcnis məqamları  dörd,  gözəlləmə  məqamları  on  iki,  orta  və 
yürük s
əsli məqamlar  otuz  üç,  yanıq  səsli məqamlar  qırx  yeddi,  yüksək səslə 
söyl
ənən məqamlar 40” [223, 160]. 
Folklorşünas  E.Aslan  Şərqi  Anadoluda  72  saz  havasının  olduğu  fikrini  irəli 
sürür. Alim t
əsbit edə  bildiyi  57  saz havasının  “divani  məqamlar 7,  yanıq və uzun 
m
əqamlar 37, gözəlləmə  və  hərəkətli məqamlar  on  üç”  şəklində  təsnif  etmişdir. 
Başqa bir maraqlı fikir də M.Özaraslana məxsusdur. Alim Anadolu və Azərbaycan 
aşıq  mühitlərində  Kərəm  havalarının  geniş  yayıldığını  qeyd  edərək  yazır:  “Kərəm 
havalarının  çox  önəmli  bir  yer  tutduğu  aşıq  musiqisində  Anadolu və  Anadolu 
xaricind
ə  bir çox bölgələrdə  Kərəm  havasına  təsadüf edilməkdədir. Qars-Ərzurum 
yör
ələriylə  Azərbaycan  aşıqları  arasında  yayılan  “Kərəmi”  adıyla  da  anılan  bu 
havalardan günümüz
ə  qədər təsbit edilənlərin  sayı  yüzə  qədər olub müxtəlif 
bölg
ələrdə  bu adlarla oxunmaqdadır:  “Kəsik Kərəm”,  “Yanıq  Kərəm”,  “Qalpaqlı 
K
ərəm”, “Atüstü Kərəm” (“Yorğun Kərəm”), “Kərəm Coşdu” (Əsli Kərəm), “Döymə 
K
ərəm” və s.” (223, 166). 
Türkiy
ə alimlərinin və aşıqlarının bu fikirlərini yekunlaşdıraraq deyə bilərik 
ki, Qars yör
əsində, o cümlədən Çıldırda yayılmış aşıq havalarının fərqli rəqəmlərlə 
ifad
ə  olunması  variantlılıqdan  doğan bir  məsələdir. Fikrimizcə, həllini gözləyən bu 
m
əsələ folklorşünaslıq elmindən daha çox, musiqişünaslıqla bağlı bir problemdir. 
Bir  sıra  aşıq  mühitlərində  olduğu  kimi,  Ağbaba-Çıldır  aşıqlarının  ifa 
repertuarında  variantlılığın  mövcudluğu  “saz  havasının  ad  dəyişməsinə  də  gətirib 
çıxarır”  [106,  225].  Məsələn,  “Aşıq  təsnifi”  saz  havasına  Ağbabada  “Qəmərcan”, 
“Arani” havasına “Tırınqı” deyirlər. Aşıq İsgəndər Ağbabalının verdiyi bilgiyə görə 
“K
ərəm gözəlləməsi”  Ağbabada  “Əhmədi Kərəm”, “Ayaq divani”-  “Osmanlı 
divanisi”, “Qarsı”-“Ağacanı” adları altında ifa olunurdu. 
Ümumiyy
ətlə,  Ağbaba-Çıldır  aşıqlarının  musiqi  repertuarının  səciyyəvi 
laylarından    birini  onların  yaratdıqları  orijinal  saz  havaları  təşkil  edir.  Prof. 


 
275 
M.Qasımlının  “bu  mühitdə  digər mühitlərdə  müşahidə  edilməyən xeyli sayda saz 
havası  mövcud  olmuşdur”-  [106, 199] mülahizəsi  yaradıcı  bir  mühit  kimi  Ağbaba-
Çıldırda bu prosesin davamlı olaraq getdiyini təsdiq edir. 
Klassik b
əstəçilik  ənənələrini məharətlə  davam etdirən saz-söz sənətkarları 
arasında  Çıldırlı  Aşıq  Şenliyin  bu  mühitdə  ayrıca  yeri  vardır.  Aşıq  İsgəndər 
Ağbabalıdan  aldığımız  məlumata görə,  “Çıldır  təcnisi”,  “Xoşdamağı”,  “Şenlik 
Mirz
əcanısı”,  “Ağbabayı”,  “Çıldır  divanisi”  saz havalarını  Aşıq Şenlik  yaratmışdır. 
Ustad s
ənətkarın  verdiyi  digər bilgiyə  görə, “Dəli  Hicrani”  havası  da  Aşıq  Şenliyə 
m
əxsusdur.  Bu  havanı  hər    aşıq  oxuya  bilmir,  güclü  səsi olanlar “Dəli Hicrani”ni 
oxuya bil
ərlər. Qeyd edək ki, biz nə A.O.Kərimlinin cədvəlində [98, 83-85], nə də 
M.H
əkimovun [85, 524-593] təsnif  etdiyi  havalar  arasında  “Dəli  hicrani”  adlı  saz 
havasına  və  yaxud  onun  variantına  təsadüf etmədik. Qeyd etdiyimiz cədvəllərdə 
“Dolhicrani” v
ə  “Hicrani”  havalarının  adı  çəkilmişdir.  Aşıq  İsgəndər  Ağbabalının 
bildirdiyin
ə görə bu havalar  müxtəlif  havalardır. 
Az
ərbaycan aşıqlarının musiqi repertuarında geniş yer tutan “Keşişoğlu” saz 
havasının Ağbaba-Çıldır  aşıq mühiti ilə bağlılığını nəzərə alıb bu hava üzərində bir 
q
ədər dayanmağı  lazım  bilirik.  Y.Ramazanov  bu  havanın  aşıq  poeziyasında 
Keşişoğlu,  Zəruri,  Şövqü  təxəllüsləri ilə  məşhur  olan  və  türk-Azərbaycan dilində 
yazıb-yaradan erməni  aşığı  Davud  Yeresyana  (1804-1876) məxsus  olduğunu  yazır 
[135, 70]. 
Prof. M.H
əkimovun Azərbaycan  aşıqlarının  bildikləri və  oxuduqları  saz 
havaları haqqında tərtib etdiyi cədvəllərdə “Keşişoğlu” havasının yaradıcısı Ağ Aşıq 
qeyd olunmuşdur [85, 528-564]. Digər bir cədvəldə [85, 544] bu hava erməni aşıq-
şairi Keşişoğluna ünvanlandırılmışdır. 
Güney Az
ərbaycandakı  aşıq  mühitlərini  araşdıran  Ə.Kafkasyalının 
t
ədqiqatından məlum olur ki, “Keşişoğlu” saz havası Təbriz-Qaradağ və Urmiya aşıq 
mühitl
ərində də yayılmışdır. O da maraqlıdır ki, Urmiya aşıq mühitində “Müsəlman 
Keşişoğlu”  və  “Erməni  Keşişoğlu”  adlı  iki  ayrı  hava  mövcuddur  [201,  117].  Aşıq 
İsgəndər  Ağbabalıdan,  el  ağsaqqalı  Rəşid  İsgəndərovdan  aldığımız  bilgiyə  görə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə