Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

 
261 
Aşıq Şenliyin oğlu və şagirdi Qasımla qarşılaşıb deyişməsi də bu baxımdan 
maraq doğurur. Qeyd edək ki, ata-oğulun deyişməsi haqqında iki əhvalat mövcuddur. 
Bu dastan-r
əvayətlərin birində Qasımın  bir məclisdə camaat tərəfindən qızışdırılaraq 
atası Şenliklə deyişməyə sövq edilməsidir. Deyişmə Qasımın məğlubiyyəti və Aşıq 
Şenliyin onu bağışlaması ilə başa çatır. 
İkinci dastan-rəvayət isə  təsəvvüf məzmunludur.  Əgər birinci dastan-
r
əvayətdə  hərbə-zorba, bir-birini üstələmək cəhdi özünü göstərirsə, ikincidə 
yaradanın  qüdrəti,  dünyanın  sirləri, dini-mənəvi dəyərlərin tərənnümü və  sair sual-
cavab şəklində əsas yer tutur. Deyişmənin bir mərhələsinə diqqət yetirsək bunu aydın 
gör
ərik: 
Şenlik: 
Birinci aşıqsan sözün mənası, 
Yer altda üvezin varmı anası? 
Donu n
ədən bilsən, nədir binası, 
Cismi d
ə nə yerdə heyyət bulufdu? 
Qasım:  
Birinci aşığam sözün mənası, 
Yer altda üvezin yox
dur anası. 
Donu sarı zəfərandan binası, 
C
ənnəti-əlada xitam bulufdu. [164, 90] 
Söz  yoxdur  ki,  bu  cür  deyişmələrdə  çalınan  saz  havaları  da  özünəməxsus 
s
əciyyə  daşıyır.  Əgər  birinci  deyişmədə  hərbə-zorbanın  ruhuna,  məclisin ahənginə 
uyğun saz havaları (məs: “Divani”, “Şahsevəni” və s.) ifa olunursa, ikinci qarşılaşma 
dini-
ürfani,  sufi  havaları  tələb  edir.  Ağbaba-Çıldır  aşıq  mühitində  “Qurdoğlu”, 
“Ürfani”,  “Ağam  hey”  və  sair  sufi  havaları  olmuşdur.  Təəssüf  ki,  bu  havaların 
əksəriyyəti günümüzə gəlib çatmamışdır. Aşıq Şenliklə Qasımın bu deyişməsinin sırf 
dini-ürfani m
əzmunda  olması  məclisi də  həmin ovqata kökləyir. Digər tərəfdən bu 
deyişmənin tələbi də  maraq  doğurur.  Prof.E.Aslanın  verdiyi  məlumata görə,  Aşıq 
Şenliklə  oğlu  Qasım  Gölənin Zahan kəndində  Murad  ağa  adlı  bir  nəfərin evində 
qonaq olurlar. K
əndin imamı bunu eşitdikdə Murad ağanın evinə gedib saz çalmağın 


 
262 
günah  olduğunu  söyləyir.  İmamın  bu  hərəkətinə  cavab  olaraq  Aşıq  Şenliklə  oğlu 
Qasım özlərinin dini-ürfani  biliklərini nümayiş etdirirlər. Məqsəd sazın-sözün günah 
olmadığını, kainatı yaradanın qüdrətinin sazda da  təcəlla etdiyini göstərməkdir. 
Fikrimizc
ə,  Aşıq  Qərib  Hasan,  Aşıq  Şenlik,  Aşıq  Summani,  Aşıq  Əmrah, 
Aşıq  Ürfani  kimi  saz-söz sənətkarlarının  dini  təriqətlərlə  bağlı  olmaları  onların 
musiqi r
epertuarında sufi havaların xüsusi yer  tutmasına təsir göstərmişdir. Ağbaba-
Çıldır aşıqlarının bardaş quraraq çalıb-oxumaq ənənəsinin təsəvvüflə bağlı olduğunu 
söyl
əmək mümkündür. XX əsrdə  də  bu mühitin yetrimələrinin  poeziyasında  və 
ifaçılığında sufi terminlərindən olan “hu” ifadəsinin tez-tez işlənməsi fikrimizi təsdiq 
edir. 
Yaşlıların  dediklərinə  və  Aşıq  İsgəndər  Ağbabalıdan  aldığımız  məlumata 
gör
ə, Aşıq Nəsib bir qayda olaraq 10-15 metr olan otaqda məclis aparar və beş-altı 
d
əfə  məclisdə  dövrə  vura-vura  çalıb-oxuyarmış.  Dövrə  edərək    çalıb  oxumaq,  çox 
güman ki, s
əmavi rəqslərdən gələn ənənə kimi Aşıq Nəsibin sənətkarlığında özünü 
mühafiz
ə etmişdir. 
Aşıq  Nəsibi görənlər  danışırlar  ki,  o  çalıb-oxuyarkən  cuşə  gəlir, “Leyla-
Leyla” dey
ə məclisdə fırlanırdı. Belə anlarda aşıq üzünü göyə tutaraq uca səslə bir 
neç
ə  dəfə  “hu,  hu”  nidası  çəkər,  sazını  boynunun  dalına  qaldıraraq  çalardı.  Ustad 
s
ənətkarın  çəkdiyi  “hu”  nidaları  4-5 kilometrlik məsafədə  aydın  eşidilərmiş.  XVIII 
əsrin ortaları XIX əsrin əvvəllərində yaşayıb yaratmış Dədə Dərbədərinin haqqında 
da maraqlı söhbətlər mövcuddur. Sufi havalarının yaradıcısı və mahir ifaçısı olan bu 
ustad  aşığın  repertuarından  bu  günümüzə  müəllif  olduğu  “Dərbədəri”  saz  havası, 
Aşıq  Qərib  Hasanla  deyişməsi və  iki  dastanın  adı  (“Aybəniz-Gündoğan”, 
“Qaracaoğlan”)  gəlib  çatmışdır.  Deyilənlərə  görə, Dədə  Dərbədəri  Göydağda  Taya 
qayanın yaxınlığındakı Dədəpiri ziyarət edərkən ona buta verilmişdir “Gözlərini göyə 
dikib dolana-
dolana oxumaq, coşmaq da Dədə Dərbədəridən qalıb. Dədə Dərbədəri 
coşanda beləcə bir neçə saat dolanar, səsi zəifləmək əvəzinə getdikcə güclənər, daha 
h
əvəslə oxuyarmış” [114, 52]. Əldə edə bildiyimiz bu faktlar onu göstərir ki, Ağbaba-
Çıldır  aşıqlarının  ifaçılığında  həm rəqs, həm  çalıb-çağırma  mərasimləri, həm də 


 
263 
t
əsəvvüf elementləri güclü olmuşdur və bu özünəməxsusluq son dövrlərədək özünü 
qoruyub saxlamışdır. 
Ağbaba-Çıldır  aşıqlığında ifaçılıq ənənəsindən danışarkən saz-söz sənətkarı 
il
ə  dinləyici  auditoriyası  arasındakı  münasibətə  ayrıca  diqqət yetirmək  lazım  gəlir. 
B
əllidir ki, aşıqlar qədimdən bəri elin-obanın dərdlərinin tərcümanı olmuş, həqiqəti 
xalqa  çatdırmış,  nəcib  əxlaqi keyfiyyətləri təbliğ  etmişlər. Onlar “tərki-vətən olub” 
m
əclis  apardıqları  yerlərdə  möcvud  şəraitdən  asılı  olaraq  dinləyici auditoriyası  ilə 
ünsiyy
ət  bağlamış,  onların  arzu  və  istəklərini yerinə  yetirmişlər. “Kənddən kəndə, 
m
əclisdən məclisə gəzən aşıq həqiqi mənada xalqın təsəllivericisi idisə, xalq və onun 
h
ər hansı bir müvəffəqiyyəti aşığın ilham mənbəyi idi. Xalq aşığın simasında özünün 
sevinc v
ə  kədərinin həqiqi tərənnümçüsünü  görür,  aşıq  da  öz  növbəsində  xalqa 
arxalanır, ondan qüvvət alır” [135, 45]. 
Aşıq ədəbiyyatında el-obanın xahişi ilə elin igid oğullarının, gözəl qızlarının 
t
ərənnümünə həsr olunmuş şeirlər, yaramaz adamların həcvi və sair haqqında kifayət 
q
ədər nümunələr vardır. Eləcə də dastan gecələrində, etnoqrafik mərasimlərdə xalqın 
ür
əyindən keçənləri duyaraq, saz-söz sənətkarları söylədikləri əhvalatları ixtisarlarla 
v
ə  yaxud da müəyyən  artırmalarla  nağıl  etməyi məqsədəuyğun  saymışlar.  Məclis 
aparark
ən bəzən  aşığın  yersiz  hərəkətləri, söylədikləri,  ifaçılığındakı  qüsurlar  və  s. 
m
əclislərdə qanqaralıq yarada bilər. Məlumdur ki, Aşıq Şenlik çox ötkəm və sözü üzə 
şax deyən sənətkar  olmuşdur. Onun ölümü ilə bağlı rəvayətlərin birində deyilir ki, 
İrəvanda  Mehdi  ağanın  məclisində  ağanın  özü  və  məclisdəki  aşıqlar  haqqında  ağır 
sözl
ər işlətdiyinə görə onu qəsdən zəhərləmişlər. 
Folklorşünas  N.Pertev  Boratavın  yazdığına  görə, Qars və  onun  ətrafında 
m
əclis keçirən aşıqların söylədikləri dastanlarda sevgililər bir-birinə qovuşmaz, aşıq 
dastanı  bədbin sonluqla bitirərdi. Bəzən dinləyicilərlə  aşıqlar  arasında  dava-dalaş 
düşər, bədbin  sonluğa    görə  döyülüb-söyülən, hətta öldürülən  aşıqlar  olmuşdur. 
Aşıqlar  bu  cür  əhvalatlardan sonra bir yerə  toplaşaraq  dinləyici  auditoriyasının 
ist
əyinə  uyğun  bütün  dastanların  sonluğunu  dəyişdirib,  sevgililəri bir-birinə 
qovuşdurmağı  qərara  almışlar.  Bu  qərardan  sonra  bütün  dastanların  finalı  xoşbəxt 
sonluqla bitmiş,  sevgililər vüsala qovuşmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə